Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   41   42   43   44   45   46   47   48   ...   134

93 
tində hazırlanmış dəmləməsinin, yarpaq və meyvələrindən alinan qətranın 0,1% spirtli məhlulunun 
ürək  fəaliyyətini  artırması  Azərbaycan  Tibb  Universitetində  aparılmış  eksperimental  təcrübələrlə 
müəyyən  edilmişdir.  Xalq  təbabətində  əncirin  meyvələrindən  ürək  xəstəliklərində,  hipertoniyada, 
qan  azlığında,  ümumi  zəiflikdə,  quru  öskürəkdə,  boğaz  ağrılarında,  bronxial  astmada,  və  böyrək 
xəstəliklərində istifadə olunur. Quru ənciri süddə qaynadaraq öskürəyə qarşı istifadə edirlər. 
Əbu  Əli  İbn  Sina  ağ  əncirin  qırmızıdan,  onunsa  qara  əncirdən  faydalı  oldugunu  bildirir.  O, 
həm  təzə  və  həm  də  quru  əncir  meyvəsinə  münasibətini  bildirərkən  qeyd  etmişdir  ki,  quru  əncir 
tərifə  layiqdir,  güclü  yetişdirici,  açıcı  və  sorucu  xassələrə  malikdir,  orqanizmdəki  şirələri  xaricə 
doğru qovur, lakin onun  yaratdığı qan  yaxşı deyil. Həm  yetişmiş təzə əncir, həm  də onun qurusu 
sinə  üçün  xeyirlidir,  öskürəyi  kəsir,  qara  ciyər  və  dalağın  tutulmalarını  açır.  Lakin,  böyümüş  qara 
ciyər  və  dalağa  zərərdir.  Yetişməmiş  əncir  sarğı  şəklində  doğuş  ləkələrinə  qarşı  faydalıdır.  Onun 
süd  şirəsi  isə  qanı  qatılaşdırır.  Əncir  və  xüsusən  onun  süd  şirəsi  böyrəklərdən  qumu  təmizləyir. 
Səhər-səhər ac qarına yemək (xüsusən qoz, yaxud badamla) həzm  vəzləri üçün çox faydalıdır. 
Ağ  küstüşam  -  Bryonia  alba    L.  Qabaqkimilər  -  Cucurbitaceae  L.  fəsiləsinin  Küstüşam  - 
Bryonia  L.  cinsinə  daxildir.  Ağ  küstüşam  acı  dadı,  xoşagəlməz  iyi  olan,  turp  şəkilli  yoğun  və  ətli 
kökə malik birevli lian bitkisidir. Kökü həlqə şəkilli qalınlaşmışdır, xaricdən sarımtıl, daxildən isə 
ağ  rənglidir.  Qısa  və  yoğun  yeraltı  zoğları  vardır.  2-4  m  uzunluga  çatan,  bığcıqlar  vasitəsilə 
dırmaşan yerüstü gövdəlidir. Yarpaqları sadə və saplaqlı olub, gövdə üzərində novbəli düzülürlər. 
Yarpaq  ayası  5  paycığa  ayrılır,  kənarları  dişiciklidir.  Çiçəkləri  bircinslidir.  Uzun  saplaqlı  erkək 
çiçəkləri  (7dən  15-ə  qədər)  gövdənin  ucundan  qalxanvari  salxım  əmələ  gətirilir.  Onların  kasacığı 
tacdan  çox  qısadır.  Erkəkciklərinin  sayı  5-dir.  Qısa  saplaqlı  dişi  çiçəkləri  (5-dən  12-ə  qədər)  çətir 
əmələ  gətirirlər.  Onların  kasacığı  tacdan  çox  qısadır.  Kasacığın  və  dişiciklərinin  uzunluğu  taca 
bərabərdir.  Dişiciyi  alt  yumurtalıqlı,  üç  yuvalı,  bir  sütuncuqludur.  Meyvəsi  əvvəlcə  yaşıl,  yetişən 
zaman  qara  rəng  alan,  girdə  və  şirəli  giləmeyvədir.  Toxumları  qonur  rəngli  və  bir  qədər  basıqdır. 
Toxumla  çoxalır. Bitki  iyul  ayında  çiçəkləyir.  Meyvələri  iyun-sentyabr  aylarında  yetişir.  Düzənlik 
ərazilərdən başlayaraq yuxarı dağ qurşaqlarına qədər Azərbaycanın və o cümlədən Naxçıvan MR-ın 
bir  cox  rayonlarında  yayılmışdır.  Əsasən  meşə  ətəklərində,  bağlarda,  həyətyanı  sahələrin 
kənarlarında  bitir.  Azərbaycanda  küstüşam  (Briyonia)  cinsinin  ağ  küstüşam    növündən  başqa, 
ikievli  küstüşam  növü  də  vardır.  Bu  növ  ağ  küstüşamdan  həm  ikievli  olmasına,  həm  də 
meyvələrinin  narıncı  və  ya  qırmızı  olmasına  görə  fərqlənir.  Ona  əsasən  Naxçıvan  MR-də  rast 
gəlinir, nadir bitkidir. Hər iki növ küstüşam eyni tibbi məqsədlə tətbiq edilir. 
Dərman məqsədilə  küstüşamın həm təzə köklərindən (Radix Bryoniae albae recens), həm də 
qurudulmuş  köklərindən  (Radix  Bryoniae)  istifadə  edilir.  Küstüşamın  kökləri  payızda,  yaxud  da, 
yazda  aprel-may  aylarında  (bitki  çikəklənənə  qədər)  qazılaraq  çıxarılır.  Təmizlənərək  soyuq  suda 
yuyulduqdan  sonra  nazik  kəsiklər  şəklində  doğranılaraq  havası  yaxşı  dəyişilən  kölgə  yerdə  (adi 
temperaturda)  sistematik  olaraq  çevirməklə  qurudulur.  Qurudulmanı  asanlaşdırmaq  üçün  kəsikləri 
sapa düzərək kölgədə  asmaq  da  olar.  Xammal xoşagəlməz  iyə  malikdir. Zəhərli  olduğu üçün  dadı 
yoxlanılmamalıdır. 
Ağ küstüşamın köklərinin tərkibində qlikozidlər (brionin, brionidin, brionol, brein), alkaloidə 
bənzər  maddə  -  brionisin,  qətran  maddələri,  üzvi  turşular,  aşı  maddələri,  nişasta,  fermentlər,  efir 
yağı,  kukurbitasin  və  fermentlər  aşkar  edilmişdir.  Toxumalarının  tərkibində  25  %  -  ə  qədər  piyli 
yağlar və likolin vardır. 
Diuretik,  işlədici,  revulsiv  təsirə  malikdir.  Küstüşam  xamalının  əsas  təsir  edən  maddələri 
brionin və güclü toksin təsirə malik olan brionidindir. Xammalın tərkibində olan efir yağı antiseptik 
təsirə  malikdir.  İ.  Dəmirov  və  b.  [1]  küstüşam  qlikozidlərinin  qan  təzyiqini  yüksəltdiyini  və  ürək 
əzələlərinin  tonusuna  tənzimləyici  təsir  göstərdiyini  qeyd  etmişdir.  Küsdüşamın  spirtli  ekstraktı 
işlədici xassəyə malikdir. Bolqar xalq təbabətində ağ küstüşamın köklərindən işlədici, diuretik və 
antihelminit təsirli maddə kimi (girdə qurdlara qarşı) istifadə edilir. Əbu Əli  İbn Sina (çöl noxudu 
və  güldəfnə  ilə  birlikdə)  bədəndəki  çilləri  və  yara  yerlərində  qalan  tünd  ləkələri  apardığını, 
hematoma nəticəsində gözlərin altında əmələ gəlmiş qaralmanı təmizlədiyini, iri çivzələri və ziyili 
apardığını,  küstüşam  köklərindən  əncirlə  birlikdə  dalaq  üzərinə  sarğı  qoyularsa  dalaqdakı  şişi 


94 
götürdüyünü (İbn Sinaya görə ümumiyyətlə küstüşam dalaq üçün ən faydalı dərman vasitələrindən 
biridir), çaxırla birlikdə sarğı hazırlayıb qoyularsa dolamanı sağaltdığını qeyd etmişdir.  
İstifadə  zamanı    bir  çay  qaşığı  quru  xammal  üzərinə  isti  su  əlavə  edib  çıxarış  hazırlamaq, 
süzdükdən sonra alınmış çıxarışdan gündə 3 dəfə 20-30 ml yeməkdən əvvəl qəbul etməyi məsləhət 
görülür.  Dozanın  artırılması  arzu  olunmaz  hallara  qanlı  ishal  və  nefritə  səbəb  ola  bilər.  Oynaq 
revmatizmində,  xaricə  sürtmək  məqsədi  ilə  bir  çay  qaşığı  qədər,  əzib  sıyıq  şəklinə  salınmış  ağ 
küstüşam  kökünü  100  ml  günəbaxan,  yaxud  zeytun  yağı  ilə  qarışdırıb  oynaq  nahiyəsinə  sürtmək 
faydalıdır.  Xaricə  sürtmə  dərmanı  kimi  küstüşam  kökünün  1:10  nisbətində  hazırlanmış  spirtli 
cövhərindən  də  istifadə  edilir.  Ağ  küstüşam  köklərinin  cövhəri  -  radikulit,  radikulomiozit  və 
neyromiozitə qarşı işlədilən “Akofit” (Radikulin) kompleks preparatının tərkibinə daxildir. 
Böyük bağayarpaği - Plantago mojor L. Bağayarpağıkimilər - Plantaginaceae L. fəsiləsinin 
-Bağayarpağı  -  Plantago  L.  cinsinə  daxildir.  Böyük  bağayarpağı  saçaqlı  kök  sisteminə  və  qısa 
şaquli kökümsova malik çoxillik ot bitkisidir. Kökətrafında  rozet şəklində  yerləşən, uzun saplaqlı 
yarpaqları vardır. Yarpaq ayası enli  yumurtavari,  yaxud enli ellipsşəkilli, çılpaq və tam kənarlıdır. 
Qövsvari  damarlanmışdır.  Yarpaq  rozetinin  mərkəzində  10-30  (50)  sm  hündürlüyündə  çiçək  zoğu 
inkişaf edir. Qanadşəkilli, yaxud üçkünc formalı çiçəkaltlığına malik xırda və görkəmsiz çiçəkləri 
silindrik  formalı  sünbül  çiçək  qrupu  əmələ  gətirirlər.  Çiçəkyanlığı  4  ədəd  ellipsşəkilli  kasa 
yarpaqlarından və 4 ədəd açıq qəhvəyi pərdəşəkilli ləçək yarpaqlarından (çiçək tacı borucuqludur) 
ibarətdir.  Solğun  sarı  rəngli  tozluqları  olan  4  erkəkciyə  malikdir.  Dişiciyi  üst  yumurtalıqlı  və 
ikiyuvalıdır.  Meyvəsi  yumurtavari,  yaxud  konusvari  çoxtoxumlu  qutucuqdur.  Toxumları  qəhvəyi 
rənglidir.  Bitki  iyun  ayından  sentyabra  kimi  çiçəkləyir  və  toxumları  yetişir.  Böyük  bağayarpağı 
Azərbaycanın bütün rayonlarında geniş yayılmışdır. Əsasən çəmənlikdə, yolların və əkin yerlərinin 
kənarlarında, həyətyanı sahələrdə inkişaf edir. Ehtiyatı boldur. 
Tibbi  məqsədlə  böyük  bağayarpağının  yerüstü  hissəsindən,  yaxud  yarpaqlarından  (Herba  et 
folia  Plantaginis  majoris)  istifadə  edilir.  Yarpaqların  səthindən  toz  hissəciklərinin  yuyulub 
təmizlənməsi  məqsədi  ilə  bitki  xammalı  yağışdan  sonrakı  quru  havada  (yarpaqların  səthindəki  su 
quruduqdan sonra) yığılması məsləhətdir. Yığılmış xammal havası yaxşı dəyişilə bilən kölgə, yaxud 
quruducularda  35-40

C-də  (50
0
  C-yə  qədər)  qurudulur.  Düzgün  qurudulmuş  xammal  öz  təbii 
rəngini saxlayır. Xammalın öz keyfiyyətini saxlama müddəti 3 ildir. 
Böyük  bağayarpağının  yarpaqlarının  tərkibində  selik  maddələri,  polisaxaridlər,  aykubin 
qlikozidi, fermentlər, taninlər, saponinlər, fitonsidlər, karotin (23 mq%), C vitamini (289 mq%), K 
vitamini  U  vitamini  (bitkinin  təzə  şirəsində  2,4-2,75mq%),  flavonoidlər  və  digər  maddələr 
toxumlarının tərkibində selik maddələri (44%), piyli yağlar (22%-ə qədər), oleanol turşusu, azotlu 
birləşmələr (2, 98%) və s. aşkar edilmişdir  
Əsasən iltihabgötürücü və yarasağaldıcı təsirə malikdir. Turova (1987) göstərmişdir ki, böyük 
bağayarpağının  sulu  çıxarışları  mədə  sekresiyasını  normallaşdırır.  Yəni,  sekresiya  normadan  artıq 
olduqda onu azaldır, normadan az olduqda isə onu artırır. Bu fikir digər mənbələrdə də təsdiq edilir. 
Belə  fikir  mövcuddur  ki,  mədənin  sekretor  fəaliyyətinin  dəyişməsi,  onun  selikli  qişasında  gedən 
iltihab  prosesi  ilə  bağlıdır.  Böyük  bağayarpağının  sulu  çıxarışları  iltihab  prosesini  zəiflətməklə 
mədənin  sekretor  fəaliyyətini  bərpa  edirlər.  Xammalın  iltihabgötürücü  təsiri  isə  onun  tərkibində 
olan  pektin  və  selik  maddələri,  karotin  və  U  vitamini  ilə  əlaqələndirilir.  Eksperimental  olaraq 
müəyyən  edilmişdir  ki,  bağayarpağı  preparatı  mədənin  motor  funksiyasını  zəiflədərək  spazmolitik 
təsir göstərir, qanda xolesterinin və lipidlərin miqdarını, fosfolidin xolesterin əmsalını tənzimləyir, 
qan təzyiqini aşağı salır.  
Qorin  A.Q.və  Maksyutinin  H.P.  apardıqları  fitokimyəvi  tədqiqatları  nəticəsinə  əsaslanaraq, 
Kovaleva  (1971)  böyük  bağayarpağı  xammalının  tərkibində  yarasağaldıcı  və  xolesterin  mübadiləsinə 
təsir edən maddələrin olduğunu göstərmişdir.  Xammalın selikli maddələri bir tərəfdən  yuxarı tənəffüs 
yollarını  bürüyərək  onun  titrək  epiteli  kirpikciklərinin  aktivliyini  artırır,  digər  tərəfdən  isə  bəlğəmi 
durulaşdıraraq evakuasiyasını asanlaşdırır.  Bu baxımdan böyük bağayarpağının toxumlarının təsiri daha 
böyükdür.  Sokolov  (1988)  böyük  bağayarpağı  ekstraktının  qankəsici,  yarasağaldıcı  təsirə  malik 
olduğunu,  qranulyasiya  və  epitelləşmə  proseslərini  sürətləndirdiyini  göstərmişdir.  Böyük  bağayarpa-
ğının  qalen  preparatları,  xüsusən  də  təzə  yarpaqlardan  alınmış  şirə  hemolitik  streptokokklara, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə