Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   33   34   35   36   37   38   39   40   ...   134

75 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
GÜLNAR QƏHRƏMANOVA 
AMEA Zoologiya İnstitutu 
gulnar.m82@gmail.com 
AKİF BAYRAMOV 
AMEA Naxçıvan Bölməsi 
akifbayramov@mail.ru 
UOT:
 595.762 
TAXIL SAHƏLƏRİNDƏ YAYILMIŞ SƏRTQANADLILARIN (COLEOPTERA) BİTKİNİN 
MÜXTƏLİF ORQANLARINA VURDUĞU ZİYAN 
Açar  sözlər:  Gəncə-Qazax,  payızlıq  buğda,  böcəklər,  generativ,  vegetativ,  fitofaq,  polifaq, 
zoofaq, kaprofaq. 
Key  words:  Ganja-Gazakh,  winter  wheat,  beetles,  generative,  vegetative,  phytophage,  
polyphage, zoophage, caprophage. 
 
Ключевые  слова: Гянджа-Газах, озимая пшеница, жуки, вегетативный, генеративный, 
полифаг, зоофаг, капрофаг. 
Qeyd  edək  ki,  Azərbaycanda  dənli  bitki  sahələrində  yayılan  böcəklər  (Coleoptera)  haqqında 
məlumata müxtəlif ədəbiyyatlarda rast gəlinsə də (2, s.156-161; 6, s.5-20; 3, s.4-12), ətraflı olaraq 
Gəncə-Qazax  bölgəsində  payızlıq  buğda  sahələrində  yayılan  sərtqanadlılar,  onların  növ  tərkibi, 
bitkiyə vurduğu ziyan və s. haqqında geniş məlumat verilmir.  
Yumşaq buğda – Triticum aestivum L. (Cins: Triticum L., Fəsilə: Poaceae Barnhart) Gəncə-
Qazax  bölgəsində  mədəni  dənli  bitkilərdən  ən  çox  əkiləni  və  bununla  əlaqədar  olaraq  zərərverici 
böcəklərin qida bazası kimi üstünlük verdikləri bitki növlərindəndir.  
Yer  üzərində  360000-dən  çox  növ  sərtqanadlılar  (Coleoptera)  dəstəsinə  aiddir  (5).  MDB-də 
25000, Azərbaycanda isə 4000 növü məlumdur (1, s.158). Aparılan tədqiqatlar nəticəsində Gəncə-
Qazax bölgəsində dənli bitkilərin üstünlük təşkil etdiyi aqrosenozlarda 9 fəsiləyə, 20 yarımfəsiləyə, 
23  tribaya,  31  cinsə  aid  42  növün  yayıldığı  müəyyən  olunmuşdur.  Bu  növlərin  bəziləri  bitkinin 
yalnız  vegetativ,  bir  qismi  isə  ancaq  generativ  orqanları  ilə  qidalanır.  Lakin  yayılmış  növlər 
içərisində bitkinin həm vegetativ, həm də generativ orqanlarla qidalanan növlər üstünlük təşkil edir. 
   MATERİAL VƏ METODLAR 
Tədqiqat obyekti kimi Azərbaycanın Gəncə-Qazax bölgəsində buğda bitkisinə  ziyan vuran 
böcəklər  götürülmüşdür.  Çöl  işləri  bölgədə  müxtəlif  koordinatlarda  yerləşən,  payızlıq  buğdanın 
becərildiyi  aqrosenozlardan  seçilən  stasionar  sahələrdə  aparılmışdır.  Materialın  toplanması  və 
işlənməsi  qəbul  edilmiş  entomoloji  üsullara  əsaslanmışdır  (4,  s.5-15;  7,  s.3-20).  Qeyd  edək  ki, 
aqrosenozlarda müşahidə aparan və material toplanan zaman mədəni bitkilərin həyatında baş verən 
dövri  dəyişkənliklər  nəzərə  alınmışdır.  Toplanmış  materiallar  AMEA  Zoologiya  İnstitutunun 
kolleksiya  materialları  əsasında  və  mütəxəssislər  tərəfindən  təyin  edilmişdir.  Hazırda  entomoloji 
materiallar AMEA Zoologiya İnstitutunda saxlanılır. 
 NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 
Təyin olunmuş 42 növdən 25-i fitofaq, 6-ı miksofitofaq, 4-ü miksozoofaq, 6-ı zoofaq, 1 növ 
(G.mopsus  Pal.)  isə  kaprofaq  qidalanmaya  malikdir.  Fitofaq  növlərdən  də    8-i  (Z.tenebrioides 
longulus  R&S,  Z.morio  morio  Mén.,  O.melanopus  L.,  Ch.hortensis  Geoffr.,  A.austriaca  Herbst., 
B.leucaspis  L.,  H.postica  Gyl.,  O.flavipennis  Küst.)  oliqofaq  olub  7-si  ancaq  taxıllarla  qidalanır 
(əsasən  də  buğda  bitkisiylə)  (H.postica  Gyl.  istisna  növ  olub,  paxlalılarla,  xüsusən  də  üçyarpaq 
yonca  ilə  qidalanır);  17  növ  isə  (A.picipes  Ol.,  D.obscurus  Dej.,  C.valeriana  Mén.,  Ch.chalcites 
Ger.,  Ch.limbata  Fab.,  C.hoefti  Mén.,  O.cinctella  Schaum,  Epicometis  sp.,  P.idiota  Herbst, 
B.nigripennis  Reitt.,  A.lineatus  Lin.,  P.daghestanica  Reitt.,  P.elongata  Mén.,  S.obscura  Lin., 
O.sabulosum  L.,  B.lethifera  Mars.,  B.halophila  Fisch.)  polifaq  olub,  buğda  ilə  yanaşı  digər 
fəsilələrə aid olan mədəni və yabanı bitkilərlə də qidalanırlar.  


