Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   40   41   42   43   44   45   46   47   ...   134

91 
hansısa  bir  fəal  mərkəzi  tərəfindən  yerinə  yetirilir.  Digər  tərəfdən  belə  hesab  olunur  ki,  fəal 
mərkəzlər fermentlərin 3-cü və 4-cü polipeptid zəncirlərində yerləşmiş amin turşuları radikallarının 
hər  hansı  birləşməsindən  ibarətdir.  Doğrudan  da  məlum  olmuşdur  ki,  fermentlər  denaturasiyaya 
uğradıqda  polipeptid  zəncirinin  qarşılıqlı  yerləşməsi  pozulur  və  ferment  fəallığını  itirir. 
Fermentlərin öyrənilmə tarixi qədimdir. Ferment tədqiqatının görkəmli alimləri  Lipman Fris Albert 
(1899-1986), Lui Paster (1822-1895), Kornberq  Artur (1918-2007), Leonor Mixaelis (1875-1949), 
Eduard  Buxner  (1860-1817),  Ceyms  Betçeller  Samner  (1987-  1955),  İoqann  Yustus  fon  Libix 
(1803-1873),  Mod  Menten    (1879-1960),  Con  Xovard  Nortrop  (1891-1987),  Emil  Herman  Fişer 
(1852-1919) olmuşdur [3; 4, s.94-110; 6, s. 88-106 ]. 
Sarımsaq soğan Allium sativum L. Soğankimilər fəsiləsinin - Alliaceae L., Soğan - Allium 
L.  cinsinə  daxildir.  Sarımsaq,  çoxillik  soğanaqlı  ot  bitkisidir.  Soğanağı  2-12  (  bəzən  də  çox) 
paycıqlardan (dişciklərdən) ibarət olub, girdə formadadır. Soğanağın hər dişciyi xaricdən müstəqil 
örtüyə  malikdir.  Dişciklərin  hamısı  birlikdə  xaricdən  bir  neçə  ümumi  pulcuqşəkilli  örtüklə 
örtülüdür.  Örtüyün  rəngi  ağ-çəhrayı,  yaxud  bənövşəyi  olur.  Yerüstü  gövdəsi  dikdurandır. 
Hündürlüyü  40-70  sm-ə  çatır.  Yarpaqları  xəttvaridir.  Gövdəsinin  mərkəzindən  çiçək  oxu  inkşaf 
edir. Çiçək oxunun sonunda sayı o qədər də çox  olmayan ağ və  ya solğun çəhrayı rəngli çiçəkləri 
çətirə  bənzər  çiçək  qrupu  əmələ  gətirirlər.  Onlar  əmələ  gələrkən  xaricdən  konusa  bənzər  ümumi 
örtüyə  malik  olurlar.  Meyvəsi  3  yuvalı  qutucuqdur.  Qutucuğun  içərisində  üçkünc  formalı  qara 
rəngli  toxumlar  yerləşir.  Bitki  iyun-iyul  aylarında  çiçəkləyir.  Həm  toxumla,  həm  də  soğanaq 
vasitəsi  ilə  çoxalır.  Becərilmə  tarixi  eramızdan  2000  il  əvvələ  aid  edilən  sarımsağın  vətəni  Orta 
Asiya hesab edilir. Qədim yunanlar onu Allium adlandırmışlar. Hazırda bitkinin daxil olduğu cinsin 
adı  da  burdan  götürülmüşdür.  Bu  qiymətli  dərman  bitkisi  demək  olar  ki,  Azərbaycanın  bütün 
rayonlarında əkilib becərilir [1;2].  
Soğanağı  (Bulbus  allii  sativi)  istifadə  olunur.  Tərkibində  efir  yağı  (0,1-0,6%),  tioqlikozid-
skordinin,  A  vitamini,  C  vitamini,  B  qrupu  vitaminləri,  yodun  izləri  və  inulin  tipli  polisaxaridlər 
aşkar  edilmişdir.  Efir  yağının  əsasını  diallildisulfid  (60%),  dialliltrisulfid  (20%),  dialliltetrasulfid 
(10%)  və  allilpropil-disulfid  (6%)  təşkil  edir.  Ekstarksiya  zamanı  sarımsaqda  olan  allinə  alliinaza 
fermentinin  təsirindən  allisin  adlanan  güclü  antimikrob  aktivliyə  malik  suda  həll  olan  birləşmə 
əmələ gəlir. Sarımsağa spesifik iyi verən də məhz həmin allisindir. 
Həzm  tarktının  fəaliyyətinin  tənzimində,  infeksiyon  xəstəliklərin  hipertoniya  və  aterosklero-
zun profilaktika və müalicəsində mühüm rol oynayır. Sarımsaq hələ çox qədimdə müxtəlif ölkələrin 
xalq  təbabətində  bir  sıra  xəstəliklərə  qarşı  istifadə  edilmiş  dərman  bitkisidir.  Elmi  təbabətdə 
aparılmış  çox  saylı  eksperimental  və  klinik  tədqiqatlar  bu  bitkinin  xalq  təbabətindəki  tətbiqinin 
əsaslı  olduğunu-onun  geniş  farmakoloji  təsir  spektrinə  malik  dərman  bitkisi  olmasını  təsdiq 
etmişdir. Sarımsağın təsir xüsusiyyətlərini uzun müddət araşdıran, onun güclü antimikrob aktivliyə 
malik olmasını müəyyən edən tədqiqatçılardan biri B.P. Tokin olmuşdur. O, 1928-48-ci illər ərzində 
apardığı  təcrübələrdən  belə  nəticəyə  gəlmişdir  ki,  sarımsaq  fitonsidlərlə  ən  zəngin  bitkidir.  Onun 
uçucu fraksiyası difteriya çöplərinə, vərəm mikobakterlərinə, stafilokokklara, sterptokokklara, maya 
göbələklərinə  məhvedici  təsir  göstərir.  Bundan  sonra  İ.V.  Toroptsev  və  İ.E.  Kamnev  sarımsaqdan 
poroşok və məhlul halında bakterisid preparat, T.D. Janoviç - sativin adlı ekstrakt, amerika alimləri 
Cavallito  və  Baily  (1994)  -  allisin.  De  Almeida  Machado,  Cross  və  Calvalhodos  (1945)  -  qarlisin 
adlandırılan antibiotik təbiətli maddələr almışlar. 
Popov  (1948)  sarımsağın  vəba  vibrionlarına  qarşı  güclü  bakterisid  təsir  göstərdiyini  öy-
rənmişdir.  Sarımsağın  farmakoloji  xüsusiyyətlərini  uzun  illər  araşdırmış  tədqiqatçılardan  biri  olan 
V.  Petkov  dovşanlar  üzərində  apardığı  təcrübələrdən  belə  nəticəyə  gəlmişdir  ki,  sarımsaq 
preparatları  ateromotoz  lövhəciklərin  yaranmasının  qarşısını  alır,  hipotenziv  effekt  yaradır  (bu 
effekt klinik müşahidələrdə də təsdiq olunmuşdur). O, 1949-cu ildə əvvəlcə eksperimental, sonra isə 
klinik  şəraitdə  sarımsağın  antihelmit  təsirini  də  öyrənmişdir.  Apardığı  təcrübələrin  nəticəsində 
sarimsağın hipoqlikemik və antitireoid effektlərə malik olduğunu, onun təzə şirəsinin, yaxud efirlə 
ekstraksiya olunmuş efir yağının-qanda xolesterinin miqdarını aşağı saldığını aşkar etmişdir. Petkov 
1961-69-cu  illərdə  əməkdaşları  ilə  birlikdə  sarımsağın  təzə  şirəsi  və  ya  onun  sulu  çıxarışının 
bağırsaq  mikroorqanizmlərinə  (dizenteriya,  yatalaq  və  bağırsaq  çöp-lərinə,  entorokoklara),  qızılı 


92 
stafilokokklara, alfa-hemolitik streptokokklara məhvedici təsirini təcrübələrdə yoxlamışdır. 1953-cü 
ildə  müəyyən  etmişdir  ki,  sarımsaq  kiçik  dozada  bağırsağın  həm  tonusunu  azaldır,  həm  də 
peristaltikasını zəiflədir. O, 60-cı illərdə, öncə heyvanlar üzərində, sonra isə klinik şəraitdə sarımsaq 
preparatının  qurğuşun  intoksikasiyalarına  qarşı  çox  yaxşı  profilaktik  və  müalicəvi  effektə  malik 
olduğunu müəyyən etmişdir. 
Kovalevanın  (1971)  qeyd  etdiyinə  gorə,  sarımsaq  preparatları  ürək  əzələlərinin  yığılma 
amplitudasını genişləndirir, ritmini azaldır, həm ürəyin tac damarlarını, həm də periferik damarları 
genişləndirir, diurezi artırır. Sarımsaqdan müasir tibbi təcrübədə ateroskleroz, hipertoniya və mədə-
bağırsaq xəstəliklərinin (bağırsaq atoniyasi, kolit, dizinteriya, meteorizm və s.) müalicəsində, habelə 
bağırsaqların florasının inkişafı, zərərli florasının məhv edilməsi, iştahın artırılması, mədə şirəsi və 
öd  ifrazını  tənzimləyərək  həzmin  yaxşılaşdırılmasında  işlədilir.  Sarımsaq  insan  orqanizmində  bir 
çox  prosesləri  nizama  salan  cox  qiymətli  bitkidir.  Ondan  keçmiş  SSRİ-də  “Allilsatum”,  Polşada-
“Alliofil”,“Alliostabil”, Almaniyada “Allium sativum- Starth”, “Starth-50”, “Alliocaps” preparatları 
alınmışdır. 
Sarımsaq “Alloxol” kompleks preparatının da tərkibinə daxildir. Sarımsağın antimikrob təsirli 
uçucu maddələri ağ ciyərlər vasitəsi ilə orqanizmdən xaric edildiyi üçün bronxit və bronxoektazada 
ondan istifadə edilməsi yaxşı nəticə verir. Belə bir fikir də mövcuddur ki, sarımsağın təsirindən şiş 
hüceyrələrinin inkişafi zəifləyir. Bütün bunlarla yanaşı, böyrəkləri xəstə olan insanların sarımsaq və 
onun  çıxarışlarından  istifadə  etməsi  məsləhət  görülmür,  çünki  onlar  böyrəklərin  pareiximasını 
qıcıqlandırmaqla  zərər  verə  bilərlər.  Çin  təbabətində  sarımsaq  çox  qiymətli  dərman  bitkisi  kimi 
revmatizm,  həzm  və  tənəffüs  sistemi  xəstəliklərinin,  dəri  xəstəliklərindən  -  pullu  dəmrov  və 
piodermiya xəstəliklərinin müalicəsində istifadə olunur.  
 Sarımsaq müxtəlif forma və qaydalarda qəbul edilir. 1. Ən adi üsul axşam yeməyi zamanı bir 
yaxud  bir  neçə  diş  təzə  sarimsağı  yeməklə  (yaxşı  olar  ki,  qatıqla  qəbul  etmək).  2.  Duza  və  ya 
sirkəyə  qoyulmuş  sarımsağı  da  1-ci  üsulda  olduğu  kimi  qəbul  etmək  olar.  3.  Sarımsaq  miksturası 
(Tinctura allii sativi). Bunun üçün qabıqdan təmizlənmiş 250 q. sarımsaq dişcikləri xırdalanaraq 1 
litr 96 dərəcəli spirtlə qarışdırılır, şüşə qaba doldurularaq ağzı kip qapanır və qaranlıq yerə qoyulur. 
Gündə  1  dəfə  (axşamlar)  yaxşı  çalxalamaqla  14  sutka  bu  şəraitdə  saxlanaraq  süzgəcdən  keçirilir. 
Alınmış tinktura yeməkdən əvvəl hər dəfə 15-20 damcı südlə içilir.  
Adi  əncir  -  Ficus    carica  L.  Tutkimilər  -  Moraceae  Link.  fəsiləsinin  Əncir  -  Ficus  L. 
cinsinə daxildir. Hündürlüyü 3-4 m-ə (bəzən 7-10 m) çatan, qışda yarpaqlarını tökən qollu- budaqlı 
kol və ya ağac bitkisidir. Gövdəsinin qabığı açıq boz rənglidir. Yarpaqları uzun saplaqlı olub, gövdə 
üzərində  növbəli  və  ya  qarşılıqlı  düzülürlər.  Yarpaq  ayası  (uzunluğu  20-30  sm,  eni  isə  30-35  sm) 
bütöv və ya barmaqşəkilli (3-5) dilimlidir. Çiçəkləri girdə formalı qapalı çiçək qrupuna toplanmış-
dır.  O,  saplağın  əks  tərəfində  yerləşən  deşik  vasitasilə  açılır.  Çiçək  qrupunun  deşiyi  ətrafinda 
erkəkçiklər,  boşluğun  qalan  hissəsində  isə  dişi  çiçəklər  yerləşir.  Dişi  çiçəklərin  özləri  də  meyvə 
verən  və  meyvə  verməyən  olur.  Meyvə  verməyən  çiçəklərə  qısır  cicəklər  deyilir.  Onların  dişicik 
sütüncuğu nisbətən qısa olur. Meyvəsi avqust-sentyabrda yetişir, şirin dada malikdir .  
Azərbaycanın  bir  cox  rayonlarında  (Abşeron,  Şamaxı,  Göycay,  Lənkəran,  Gəncə  və  s.) 
becərilir.  Adi  əncirə  yabanı  halda,  qayalıq  yerlərdə,  çay  vadilərində  rast  gəlinir.  Naxçıvan  MR 
ərazisində  həyətyanı  sahələrdə  becərilir  və  yabanılaşmış  halda  daşlıq-qayalıq  yerlərdə  bitir. 
“Qırmızı  kitab”a  daxil  edilmişdir.  İstifadə  olunan  hissəsi  meyvəsidir  (Fructus  caricae).  Yetişmiş 
meyvəsinin  tərkibində  antosian  qlikozidi  -  sambusianid,  şəkərlər  (qlukoza,  fruktoza,  saxaroza, 
arabinoza),  nişasta,  pektin  maddələri,  fosfatidlər,  piyli  yağlar,  üzvi  turşular,  fermentlər,  selik 
maddəsi,  mineral  maddələr  (kalium,  kalsium,  maqnezium,  fosfor,  dəmir),  karotin,  vitaminlər  -  B

(0,08  mq%),    B
2
  (0,07  mq%),  B
6
  (0,32  mq%),  RR  (0,6  mq%),  pantoten  turşusu  (0,4  mq%),  foli 
turşusu  (0,03  mq%)  və  askarbin  turşusu  olduğu  aşkar  edilmişdir.  Onun  süd  şirəsinin  tərkibində 
quttaperça, züllalar və xolin vardır. Əncirin meyvəsi mineral maddələrlə (xüsusilə kalium və dəmirə 
görə)  zəngin  olduğu  üçün  ürək-damar  xəstəliklərinə,  anemiyaya  qarşı  istifadə  edilir,  Tromboza 
meyilli  xəstələrə  məsləhət  görülür.  Əncirin  meyvəsindən  həzmi  yaxşılaşdıran,  sidikqovucu  və 
tərlədici maddə kimidə də istifadə edirlər. Təzə meyvəsi orqanizmdə duz mübadiləsini tənzim edir. 
Əncirin meyvəsi (Kafeol) preparatının tərkibinə daxildir. Əncirin  yarpaq  və qabığının 1:10 nisbə-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə