Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   38   39   40   41   42   43   44   45   ...   134

87 
Qaraağacyarpaq quşqonmaz, Nepeta grandiflora Bieb.- İriçiçək pişiknanəsi, Achillea millefolium L. 
–  Adi  boymadərən,  Aegilops  cylindrica  Host  –  Slindirvari    buğdayı  otdan  ibarət  qruplaşma 
formalaşdırırlar. 
Muxtar  respublikanın  arid  və  ya  seyrək  meşələr  yarımtipində:  Juniperetum,  Quercetum, 
Amygdaluetum,  Crataeguetum,  Aseretum,  Ficusetum,  Celtidaetum  kimi  formasiyalar  və  Juniperus 
foetidissimosum + Juniperus exceliosum+ Amygdalus fenzlianosum + Crataegus monogynosum + 
Crataegus  pentagynosum+  Celtis  caucasiosum  kimi  assosiyalar  formalaşır.  Dryopteridaceae  R.- 
C.Ching  -  Ayıdöşəyikimilər  fəsiləsinin  Polystichum  Roth,  emend.  Schott  -  Cərgəvər  cinsinə  daxil 
olan  Polystichum  lonchitis  (L.)  Roth  -  Nizəvari  cərgəvər  və  Polystichum  aculeatum  (L.)  Roth  - 
Tikancıqlı  cərgəvər növləri qeyd edilən bu formasiya və assosiyalarda inkişaf edirlər. 
Culfa rayonunda Xəzinədərə ərazisində Polystichum lonchitis (L.) Roth - Nizəvari cərgəvər 
subalp  və  seyrək  halda  alp  zonasında  Juniperus  foetidissima  Willd.  -  Ağıriyli  ardıc,  Juniperus 
excelsa  Bieb.-  Hündür  ardıc,  Amygdalus  fenzliana  (Fisch.)  Lipsky  –  Fenzil  badam,  Crataegus 
monogyna  Jacq-  Biryuvalı  yemişan,  Crataegus  pentagyna  Waldst.  et  Kit.  –  Beşyuvalı  yemişanın 
əmələ  gətirdiyi  seyrək  meşəlikdə  qayaların  rütubətli  və  daşlı  yamaclarında,  daşların  ortasındakı 
çatlarda  bitmişdir.  Bu  növün  assosiasiya  əmələ  gətirdiyi  yerdə  Bənövşəyi  arpa  -  Hordeum 
violaceum  Boiss.  et  Huet,  mamır  növlərindən  Dicranunun  polsetum  Sw.  –  Çoxqolcuqlu  dikran, 
Mnium  marginatum (With.)  Brid  ex  P.Beauv.  – Haşiyəli мnium  və  Dermatocarpon  miniatum  (L.) 
Mann.– Tutqunqırmızı dermatokarpon şibyə  növü onu əhatə etmişdir.  
 
 Polystichum  aculeatum  (L.)  Roth  –  Tikancıqlı  cərgəvər  növü  Culfa  rayonunun  Camaldın 
kəndi  yaxınlığındakı  Ərməmməd  pirinin  dağdağan,  yemişan  və  ardıc  meşə-  kolluq  hissəsindəki 
qayalı - daşlıqlı ərazisində aşağıdakı assosiasiyanı formalaşdırır. 
- Assosiasiya: Juniperus foetidissimosum+Amygdalus fenzlianosum+ 
Crataegus monogynosum+ Celtis caucasiosum Polystichum aculeatosum 
Novün mövcud olduğu assosiasiyada qeyd edilən ağaclardan Juniperus foetidissima Willd. - 
Ağıriyli  ardıc,  Amygdalus  fenzliana  (Fritsch)  Lipsky,    Celtis  tournefortii  Lam.–  Turnefor 
dağdağanı,  Ulmus  glabra  Huds.-  Hamar  qaraağac,  Acer  ibericum  Bieb.-Gürcü  ağcaqayını,  
Crataegus  monogyna  Jacq.–  Biryuvalı  yemişan,  kollardan  Euonymus  europaea  L.-Avropa 
gərməşovu, Zygophyllum fabago L. – Adi həlməl, Lonicera iberica Bieb.- Gürcü doqquzdonu, Rosa 
canina L.- İt itburnu, çoxillik otlardan Alhagi pseudalhagi (Bieb.) Fisch.- Adi yağtikanı, Astragalus 
szovitsii  Fisch.  et  C.A.Mey.  –  Soviç  gəvəni,  Ephedra  procera  Fisch.  et  C.A.  Mey.-  Boylu  acılıq,  
Lallemantia  iberica  (Bieb.)  Fisch.  et  C.A.  Mey.  –  Gürcü  lalemantiyası,  Echium  vulgare  L.  –  Adi 
göyək,  Ajuga  genevensis  L.  –  Cenevrə  dirçəyi,  Geranium  sylvaticum  L.  –  Meşə  ətirşahı,  Draba 
nemorosa  L.-Meşəlik  yastıqotu,  Elytrigia  heidemaniae  Tzvel.-  Heydeman  ayrığı,  Aegilops 
cylindrica Host – Slindrvari  buğdayıot və Bromus scoparius L.- Süpürgəvari tonqalotu, da iştirak 
edirlər.  
Qıjılar  şöbəsinə  daxil  olan  bitkilər  əhəmiyyətinə  görə  5  qrupa:  dekorativ,  dərman,    qida, 
texniki  və  yem  əhəmiyyətli  bitkilərə  bölünürlər.  Müşahidələr  göstərir  ki,  muxtar  respublikamızın 
qıjı  növlərinin  əksəriyyətindən  fərdi  və  ictimai  yerlərin  yaşıllaşdırılmasında  istifadə  etmək  olar. 
Bunların  içərisində  ən  əlverişli  sayılanları  Ayıdöşəyikimilər  fəsiləsinə  daxil  olan    növlərdir:  Bu 
bitkiləri vegetativ və sporlar vasitəsilə müxtəlif şəraitdə becərmək mümkündür. 
Erkək  ayıdöşəyindən  [Dryopteris  filix-mas  (L.)  Schott]  texniki  məqsədlər  üçün,  xüsusən 
ondan  aşılayıcı  kimi  və  efir  yağlarının  alınmasında  istifadə  etmək  mümkündür.  Bu  bitkinin 
tərkibində  efir  yağı,  tanin,  flavanoid,  filmaron,  filitsin,  kökümsovunda  5%  floroqlüsinlərin  cəmi 
olan  “xam  filisin”lə  müəyyən  edilir.  “Xam  filisin”in  tərkibində  müxtəlif  quruluşlu  floroqlüsinlər, 
həmçinin  trimer-filiksin  turşusu,  bundan  əlavə  albaspidin  və  flavaspidin  turşuları  da  vardır  ki, 
bunlar da dimer floroqlüsindir. Kökümsovda aşı və acı maddələr, nişasta, piyli yağ, yağ turşusu və 
s.  vardır.  Bitkinin  tərkibində  əsas  təsiredici  maddələr  olan  fenollu  birləşmələr  -  floroqlüsinin 
monomer,  dimer  və  trimer  törəmələri  olan  floroqlüsinlər:  filmaron  (aspidino  fillin),  flavaspidon 
turşusu, aspidinol və başqaları təyin edilmişlər. Bitkinin köklərində floroqlüsinlərdən əlavə nişasta, 
saxaroza,  aşı  maddələri  (7-8%),  bitki  yağı  (6%-ə  qədər),  uçucu  yağ  turşuları  və  onların  efirləri 
müəyyən edilmişdir [2, s. 158-163; 7, s.65-68; 4, s.182-186]. 


88 
Dryopteris filix-mas (L.) Schott növü tibbi əhəmiyyətədə malik bitkidir. Erkək ayıdöşəyinin 
kökümsovundan qatı efir ekstraktı - Extractum Filicis maris aethereum Spissum hazırlanır ki, bu da 
lentşəkilli qurdlara qarşı ən güclü təsirə malik dərman kimi geniş istifadə edilir. Bundan başqa bu 
bitkidən yaraların sağaldılmasında da istifadə edilir [6, s. 97-109]. 
Fəsilənin tərkibinə daxil olan Polystichum lonchitis (L.) Roth və Polystichum aculeatum (L.) 
Roth  [P.  lobatum  (Huds.)  Bast.]  növləri  həzm  və  sidik  sistemi  xəstəliklərinin  müalicəsində,  irinli 
yaraların  sağaldılmasında,  qurd  xəstəliklərinin  müalicəsində,  iltihab  əlehinə,  baş  ağrılarında, 
bəlğəmgətirici və antiseptik vasitə kimi də tətbiq edilə bilər.  
 
ƏDƏBİYYAT 
1.
 
Novruzov V. Fitosenologiyanın əsasları (Geobotanika) Bakı: Elm, 2010, 308 s.  
2.
 
Novruzova  E.S.  Naxçıvan  Muxtar  Respublikası  florasına  daxil  olan  Qıjıların  əhəmiyyətli 
növləri və onlardan istifadə, AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər 
seriyası, 2015, № 2, s.158-163 
3.
 
Novruzova  E.S.  Naxçıvan  Muxtar  Respublikası  florasında  Qıjıkimilər  şöbəsinə 
(Polypodiophyta)  daxil  olan  bəzi  növlərin  fitosenologiyası  //  AMEA  Naxçıvan  Bölməsinin 
Xəbərləri, Təbiət və texniki elmlər seriyası, 2014, № 2, s.145-150 
4.
 
Novruzova E.S., Batmaz O.S. Naxçıvan Muxtar Respublikasında  yayılan  Ayıdöşəyikimilər - 
Dryopteridaceae R.Ching fəsiləsi bitkiləri  // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət 
və texniki elmlər seriyası, 2013, № 4, s.182-186 
5.
 
Talıbov  T.H.  Naxçıvan  MR-in  flora  biomüxtəlifliyinin  müasir  vəziyyəti,  Bakı  Elm,  2002, 
s.148-154 
6.
 
Talıbov  T.H.,  Novruzova  E.S.  Naxçıvan  Muxtar  Respublikası  florası  –  Polypodiophyta. 
Naxçıvan, Əcəmi – Poliqrafiya Birliyi, 2014,152 s. 
7.
 
Новрузова  З.А., Аскеров А.М.  Сравнительно - анатомический анализ видов Dryopteris 
Adans.  S.Str.  Кавказа.  Доклады  Академии  Наук  Азербайджанской  ССР,  Т.  ХХХVII, 
1981, № 4, с.65-68 
ABSTRACT 
Tariyel Talibov 
Enzala Novruzova 
THE PHYTOCENOLOGIC FEATURES AND IMPORTANCE SPECIES OF  
DRYOPTERIDACEAE R.-C. CHING FAMILY IN THE FLORA OF NAKHCHIVAN 
AUTONOMOUS REPUBLIC 
In  the  article  the  phytocenological  features,  their  created  associations,  formation  and  plant 
groups of species including in  Drypoteridaceae R.-C. Ching family had been noted in the flora of 
Nakhchivan Autonomous Republic. The plants including in ferns section divided 5 groups for their 
significance: ornamental, medicine, food, technical and feed. The observations show that majority 
of  fern  species  can  be  use  in  greenery  of  private  and  social  places.  The  species  including  in  fern 
family consider more favourable. These species can be grown in different condition with vegetative 
and spores. It has been noted that the species including in   Drypoteridaceae R.-C. Ching family can 
be utilize in greenery as ornamental plant, treatment of some diseases, in medicine as remedy.   The 
male  fern  [Dryopteris  filix-mas  (L.)  Schott]  use  for  technical  purposes,  specially  as  tanning  agent 
and getting ether oil,  thick ether extract prepare from rhizomatous in medicine that, this utilize as 
strong medicine against worm. Also this plant utilize for to cure of wounds. 
Polystichum  lonchitis  (L.)  Roth  və  Polystichum  aculeatum  (L.)  Roth  [P.  lobatum  (Huds.) 
Bast.]  species  can  be  use  for  treatment  of  digestive  and  urinary  diseases,  at  cure  of  wounds, 
treatment of worm diseases, against inflammatory, for headache, as expectorant and antiseptic.  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə