91
hansısa bir fəal mərkəzi tərəfindən yerinə yetirilir. Digər tərəfdən belə hesab olunur ki, fəal
mərkəzlər fermentlərin 3-cü və 4-cü polipeptid zəncirlərində yerləşmiş amin turşuları radikallarının
hər hansı birləşməsindən ibarətdir. Doğrudan da məlum olmuşdur ki, fermentlər denaturasiyaya
uğradıqda polipeptid zəncirinin qarşılıqlı yerləşməsi pozulur və ferment fəallığını itirir.
Fermentlərin öyrənilmə tarixi qədimdir. Ferment tədqiqatının görkəmli alimləri Lipman Fris Albert
(1899-1986), Lui Paster (1822-1895), Kornberq Artur (1918-2007), Leonor Mixaelis (1875-1949),
Eduard Buxner (1860-1817), Ceyms Betçeller Samner (1987- 1955), İoqann Yustus fon Libix
(1803-1873), Mod Menten (1879-1960), Con Xovard Nortrop (1891-1987), Emil Herman Fişer
(1852-1919) olmuşdur [3; 4, s.94-110; 6, s. 88-106 ].
Sarımsaq soğan - Allium sativum L. Soğankimilər fəsiləsinin - Alliaceae L., Soğan - Allium
L. cinsinə daxildir. Sarımsaq, çoxillik soğanaqlı ot bitkisidir. Soğanağı 2-12 ( bəzən də çox)
paycıqlardan (dişciklərdən) ibarət olub, girdə formadadır. Soğanağın hər dişciyi xaricdən müstəqil
örtüyə malikdir. Dişciklərin hamısı birlikdə xaricdən bir neçə ümumi pulcuqşəkilli örtüklə
örtülüdür. Örtüyün rəngi ağ-çəhrayı, yaxud bənövşəyi olur. Yerüstü gövdəsi dikdurandır.
Hündürlüyü 40-70 sm-ə çatır. Yarpaqları xəttvaridir. Gövdəsinin mərkəzindən çiçək oxu inkşaf
edir. Çiçək oxunun sonunda sayı o qədər də çox olmayan ağ və ya solğun çəhrayı rəngli çiçəkləri
çətirə bənzər çiçək qrupu əmələ gətirirlər. Onlar əmələ gələrkən xaricdən konusa bənzər ümumi
örtüyə malik olurlar. Meyvəsi 3 yuvalı qutucuqdur. Qutucuğun içərisində üçkünc formalı qara
rəngli toxumlar yerləşir. Bitki iyun-iyul aylarında çiçəkləyir. Həm toxumla, həm də soğanaq
vasitəsi ilə çoxalır. Becərilmə tarixi eramızdan 2000 il əvvələ aid edilən sarımsağın vətəni Orta
Asiya hesab edilir. Qədim yunanlar onu Allium adlandırmışlar. Hazırda bitkinin daxil olduğu cinsin
adı da burdan götürülmüşdür. Bu qiymətli dərman bitkisi demək olar ki, Azərbaycanın bütün
rayonlarında əkilib becərilir [1;2].
Soğanağı (Bulbus allii sativi) istifadə olunur. Tərkibində efir yağı (0,1-0,6%), tioqlikozid-
skordinin, A vitamini, C vitamini, B qrupu vitaminləri, yodun izləri və inulin tipli polisaxaridlər
aşkar edilmişdir. Efir yağının əsasını diallildisulfid (60%), dialliltrisulfid (20%), dialliltetrasulfid
(10%) və allilpropil-disulfid (6%) təşkil edir. Ekstarksiya zamanı sarımsaqda olan allinə alliinaza
fermentinin təsirindən allisin adlanan güclü antimikrob aktivliyə malik suda həll olan birləşmə
əmələ gəlir. Sarımsağa spesifik iyi verən də məhz həmin allisindir.
Həzm tarktının fəaliyyətinin tənzimində, infeksiyon xəstəliklərin hipertoniya və aterosklero-
zun profilaktika və müalicəsində mühüm rol oynayır. Sarımsaq hələ çox qədimdə müxtəlif ölkələrin
xalq təbabətində bir sıra xəstəliklərə qarşı istifadə edilmiş dərman bitkisidir. Elmi təbabətdə
aparılmış çox saylı eksperimental və klinik tədqiqatlar bu bitkinin xalq təbabətindəki tətbiqinin
əsaslı olduğunu-onun geniş farmakoloji təsir spektrinə malik dərman bitkisi olmasını təsdiq
etmişdir. Sarımsağın təsir xüsusiyyətlərini uzun müddət araşdıran, onun güclü antimikrob aktivliyə
malik olmasını müəyyən edən tədqiqatçılardan biri B.P. Tokin olmuşdur. O, 1928-48-ci illər ərzində
apardığı təcrübələrdən belə nəticəyə gəlmişdir ki, sarımsaq fitonsidlərlə ən zəngin bitkidir. Onun
uçucu fraksiyası difteriya çöplərinə, vərəm mikobakterlərinə, stafilokokklara, sterptokokklara, maya
göbələklərinə məhvedici təsir göstərir. Bundan sonra İ.V. Toroptsev və İ.E. Kamnev sarımsaqdan
poroşok və məhlul halında bakterisid preparat, T.D. Janoviç - sativin adlı ekstrakt, amerika alimləri
Cavallito və Baily (1994) - allisin. De Almeida Machado, Cross və Calvalhodos (1945) - qarlisin
adlandırılan antibiotik təbiətli maddələr almışlar.
Popov (1948) sarımsağın vəba vibrionlarına qarşı güclü bakterisid təsir göstərdiyini öy-
rənmişdir. Sarımsağın farmakoloji xüsusiyyətlərini uzun illər araşdırmış tədqiqatçılardan biri olan
V. Petkov dovşanlar üzərində apardığı təcrübələrdən belə nəticəyə gəlmişdir ki, sarımsaq
preparatları ateromotoz lövhəciklərin yaranmasının qarşısını alır, hipotenziv effekt yaradır (bu
effekt klinik müşahidələrdə də təsdiq olunmuşdur). O, 1949-cu ildə əvvəlcə eksperimental, sonra isə
klinik şəraitdə sarımsağın antihelmit təsirini də öyrənmişdir. Apardığı təcrübələrin nəticəsində
sarimsağın hipoqlikemik və antitireoid effektlərə malik olduğunu, onun təzə şirəsinin, yaxud efirlə
ekstraksiya olunmuş efir yağının-qanda xolesterinin miqdarını aşağı saldığını aşkar etmişdir. Petkov
1961-69-cu illərdə əməkdaşları ilə birlikdə sarımsağın təzə şirəsi və ya onun sulu çıxarışının
bağırsaq mikroorqanizmlərinə (dizenteriya, yatalaq və bağırsaq çöp-lərinə, entorokoklara), qızılı
92
stafilokokklara, alfa-hemolitik streptokokklara məhvedici təsirini təcrübələrdə yoxlamışdır. 1953-cü
ildə müəyyən etmişdir ki, sarımsaq kiçik dozada bağırsağın həm tonusunu azaldır, həm də
peristaltikasını zəiflədir. O, 60-cı illərdə, öncə heyvanlar üzərində, sonra isə klinik şəraitdə sarımsaq
preparatının qurğuşun intoksikasiyalarına qarşı çox yaxşı profilaktik və müalicəvi effektə malik
olduğunu müəyyən etmişdir.
Kovalevanın (1971) qeyd etdiyinə gorə, sarımsaq preparatları ürək əzələlərinin yığılma
amplitudasını genişləndirir, ritmini azaldır, həm ürəyin tac damarlarını, həm də periferik damarları
genişləndirir, diurezi artırır. Sarımsaqdan müasir tibbi təcrübədə ateroskleroz, hipertoniya və mədə-
bağırsaq xəstəliklərinin (bağırsaq atoniyasi, kolit, dizinteriya, meteorizm və s.) müalicəsində, habelə
bağırsaqların florasının inkişafı, zərərli florasının məhv edilməsi, iştahın artırılması, mədə şirəsi və
öd ifrazını tənzimləyərək həzmin yaxşılaşdırılmasında işlədilir. Sarımsaq insan orqanizmində bir
çox prosesləri nizama salan cox qiymətli bitkidir. Ondan keçmiş SSRİ-də “Allilsatum”, Polşada-
“Alliofil”,“Alliostabil”, Almaniyada “Allium sativum- Starth”, “Starth-50”, “Alliocaps” preparatları
alınmışdır.
Sarımsaq “Alloxol” kompleks preparatının da tərkibinə daxildir. Sarımsağın antimikrob təsirli
uçucu maddələri ağ ciyərlər vasitəsi ilə orqanizmdən xaric edildiyi üçün bronxit və bronxoektazada
ondan istifadə edilməsi yaxşı nəticə verir. Belə bir fikir də mövcuddur ki, sarımsağın təsirindən şiş
hüceyrələrinin inkişafi zəifləyir. Bütün bunlarla yanaşı, böyrəkləri xəstə olan insanların sarımsaq və
onun çıxarışlarından istifadə etməsi məsləhət görülmür, çünki onlar böyrəklərin pareiximasını
qıcıqlandırmaqla zərər verə bilərlər. Çin təbabətində sarımsaq çox qiymətli dərman bitkisi kimi
revmatizm, həzm və tənəffüs sistemi xəstəliklərinin, dəri xəstəliklərindən - pullu dəmrov və
piodermiya xəstəliklərinin müalicəsində istifadə olunur.
Sarımsaq müxtəlif forma və qaydalarda qəbul edilir. 1. Ən adi üsul axşam yeməyi zamanı bir
yaxud bir neçə diş təzə sarimsağı yeməklə (yaxşı olar ki, qatıqla qəbul etmək). 2. Duza və ya
sirkəyə qoyulmuş sarımsağı da 1-ci üsulda olduğu kimi qəbul etmək olar. 3. Sarımsaq miksturası
(Tinctura allii sativi). Bunun üçün qabıqdan təmizlənmiş 250 q. sarımsaq dişcikləri xırdalanaraq 1
litr 96 dərəcəli spirtlə qarışdırılır, şüşə qaba doldurularaq ağzı kip qapanır və qaranlıq yerə qoyulur.
Gündə 1 dəfə (axşamlar) yaxşı çalxalamaqla 14 sutka bu şəraitdə saxlanaraq süzgəcdən keçirilir.
Alınmış tinktura yeməkdən əvvəl hər dəfə 15-20 damcı südlə içilir.
Adi əncir - Ficus carica L. Tutkimilər - Moraceae Link. fəsiləsinin Əncir - Ficus L.
cinsinə daxildir. Hündürlüyü 3-4 m-ə (bəzən 7-10 m) çatan, qışda yarpaqlarını tökən qollu- budaqlı
kol və ya ağac bitkisidir. Gövdəsinin qabığı açıq boz rənglidir. Yarpaqları uzun saplaqlı olub, gövdə
üzərində növbəli və ya qarşılıqlı düzülürlər. Yarpaq ayası (uzunluğu 20-30 sm, eni isə 30-35 sm)
bütöv və ya barmaqşəkilli (3-5) dilimlidir. Çiçəkləri girdə formalı qapalı çiçək qrupuna toplanmış-
dır. O, saplağın əks tərəfində yerləşən deşik vasitasilə açılır. Çiçək qrupunun deşiyi ətrafinda
erkəkçiklər, boşluğun qalan hissəsində isə dişi çiçəklər yerləşir. Dişi çiçəklərin özləri də meyvə
verən və meyvə verməyən olur. Meyvə verməyən çiçəklərə qısır cicəklər deyilir. Onların dişicik
sütüncuğu nisbətən qısa olur. Meyvəsi avqust-sentyabrda yetişir, şirin dada malikdir .
Azərbaycanın bir cox rayonlarında (Abşeron, Şamaxı, Göycay, Lənkəran, Gəncə və s.)
becərilir. Adi əncirə yabanı halda, qayalıq yerlərdə, çay vadilərində rast gəlinir. Naxçıvan MR
ərazisində həyətyanı sahələrdə becərilir və yabanılaşmış halda daşlıq-qayalıq yerlərdə bitir.
“Qırmızı kitab”a daxil edilmişdir. İstifadə olunan hissəsi meyvəsidir (Fructus caricae). Yetişmiş
meyvəsinin tərkibində antosian qlikozidi - sambusianid, şəkərlər (qlukoza, fruktoza, saxaroza,
arabinoza), nişasta, pektin maddələri, fosfatidlər, piyli yağlar, üzvi turşular, fermentlər, selik
maddəsi, mineral maddələr (kalium, kalsium, maqnezium, fosfor, dəmir), karotin, vitaminlər - B
1
(0,08 mq%), B
2
(0,07 mq%), B
6
(0,32 mq%), RR (0,6 mq%), pantoten turşusu (0,4 mq%), foli
turşusu (0,03 mq%) və askarbin turşusu olduğu aşkar edilmişdir. Onun süd şirəsinin tərkibində
quttaperça, züllalar və xolin vardır. Əncirin meyvəsi mineral maddələrlə (xüsusilə kalium və dəmirə
görə) zəngin olduğu üçün ürək-damar xəstəliklərinə, anemiyaya qarşı istifadə edilir, Tromboza
meyilli xəstələrə məsləhət görülür. Əncirin meyvəsindən həzmi yaxşılaşdıran, sidikqovucu və
tərlədici maddə kimidə də istifadə edirlər. Təzə meyvəsi orqanizmdə duz mübadiləsini tənzim edir.
Əncirin meyvəsi (Kafeol) preparatının tərkibinə daxildir. Əncirin yarpaq və qabığının 1:10 nisbə-
Dostları ilə paylaş: |