Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   31   32   33   34   35   36   37   38   ...   134

72 
qida  duzlarını,  o  cümlədən  kükürdüun  bitki  orqanizminə  daxil  olmasını    bitkinin  mayalanmasını 
asanlaşdırır[8,s.152-153]. Ə. N. Güləhmədov, M.H. Abutalıbov, A.X. Tağızadə, İ. Bünyatov və N.İ. 
Qazıyevanın  təcrübələrində  müəyyən  edilmişdir  ki,  sink  gübrələri  ilə  yemləndirilən  bitkilərdə 
meyvə orqanlarının tökülməsi olduqca aşağı salınmışdır. L.P.Tropina öyrənmişdir ki, sink elementi 
bitki  toxumlarının  cücərmə  enerjisini  artırır,  cücərtilərin  soyuğa  davamlılığını  təmin  etməklə 
böyüməsini  xeyli  surətləndirir  və  duza  davamlılığını  artırır,  məhsuldarlığı  yüksəldir[1,s.10-11]. 
Sink  çatışmadıqda  bitkidə  boy  maddələri  (auksin)  azlığından  onun  böyüməsi  ləngiyir.  Sink  bütün 
kənd təsərrüfatı bitkilərinin məhsulunun keyfiyyətini yaxşılaşdırır [3,s.14-15]. 
 
Material  və  metodika:  Təcrübələrin  qoyulmasında  Ə.C.  Musayev,  H.S.  Hüseynov  və  Z.A. 
Məmmədovun “Dənli-taxıl bitkilərinin seleksiyası sahəsində tədqiqat işlərinə dair tarla təcrübələrinin 
metodikası”-dan [5,s.3-84], riyazi hesablamalar isə: McKee, G.W. 1964. A coefficient for computing 
leaf area in hybrid corn. Agron. J. 56: 240-241 kitablarındakı metodikaya  görə aparılmışdır. Bitkilərə 
qulluq region üçün ümumi qəbul edilmiş aqrotexniki qayda əsasında aparılmışdır. 
 
Eksperimental  hissə:  Tədqiqat  işinin  aparılmasında  əsas  məqsədimiz  Naxçıvan  Muxtar 
Respublikası şəraitində mineral gübrələrin və mikroelementlərin qarğidalı bitkisinin yarpaq səthinə 
təsirini  öyrənməkdir.  Tədqiqat  materialı  olaraq  qarğıdalı  bitkisinin  Azərbaycan  ETƏİ-dən  alınmış 
Dişşəkilli-Zea  mays  indentata  yarımnövünə  aid  „Zaqatala-68”  sortu  götürülmüşdür.  Təcrübələr 
Akademik  Həsən  Ə.  Əliyev  adına  „Araz”  EİB-nin  Şərur  dayaq  məntəqəsində  qədimdən  suvarılan 
çəmən-boz  torpaqlar  şəraitində  aparılmışdır.  Təcrübə  ilində  qarğıdalının  sələfi  yonca  bitkisi 
olmuşdur. Qarğıdalı bitkisi qida maddələrinə daha tələbkar olduğu üçün metodikaya uyğun olaraq 
gübrə  normalarının  (P  K)  30%-i  verilərək  sahə  27-30  sm  dərinlikdə    şumlanmışdır.  Erkən  yazda 
alaq otlarının cücərtilərini məhv etmək üçün sahə malalanmışdır. . Fosfor kalium gubrə nrmalarının 
qalan 70% -i isə səpinqabağı torpağa verildikdən sonra sahəyə 30 x 70 sxemi üzrə qarğıdalı toxumu 
səpilmişdir.  Səpin  15  aprel  2016-ci  ildə  keçirilmiş  16  aprel  2016-ci  il  tarixində  təcrübə  sahəsinə 
torpaq  suyu  verilmişdir.    Metodikaya  uyğun  olaraq  „Zaqatala-68”  qarğıdalı  sortundan  istifadə 
olunmaqla nəzarətə görə 1-ci sxemdə N
120
P
60
K
90
(fon)  və 2-ci sxemdə isə N
150
P
90
K
90 
(fon) mineral 
gübrə  normaları  fonunda  5kq  Mg,  5kq  Cu,  5kq  Zn  mikroelementləri  ilə  yemləndirilən  qarğıdalı 
bitkisinin yarpaq səthinə təsiri öyrənilmişdir. Təcrübə iki sxemdə dörd  təkrarda qoyulmuşdur. Hər 
təkrarda  beş  variant  və  hər  variantın  sahəsi  50  m²  olmuşdur.  Təcrübənin  birinci  sxemində  nəzarət 
(gübrəsiz)    N
120
  P
60 
  K
90 
(fon)  və  fon  əsasında  5kq  Mg,  5kq  Cu,  5kq  Zn  mikroelementləri    ilə 
qidalanmanın təsiri öyrənilmişdir. Təcrübənin ikinci sxemində isə nəzarətə görə N
150
P
90
K
90 
(fon ) və 
fona görə 5kq Mg, 5kq Cu, 5kq Zn mikroelemetləri  ilə qidalanmanın təsiri öyrənilmişdir. Tədqiqat 
zamanı  təcrübə  sahəsində  qarğıdalı  bitkisi  üzərində  metodikaya  əsasən  fenoloji  müşahidələr  və 
biometrik  ölçmələr  aparılmışdır.  Aqrotexniki  qulluq  işləri  ardıcıl  olaraq  yerinə  yetirilmişdir.  Azot 
gübrə norması isə vegetasiya dövründə nəzarət variantından başqa bütün variantlara mikrogübrə ilə 
birlikdə  yemləmə  şəklində  iki  dəfəyə  verilmişdir.  Təcrübə  sahəsində  alaq  otlarına  qarşı  bütün 
variantlarda  Türkiyə  istehsalı  olan  “PlatinAgro”  firmasına  məxsus  “Otason  40  SC”  preparatından 
istifadə  olunmuşdur.  Təcrübə  sahəsinə  vegetasiya  su  normaları  vaxtı-vaxtında  verilmişdir. 
Cərgəarası  becərilmə  işləri  isə  hər  suvarılmadan  3-4  gün  sonra  aparılmışdır.  Xəstəlik  və 
ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görülmüşdür. Qarğıdalı bitkisinin yarpaq səthinin ölçüləri 
qıçaların  süd  yetişkənlik  fazasında  aparılmış  və  aralarında  olan  fərqin  hektara  nisbəti 
hesablanmışdır.  Təcrübənin  I  sxemi  üzrə  cədvəldən  göründüyü  kimi  nəzarət  gübrəsiz  variantında 
bitkinin  yarpaq  səthinin  ölçüsü  571  sm²  olduğu  halda  N
120
P
60
K
90 
(fon)  variantında  704  sm² 
olmuşdur.  Mikroelement  tətbiq  olunan  variantda    N
120
P
60
K
90 
(fon)  +5kq  Mg  variantında    bitkinin 
yarpaq səthinin ölçüsü 823 sm², N
120
P
60
K
90 
(fon)+5kq Cu variantında 929 sm², N
120
P
60
K
90 
(fon) +Zn 
variantında  isə  1014  sm²  olmuşdur  (Cədvəl).  Təcrübənin  II  sxemində  cədvəldən  göründüyü  kimi 
nəzarət gübrəsiz variantında bitkinin yarpaq səthinin ölçüsü 570 sm²  olduğu halda N
150
P
90
K
90
(fon) 
variantında  bitkinin  yarpaq  səthinin  ölçüsü    orta  hesabla  838  sm²  olmuşdur.  Mineral  gübrələr 
fonunda  mikroelement  tətbiq  olunan  variantda  N
150
P
90
K
90 
(fon)+5kq  Mg  variantda  qarğıdalı 
bitkisinin  yarpaq  səthinin  ölçüsü  967  sm²,  N
150
P
90
K
90 
(fon)+5kq  Cu  variantında  bitkinin  yarpaq 
səthinin ölçüsü  1020sm²,  N
150
P
90
K
90 
(fon)+5kq  Zn  variantında  isə bitkinin  yarpaq  səthinin ölçüsü 
1109 sm² olmuşdur. Burada həm 1-ci, həm də 2-ci əkin sxemlərində nəzarətə və fona görə müxtəlif 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə