87
Qaraağacyarpaq quşqonmaz, Nepeta grandiflora Bieb.- İriçiçək pişiknanəsi, Achillea millefolium L.
– Adi boymadərən, Aegilops cylindrica Host – Slindirvari buğdayı otdan ibarət qruplaşma
formalaşdırırlar.
Muxtar respublikanın arid və ya seyrək meşələr yarımtipində: Juniperetum, Quercetum,
Amygdaluetum, Crataeguetum, Aseretum, Ficusetum, Celtidaetum kimi formasiyalar və Juniperus
foetidissimosum + Juniperus exceliosum+ Amygdalus fenzlianosum + Crataegus monogynosum +
Crataegus pentagynosum+ Celtis caucasiosum kimi assosiyalar formalaşır. Dryopteridaceae R.-
C.Ching - Ayıdöşəyikimilər fəsiləsinin Polystichum Roth, emend. Schott - Cərgəvər cinsinə daxil
olan Polystichum lonchitis (L.) Roth - Nizəvari cərgəvər və Polystichum aculeatum (L.) Roth -
Tikancıqlı cərgəvər növləri qeyd edilən bu formasiya və assosiyalarda inkişaf edirlər.
Culfa rayonunda Xəzinədərə ərazisində Polystichum lonchitis (L.) Roth - Nizəvari cərgəvər
subalp və seyrək halda alp zonasında Juniperus foetidissima Willd. - Ağıriyli ardıc, Juniperus
excelsa Bieb.- Hündür ardıc, Amygdalus fenzliana (Fisch.) Lipsky – Fenzil badam, Crataegus
monogyna Jacq- Biryuvalı yemişan, Crataegus pentagyna Waldst. et Kit. – Beşyuvalı yemişanın
əmələ gətirdiyi seyrək meşəlikdə qayaların rütubətli və daşlı yamaclarında, daşların ortasındakı
çatlarda bitmişdir. Bu növün assosiasiya əmələ gətirdiyi yerdə Bənövşəyi arpa - Hordeum
violaceum Boiss. et Huet, mamır növlərindən Dicranunun polsetum Sw. – Çoxqolcuqlu dikran,
Mnium marginatum (With.) Brid ex P.Beauv. – Haşiyəli мnium və Dermatocarpon miniatum (L.)
Mann.– Tutqunqırmızı dermatokarpon şibyə növü onu əhatə etmişdir.
Polystichum aculeatum (L.) Roth – Tikancıqlı cərgəvər növü Culfa rayonunun Camaldın
kəndi yaxınlığındakı Ərməmməd pirinin dağdağan, yemişan və ardıc meşə- kolluq hissəsindəki
qayalı - daşlıqlı ərazisində aşağıdakı assosiasiyanı formalaşdırır.
- Assosiasiya: Juniperus foetidissimosum+Amygdalus fenzlianosum+
Crataegus monogynosum+ Celtis caucasiosum + Polystichum aculeatosum
Novün mövcud olduğu assosiasiyada qeyd edilən ağaclardan Juniperus foetidissima Willd. -
Ağıriyli ardıc, Amygdalus fenzliana (Fritsch) Lipsky, Celtis tournefortii Lam.– Turnefor
dağdağanı, Ulmus glabra Huds.- Hamar qaraağac, Acer ibericum Bieb.-Gürcü ağcaqayını,
Crataegus monogyna Jacq.– Biryuvalı yemişan, kollardan Euonymus europaea L.-Avropa
gərməşovu, Zygophyllum fabago L. – Adi həlməl, Lonicera iberica Bieb.- Gürcü doqquzdonu, Rosa
canina L.- İt itburnu, çoxillik otlardan Alhagi pseudalhagi (Bieb.) Fisch.- Adi yağtikanı, Astragalus
szovitsii Fisch. et C.A.Mey. – Soviç gəvəni, Ephedra procera Fisch. et C.A. Mey.- Boylu acılıq,
Lallemantia iberica (Bieb.) Fisch. et C.A. Mey. – Gürcü lalemantiyası, Echium vulgare L. – Adi
göyək, Ajuga genevensis L. – Cenevrə dirçəyi, Geranium sylvaticum L. – Meşə ətirşahı, Draba
nemorosa L.-Meşəlik yastıqotu, Elytrigia heidemaniae Tzvel.- Heydeman ayrığı, Aegilops
cylindrica Host – Slindrvari buğdayıot və Bromus scoparius L.- Süpürgəvari tonqalotu, da iştirak
edirlər.
Qıjılar şöbəsinə daxil olan bitkilər əhəmiyyətinə görə 5 qrupa: dekorativ, dərman, qida,
texniki və yem əhəmiyyətli bitkilərə bölünürlər. Müşahidələr göstərir ki, muxtar respublikamızın
qıjı növlərinin əksəriyyətindən fərdi və ictimai yerlərin yaşıllaşdırılmasında istifadə etmək olar.
Bunların içərisində ən əlverişli sayılanları Ayıdöşəyikimilər fəsiləsinə daxil olan növlərdir: Bu
bitkiləri vegetativ və sporlar vasitəsilə müxtəlif şəraitdə becərmək mümkündür.
Erkək ayıdöşəyindən [Dryopteris filix-mas (L.) Schott] texniki məqsədlər üçün, xüsusən
ondan aşılayıcı kimi və efir yağlarının alınmasında istifadə etmək mümkündür. Bu bitkinin
tərkibində efir yağı, tanin, flavanoid, filmaron, filitsin, kökümsovunda 5% floroqlüsinlərin cəmi
olan “xam filisin”lə müəyyən edilir. “Xam filisin”in tərkibində müxtəlif quruluşlu floroqlüsinlər,
həmçinin trimer-filiksin turşusu, bundan əlavə albaspidin və flavaspidin turşuları da vardır ki,
bunlar da dimer floroqlüsindir. Kökümsovda aşı və acı maddələr, nişasta, piyli yağ, yağ turşusu və
s. vardır. Bitkinin tərkibində əsas təsiredici maddələr olan fenollu birləşmələr - floroqlüsinin
monomer, dimer və trimer törəmələri olan floroqlüsinlər: filmaron (aspidino fillin), flavaspidon
turşusu, aspidinol və başqaları təyin edilmişlər. Bitkinin köklərində floroqlüsinlərdən əlavə nişasta,
saxaroza, aşı maddələri (7-8%), bitki yağı (6%-ə qədər), uçucu yağ turşuları və onların efirləri
müəyyən edilmişdir [2, s. 158-163; 7, s.65-68; 4, s.182-186].
88
Dryopteris filix-mas (L.) Schott növü tibbi əhəmiyyətədə malik bitkidir. Erkək ayıdöşəyinin
kökümsovundan qatı efir ekstraktı - Extractum Filicis maris aethereum Spissum hazırlanır ki, bu da
lentşəkilli qurdlara qarşı ən güclü təsirə malik dərman kimi geniş istifadə edilir. Bundan başqa bu
bitkidən yaraların sağaldılmasında da istifadə edilir [6, s. 97-109].
Fəsilənin tərkibinə daxil olan Polystichum lonchitis (L.) Roth və Polystichum aculeatum (L.)
Roth [P. lobatum (Huds.) Bast.] növləri həzm və sidik sistemi xəstəliklərinin müalicəsində, irinli
yaraların sağaldılmasında, qurd xəstəliklərinin müalicəsində, iltihab əlehinə, baş ağrılarında,
bəlğəmgətirici və antiseptik vasitə kimi də tətbiq edilə bilər.
ƏDƏBİYYAT
1.
Novruzov V. Fitosenologiyanın əsasları (Geobotanika) Bakı: Elm, 2010, 308 s.
2.
Novruzova E.S. Naxçıvan Muxtar Respublikası florasına daxil olan Qıjıların əhəmiyyətli
növləri və onlardan istifadə, AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər
seriyası, 2015, № 2, s.158-163
3.
Novruzova E.S. Naxçıvan Muxtar Respublikası florasında Qıjıkimilər şöbəsinə
(Polypodiophyta) daxil olan bəzi növlərin fitosenologiyası // AMEA Naxçıvan Bölməsinin
Xəbərləri, Təbiət və texniki elmlər seriyası, 2014, № 2, s.145-150
4.
Novruzova E.S., Batmaz O.S. Naxçıvan Muxtar Respublikasında yayılan Ayıdöşəyikimilər -
Dryopteridaceae R.Ching fəsiləsi bitkiləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət
və texniki elmlər seriyası, 2013, № 4, s.182-186
5.
Talıbov T.H. Naxçıvan MR-in flora biomüxtəlifliyinin müasir vəziyyəti, Bakı Elm, 2002,
s.148-154
6.
Talıbov T.H., Novruzova E.S. Naxçıvan Muxtar Respublikası florası – Polypodiophyta.
Naxçıvan, Əcəmi – Poliqrafiya Birliyi, 2014,152 s.
7.
Новрузова З.А., Аскеров А.М. Сравнительно - анатомический анализ видов Dryopteris
Adans. S.Str. Кавказа. Доклады Академии Наук Азербайджанской ССР, Т. ХХХVII,
1981, № 4, с.65-68
ABSTRACT
Tariyel Talibov
Enzala Novruzova
THE PHYTOCENOLOGIC FEATURES AND IMPORTANCE SPECIES OF
DRYOPTERIDACEAE R.-C. CHING FAMILY IN THE FLORA OF NAKHCHIVAN
AUTONOMOUS REPUBLIC
In the article the phytocenological features, their created associations, formation and plant
groups of species including in Drypoteridaceae R.-C. Ching family had been noted in the flora of
Nakhchivan Autonomous Republic. The plants including in ferns section divided 5 groups for their
significance: ornamental, medicine, food, technical and feed. The observations show that majority
of fern species can be use in greenery of private and social places. The species including in fern
family consider more favourable. These species can be grown in different condition with vegetative
and spores. It has been noted that the species including in Drypoteridaceae R.-C. Ching family can
be utilize in greenery as ornamental plant, treatment of some diseases, in medicine as remedy. The
male fern [Dryopteris filix-mas (L.) Schott] use for technical purposes, specially as tanning agent
and getting ether oil, thick ether extract prepare from rhizomatous in medicine that, this utilize as
strong medicine against worm. Also this plant utilize for to cure of wounds.
Polystichum lonchitis (L.) Roth və Polystichum aculeatum (L.) Roth [P. lobatum (Huds.)
Bast.] species can be use for treatment of digestive and urinary diseases, at cure of wounds,
treatment of worm diseases, against inflammatory, for headache, as expectorant and antiseptic.
Dostları ilə paylaş: |