Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   36   37   38   39   40   41   42   43   ...   134

82 
boruya malikdir. Mürəkkəbçiçəklilər entomofil bitkilərdir. Onların əlvan rəngli və iyli səbəti həşəratları 
özünə  cəlb  edir.  Onlar  həm  zərqanadlılarla,  həm  də  kəpənəklərlə  tozlanırlar.  Tədris  zamanı  nəzərə 
çatdırılmalıdır ki, bunlar həm də anemofil bitkilərdir, yəni onlar, həmçinin küləklə də tozlanırlar. Belə 
ki, buna Yovşan –  Artemisia  cinsinin  bəzi növlərini misal  göstərmək olar.  Fəsilə  növlərinin  səbətində 
belə  uyğunlaşmalar  da  gedir:  1)  kənar  çiçəklər  steril,  daxili  çiçəklər  ikicinsli;  2)    kənar  çiçəklər  dişi, 
daxili  çiçəklər  ikicinsli;  3)  kənar  çiçəklər  dişi,  daxili  çiçəklər  erkək;  4)  bitkilər  ikievli  olur;  5)  bütün 
çiçəklər  ikicinslidir.  1-ci  səbət  uyğunlaşması  günəbaxan,  2-ci  uyğunlaşma  adi  turacotu,  3-cü  dəvə-
dabanı,  4-cü pişik pəncəsi, 5-ci uyğunlaşma isə zəncirotu bitkisində rast gəlinir. Bu haqda ali məktəblər 
üçün  yazılan  dərsliklərdə  kifayət  qədər  məlumat  olsa  da,  orta  məktəb  dərsliklərində  lazımi  qədər 
məlumata  rast  gəlmək  olmur.  Ona  görə  də  müəllim  mövzunun  dərindən  öyrədilməsi  üçün  həmin 
məlumatlardan  istifadə  etməlidir.  Çiçək  düsturuna  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  bu  fəsilənin 
çiçək  formulu  bir  neçə  düsturla  ifadə  olunur.  Belə  ki,  boruşəkillilərdə 
       
 
 
( )
 
 
 
( )
̅̅̅̅
,  dilcik-
şəkillilərdə
           
( )
 
( )
 
( )
̅̅̅̅
,  yalançı  dilcikşəkillilərdə    K
0
    və  ya 
(2)
C
(3)
A
0
  
( )
̅̅̅̅
,  qıfşəkillilərdə  isə   
K
0
 və ya   C
(6-9)
 A
0
  
( )
̅̅̅̅
 olur. 
Mövzunun  tədrisində  çiçək  düsturundakı  işarələrin  mənasını  da  açıqlamaq  olar.  Belə  ki, 
burada 
    ü  ə ə     (             )  - qeyri-müntəzəmlik (ziqomorfluq),  - çiçək hissələrin-
də üzvlərin sayı 15-dən çox olduqda bu cür işarələnir(üzvlər bitişik olduqda isə mötərizədə yazılır),  
- hermofrodit(ikicinsli) çiçək işarəsi deməkdir.  
Tədris zamanı Mürəkkəbçiçəklilər fəsiləsinə aid olan təsərrüfat əhəmiyyətli növlər haqqında 
məlumat  vermək  də  faydalıdır.  Belə  ki,  bu  növlər  arasında  dekorativ,  balverən,  tərəvəz,  dərman, 
boyaq və s. təsərrüfat əhəmiyyətli bitkilər də vardır. Bunlardan hamıya tanış olan növlər haqqında 
aşağıdakı cədvəldə məlumatlar verilmişdir: 
Cədvəl 1 
Mürəkkəbçiçəklilər fəsiləsinin bəzi təsərrüfat əhəmiyyətli növləri 
№ 
Bitkilərin adları 
Dekorativ 
Balverən 
Tərəvəz 
Dərman 
Digər 
təsərrüfat 
1. 
Astra 
      + 
 
 

alkoloid 
2. 
Andız 
       
 
 
  + 
 
3. 
Boymadərən 
 

 

ətriyyat  
4. 
Çobanyastığı 

 
 

efir yağ 
5. 
Dəvədabanı 
 
 
 

 
6. 
Eupator 
 
 
 
 
boyaq 
7. 
Ənginar  


 
 
boyaq 
8. 
Güləvər 
 

 
 
ədviyyat 
9. 
Gülümbahar 
 
 
 

boyaq 
10.  Zəncirotu 
 
 
 

 
11.  Yovşan 
 
 
 

efir yağ 
12.  Pıtraq 
 

 

yağ 
13.  Günəbaxan 
 

 
 
yağ 
14.  Xaçgülü  
 
 
 

alkaloid 
15.  İkibaşlı 
 
 
 
 
ədviyyat 
16.  Kahı 
 
 


 
17.  Payızgülü 

 
 
 
 
18.  Göyçiçək 
 
 
 

 
19.  Georgin 

 
 
 
 
20.  Südləyən 
 
 

 
 
21.  Kasnı 
 
 

 
 
 
Bunlardan  başqa,  Mürəkkəbçiçəklilər  fəsiləsinin  Qırmızı  kitablara  düşən  növləri  haqda  da 
məlumat  vermək  olar.  Belə  ki,  bu  fəsilənin  14  növü  Azərbaycanın  Qırmızı  Kitabına,  16  növü  isə 
Naxçıvanın  Qırmızı  Kitabına  düşmüşdür.  Bu  növlərdən  ikisi  həm  Azərbaycanın,  həm  də 


83 
Naxçıvanın Qırmızı Kitabına düşmüşdür. Bunlara Koçi birəotu və Komarov birəotu bitkisi aiddir. 
Qırmızı Kitablara düşən növlərin adı və statusu aşağıdakı cədvəldə əksini tapmışdır: 
Cədvəl 2 
Mürəkkəbçiçəklilər fəsiləsinin Qırmızı Kitablara düşən növləri və statusu 
№ 
Bitkilərin adları 
Statusu 
Azərbaycan 
Naxçıvan 
1. 
Ağacvari yovşan 
VU C2a(i) 
 

2. 
Alp asteri 
NT 
 

3. 
Çəhrayı birəotu  
VU A2c+3cd 

 
4. 
İri siserbita 
NT 
 

5. 
İriqanad kuziniya 
NT 
 

6. 
Pallas solmazçiçəyi 
VU B2bc(ii,v) 
 

7. 
Enliyarpaq 
təkəsaqqalı 
LR [c-Least Concern-LC] 
 

8. 
Ətrəngi birəotu  
VU A2c+3c 

 
9. 
Gövdəsiz yastıbaş  
VU A2c+3c;B1ab(i,iii,iv) 

 
10 
Gövdəsiz yumaqotu 
CR A1a; D 
 

11. 
Görkəmli yastıbaş 
CR A2cd 
 

12. 
Gözəl telekiya  
VU A2c+3cd;B2b(ii,iii) c(ii,iii) 

 
13. 
Hirkan qızçiçəyi  
VU D2 

 
14. 
Hirkan güləvəri  
DD 

 
15. 
Karyagin yemliyi  
EN B1ab(v) 

 
16. 
Kaspi andızı  
VU D2 

 
17. 
Komarov birəotu 
VUA2cd;B1b(ii,iii) c(iv);C1(i) 
 

18. 
Komarov birəotu  
VU A2cd;B1ab(i,iii,iv)c(i,ii,iii) 

 
19. 
Koçi birəotu 
VU A3cd; B1b(iii) c(iv) 
 

20. 
Koçi birəotu  
VU D2 

 
21. 
Qarabağ güləvəri  
DD 

 
22. 
Qrossheym 
təkəsaqqalı 
CR B1ac (i) 
 

23. 
Qrossheym 
keçiyemliyi  
ENB1ab(i,ii,iii,iv) 
+B2ab(i,ii,iii,iv) 

 
24. 
Müşklü jurinella 
CR B2ab(ii) 
 

25. 
Naxçıvan yemliyi 
VU C2a(i) 
 

26. 
Ordubad birəotu 
VU B1ab(i,ii,iv); C1 
 

27. 
Oraqvari qıfsəbət 
LR [c-Least Concern-LC] 
 

28. 
Parlaq klodexota  
VU A2c+3c;B1ab (i,iii,iv) 

 
29. 
Sosnovski yemliyi 
VU C2a(i) 
 

30. 
Svelyov üçqabırğacığı   DD 

 
Tədris vaxtı mövzu daha maraqlı olsun deyə, Mürəkkəbçiçəklilərin endem növlərini də qeyd 
etmək  olar.  Belə  ki,  bu  fəsilənin  13  növü  endemik  bitkidir.  Bunlar  aşağıdakılardır:  Carduus 
atropatanicus – Atropatan şeytanqanqalı, Centaurea araxina – Araz güləvəri, Centaurea kobstanica 
–  Qobustan  güləvəri,  Centaurea  meyeriana  –  Meyer  güləvəri,  Centaurea  razdorskyi  –  Razdorski 
güləvəri,  Crepis  karakuschensis  –  Qaraquş  tayaotu,  Podospermum  grossheimii  –    Qrosheym 
keçiyemliyi, Podospermum kirpicznikovii - Kirpicnikov keçiyemliyi, Scorzonera pulchra – Qəşəng 
keçiyemliyi,  Solidago  talyschensis  –  Talış  qızılsəbəti,  Stemmacantha  zardabi    –  Stemmakanta 
zərdabı , Tragopogon karyaginii – Karyagin yemliyi, Tragopogon macropogon –  Kəkilli yemlik. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə