97
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
VARİS QULİYEV
AMEA Naxçıvan Bölməsi
varisquliyev@mail.ru
UOT 634.8:631.527
ÜZÜM SORTLARININ MİLDİU VƏ OİDİUM XƏSTƏLİKLƏRİ
Açar sözlər: Mildiu, Plasmopora vitisola Berlttoni, Oidium, Uncinula necator Burrill
üzümçülük, göbələk xəstəlikləri, V. Vinifera l.
Key words: Mildiu, Plasmopora vitisola Berlttoni, oidium, Uncinula necator Burrill, grape,
Mushroom disease, V. Vinifera l.
Ключевые слова: Милдью, Plasmopora vitisola Berlttoni, Оидиум Uncinula necator
Burrill,виноградарство, грибная болезнь, V. Vinifera l.
Mildiu və oidium xəstəlikləri Azərbaycanda, həmçinin Naxçıvan MR şəraitində çox geniş
yayılan və üzüm tənəklərinə hədsiz dərəcədə ziyan vuran göbələk xəstəliklərindəndir [1. 2. 3, 4]. Bu
xəstəliklərin törədiciləri olan Plasmopora vitisola Berlttoni və Uncinula necator Burrill göbələkləri
tənəklərin məhsuldarlığının azalmasına, keyfiyyətinin çox pisləşməsinə səbəb olur. Bu xəstəliklərin
Azərbaycan şəraitində tədqiqi və heterozislik effekti H.M. Şıxlinski tərəfindən məqsədyönlü şəkildə
geniş tədqiq edilməkdədir 5, s. 3-134].
Qeyd etmək lazımdır ki, genofondda ayrı-ayrı sortlar üzərində bəzi müşahidə işləri aparılsa
da, mövcud sortlar üzərində bu xəstəliklərin kompleks şəkildə tədqiqi indiyə kimi aparılmamışdır.
Naxçıvan MR-də üzüm sort və formalarının mildiu və oidium xəstəliyinə davamlılığı
M.L. Lazarevski (1963) və R.N. Nedovun (1985) təkmilləşdirdiyi 5 ballıq şkala üzrə aparılmışdır
[5, s. 40-44; 6, s. 3-138].
Yarpaqlarda mildiu xəstəliyi ilə siyarətlənməsinin fitopatoloji qiymətləndirilməsi:
0 bal. İmmunitetli - yarpaqlarda xəstəliyin əlamətləri müşahidə edilmir;
1 bal. Yüksək davamlı - yarpaqlarda spor daşıyan xırda nöqtələrə rast gəlinir;
2 bal. Davamlı - yarpaq damarları arasında zəif spordaşıyan nekrozlaşmış ayrı-ayrı qruplar
halında hüceyrələrə təsadüf olunur;
3 bal. Tolerant (dözümlü) - nekrozlaşmış zona ilə haşiyələnən böyük olmayan mildiunun ayrı-
ayrı yağlı ləkələrinə rast gəlinir. Göbələk spor-daşıyanları zəif inkişaf etdiklərinə görə ləkələrin
böyüməsi məhdudlaşır. Yarpaqlar tökülmür;
4 bal. Davamsız - yarpaqlarda çoxlu sayda spordaşıyan böyük yağlı ləkələr əmələ gəlir. Bəzi
hallarda yarpaqların tökülməsi də müşahidə edilir;
5 bal. Çox davamsız - yarpaq ayası çox hallarda külli miqdarda spor daşıyan böyük ölçülü
yağlı ləkələrlə örtülür. Xəstəliyin şiddətli inkişafı zamanı yarpaqlar tamamilə tökülür.
-Yarpaqlarda oidium xəstəliyi ilə siyarətlənmənin fitopatoloji qiymətləndirilməsi;
0 bal. İmmunitetli - yarpaqlarda xəstəlik müşahidə olunmur. Konidilər cücərir, lakin mitseli
əmələ gətirə bilmir və tezliklə məhv olurlar;
1 bal. Yüksək davamlı - xəstəliklə sirayətlənmiş yarpaqlarda nekrotik ləkələr görünür. Konid-
ilər cücərir və spordaşıyan çox zəif mitseli əmələ gətirirlər. Xəstəliklə tənəkdə tək-tək yarpaqlar
sirayətlənirlər;
2 bal. Davamlı - xəstəliklə sirayətlənmiş yarpaqlarda böyük olmayan parlaq mitseli ləkələri
görünür və yarpaqlar açıq rəngə boyanırlar. Mitselilər zəif şaxələnir və konidilər az əmələ gəlir.
Xəstəliklə tənəkdə ayrı-ayrı yarpaqlar sirayətlənirlər;
3 bal. Tolerant (dözümlü) - xəstəliklə sirayətlənmiş yarpaqlarda böyük ölçüyü malik olmayan
oval şəkilli ləkələr əmələ gəlir. Mitselilər yaxşı inkişaf etməsinə baxmayaraq, ləkələr bir-birilə
birləşmir, lakin konidilər normal əmələ gələ bilirlər. Tənəkdə çoxlu sayda xəstəliklə sirayətlənmiş
yarpaqlara təsadüf olunur;
98
4 bal. Davamsız - xəstəliklə sirayətlənmiş yarpaqlar tamamilə mitseli ilə örtülür və çoxlu say-
da konidilər əmələ gəlirlər, lakin yarpaq ayasında xəstəliklə yoluxmamış sahələrə təsadüf edilir.
Tənəkdə olan yarpaqların əksəriyyəti xəstəliklə sirayətlənirlər;
5 bal. Çox davamsız - xəstəliklə sirayətlənmiş yarpaqlar bütünlüklə ağ-boz rəngli örtüklə ör-
tülür. Tənəkdə olan yarpaqların təxminən hamısı xəstəliklə yoluxaraq, son nəticədə tökülürlər.
Genofond bağında üzüm tənəklərinin fitopatoloji qiymətləndirilməsi dərmanlama aparıl-
madan, təbii fonda həyata keçirilmişdir. Ən çox becərilən üzüm sortlarının yarpaqlarında mildiu və
oidium xəstəliklərinə qarşı dözümlülüyü üzrə müşahidələr davamlı aparılmış, alınmış nəticələr
aşağıda verilmişdir (Cədvəl 1).
Cədvəl 1
Üzüm sortlarının yarpaqlarında mildiu və oidium xəstəliklərinə
yoluxmaların qiymətləndirilməsi (5 ballıq şkala üzrə)
Sortlar
Mildiu, bal
Oidium, bal
2004
2008
2010
орта
2004
2008 2012
orta
Arazvari
2
0
1
1-2
0
0
1
0-1
Ağ kişmişi
2
1
1
1-2
0
0
1
0-1
Ağ aldərə
1
2
2
1-2
1
0
1
0-1
Ağ kələnpur
0
0
0
0
1
0
0
0
Ağ kürdəşi
1
0
2
1-2
1
0
0
0-1
Ağ xəlili
1
1
0
0-1
1
0
0
0-1
Bəndi
1
1
0
0-1
0
0
0
0
Bənəniyar
2
1
2
1-2
2
1
2
1-2
Qara kişmişi
1
1
2
1-2
1
0
1
0-1
Qara aldərə
3
2
3
2-3
2
1
2
1-2
Qırmızı inəkəmcəyi
1
1
2
1-2
1
1
2
1-2
Qara kürdəşi
1
0
0
0-1
0
1
1
0-1
Qara sərmə
3
1
2
1-2
1
1
2
1-2
Qara xəlili
1
1
0
0-1
1
0
0
0-1
Qara şəfeyi
2
0
1
1-2
1
0
1
0-1
Qara hənəqırna
2
3
3
2-3
1
1
2
1-2
Qırmızı kişmişi
0
1
2
1-2
0
1
1
0-1
Qırmızı tayfı
3
2
2
2-3
2
2
1
1-2
Qırmızı şəfeyi
1
1
2
1-2
0
1
0
0-1
Qırmızı hüseyni
0
0
1
0-1
0
0
0
0
Qırmızı hənəqırna
2
2
3
2-3
2
2
3
2-3
Qəhvəyi kişmişi
1
0
0
0-1
0
0
0
0
*İnəkəmcəyi
2
1
2
1-2
3
2
3
2-3
Yumrugilə sarı kişmişi
3
2
2
2-3
0
1
0
0-1
Keçiəmcəyi
2
3
3
2-3
3
3
4
3-4
Kəhrəba
2
1
1
1-2
2
2
3
2-3
Misqalı
1
0
0
0-1
0
0
1
0-1
Muxtarı
2
2
3
2-3
2
1
1
1-2
Mələyi
3
2
2
2-3
0
1
1
0-1
Mərməri
2
2
1
1-2
0
0
1
0-1
Naxçıvan qırmızı şanısı
2
1
2
1-2
1
1
2
1-2
Naxçıvan ağ tayfısı
2
2
3
2-3
1
2
1
1-2
Naxçıvan qara şanısı
2
2
3
2-3
1
0
1
0-1
Naxçıvan qızıl üzümü
1
1
2
1-2
1
1
0
0-1
Naxçıvan hüseynisi
1
1
2
1-2
1
0
1
0-1
Sarı aldərə
2
2
3
2-3
1
0
0
0-1
Dostları ilə paylaş: |