Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   48   49   50   51   52   53   54   55   ...   134

108 
зеленых  водорослей,  распространенных  в  озера  Ганлыгола  и  Батабата.  Дано  краткий 
сообщений  о  объекте  исследований  озера  отдельно.  Установлено,  что  в  летнем  планктоне 
озера Ганлыгол найдена 5 вид и 6 внутривидовых таксонов сине-зеленых и 8 видов зеленых 
водорослей.  Процентное  соотношение  между  сине-зелеными  и  зелеными  водорослями 
соответственно составил 42,9 % и 57,1 %.  
В  планктоне  озера  Батабат  обнаружено  всего  38  видов  водорослей,  относящихся  к 
отделам  Cyanoprokaryota  (24  вид),  Chlorophyta  (14  вид).  По  количествам  видов  роды: 
Merismopedia  Meyen  (4  вид),  Anabaena  Bory  et  al  Bornet  (4),  Schizothrix  F.T.  Kützing  et  al 
Gomont  (3),  Microcystaceae  Elenkin  (3  вид),  Oscillatoria  (Kirchner)  Elenkin  (2  вид), 
превосходит  остальных  родов  в  алгосинузии  Батабатского  озера.  Обнаруженный  14  видов 
зеленых  водорослей  входят  в  3  класса,  один  подкласс,  4  порядка,  5  семейства  и  9  родов.   
Интенсивное  распространение  сине-зеленых  и  зеленых  водорослей  в  озера  Ганлыгол  и 
Батабат  начинается  с  августа  до  середины  сентября.    месяца.  Это  было  связано  с 
повышением  температуры  воды.  В  основном  распространено  космополитный,  северо-
альпийский,  Альпийский,  арктоалпный,  индифферентный  и  бореальных  географических 
элементов.  В  обеих  озерах  полисапробных  видов  водорослей  не  встречаются.  Это  связано 
что, водная экосистема озера не загрязнена.  
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni  çapa  təqdim  etdi:  Biologiya  üzrə  fəlsəfə  doktoru,  dosent   
M. Piriyev
 
 
 


109 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
TƏYYUB PAŞAYEV 
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu 
teyyubpashayev@mail.ru 
UOT 58.006 
NƏBATAT BAĞINDA İNTRODUKSİYA OLUNAN YERLİ VƏ  
KƏNARDANGƏLMƏ KOL BİTKİLƏRİ  
Açar sözlər: Nəbatat bağı, introduksiya, dekorativ, yaşıllaşdırma, Adi sarağan, Avropa 
ərkəvanı, Əyri evkalipt 
Ключевые слова: Ботанический сад,  интродукция, декоратив, озеленения, Скумпия 
кожевенная, Багрянник европейский, Эвкалипт косой 
Key words: Botanical garden, introduce, ornamental, greenery, Cotinus coggygria, Cercis 
siliquastrum, Eucalyptus obliqua 
Son  illərdə  Naxçıvan  Muxtar  Respublikasının  şəhər  və  qəsəbələrinin  yaşıllaşdırılmasında 
AMEA  Naxçıvan  Bölməsi  Bioresurslar  İnstitutunun  Nəbatat  bağının  da  böyük  rolu  olmuşdur. 
Hazırda  burada  yerli  və    müxtəlif  ölkələrdən  gətirilmiş  dekorativ  ağac  və  kol  bitkiləri  üzərində 
tədqiqat  işləri  aparılır,  onların  bioekoloji  xüsusiyyətləri  ilə  yanaşı  artırılma  üsulları  da  öyrənilir. 
Naxçıvan  MR  –  in  iqliminə  uyğunlaşan  və  davamlılığı  müəyyən  edilən  ağac  və  kol  bitkiləri 
artırılaraq  yaşıllaşdırma  işlərində  istifadə  üçün  tövsiyyə  olunur.(2,s.23-222;  3,s.89-104;  4,s.60-77; 
5,s.25-34; 6; 12, 364 səh.; 13,676 səh.).  
Aşağıda qeyd edilən, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında 
olan  yerli  və  kənardangəlmə  xeyli  sayda  kol  bitkilərindən  bəzilərinin  yayılma  əraziləri,  bioekoloji 
xüsusiyyətləri, artırılma üsulları, botaniki təsviri və s. haqqında qısa məlumatlar verilir. 
  
Limonium meyeri (Boiss.) O.Kuntze - Meyer dəvəayağı, Cotenaster melanocarpus Fisch. Ex 
Blytt – Qarameyvə dovşanalması, Lonucera iberica Bieb. - Gürcü doqquzdonu, Chamaerops humilis 
L.- Alçaqboylu xamerops,  Hibiscus syriacus L. - Suriya hibiskusu, Cercis siliquastrum L. — Avropa 
ərkəvanı, Rosa zangezura P.Jarosch. Zəngəzur itburnusu, Ribes nigrum L. - Qara qarağatSyringa 
vulgaris  L.  –  Adi  yasəmən,  Rhamnus  cathartica  L.  -  İşlətmə  murdarçası,  Jasminum  fruticans  L.  – 
Kolvari  jasmin,  Eucalyptus  obliqua  L'Her.  -  Əyri  evkalipt,  Cotinus  coggygria  Scop.  -  Adi  sarağan 
(Vəlgə), (1, s.26 -130; 7; 8, s.89-104; 9, s.60-77; 10, s. 25-34; 11, 43 p). 
Limonium meyeri (Boiss.) O.Kuntze - Meyer dəvəayağı - Qurşunçiçəyikimilər  fəsiləsinə 
aid olub, çoxillik bitkidir. Meyer dəvəayağı boyayıcı bitki, balverən və dekorativ bitki hesab olunur. 
Kökündən  qara  boya  alınır.  Çiçəklərində  0,020  mq-a  qədər  nektar  vardır.  Təbii  halda  daha  çox 
quraq ərazilərdə yayılmışlar. Quraqlığa davamlı və bəzək əhəmiyyətinə görə yaşıllaşdırmada geniş 
istifadə  olunur.  Azərbaycan  florasında  5  növü  vardır.  AMEA  Naxçıvan  Bölməsi  Bioresurslar 
İnstitutunun Nəbatat bağında əkilib becərilir və artırılır. 
Lonucera iberica  Bieb.  -  Gürcü  doqquzdonu -  Doqquzdonkimilər fəsiləsinə aiddir. XVI 
əsrdə  yaşamış  alman  riyaziyyatçısı,  fiziki  və  botaniki  Adam  Loniseranın  şərəfinə  belə 
adlandırılmışdır.  Hündürlüyü  1,5  –  3  m-ə  qədər  olan  alçaqboylu  kol  bitkisidir.  Yarpaqları  qısa 
saplaqlı,  xırda  ovalşəkilli  bəzən  yumurtavaridir,  alt  tərəfi  sıx  tükcüklüdür.Çiçəkləri  ağ  bəzən  isə 
sarıdır.  Tezböyüyən  bitkidir,  meyvələri  avqustun  axırı  sentyabrın  əvvələrində  yetişir.  Dekorativ 
bitki  kimi  becərilir  və  yaşıllaşdırmada  geniş  istifadə  olunur.  Meyvələrində  0,7%-ə  qədər  efir  yağı 
vardır.  Giləmeyvəsindən  hazırlanan  cövhər  homeopatiyaya  qarşı  istifadə  olunur.  Giləmeyvəsi 
yeməli deyil, qidaya qatdıqda isə ürəkbulanma və ishala səbəb ola bilər.  
Cotenaster  melanocarpus  Fisch.  Ex  Blytt  –  Qarameyvə  dovşanalması  -  Gülçiçəklilər 
fəsiləsinə aiddir. Yarpağını tökən və yaxud həmişəyaşıl gecböyüyən kol bitkisidir. Kiçik yarpaqları 
sadədir, tamkənarlı olub növdəli düzülmüşdür,  yumurtavaridir,  yayda  yaşıl rəngdə payız aylarında 
isə  parlaq  qırmızı  rəngə  çerilmiş  olur.  Çiçəkləri  ağ  bəzən  narıncı  rəngdədir.  Meyvələri  kiçikdir, 
qırmızı rəngdədir, toxum və vegetativ yolla çoxaldılır. Daşlı yamaclarda, divarların dibində əkmək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə