Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   29   30   31   32   33   34   35   36   ...   134

68 
yazımdır.  Quru xammal zəif narkotik iyə malikdir.  Xammalın öz keyfiyyətini saxlama müddəti 2 
ildir. Spazmolitik və astma əleyhinə təsirlidir. 
Tərkibindəki  alkaloidlərə  görə  qara  batbat  xammalı  M-xolinolitik  təsir  göstərməklə    yanaşı, 
həm  də  bağırsaqların,  öd  kisəsi,  sidik  və  tənəffüs  yollarının  saya  əzələlərinin  spazmını  da  aradan 
qaldırır.  Bitki  xammalında  olan  skopolaminin  miqdarından  asılı  olaraq,  onun  mərkəzi  sinir 
sisteminə təsiri birmənalı deyildir. Skopolamin sedativ təsirə malik olub, kiçik dozada mərkəzi sinir 
sisteminə, xüsusən də baş beyin qabığına demək olar ki, təsir etmədiyi halda, miqdarı artdıqca beyin 
qabığının hərəki zonalarında oyanmaları tormozlayır. 
V. Petkov digər müəlliflərlə birlikdə qara batbat bitkisinin qalen preparatlarının azan sinirlərin 
tonusunu zəiflədərək sakitləşdirici effekt yaratdığını, bu preparatlardan spastik öskürəkdə, bronxial 
astma,  mədə  və  12-barmaq  bağırsaq  yaralarında  istifadə  olunduğunu,  habelə  qara  batbat  həlimi 
miozit, nevralgiya, hematoma xəstəliklərində dəriyə sürtməklə istifadə edilir. 
D.A.  Muravyeva  digər  müəlliflərlə  birlikdə  qara  batbat  bitkisi  yağının  revmatizm  və 
nevralgiyada  effektli  olduğunu  göstərmişlər.  Əbu  Əli  İbn  Sina  batbat  cinsinin  H.  albus  L.,  H. 
aureus  L.  və  H.  niger  L.  növlərindən  dərman  məqsədi  ilə  istifadə  etmişdir.  İbn  Sinaya  görə  qara 
batbat  quru  və  soyuq  təbiətə  malik  olub,  yarpaqları  ağrıları  sakitləşdirir,  qanı  qatılaşdırır. 
Qatılaşdırılmış şirəsi hamiləlikdən sonra süd vəziyərində yaranan şişlərin çəkilməsinə səbəb olur. 
Xalq  təbabəti  mənbələrində  də  ağ  çiçəkli  batbatdan  daha  çox  istifadə  edilməsi,  onun  oynaq 
ağrıları hallarında faydalı olduğu, batbat şirəsindən arpa unu ilə təpitmə düzəldib isti halda şişlərə, 
qulaq ağrısına və mastitə (süd vəzisinin iltihabı) qarşı işlədildiyi qeyd edilir. Qara batbat bitkisinin 
yarpaqları astma xəstəliyinə qarşı tətbiq edilən "Astmatol" kompleks preparatının tərkibinə daxildir. 
Qara  batbat  bitkisi  çox  zəhərlidir.  Odur  ki,  onun  preparatları  yalnız  həkimin  icazəsi  və  nəzarəti 
altında qəbul edilməlidir. 
Aci -  şirin qaragilə  -  Solanum dulcamara l.  Bu  bitki Badımcankimilər  –  Solanaceae  Adans. 
fəsiləsinin  Qaragilə  -  Solanum  L.  cinsinə  daxildir.  Cinsin  Arktika  və  Antarktikadan  başqa  Yer 
kürəsinin bütün ərazilərində, xüsusilə də tropik və subtropik zonanın Qərb yarımkürəsində yayılmış 
2000-ə qədər növündən Qafqazda 13, Azərbaycanda 8 (onlardan 2 növü mədəni şəkildə becərilir), o 
cümlədən Naxçıvan MR-də isə 6 növünə rast gəlinir. 
Yarımkol bitkisidir. Əsasından güclü budaqlanan, oduncaqlı, sürünən  gövdəsi 0,3-1,5 (2-3) m 
hündürlüyündə, 2-2,5 (5) sm qalınlığında dırmaşan, girintili-çıxıntılıdır. Cavan bitkiləri sarı-qırmızı, 
uzunsov  qırışıqlı,  qabıqlı,  çoxillik,  budaqları  aralanmış,  seyrək  tükcüklü,  yaxud  çılpaqdır. 
Yarpaqları  2,5-12  sm  uzunluğunda,  0,6-10  sm  enində,  birtərəfi  az  tükcüklü,  bəzən  çılpaq,  orta 
dərəcəli damarlanmış,  yumurtavari və  ya neştərşəkilli, itiuclu, zirvə yarpaqları iri, qalan yarpaqları 
bütövdür. Çiçəkləri 6-25(30) ədəd, qalxan çiçək qrupunda toplanmışdır. Çiçək qrupunun uzunluğu 
2-5,5 sm-ə çatır, tək-tək tükcükləri vardır, və ya adətən çilpaqdır. Erkəkcik saplağı qısadır. Meyvəsi 
al-qırmızı (bəzən yaşıl-sarı), parlaq, yumurtavari və ya ellipsşəkilli, küt və ya bəzən itiuclu, (6)   7-
12 mm uzunluğunda, (4,5) 5-8 mm enində olub, böyrəkvari, yastı və kiçik torludur. Çiçəkləmə vaxtı 
iyun-  sentyabr,  meyvəvermə  vaxtı  iyul-sentyabr  aylarını  əhatə  edir.  Meşə  və  pöhrəli  kolluqlarda, 
çay sahillərində, göl və nohurlarda, rütubətli çəmənliklərdə rast gəlinir.  
Tərkibi steroid və alkaloidlərdən ibarətdir. Yerüstü hissələrinin tərkibində tiqonenin alkaloidi 
vardır.  Gövdəsində  steroidlərdən  -  sitosterin,  stiqmasterin,  kampesterin,  brassikasterin  və 
izofukosterin tapılmışdır. Yarpaqlarında triterpenoidlər, steroidlər, alkaloidlər, fenol-karbon turşusu, 
flavonoidlər,  ali  alifatik  karbohidrogenlər,  ali  yağ  turşuları,  çiçəklərində  isə  alkaloidlər  vardır. 
Meyvələrində  karotinoidlər  (fitifluin,  β-karotin,  zeakarotin,  likopin,  kriptoksantin),  steroidlər 
(sitosterin,  stiqmasterin,  kampesterin,  brassikasterin,  izofukosterin),  toxumlarının  tərkibində  triter-
penoidlər,  steroidlər,  alkaloidlər,  piyli  yağlar,  ali  yağ  turşuları  (laurin,  miristin,  palmitin)  və 
fosfolipidlər  (0,12%)  vardır.  Yetişməmiş  meyvələrindən  alınmış    solanin,  çiçəklərindən  alınmış 
solasodin və beta solamarin alkaloidləri antidermatit aktivliyə malik olmaqla, xroniki ekzemada və 
irinli çibanda istifadə olunur.  
Naxçıvan  Muxtar  Respublikasının  florasında  yayılan  bu  bitki  növləri  geniş  əraziləri  əhatə 
etdiyindən təbii ehtiyatı boldur. Günəş radiasiyası yüksək olan bu regionda bitkilərin tərkibi  bioloji 
aktiv maddələrlə zəngindir və  tibbdə istifadə olunması məqsədəuyğundur.   


69 
 
ƏDƏBİYYAT 
1.
 
Qurbanov E.M. Dərman bitkiləri. Bakı, 2009, 360 s. 
2.
 
Qurbanov E.M. Ali bitkilər sistematikası. Bakı, 2009, 420 s. 
3.
 
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 
Naxçıvan, Əcəmi NPB, 2008, 364 s. 
4.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Ə.M.  İbrahimov  və  s.  Naxçıvan  Muxtar  Respublikasının 
dərman bitkiləri.  Naxçıvan, Əcəmi NPB, 2014, 432 s. 
5.
 
Talıbov  T.H.,  Səfərova  F.A.  Naxçıvan  Muxtar  Respublikası  otlaqlarında  yayılmış  bəzi 
zərərli və zəhərli bitkilər, NDU Elmi əsərləri. Naxçıvan: Qeyrət, 2010, №1, s. 42- 48   
6.
 
Gürgen A.R. Türkiyenin onemli zehirli bitkileri. İstanbul: Hüsünütabiat Basımevi,1946, 81 s 
7.
 
Дударь А.К. Ядовитые и вредные растения лугов, сенокосов, пастбищ. Москва, 1970 
8.
 
Исмаилов  Н.М.  Алкалоидоносные  растения  Азербайджанской  ССР.  Баку,  Элм,  1975, 
199 с. 
9.
 
Кулиев  А.М.  Ядовитые  и  вредные  растения  Азербайджана  и  меры  борьбы  с  ними. 
Баку, Азернешр, 1964, 282 с.  
ABSTRACT 
Farida Safarova 
The flora of the Nakhchivan Autonomous Republic - the family Solanaceae Adans. of 
toxic kind of role in medicine 
İn  the  world  famili  Solanaceae  Adans.  widespread.  To  this  family  includes  some  2900 
species on earth. İn Azerbaijan 10 genus represented some 25 species of, 8 genus belonging to 19 
species can be found the Nakhichevan Autonomous Republic. This species from 5 genus belonging 
to 5 species of biologically active substances are rich and is used in medicine. 
These plants genus Capsicum L, included Capsicum lannuum I . genus Datura L. included 
Datura  stramonium  l.,  genus  Hyoscyamus  L.  included  Hyoscyamus  niger  l.,  genus  Nicotiana  L. 
included  Nicotiana  tabacum    l.  and  genus  Solanum  L.  included  Solanum  dulcamara  l.  species  in 
this article, studied the chemical composition of natural resources and medical importance. 
 
РЕЗЮМЕ  
Фарида Сафарова  
Pоль в медицине ядовитыx предтcтавителей  семейства Solanaceae Adans.  
pаспространенныx в флоре Нахчыванской Автономной Республики  
 
И  семейству  Solanaceae  Adans.  oчень  широкое  распространение  в  мире.  На  Земле 
этому семейству относятся около 2900 видов. В азербайджане 10 до 25 видов, относящихся к 
8  родам,  а  в    Нахчыванской  Автономной  Республике  -  19  вида  встречаются  представлен 
полом.  Этих  5  семейству,  5  вида,  относящихся  к  составе  богата  биологически  активных 
веществ и используются в медицине. 
 
В  эти  растения  Capsicum  L.  принадлежит  родам  Capsicum  annuum  l,  Datura  L. 
принадлежит  к  роду  Datura  stramonium  l.,  Hyoscyamus  L.  принадлежит  к  роду  Hyoscyamus 
niger  l.,    Nicotiana  L.  принадлежит  к  роду  Nicotiana  tabacum    l.,  Solanum  L.  принадлежит  к 
роду  Solanum  dulcamara  l.  что  статья  их  химического  состава,  природные  ресурсы  и 
медицинское значение было исследованные. 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni  çapa  təqdim  etdi:  Biologiya  üzrə  fəlsəfə  doktoru,  dosent   
M. Piriyev
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə