108
зеленых водорослей, распространенных в озера Ганлыгола и Батабата. Дано краткий
сообщений о объекте исследований озера отдельно. Установлено, что в летнем планктоне
озера Ганлыгол найдена 5 вид и 6 внутривидовых таксонов сине-зеленых и 8 видов зеленых
водорослей. Процентное соотношение между сине-зелеными и зелеными водорослями
соответственно составил 42,9 % и 57,1 %.
В планктоне озера Батабат обнаружено всего 38 видов водорослей, относящихся к
отделам Cyanoprokaryota (24 вид), Chlorophyta (14 вид). По количествам видов роды:
Merismopedia Meyen (4 вид), Anabaena Bory et al Bornet (4), Schizothrix F.T. Kützing et al
Gomont (3), Microcystaceae Elenkin (3 вид), Oscillatoria (Kirchner) Elenkin (2 вид),
превосходит остальных родов в алгосинузии Батабатского озера. Обнаруженный 14 видов
зеленых водорослей входят в 3 класса, один подкласс, 4 порядка, 5 семейства и 9 родов.
Интенсивное распространение сине-зеленых и зеленых водорослей в озера Ганлыгол и
Батабат начинается с августа до середины сентября. месяца. Это было связано с
повышением температуры воды. В основном распространено космополитный, северо-
альпийский, Альпийский, арктоалпный, индифферентный и бореальных географических
элементов. В обеих озерах полисапробных видов водорослей не встречаются. Это связано
что, водная экосистема озера не загрязнена.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent
M. Piriyev
109
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
TƏYYUB PAŞAYEV
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu
teyyubpashayev@mail.ru
UOT 58.006
NƏBATAT BAĞINDA İNTRODUKSİYA OLUNAN YERLİ VƏ
KƏNARDANGƏLMƏ KOL BİTKİLƏRİ
Açar sözlər: Nəbatat bağı, introduksiya, dekorativ, yaşıllaşdırma, Adi sarağan, Avropa
ərkəvanı, Əyri evkalipt
Ключевые слова: Ботанический сад, интродукция, декоратив, озеленения, Скумпия
кожевенная, Багрянник европейский, Эвкалипт косой
Key words: Botanical garden, introduce, ornamental, greenery, Cotinus coggygria, Cercis
siliquastrum, Eucalyptus obliqua
Son illərdə Naxçıvan Muxtar Respublikasının şəhər və qəsəbələrinin yaşıllaşdırılmasında
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağının da böyük rolu olmuşdur.
Hazırda burada yerli və müxtəlif ölkələrdən gətirilmiş dekorativ ağac və kol bitkiləri üzərində
tədqiqat işləri aparılır, onların bioekoloji xüsusiyyətləri ilə yanaşı artırılma üsulları da öyrənilir.
Naxçıvan MR – in iqliminə uyğunlaşan və davamlılığı müəyyən edilən ağac və kol bitkiləri
artırılaraq yaşıllaşdırma işlərində istifadə üçün tövsiyyə olunur.(2,s.23-222; 3,s.89-104; 4,s.60-77;
5,s.25-34; 6; 12, 364 səh.; 13,676 səh.).
Aşağıda qeyd edilən, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında
olan yerli və kənardangəlmə xeyli sayda kol bitkilərindən bəzilərinin yayılma əraziləri, bioekoloji
xüsusiyyətləri, artırılma üsulları, botaniki təsviri və s. haqqında qısa məlumatlar verilir.
Limonium meyeri (Boiss.) O.Kuntze - Meyer dəvəayağı, Cotenaster melanocarpus Fisch. Ex
Blytt – Qarameyvə dovşanalması, Lonucera iberica Bieb. - Gürcü doqquzdonu, Chamaerops humilis
L.- Alçaqboylu xamerops, Hibiscus syriacus L. - Suriya hibiskusu, Cercis siliquastrum L. — Avropa
ərkəvanı, Rosa zangezura P.Jarosch. Zəngəzur itburnusu, Ribes nigrum L. - Qara qarağat, Syringa
vulgaris L. – Adi yasəmən, Rhamnus cathartica L. - İşlətmə murdarçası, Jasminum fruticans L. –
Kolvari jasmin, Eucalyptus obliqua L'Her. - Əyri evkalipt, Cotinus coggygria Scop. - Adi sarağan
(Vəlgə), (1, s.26 -130; 7; 8, s.89-104; 9, s.60-77; 10, s. 25-34; 11, 43 p).
Limonium meyeri (Boiss.) O.Kuntze - Meyer dəvəayağı - Qurşunçiçəyikimilər fəsiləsinə
aid olub, çoxillik bitkidir. Meyer dəvəayağı boyayıcı bitki, balverən və dekorativ bitki hesab olunur.
Kökündən qara boya alınır. Çiçəklərində 0,020 mq-a qədər nektar vardır. Təbii halda daha çox
quraq ərazilərdə yayılmışlar. Quraqlığa davamlı və bəzək əhəmiyyətinə görə yaşıllaşdırmada geniş
istifadə olunur. Azərbaycan florasında 5 növü vardır. AMEA Naxçıvan Bölməsi Bioresurslar
İnstitutunun Nəbatat bağında əkilib becərilir və artırılır.
Lonucera iberica Bieb. - Gürcü doqquzdonu - Doqquzdonkimilər fəsiləsinə aiddir. XVI
əsrdə yaşamış alman riyaziyyatçısı, fiziki və botaniki Adam Loniseranın şərəfinə belə
adlandırılmışdır. Hündürlüyü 1,5 – 3 m-ə qədər olan alçaqboylu kol bitkisidir. Yarpaqları qısa
saplaqlı, xırda ovalşəkilli bəzən yumurtavaridir, alt tərəfi sıx tükcüklüdür.Çiçəkləri ağ bəzən isə
sarıdır. Tezböyüyən bitkidir, meyvələri avqustun axırı sentyabrın əvvələrində yetişir. Dekorativ
bitki kimi becərilir və yaşıllaşdırmada geniş istifadə olunur. Meyvələrində 0,7%-ə qədər efir yağı
vardır. Giləmeyvəsindən hazırlanan cövhər homeopatiyaya qarşı istifadə olunur. Giləmeyvəsi
yeməli deyil, qidaya qatdıqda isə ürəkbulanma və ishala səbəb ola bilər.
Cotenaster melanocarpus Fisch. Ex Blytt – Qarameyvə dovşanalması - Gülçiçəklilər
fəsiləsinə aiddir. Yarpağını tökən və yaxud həmişəyaşıl gecböyüyən kol bitkisidir. Kiçik yarpaqları
sadədir, tamkənarlı olub növdəli düzülmüşdür, yumurtavaridir, yayda yaşıl rəngdə payız aylarında
isə parlaq qırmızı rəngə çerilmiş olur. Çiçəkləri ağ bəzən narıncı rəngdədir. Meyvələri kiçikdir,
qırmızı rəngdədir, toxum və vegetativ yolla çoxaldılır. Daşlı yamaclarda, divarların dibində əkmək
Dostları ilə paylaş: |