Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   43   44   45   46   47   48   49   50   ...   134

97 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
VARİS QULİYEV 
AMEA Naxçıvan Bölməsi 
varisquliyev@mail.ru 
UOT 634.8:631.527 
ÜZÜM SORTLARININ MİLDİU VƏ OİDİUM XƏSTƏLİKLƏRİ 
Açar  sözlər:  Mildiu,  Plasmopora  vitisola  Berlttoni,  Oidium,  Uncinula  necator  Burrill 
üzümçülük, göbələk xəstəlikləri, V. Vinifera l. 
Key  words:  Mildiu,  Plasmopora  vitisola  Berlttoni,  oidium,  Uncinula  necator  Burrill,  grape, 
Mushroom  disease, V. Vinifera l. 
Ключевые  слова:  Милдью,  Plasmopora  vitisola  Berlttoni,      Оидиум  Uncinula  necator 
Burrill,виноградарство, грибная болезнь, V. Vinifera l. 
Mildiu  və  oidium  xəstəlikləri  Azərbaycanda,  həmçinin  Naxçıvan  MR  şəraitində  çox  geniş 
yayılan və üzüm tənəklərinə hədsiz dərəcədə ziyan vuran göbələk xəstəliklərindəndir [1. 2. 3, 4]. Bu 
xəstəliklərin törədiciləri olan Plasmopora vitisola Berlttoni və Uncinula necator Burrill göbələkləri 
tənəklərin məhsuldarlığının azalmasına, keyfiyyətinin çox pisləşməsinə səbəb olur. Bu xəstəliklərin 
Azərbaycan şəraitində tədqiqi və heterozislik effekti H.M. Şıxlinski tərəfindən məqsədyönlü şəkildə 
geniş tədqiq edilməkdədir 5, s. 3-134].  
Qeyd  etmək  lazımdır  ki,  genofondda  ayrı-ayrı  sortlar  üzərində  bəzi  müşahidə  işləri  aparılsa 
da, mövcud sortlar üzərində bu xəstəliklərin kompleks şəkildə tədqiqi indiyə kimi aparılmamışdır. 
Naxçıvan  MR-də  üzüm  sort  və  formalarının  mildiu  və  oidium  xəstəliyinə  davamlılığı                  
M.L. Lazarevski (1963) və  R.N. Nedovun (1985) təkmilləşdirdiyi 5 ballıq şkala üzrə aparılmışdır 
[5, s. 40-44; 6, s. 3-138]. 
Yarpaqlarda mildiu xəstəliyi ilə siyarətlənməsinin fitopatoloji qiymətləndirilməsi: 
0 bal. İmmunitetli - yarpaqlarda xəstəliyin əlamətləri müşahidə edilmir; 
1 bal. Yüksək davamlı - yarpaqlarda spor daşıyan xırda nöqtələrə rast gəlinir;  
2  bal.  Davamlı  -  yarpaq  damarları  arasında  zəif  spordaşıyan  nekrozlaşmış  ayrı-ayrı  qruplar 
halında hüceyrələrə təsadüf olunur; 
3 bal. Tolerant (dözümlü) - nekrozlaşmış zona ilə haşiyələnən böyük olmayan mildiunun ayrı-
ayrı  yağlı  ləkələrinə  rast  gəlinir.  Göbələk  spor-daşıyanları  zəif  inkişaf  etdiklərinə  görə  ləkələrin 
böyüməsi məhdudlaşır. Yarpaqlar tökülmür; 
4 bal. Davamsız - yarpaqlarda çoxlu sayda spordaşıyan böyük yağlı ləkələr əmələ gəlir. Bəzi 
hallarda yarpaqların tökülməsi də müşahidə edilir; 
5  bal.  Çox  davamsız  -  yarpaq  ayası  çox  hallarda  külli  miqdarda  spor  daşıyan  böyük  ölçülü 
yağlı ləkələrlə örtülür. Xəstəliyin şiddətli inkişafı zamanı yarpaqlar tamamilə tökülür. 
-Yarpaqlarda oidium xəstəliyi ilə siyarətlənmənin fitopatoloji qiymətləndirilməsi;  
0  bal.  İmmunitetli  -  yarpaqlarda  xəstəlik  müşahidə  olunmur.  Konidilər  cücərir,  lakin  mitseli 
əmələ gətirə bilmir və tezliklə məhv olurlar; 
1 bal. Yüksək davamlı - xəstəliklə sirayətlənmiş yarpaqlarda nekrotik ləkələr görünür. Konid-
ilər  cücərir  və  spordaşıyan  çox  zəif  mitseli  əmələ  gətirirlər.  Xəstəliklə  tənəkdə  tək-tək  yarpaqlar 
sirayətlənirlər; 
2  bal.  Davamlı  -  xəstəliklə  sirayətlənmiş  yarpaqlarda  böyük  olmayan  parlaq  mitseli  ləkələri 
görünür  və  yarpaqlar  açıq  rəngə  boyanırlar.  Mitselilər  zəif  şaxələnir  və  konidilər  az  əmələ  gəlir. 
Xəstəliklə tənəkdə ayrı-ayrı yarpaqlar sirayətlənirlər;  
3 bal. Tolerant (dözümlü) - xəstəliklə sirayətlənmiş yarpaqlarda böyük ölçüyü malik olmayan 
oval  şəkilli  ləkələr  əmələ  gəlir.  Mitselilər  yaxşı  inkişaf  etməsinə  baxmayaraq,  ləkələr  bir-birilə 
birləşmir, lakin konidilər normal əmələ  gələ bilirlər. Tənəkdə çoxlu  sayda xəstəliklə sirayətlənmiş 
yarpaqlara təsadüf olunur;  


98 
4 bal. Davamsız - xəstəliklə sirayətlənmiş yarpaqlar tamamilə mitseli ilə örtülür və çoxlu say-
da  konidilər  əmələ  gəlirlər,  lakin  yarpaq  ayasında  xəstəliklə  yoluxmamış  sahələrə  təsadüf  edilir. 
Tənəkdə olan yarpaqların əksəriyyəti xəstəliklə sirayətlənirlər; 
5 bal. Çox davamsız - xəstəliklə sirayətlənmiş yarpaqlar bütünlüklə ağ-boz rəngli örtüklə ör-
tülür. Tənəkdə olan yarpaqların təxminən hamısı xəstəliklə yoluxaraq, son nəticədə tökülürlər. 
Genofond  bağında  üzüm  tənəklərinin  fitopatoloji  qiymətləndirilməsi  dərmanlama  aparıl-
madan, təbii fonda həyata keçirilmişdir. Ən çox becərilən üzüm sortlarının yarpaqlarında mildiu və 
oidium  xəstəliklərinə  qarşı  dözümlülüyü  üzrə  müşahidələr  davamlı  aparılmış,  alınmış  nəticələr 
aşağıda verilmişdir (Cədvəl 1).   
Cədvəl 1 
Üzüm sortlarının yarpaqlarında mildiu və oidium xəstəliklərinə  
yoluxmaların qiymətləndirilməsi (5 ballıq şkala üzrə) 
 
Sortlar 
Mildiu, bal 
Oidium, bal 
2004 
2008 
2010 
орта  
2004 
2008  2012 
orta 
Arazvari 



1-2 



0-1 
 Ağ kişmişi 



1-2 



0-1 
Ağ aldərə 



1-2 



0-1 
 Ağ kələnpur 








 Ağ kürdəşi 



1-2 



0-1 
Ağ xəlili 



0-1 



0-1 
 Bəndi 



0-1 




Bənəniyar 



1-2 



1-2 
 Qara kişmişi 



1-2 



0-1 
Qara aldərə 



2-3 



1-2 
 Qırmızı inəkəmcəyi 



1-2 



1-2 
 Qara kürdəşi 



0-1 



0-1 
 Qara sərmə 



1-2 



1-2 
 Qara xəlili  



0-1 



0-1 
 Qara şəfeyi 



1-2 



0-1 
 Qara hənəqırna 



2-3 



1-2 
 Qırmızı kişmişi 



1-2 



0-1 
 Qırmızı tayfı 



2-3 



1-2 
 Qırmızı şəfeyi 



1-2 



0-1 
 Qırmızı hüseyni 



0-1  




 Qırmızı hənəqırna 



2-3 



2-3 
 Qəhvəyi kişmişi 



0-1  




*İnəkəmcəyi    

1  

1-2 



2-3 
 Yumrugilə sarı kişmişi 



2-3 



0-1 
 Keçiəmcəyi 



2-3 



3-4 
 Kəhrəba 



1-2 



2-3 
Misqalı 



0-1 



0-1 
 Muxtarı 



2-3 



1-2 
 Mələyi 



2-3 



0-1 
Mərməri 



1-2 



0-1 
Naxçıvan qırmızı şanısı 



1-2 



1-2 
 Naxçıvan ağ tayfısı 



2-3 



1-2 
 Naxçıvan qara şanısı 



2-3 



0-1 
 Naxçıvan qızıl üzümü 



1-2 



0-1 
 Naxçıvan hüseynisi 



1-2 



0-1 
 Sarı aldərə 



2-3 



0-1 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə