104
yayda-98,7 mq/l, payızda isə 146,0 mq/l-ə bərabər olur. Zorbulağın suyunda isə mineral maddələrin
ümumi miqdarı 124 mq/l-dir. Suyu hidrokarbonatlı-kalsiumludur. Suyunun şəffaflığı 80 sm-dən
artıq olur. Gölün dib hissəsində müəyyən qədər torf çoküntüləri və əhəngdaşı töküntüləri müşahidə
edilir [1, s. 67].
Batabat-2 gölü dəniz səviyyəsində hündürlüyü 2120 m-də yerləşir. Sahəsi 7 ha, tutumu 0,8
mln. m
3
-dir. Əsas suyunu qar və yağış sularından alır. Mineral maddələrin ümumi miqdarı yazda 90
mq/l, yayda 98,7 mq/l, payızda isə 146,0 mq/l-ə bərabərdir. Suyunun tərkibi hidrokarbonatlı-
kalsiumludur. Ətrafındakı bulaqlar, qar və yağış suları hesabına su ilə dolur. Gölün ətrafı çoxlu torf
çoküntüləri ilə zəngin olub, ortasında qalın torf qatından ibarət “Üzən ada” movcuddur. “Üzən ada”
küləyin istiqamətindən asılı olaraq gölün müxtəlif yerlərinə doğru hərəkət edə bilir [1, s. 67].
Xəritə Google earth. Batabat-2 gölündə ayrılan stasionar məntəqələr
Batabat-3 gölü 2097 m dəniz səviyyəsindən hündürlükdə yerləşib, buradakı göllərdən ən
dərinidir. Suyunu ətrafındakı bulaqlardan və qar sularından alaraq, Naxçıvançayın axımının tənzim
edilməsində mühüm rol oynayır. Suyu hidrokarbonatlı-kalsiumludur. Dəniz səviyyəsindən 2097 m
hündürlükdə yerləşir. Suyunun tərkibi Batabat-1 və Batabat-2 göllərində olduğu kimidir [1, s. 67].
Tədqiqatın nəticələrinin müzakirəsi
Toplanılmış nümunələrin mikroskopik tədqiqatlarından alınan nəticələrə görə Qanlıgöldə
göy-yaşıl yosunlarından: Synechocystis aquatilis C. Sauvageau, Synechococcus elongatus (Nageli)
Nageli, Gloeocapsa minor Hollerbach ampl. f. minor, Anabaena variabilis F.T. Kützing, A.
macrospora Klebahn, Aphanizomenon elenkinii Keissler növləri müəyyən edilmişdir Yaşıl
yosunlardan isə Ulothrix variabilis F.T. Kützing, Ulotrix zonata (Weber et Mohr) F.T. Kützing,
Ulotrix subtilissima Rabenhorst, Spirogyra sp., Cosmoastrum turgescens (De Not.) Palamar-
Mordvintzeva, Cosmarium granatum Brebisson et al Ralfs, C. formosulum Hoffman in Nordstedt,
Oocardium stratum Nageli növləri tapılmışdır. Göy-yaşıl yosunların sayı 6, yaşıl-8 olmuşdur.
Ümumi növ sayının 42,9 %-ni göy-yaşıl, 57,1 %-ni yaşıl yosunlar təşkil etmişdir. Göy-yaşıl yosun
növləri bir sinif, 3 yarımsinif, 3 sıra, 4 fəsilə 3 yarımfəsilə, 5 cinsə, yaşıl yosunlar isə 2 sinif, bir
yarımsinif, 3 sıra, 3 fəsilə, 5 cinsə daxil edilmişdir. Ekoloji xüsusiyyətlərinə görə burada yayılan
yosunlar arasında oliqohaloblar, halofoblar, halofillər, mezohaloblar oliqo-α-mezosaproblar, oliqo-
β-mezosaproblar, asidofillər də müşahidə olundu. Lakin, dağ göllərinin sularınına məxsus, yüksək
dərəcədə təmizliyə görə burada oliqo-α-mezosaproblar, oliqo-β-mezosaproblara az rast gəlinir.
Polisaprob növlər isə müşahidə olunmadı.
105
Histoqram 1. Qanlıgöldə göy-yaşıl yosunların cinslər üzrə yayılması
Batabat göllərində (1, 2, 3) 2009-2014-cü illərdə aparılan tədqiqatlar zamanı yaşıl yosun
növlərindən: Ulothrix implexa (F.T. Kützing) F.T. Kützing, U. tenuissima F.T. Kützing, U. zonata
(Weber et Mohr) F.T. Kützing, Ankistrodesmus arcuatus (Korschikoviella), Spirogyra sp.,
Cosmoastrum turgescens (De Not.) Palamar-Mordvintzeva, Actinotaenium cucurbitinum (Bisset)
Teiling, Cosmarium subreniforme Nordstedt, C. subguadratum Nordstedt, C. meneghini Brebisson
et al Ralfs, C. botrutis Meneghini et al Ralfs, Staurastrum gracile Ralfs et al Ralfs, Cylindrastrum
capitulum (Brebisson) Palamar-Mordvintzeva, Pediastrum muticum F.T. Kützing növləri aşkar
olunmuşdur. Burada tapılan 14 yaşıl yosun növləri 3 sinif, bir yarımsinif, 4 sıra, 5 fəsilə, 9 cinsə
daxildir.
Diaqram. Batabat göllərində yaşıl yosunların cinslər üzrə yayılması
Aparılmış tədqiqatlar zamanı Batabat ərazisində yerləşən hər üç göllərdə göy-yaşıl yosun
növlərindən Synechococcus cedrorum C. Sauvageau, Merismopedia tenuissima E. Lemmermann,
M. glauca (Ehrenberg) F.T. Kützing, M. elengatus Nageli, M. marssonii E. Lemmermann,
Microcystis parietina (Nageli) Elenkin, M. hansgirgiana (Hansgirg) Elenkin, M. muscicola
(Meneghini) Elenkin, Gloeocapsa minima (Keissler) Hollerbach, Anabaena constricta (Szafer)
Geitler, A. variabilis F.T. Kützing, A. macrospora Klebahn, A. spiroides Klebahn,
Cylindrospermum licheniforme (Bory) F.T. Kützing et al Bornet et Flahault, C. muscicola F.T.
Kützing, Scytonema hoffmanii C.Agardh, Oscillatoria acuminata Gomont, O. subtilissima F.T.
0
10
20
30
40
1
1
1
2
1
16.7
16.7
16.7
33.3
16.7
Növ sayı
Növ sayına görə %-lə
3; 21%
1; 7%
1; 7%
1; 7%
1; 7%
4; 30%
1; 7%
1; 7%
1; 7%
Ulothrix F.T. Kützing
Ankistrodesmus Corda
Spirogyra Link
Cosmoastrum Pal.-Mordv.
Actinotaenium (Nageli) Teiling
Cosmarium Corda
Staurastrum F.J.F. Meyen
Cylindriastrum (W.B.Turner)
Pediastrum Meyen
Dostları ilə paylaş: |