93
tində hazırlanmış dəmləməsinin, yarpaq və meyvələrindən alinan qətranın 0,1% spirtli məhlulunun
ürək fəaliyyətini artırması Azərbaycan Tibb Universitetində aparılmış eksperimental təcrübələrlə
müəyyən edilmişdir. Xalq təbabətində əncirin meyvələrindən ürək xəstəliklərində, hipertoniyada,
qan azlığında, ümumi zəiflikdə, quru öskürəkdə, boğaz ağrılarında, bronxial astmada, və böyrək
xəstəliklərində istifadə olunur. Quru ənciri süddə qaynadaraq öskürəyə qarşı istifadə edirlər.
Əbu Əli İbn Sina ağ əncirin qırmızıdan, onunsa qara əncirdən faydalı oldugunu bildirir. O,
həm təzə və həm də quru əncir meyvəsinə münasibətini bildirərkən qeyd etmişdir ki, quru əncir
tərifə layiqdir, güclü yetişdirici, açıcı və sorucu xassələrə malikdir, orqanizmdəki şirələri xaricə
doğru qovur, lakin onun yaratdığı qan yaxşı deyil. Həm yetişmiş təzə əncir, həm də onun qurusu
sinə üçün xeyirlidir, öskürəyi kəsir, qara ciyər və dalağın tutulmalarını açır. Lakin, böyümüş qara
ciyər və dalağa zərərdir. Yetişməmiş əncir sarğı şəklində doğuş ləkələrinə qarşı faydalıdır. Onun
süd şirəsi isə qanı qatılaşdırır. Əncir və xüsusən onun süd şirəsi böyrəklərdən qumu təmizləyir.
Səhər-səhər ac qarına yemək (xüsusən qoz, yaxud badamla) həzm vəzləri üçün çox faydalıdır.
Ağ küstüşam - Bryonia alba L. Qabaqkimilər - Cucurbitaceae L. fəsiləsinin Küstüşam -
Bryonia L. cinsinə daxildir. Ağ küstüşam acı dadı, xoşagəlməz iyi olan, turp şəkilli yoğun və ətli
kökə malik birevli lian bitkisidir. Kökü həlqə şəkilli qalınlaşmışdır, xaricdən sarımtıl, daxildən isə
ağ rənglidir. Qısa və yoğun yeraltı zoğları vardır. 2-4 m uzunluga çatan, bığcıqlar vasitəsilə
dırmaşan yerüstü gövdəlidir. Yarpaqları sadə və saplaqlı olub, gövdə üzərində novbəli düzülürlər.
Yarpaq ayası 5 paycığa ayrılır, kənarları dişiciklidir. Çiçəkləri bircinslidir. Uzun saplaqlı erkək
çiçəkləri (7dən 15-ə qədər) gövdənin ucundan qalxanvari salxım əmələ gətirilir. Onların kasacığı
tacdan çox qısadır. Erkəkciklərinin sayı 5-dir. Qısa saplaqlı dişi çiçəkləri (5-dən 12-ə qədər) çətir
əmələ gətirirlər. Onların kasacığı tacdan çox qısadır. Kasacığın və dişiciklərinin uzunluğu taca
bərabərdir. Dişiciyi alt yumurtalıqlı, üç yuvalı, bir sütuncuqludur. Meyvəsi əvvəlcə yaşıl, yetişən
zaman qara rəng alan, girdə və şirəli giləmeyvədir. Toxumları qonur rəngli və bir qədər basıqdır.
Toxumla çoxalır. Bitki iyul ayında çiçəkləyir. Meyvələri iyun-sentyabr aylarında yetişir. Düzənlik
ərazilərdən başlayaraq yuxarı dağ qurşaqlarına qədər Azərbaycanın və o cümlədən Naxçıvan MR-ın
bir cox rayonlarında yayılmışdır. Əsasən meşə ətəklərində, bağlarda, həyətyanı sahələrin
kənarlarında bitir. Azərbaycanda küstüşam (Briyonia) cinsinin ağ küstüşam növündən başqa,
ikievli küstüşam növü də vardır. Bu növ ağ küstüşamdan həm ikievli olmasına, həm də
meyvələrinin narıncı və ya qırmızı olmasına görə fərqlənir. Ona əsasən Naxçıvan MR-də rast
gəlinir, nadir bitkidir. Hər iki növ küstüşam eyni tibbi məqsədlə tətbiq edilir.
Dərman məqsədilə küstüşamın həm təzə köklərindən (Radix Bryoniae albae recens), həm də
qurudulmuş köklərindən (Radix Bryoniae) istifadə edilir. Küstüşamın kökləri payızda, yaxud da,
yazda aprel-may aylarında (bitki çikəklənənə qədər) qazılaraq çıxarılır. Təmizlənərək soyuq suda
yuyulduqdan sonra nazik kəsiklər şəklində doğranılaraq havası yaxşı dəyişilən kölgə yerdə (adi
temperaturda) sistematik olaraq çevirməklə qurudulur. Qurudulmanı asanlaşdırmaq üçün kəsikləri
sapa düzərək kölgədə asmaq da olar. Xammal xoşagəlməz iyə malikdir. Zəhərli olduğu üçün dadı
yoxlanılmamalıdır.
Ağ küstüşamın köklərinin tərkibində qlikozidlər (brionin, brionidin, brionol, brein), alkaloidə
bənzər maddə - brionisin, qətran maddələri, üzvi turşular, aşı maddələri, nişasta, fermentlər, efir
yağı, kukurbitasin və fermentlər aşkar edilmişdir. Toxumalarının tərkibində 25 % - ə qədər piyli
yağlar və likolin vardır.
Diuretik, işlədici, revulsiv təsirə malikdir. Küstüşam xamalının əsas təsir edən maddələri
brionin və güclü toksin təsirə malik olan brionidindir. Xammalın tərkibində olan efir yağı antiseptik
təsirə malikdir. İ. Dəmirov və b. [1] küstüşam qlikozidlərinin qan təzyiqini yüksəltdiyini və ürək
əzələlərinin tonusuna tənzimləyici təsir göstərdiyini qeyd etmişdir. Küsdüşamın spirtli ekstraktı
işlədici xassəyə malikdir. Bolqar xalq təbabətində ağ küstüşamın köklərindən işlədici, diuretik və
antihelminit təsirli maddə kimi (girdə qurdlara qarşı) istifadə edilir. Əbu Əli İbn Sina (çöl noxudu
və güldəfnə ilə birlikdə) bədəndəki çilləri və yara yerlərində qalan tünd ləkələri apardığını,
hematoma nəticəsində gözlərin altında əmələ gəlmiş qaralmanı təmizlədiyini, iri çivzələri və ziyili
apardığını, küstüşam köklərindən əncirlə birlikdə dalaq üzərinə sarğı qoyularsa dalaqdakı şişi
94
götürdüyünü (İbn Sinaya görə ümumiyyətlə küstüşam dalaq üçün ən faydalı dərman vasitələrindən
biridir), çaxırla birlikdə sarğı hazırlayıb qoyularsa dolamanı sağaltdığını qeyd etmişdir.
İstifadə zamanı bir çay qaşığı quru xammal üzərinə isti su əlavə edib çıxarış hazırlamaq,
süzdükdən sonra alınmış çıxarışdan gündə 3 dəfə 20-30 ml yeməkdən əvvəl qəbul etməyi məsləhət
görülür. Dozanın artırılması arzu olunmaz hallara qanlı ishal və nefritə səbəb ola bilər. Oynaq
revmatizmində, xaricə sürtmək məqsədi ilə bir çay qaşığı qədər, əzib sıyıq şəklinə salınmış ağ
küstüşam kökünü 100 ml günəbaxan, yaxud zeytun yağı ilə qarışdırıb oynaq nahiyəsinə sürtmək
faydalıdır. Xaricə sürtmə dərmanı kimi küstüşam kökünün 1:10 nisbətində hazırlanmış spirtli
cövhərindən də istifadə edilir. Ağ küstüşam köklərinin cövhəri - radikulit, radikulomiozit və
neyromiozitə qarşı işlədilən “Akofit” (Radikulin) kompleks preparatının tərkibinə daxildir.
Böyük bağayarpaği - Plantago mojor L. Bağayarpağıkimilər - Plantaginaceae L. fəsiləsinin
-Bağayarpağı - Plantago L. cinsinə daxildir. Böyük bağayarpağı saçaqlı kök sisteminə və qısa
şaquli kökümsova malik çoxillik ot bitkisidir. Kökətrafında rozet şəklində yerləşən, uzun saplaqlı
yarpaqları vardır. Yarpaq ayası enli yumurtavari, yaxud enli ellipsşəkilli, çılpaq və tam kənarlıdır.
Qövsvari damarlanmışdır. Yarpaq rozetinin mərkəzində 10-30 (50) sm hündürlüyündə çiçək zoğu
inkişaf edir. Qanadşəkilli, yaxud üçkünc formalı çiçəkaltlığına malik xırda və görkəmsiz çiçəkləri
silindrik formalı sünbül çiçək qrupu əmələ gətirirlər. Çiçəkyanlığı 4 ədəd ellipsşəkilli kasa
yarpaqlarından və 4 ədəd açıq qəhvəyi pərdəşəkilli ləçək yarpaqlarından (çiçək tacı borucuqludur)
ibarətdir. Solğun sarı rəngli tozluqları olan 4 erkəkciyə malikdir. Dişiciyi üst yumurtalıqlı və
ikiyuvalıdır. Meyvəsi yumurtavari, yaxud konusvari çoxtoxumlu qutucuqdur. Toxumları qəhvəyi
rənglidir. Bitki iyun ayından sentyabra kimi çiçəkləyir və toxumları yetişir. Böyük bağayarpağı
Azərbaycanın bütün rayonlarında geniş yayılmışdır. Əsasən çəmənlikdə, yolların və əkin yerlərinin
kənarlarında, həyətyanı sahələrdə inkişaf edir. Ehtiyatı boldur.
Tibbi məqsədlə böyük bağayarpağının yerüstü hissəsindən, yaxud yarpaqlarından (Herba et
folia Plantaginis majoris) istifadə edilir. Yarpaqların səthindən toz hissəciklərinin yuyulub
təmizlənməsi məqsədi ilə bitki xammalı yağışdan sonrakı quru havada (yarpaqların səthindəki su
quruduqdan sonra) yığılması məsləhətdir. Yığılmış xammal havası yaxşı dəyişilə bilən kölgə, yaxud
quruducularda 35-40
0
C-də (50
0
C-yə qədər) qurudulur. Düzgün qurudulmuş xammal öz təbii
rəngini saxlayır. Xammalın öz keyfiyyətini saxlama müddəti 3 ildir.
Böyük bağayarpağının yarpaqlarının tərkibində selik maddələri, polisaxaridlər, aykubin
qlikozidi, fermentlər, taninlər, saponinlər, fitonsidlər, karotin (23 mq%), C vitamini (289 mq%), K
vitamini U vitamini (bitkinin təzə şirəsində 2,4-2,75mq%), flavonoidlər və digər maddələr
toxumlarının tərkibində selik maddələri (44%), piyli yağlar (22%-ə qədər), oleanol turşusu, azotlu
birləşmələr (2, 98%) və s. aşkar edilmişdir
Əsasən iltihabgötürücü və yarasağaldıcı təsirə malikdir. Turova (1987) göstərmişdir ki, böyük
bağayarpağının sulu çıxarışları mədə sekresiyasını normallaşdırır. Yəni, sekresiya normadan artıq
olduqda onu azaldır, normadan az olduqda isə onu artırır. Bu fikir digər mənbələrdə də təsdiq edilir.
Belə fikir mövcuddur ki, mədənin sekretor fəaliyyətinin dəyişməsi, onun selikli qişasında gedən
iltihab prosesi ilə bağlıdır. Böyük bağayarpağının sulu çıxarışları iltihab prosesini zəiflətməklə
mədənin sekretor fəaliyyətini bərpa edirlər. Xammalın iltihabgötürücü təsiri isə onun tərkibində
olan pektin və selik maddələri, karotin və U vitamini ilə əlaqələndirilir. Eksperimental olaraq
müəyyən edilmişdir ki, bağayarpağı preparatı mədənin motor funksiyasını zəiflədərək spazmolitik
təsir göstərir, qanda xolesterinin və lipidlərin miqdarını, fosfolidin xolesterin əmsalını tənzimləyir,
qan təzyiqini aşağı salır.
Qorin A.Q.və Maksyutinin H.P. apardıqları fitokimyəvi tədqiqatları nəticəsinə əsaslanaraq,
Kovaleva (1971) böyük bağayarpağı xammalının tərkibində yarasağaldıcı və xolesterin mübadiləsinə
təsir edən maddələrin olduğunu göstərmişdir. Xammalın selikli maddələri bir tərəfdən yuxarı tənəffüs
yollarını bürüyərək onun titrək epiteli kirpikciklərinin aktivliyini artırır, digər tərəfdən isə bəlğəmi
durulaşdıraraq evakuasiyasını asanlaşdırır. Bu baxımdan böyük bağayarpağının toxumlarının təsiri daha
böyükdür. Sokolov (1988) böyük bağayarpağı ekstraktının qankəsici, yarasağaldıcı təsirə malik
olduğunu, qranulyasiya və epitelləşmə proseslərini sürətləndirdiyini göstərmişdir. Böyük bağayarpa-
ğının qalen preparatları, xüsusən də təzə yarpaqlardan alınmış şirə hemolitik streptokokklara,
Dostları ilə paylaş: |