76 
 
Şəkil 1. Gəncə-Qazax bölgəsində dənli bitki sahələrində yayılmış böcəklərin qidalanma 
tipləri 
 
Adı  çəkilən  10  növ  miksofaq  böcəkdən  isə  6-ı  miksofitofaq  (H.froelichii  Sturm.,  H.tardus 
Pan., H.griseus Pan., H.rufipes DeGeer, H.calceatus Duft., C.melancholicus melancholicus Dej.), 4-
ü  miksozoofaqdır  (C.ambiguus  ambiguus  P.,  C.longicollis  Motsch.,  N.picicornis  luteipes  Chaud., 
E.hirtus  L.).  6  növ  zoofaq  (P.niger  Shal.,  S.cylindronotus  Fal.,  S.leucophthalmus  Lin., 
B.semistriatus  Dej.,  C.septempunctata  L., 
H.variegata  Goeze.),  1  növ  isə  kaprofaqdir  (G.mopsus 
Pal.). Təyin olunmuş 42 növ sərtqanadlını qidalanması ilə əlaqədar olaraq payızlıq buğdanın hansı 
orqanına zərər vurmasından asılı olaraq müxtəlif cür qruplaşdırmaq olar (Cədvəl).  
Cədvəl 
Gəncə-Qazax bölgəsində taxıl sahələrində yayılmış sərtqanadlıların  
payızlıq buğdanın müxtəlif orqanlarına vurduğu ziyan  
 
 
 
№ 
 
 
 
Növlərin adı 
Generativ 
orqanlar 
Vegetativ  
orqanlar 
Ç

ək
 
Me
yv
ə 
Toxum
 
Kök
 
Gövd
ə 
Ya
rpa
q
 
 
1. 
Fəsilə: Carabidae 
Pterostichus (Platysma) niger (Schaller, 1783)**  
– 
– 
– 
– 
– 
– 
2. 
Zabrus tenebrioides longulus Reiche & Saulcy, 1855* 
– 





3. 
Zabrus (Zabrus) morio morio Ménétries, 1832* 
– 





4. 
Harpalus (Harpalus) froelichii Sturm, 1818* 
– 



– 
– 
5. 
Harpalus (Harpalus) tardus (Panzer, 1796)** 
– 



– 
– 
6. 
Harpalus (Pseudoophonus) griseus (Panzer, 1796) ** 
– 



– 
– 
7. 
Harpalus (Pseudoophonus) rufipes (Degeer, 1774)** 
– 



– 
– 
8. 
Harpalus (Pseudoophonus) calceatus (Duftschmid, 
1812) ** 
– 
+
 


– 
– 
9. 
Cryptophonus melancholicus melancholicus Dejean, 
1829* 
– 


– 
– 
– 
10. 
Acinopus (Acinopus) picipes (A.G.Olivier, 1795) ** 
– 



– 
– 
11. 
Dixus obscurus (Dejean, 1825)* 
– 



– 
– 
12. 
Scarites (Scarites) cylindronotus Faldermann, 1836* 
– 
– 
– 
– 
– 
– 
13. 
Sphodrus leucophthalmus Linnaeus, 1758* 
– 
– 
– 
– 
– 
– 

 14.3% 
10 
 23.8% 

 2.4% 
17 
 68.0% 

 32.0% 
Fitofaq 
25 
 59.5% 
Zoofaq
Miksofaq
Kaprofaq
Polifaq
Oliqofaq


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə