UOT 101.1
«Elmi əsərlər», «Scientific works» 2017, № 2(29)
Giriş
Faiq ƏLƏKBƏRLİ
a.e. i., fəlsəfə ü fd ., dosent,
AMEA Fəlsəfə İnstitutu
MÜHACİRƏT DÖVRÜNDƏ AZƏRBAYCAN MİLLİ
İDEYASI (1950-1990-CI İLLƏR)*
1950-1990-cı illər Azərbaycanın mühacirət irsinin məfkurəsində əsas mübarizə xətti
bütün sahələrdə (mədəni, fəlsəfi, siyasi və s.) Azərbaycan Milli İdeyasını - azərbaycançılığı
yaşatmaq və yenidən Milli İstiqlalı qazanmaq istəyi olmuşdur. Bu mənada həmin dövrdə
yaşayan mühacir aydınlarımızın (Əhməd Cəfəroğlu, Hüseyn Baykara, Nağı Şeyxzamanlı,
Əbdülvahab Yurdsevər, Kərim Odər, Azər Aran, Məmməd Sadıq Aran, Məhəmməd Kəngərli,
Əhməd Qaraca, Çingiz Göygöl, Süleyman Təkinər, Kərim Yaycılı, Həmid Ataman, Feyzi
Aküzüm, Cəmil Ünal və b.) yaradıcılıqlarında yer verdikləri mədəni, fəlsəfi, dini, tarixi və
iqtisadi məsələlər Azərbaycan Milli İdeyası - azərbaycançılıqla uzlaşdırılmışdır. Yəni onlar
müxtəlif sahələrin tədqiqatçıları olsalar da, bütövlükdə həmin yaradıcılıq sahələrini
Azərbaycanın milli ideyası ilə əlaqələndirməyə çalışmışlar. Xüsusilə, Azərbaycanın Milli
İstiqlalının zorla əlindən alınıb, onun yerini Sovet Rusiyası müstəmləkəçiliyi ilə əvəz
olunmasını heç cürə qəbul edə bilməyən mühacir aydınlarımız müxtəlif aspektlərdən bu tarixi
hadisənin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmışlar. Onlar bir tərəfdən
Azərbaycan türklərinin qədim mədəniyyətə, tarixə, ədəbiyyata malik bir millət kimi azad
yaşamağa haqqı olduğunu isbat etməyə çalışmış, digər tərəfdən SSRİ kommunizminin saxta
mahiyyətini ifşa etməyə çalışmışlar. Eyni zamanda mühacir aydınlarımız Azərbaycan Milli
İstiqlalını tarixi nümunələrlə yanaşı, azərbaycançılığm meydana çıxması və inkişafı açısından da
idealizə etməyə çalışmışlar. Beləliklə, türk, İslam və Qərb mədəniyyətinə əsaslanan Azərbaycan
milli ideyası və onunla bağlı olan yeni turançılıq, qafqazçılıq, «rus kommunizmi »nin tənqidi və
milli təsanüd mühacirət mütəfəkkirlərinin irsində başlıca yer tutmuşdur.
Mühacirət dövründə dilçi və türkoloq alim, mühacir ziyalımız Əhməd Cəfəroğlu (1899-
1975) 1960-cı ildə «Mücahit» dərgisində nəşr olunan «Azərbaycan Cümhuriyyəti»
məqaləsində yazırdı ki, bu Türk Cümhuriyyəti tamamilə demokratik olub hakimiyyəti
hüdudsuz və şərtsiz millətə vennişdir. Bu cümhuriyyətdə bütün dinlərə, millətlərə münasibətdə
tolerantlıq nümayiş etdirilmiş və himayədarlıq göstərilmişdir. Azərbaycan alimi hesab edirdi
ki, ancaq 27 apreldə böyük türk dünyasının köksündə hürriyyət bayrağım ilk qaldıran bir türk
ölkəsinin ocağı sönmüş, Azərbaycan qırmızı ruslar tərəfindən işğal edilmişdi. Bunun
müqabilində isə milli bayrağı enilən, yerində azad türk cümhuriyyətləri vətəndaşlarının qanuna
boyanmış «oraq-çəkicli» bayrağın dalğalandığı bolşevik istilasına uğramış Azərbaycanda rus
əsarətini mədh edən nitqlər söylənilir və şənliklər keçirilir: «Böyük rus istibdadına satılmış
kiçik bir azəri tör-töküntüsü də bu rus şənliklərində ana yurdlarının istilaçıya təslim
edilməsinin mükafatını alırlar. Milli prinsiplər və milli varlıq bunlar üçün başdan-başa saxta və
riyakar bir yalandan ibarətdir. Bunların nəzərində həqiqi vicdan xalqların milli şərəf və
namusunu tapdalamaq, müqəddəs və əziz ruhları təhqir etməkdir. Kiçik bir tör-töküntüdən
ibarət olan və qırmızı rusların qanlı xəncərinin kölgəsində gizlənən bu qaragüruh, nəhayət ki,
yaxın zamanlarda türk ölkələrində öz inhisarlarına daha yer qalmadığını görərək, şərəfsiz
* Məqalə fəlsəfə ü.e.d., professor Əlikram Tağıyev tərəfindən çapa məsləhət görülüb.
"
23
,
3 9
^
«Elmi əsərlər», «Scientific works» 2017
,
№ 2(29)
ölümlərinin günbəgün yaxınlaşdığını özləri başa düşəcəklər. Çünki haqq və istiqlal eşqi,
istiqbal və milliyyət davası könüllərdə yer tapdığı bir zamanda nə qırmızı xəncər, nə də
boğazdan yuxarı şənliklər kimsəni qorxutmur» (1, s.351).
Cəfəroğlu yazırdı ki, Azərbaycan türklərinin izzəti-nəfsinə endirilən vicdansız zərbəni bir
daha göz önünə gətirməklə yanaşı, bunun belə davam etməyəcəyi inamını da yaşatmaq
lazımdır. Ona görə də hər bir azərbaycanlı Azərbaycan milli məfkurəsinin nə qədər uca amal
olduğunu bir daha təqdir edir və istiqlal şəfəqinin artıq dan yerindən sökülməkdə olduğunu
sezir. Bu baxımdan istiqlal davası azəri türklərinin taleyi və yaşam prinsipidir. Cəfəroğlu
yazırdı: «İstiqlalın mayası və mənbəyi uzun illərdən bəri türk ellərini əsarət atına alaraq türk
ruhunu ağrı-acılarla inlədən ruslarda deyil, «Tanrım, məni istiqlala qovuşdur!» - deyən və onu
milli dua kimi hər gün təkrarlayan türklərin əlində və dilindədir. Buna görə də düşmən
caynağında qalan sevgili türk Azərbaycanının qurtuluşu əsarətə boyun əyməyən və istiqlal
üçün qan tökməyi şərəf bilən hər bir türk ölkəsinin susmayan vicdan qaynağıdır» (1, s.351). O
yazırdı ki, dil, mədəniyyət, milli mənlik, əxlaq və s. etibari ilə türklüyə tam yad olan qüvvənin
illərdən bəri vurduğu zərbələr yalmz bir məqsədə və bir hədəfə yönəldilmişdir: «Azərbaycanı
türksüz qoymaq, istiqlal və milliyyət ruhunu kökündən qoparıb atmaq! Bu isə bir daha onu
göstərir ki, azəri türkləri istiqlala layiq, hürr yaşamağa hazır, yetişmiş bir millətdir. On üç ildən
bəri rusların istismarına və təzyiqlərinə qarşı aparılan inadlı çarpışmalar, axıdılan qanlar,
daxildə və xaricdə ucaldılan mübarizə sədaları məhz bu yetkin millətin istiqlaldan dönməyəcək
əzmə və milli varlığa malik olmasının göstəricisidir» (1, s.351-352).
Azərbaycançılığm gerçəkləşməsi üçün əlindən gələni edən, bu baxımdan yaradıcılığında
Azərbaycan istiqlal davası tarixinə və Azəroaycan türk mədəniyyətinə mühüm yer ayıranlardan
biri də Hüseyn Baykaradır (1904-1984). Azərbaycanın milli azadlıq hərəkatına yaradıcılığında
xüsusi yer verən H.Baykara yazırdı ki, ona aid «Azərbaycan mədəniyyəti tarixi» ilə
«Azərbaycan istiqlal mübarizəsi tarixi» kitabları Azərbaycanın azadlıq mübarizəsinin
əlifbasıdır (2, s.7). Sonuncu kitabında Azərbaycanın istiqlal savaşı tarixi ilə yanaşı, H.Baykara
milli azadlıq hərəkatının siyasi-ideoloji mahiyyətini də göstərməyə çalışmışdır. Azərbaycan
xalqının milli şüurundakı inkişafı göstərmək məqsədi ilə o qeyd edirdi ki, Azərbaycan ziyalıları
XIX əsrin birinci yarısında daha çox fars dilində əsərlər yazdığı halda, həmin əsrin ikinci
yarısında vətənpərvərlik duyğularının və millətçiliyin qüvvətlənməsi nəticəsində elmi-ədəbi
əsərlərini artıq Azərbaycan türk dilində qələmə almışlar. Bu o demək idi ki, Azəbaycan türkləri
milli oyanışa qədəm qoyur və milli azadlıq mübarizəsinə başlayırdı. Başqa sözlə, çar Rusiyası
tərəfindən qəsb olunmuş azadlığını geri istəyirdi. Bu baxımdan Azərbaycan mədəniyyətində və
fəlsəfi dünyagörüşündə ciddi dəyişilmələr baş verir, yeni inqilabçı ruhlu ziyalılar nəsli
yetişirdi.
H.Baykara qeyd edirdi ki, XX əsrə yetişmiş bir xalq olaraq daxil olan Azərbaycanın
qabaqcıl milli ziyalıları (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Topçubaşov, Ə.Ağaoğlu,
Ə.Hüseynzadə və b.), vətən qarşısında milli, demokratik istiqamətdə borcunu yerinə yetirmək
üçün əlverişli şərait gözləyirdilər. Milli məfkurənin tədqiqatçısı qeyd edirdi ki, həmin dövrdə
Azərbaycan türk aydınları əsasən üç: 1) islamçılıq və türkçülük; 2) liberal-demokratik; və 3)
sosial-demokratik cəbhəsində təmsil olunublar (3, s.74). H.Baykara hesab edir ki, Qafqaz
müsəlmanlarını «ümmətçilik»dən «millətçiliy»ə yönəldən, onları türkçülük-millətçilik,
Azərbaycan milli ideyası ətrafında birləşdirən və «Açıq söz» qəzetində bunu təbliğ edən
M.Ə.Rəsulzadə olmuşdur (2, s.186). Baykaranm fikrincə, ilk dövrlərdə sosial-demokratlarla
eyni cəbhədə çalışmış M.Ə.Rəsulzadə 1911-1913-cü illərdə müsəlman mütəfəkkiri Cəmaləddin
Əfqaninin yazılarının təsiri altında türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda bu
ideyanın əsas ideoloqu olmuşdur: «M.Ə.Rəsulzadənin Azərbaycan istiqlalının elanında və
Azərbaycan dövlətinin yaradılmasında xidmətləri əvəzsizdir» (2, s.192). H.Baykara onu da
"s,40.e?
«Elmi əsərlər», «Scientific works» 2017, № 2(29)
əlavə edir ki, Rəsulzadənin lideri olduğu «Müsavat» və Bitərəf demokratik qrup öncə milli
ərazi və milli muxtariyyət tərəfdarı olsalar da, 1-ci və 2-ci rus inqilablarının gedişi, Qafqaz
hadisələri onları özlərinin öncədən «uzaq məqsəd» olaraq planlaşdırdıqları Azərbaycan istiqlalı
yoluna sürükləmişdi: «Azərbaycan istiqlal mübarizəsi tarixində «Azərbaycan istiqlalına» nə
rast gəlinmiş, nə də baş verən siyasi hadisə olmuşdur. Azərbaycan xalqının ruhundan doğan bu
istiqlal hadisəsi tarixin axarı içində öz yerini tapmışdır» (2, s. 133). H.Baykara azərbaycançılıq
ideyası və onun gerçək təcəssümü olan Milli Azərbaycan uğrunda ömrünün sonuna qədər
mübarizə aparmış şəhidlərimizdəndir. Baykara üçün Azərbaycanın milli istiqlalı əsas
ideallardan biri olmuş və o, bu idealı ömrünün sonuna qədər yaşatmışdır.
Azərbaycan mühacirət ziyalılarından Nağı Şeyxzamanlı (1883-1967) da «Azərbaycan
istiqlal mücadiləsi xatirələri» (1964) kitabında azərbaycançılıq ideyasını təbliğ etmişdi. Onun
fikrincə, Azərbaycan türkləri çar Rusiyası və Sovet Rusiyasının işğalçılıq siyasəti ilə heç vaxt
razılaşmamış, ilk anlardan buna qarşı mübarizə apaımışlır (3, s. 11). Şeyxzamanlıya görə hər bir
Azərbaycan türkünün ürəyi iki müqəddəs varlıq ilə doludur: «Birisi din duyğusu, digəri milli
duyğu. Azərilər bu iki müqəddəs varlıqlarını sevimli milli bayraqlarında da əks etmişdilər.
Azərbaycan bayrağı üçrənglidir: yaşıl rəng islamiyyəti təmsil edir. Qırmızı rəng və ay-ulduz
müasirçiliyi təmsil edir. Üçüncü rəngi olan mavi isə soyunu təmsil edir. Hər bir azərinin fikri
istiqlal duyğusu ildə doludur» (3, s.103). Ancaq azərbaycanlılar özlərini digər türk toplumları
kimi heç vaxt din təsiri altına salmamışlar: «Ənənələrini dinləri qədər müqəddəs saymışlar.
Əsrlərcə çalışmanın sahəsində dinini, ənənələrini, adətlərini, məntiqini, insani duyğularını
qanun şəklində ifadə edə bilən bir dövlət kimi layiq olmuşdur» (3, s.103). O yazırdı ki,
cəhalətpərəstlər dinə arxalanıb sünnilik, şiəlik deyə iki ayrı yola ayrıldıqları halda, Azərbaycan
xalqı bu bayrağı qəbul etməmişdir (3, s.103).
Şeyxzamanlı 1963-cü ildə qələmə aldığı «Dərdləşmə» məqaləsində də Azərbaycan Milli
İdeyası uğrunda aparılan mübarizəyə toxunmuşdur. Onun fikrincə, ilk illərdə Azərbaycan
mühacirləri arasında pərakəndəlik olsa da, ancaq bu çox uzun sürməmiş, M.Ə.Rəsulzadənin
Rusiyanı gizli yollarla tərk edərək İstanbula gəlməsi ilə vəziyyət yaxşılığa doğru dəyişmişdir
(10, s.170). Şeyxzamanlının fikrincə, M.Ə.Rəsulzadənin mühacirlər arasında yaratdığı birlik və
bərabərlik hazırda da davam etməkdədir. Çünki Rəsulzadə Azərbaycanın bir gün Milli İstiqlala
qovuşacağı inamını həmin nəşrlərdə, yazdığı məqalələrdə onlara aşılıya bilmişdir (4, s. 174).
Azərbaycanın tanınmış ziyalı mühacirlərindən Əbdülvahab Yurdsevər (1898-1976) də bu
dövrdə qələmə aldığı yazılarında digər məsləkdaşları kimi əsas diqqəti azərbaycançılığa
yönəltmişdir. Azərbaycanın bir gün yenidən istiqlalına qovuşmasına şübhə etməyən Yurdsevər
yazırdı ki, Azərbaycanın istiqlalını qəsb edən SSRİ rejiminin ömrü uzun olmayacaqdır. O,
buna
əsas
kimi
bolşeviklərin
saxta
beynəlmiləlçiliyini
göstərmişdir:
«Sovetlər
beynəlmiləlçilikdən bəhs etdikləri halda tamamilə rus hakimiyyət təmayüllərinə istinad edirlər.
Bu təmayüllər xüsusilə Stalin dövründə bütün çılpaqlığı ilə ortaya çıxdı. Bu gün Sovet
imperatorluğunun hüdud bölgələrində vaqe olan məhkum ölkələr, türklər də daxil olmaqla
qeyri-rus ünsürlərlə məskunlaşmışlar. Bunlardan heç birinin rusluqla milli və tarixi bağlılıqları
yoxdur» (5, s.46). Yurdsevər yaradıcılığında bir tərəfdən SSRİ-nin iç üzünü açıb göstərməyə
çalışmış, digər tərəfdən isə Azərbaycan Milli İdeyasına uyğun olaraq milli mədəniyyəti və milli
ədəbiyyatı geniş şəkildə təbliğ etmişdir. Bu mənada onun 1950-ci illərdən başlayaraq
Azərbaycan mədəniyyətinə və fəlsəfəsinə dair qələmə almağa başladığı məqalələri («Mirzə
Fətəli Axundzadənin həyatı və əsərləri», «Abbasqulu Ağa», «XIX əsr Azərbaycandakı modern
və realist ədəbi cərəyanlar», «Şah İsmayıl Xətai», «Azərbaycan istiqlal savaşından səhnələr»
və b.) çox dəyərlidir. Bu əsərlərində Yurdsevər klassik Azərbaycan türk mütəfəkkirlərini bütün
yönləri (mədəni, fəlsəfi, dini, ədəbi və s.) ilə araşdırmış, onların dünyagörüşlərini və
yaradıcılıqlarını geniş şəkildə tədqiqat obyektinə çevirmişdir (6, s. 102-103).
ts,41,ef
«Elmi əsərfor», «Scientific works» 2017, M 2(29)
Mühacir ziyalılarımızdan Əhməd Qaraca (1929-2005) da yaradıcılığında Azərbaycan
milli məsələsinə geniş yer ayırmışdır. O, 1960-1970-ci illərdə qələmə aldığı bir çox
məqalələrində SSRİ rejiminin iç üzünü açaraq Azərbaycanın bir gün istiqlala qovuşacağına
inamım ifadə etmişdir. Qaraca 1976-cı ildə «Azərbaycan» aylıq dərgisində nəşr olunan
«Kommunist-Rus imperializminin yeni taktikaları» məqaləsində yazırdı ki, Türk Cümhuriyyəti
Azərbaycan kommunist rus imperializminin silah gücü ilə istilaya məruz qalmışdı: «Fəqət
tarixlə yaşıd olan böyük türk milləti bu qaranlıq günləri aydınlıqla boğmasını bilmişdir.
Tarixinizdə belə qaranlıq günləri aydınlığa çevirdiyimiz, qaranlıqları altun işıqlarla
boğduğumuz günlər sayılmayacaq qədər çoxdur» (7, s.172).
Əhməd bəyin fikrincə, kommunist rus imperialistləri çar Rusiyası boyunduruğundan
qurtaran ölkələri yenidən işğal etdikdən sonra, ikinci bir hasarı daha qurtararaq özünü həm
təhlükəsizlik içində saxlamış, həm də dəmir pərdə ilə əhatə etdiyi bu ölkələrdə yeni
müstəmləkə yerləri tapmışdır. Belə ki, rus bolşevikləri 1 Pyotruıı vəsiyyətini yerinə yetirmək
üçün yeni müstəmləkə torpaqları əldə etməyə çalışmışdır: «Vaxtilə Məhəmməd Əmin
Rəsulzadələrin, Mustafa Çokaylarm, Ayaz İshaklarin, Çələbi Cahan və Cəfər Seyil Əhməd
Krımlıların, Məhəmməd Əmin Buğraların və digər əsir türk elləri fikir və elm adamlarının
xəbərdarlıqlarına qulaq asan hürr dünya ölkələri, indi də Soljenitsmların, Saxarovların Qızıl
Rus imperializminin bu dırmanmasının Batı-Qərb mədəniyyətinin yıxılışı olacağı əmrlərini
görməməzliyə vura bilməzlər. Millətləri əsrlərdən bəri vətən olaraq yerləşdikləri yerdən
qaldıraraq məhv edən, genosid hərəkətinin, faşistlərə daş çıxardacaq ən qorxunc biçimdə
tətbiqçisi olan, 2 milyondan çox bir kütləni əsir düşərgələrində çürüdən kommunist rus
faşistlərinə bütün bir dünyanın «dur» deməsi, insanlığı bu kommunist mikrobundan
təmizləməsi şərtdir» (7, s.173).
Azərbaycan mühacirətinin tanınmış xadimlərindən Çingiz Göygöl də «Mühafizəsi lazım
gələn milli ruh» məqaləsində yazırdı ki, sovet ideoloqları Azərbaycan türklərinin tarixini,
mədəniyyətini, soykökünü və dilini saxtalaşdırmaqla Milli İstiqlal ideyasını tarixə gömmək
istəyirlər. Bu anlamda rus kosmopolitizmi uğranda atılan ciddi tədbirlər əhəmiyyətsiz
sayılmayacaq dərəcədə təsirlərini göstərməkdədir. Bu baxımdan rus kosmopolitizminə qarşı
mübarizə apamıaq əsas məsələlərdən birinə çevrilmişdir. Göygöl yazırdı ki, sovet
diktaturasının müstəmləkəsinə çevrilmiş millətlərin üzərində həssaslıqla durmalı olduğu əsas
məsələ də rus kosmopolitizmİnin təsirinin nəticəsiz qalmasını saxlamaqdır. Ona görə də
kommunistlərin iqtisadi, ictimai, kültürəl və başqa sahələrdə basqı, məhvetmə siyasətlərinə
qarşı istilada olanlar ciddi və daimi şəkildə müqavimət göstərməlidirlər. Göygöl yazırdı:
«Əlbəttə, bu amili əsaslandıran ruhun milli ruh olduğuna kimsə tərəddüd etməz. Bolşevik
kommunistlərin üzərində həssaslıqla durduqları məhvedilməsi və tənəzzülə uğradılması üçün
ən çox məşğul olduqları yenə milli ruhdur. Bu ruh insanlara hürriyyət, millətlərə gələcək təmin
edən ən mühüm ünsürdür. Bolşevik kommunistlərə təqibə uğrayan insanlarda milli ruh və ən
üstün vəsf olunandır. Milli ruhun insanlar içərisindən silinərək onun yerinə Kosmopolit
marksizm və leninizm öndərləri yetişdirmək istənilməkdədir ki, bu öndərlərin insanlar arasında
qardaşlıqda başqa sinfi ayrılıqları və mənfəət toxumları səpərək qayəsini güddüyünü indiyə
qədərki hadisələr bizə açıqlamaqdadır» (10, s.178-179).
Göygöl hesab edirdi ki, millətlərin bir qazanda qaynadılaraq insanlar arasında sinfi
mücadiləsi fikri köpüklənərək və təkbaşına iqtisadi ümdələrə istiqbal bağlanaraq artıq insanlığa
rifah təmin edilməyəcəyi həqiqət olaraq görünməkdədir. Çünki bütün bunların əvəzində, milli
ruhun və üstün əxlaqın insanlara rifah və səadət təmin etdiyi azadlıq dünyaca qəbul
edilməkdədir: «Milli ruhun tənəzzülü və ortadan itməsi yalnız millətlərə deyil, ümumən
insanlığa köləlik, hürriyyətsizlik, haqq və hüquqdan məhrumiyyət gətirir. Bu etibarla
millətlərdə mövcud milli ruhun mühafizəsi insanlığın üzərində ciddiyyətlə durması lazım gələn
'S.42Ä'
«Elmi asarlar», «Scientific works» 2017, № 2(29)
bir məsələdir. Milli ruhun mövcudiyyəti ilə «Millətlərə istiqlal, insanlığa hürriyyət» təmin edilə
bilir. Milli ruhun mühafizəsi üçün bütün millətlərin müştərək qüvvə sərf etmələri zərurəti bu
gün dünəndən daha çox ehtiyac halmdadır. Kommunistlər bu rnhun məhvi üçün hər gün bir az
daha hiylə və aldatma yolları kəşf edərək insanlığı köləliyə sürükləməkdədir» (10, s.180).
Milli istiqlal ideyalarının gerçəkliyə çevrilməsinə yaxınlaşan bir dövrdə Azərbaycan
mühacirətinin tanınmış xadimlərindən olan Kərim Odərin (1901-1981) Vətəndən kənarda
qələmə aldığı məşhur əsərləri «Azərbaycan», «Azərbaycan ekonomisi» və başqalarıdır. Eyni
zamanda, o, «Azərbaycan» dərgisinə onlarla məqalələr yazmışdır. Bu əsər və məqalələrində
Odərin əsas hədəfi Azərbaycan mədəniyyəti, tarixi, iqtisadiyyatı və Milli İstiqlal ideyası
olmuşdur. O, «Milli Azərbaycan Cümhuriyyəti» əsərində yazırdı ki, milli-dini dəyərlərə
əsaslanan bir dövləti müvəqqəti də olsa zorla aradan qaldırmaq mümkündürsə, onu tarix
səhnəsindən tamamilə silmək isə mümkün deyildir (9, s.79-80).
Milli istiqlal ərəfəsində Azərbaycan Milli Mərkəzinin və Azərbaycan Kültür Dəməyinin
fəal üzvlərindən olan Məhəmməd Gəngərli (1914-2006) bir çox məqalələrində SSRİ rejiminin
dağılmasının səbəblərini açmağa çalışmışdır (8, s. 181-182). O, «Xaincəsinə boğulan bir səs»
məqaləsində yazırdı ki, Azərbaycan türkləri tarix boyunca hürr və müstəqil yaşamağa alışmış
bir millətdir. Onun milli varlığının ana prinsipi isə hər zaman milli azlıq təşkil edən millətlərə
deyil, bilavasitə onların haqq və hüququnu çeynəməyə yönələn yırtıcı ruhlu müstəmləkəçilərə
qarşı yönəlmişdir. Gəngərli hesab edirdi ki, 1920-ci ilin 27 aprelində Azərbaycan türklərinin
Hürriyyət, İstiqlal və Milli hakimiyyət səsi xaincəsinə boğulmuşdu (9, s.156). Onun fikrincə,
həmin gündə Azərbaycan mədəniyyət ocaqları söndürülmüş, Azərbaycan insanı istiqlaldan
məhrum edilmişdir. Ancaq harada və nə durumda olursa-olsun hər bir münəwər milliyyətçi və
istiqlalçı Azərbaycan türkünün qəlbini kin-küdrət, nifrətlə dolduran, bəşəriyyət tarixində
mədəni insanlıq anlayışına görə qara bir ləkədən başqa bir şey olmayan bu günün bir gün sonu
gələcəkdir. Elə bir gün gələcək ki, azərbaycanlılar Azərbaycan Cümhuriyyətinin şəhidlərini və
qazilərini dərin sayğı və hörmətlə, Sovet Rusiyası müstəmləkəçilərini isə nifrətlə yad
edəcəkdir. Çünki 27 apreldə qırmızı bolşeviklər öz torpaqlarında hürriyyət və barış içində
yaşamaq istəyən bir millətə qəsd etmişdir (9, s. 157). Mühacir aydınımıza görə, nə öz
torpağımız, nə də bu torpağın yetişdirmiş olduğu Milli Azərbaycan gəncliyi Azərbaycan Milli
İstiqlalı uğrunda mübarizə aparmış mücahidləri bir anda özlərindən ayrı görməyəcəkdir.
Onların əziz ruhlarını istiqlal eşqi ilə dolu səmimi bağırlarına basacaq, Azərbaycan Türk
Milliyyətçiliyinin bir həqiqi örnəyi olaraq abidələşmiş Milli İstiqlal mücadiləsinin təməl daşı
kimi daima mənəvi hüzurlarında əyiləcək və beləcə şan-şərəflə dolu xatirələrini yaşadacaqdır.
Gəngərli böyük üzaqgörənliklə qeyd edirdi ki, ikinci 28 May günü yaxınlaşmaqdadır (9,
s. 159).
Azərbaycan mühacir mütəfəkkiri Süleyman Təkinərin (1917-2006) də yaradıcılığında
Sovet kommunizminin əsl mahiyyətinin açılması və Azərbaycan Milli İstiqlal ideyası, eyni
zamanda milli mədəniyyət və tarix sahələri önəmli yer tutmuşdur. O, «Tarix boyunca
kommunistvari fikir və hərəkatlar» məqaləsində yazırdı ki, kommunizm ideyası birdən-birə
meydana çıxmamışdır. Yəni kommunizm müəyyən bir təkamül mərhələsi keçmişdir. Onun
fikrincə, kommunizmin yaranmasında əsas rol Karl Marks və Fridrix Engelsə məxsus olsa da,
o özünün daha yüksək mərhələsini Rusiyada tapmışdır. Ancaq Marks və Engelsin düşündüyü
kommunizmlə Vladimir Leninin və İ.V.Stalinin uyğuladığı kommunizm xeyli dərəcədə fərqli
olmuşdur (11). Mühacir ziyalımıza görə Sovetlər Birliyindəki ictimai ədalətsizlik və sosial
bərabərsizlik dünyanın heç bir mədəni məmləkətində yoxdur. Ona görə də bu çox uzun
sürməyəcək və Azərbaycan Milli İstiqlala qovuşacaqdır: “Fəqət, insan cəmiyyətinin təbii
əsaslarını yıxmaqla təbiət qanunlarına qarşı çıxan kommunizmin «İnsanlara hürriyyət,
millətlərə istiqlal» parolunu mənimsəyərək, insanlıq mədəniyyətini də yaşatmağa əzm etmiş
olan Hürr Millətlərin bu dərin iman və sarsılmaz iradələri qarşısında tez-gec yıxılacağından
əsla şübhə edilməməlidir» (11).
Azərbaycan mühacir ziyalılarından Cəmil Ünal artıq 1980-ci illərin sonlarına doğru
Azərbaycan türklərinin Milli İstiqlala qovuşacağına tamamilə inanırdı. Bu baxımdan onun
1990-cı ildə qələmə aldığı «Yenidən doğuş» məqaləsi diqqəti cəlb edir. O, bu məqaləsində
yazırdı ki, Azərbaycan türk millətinin tək dayanağı Allaha təslimiyyət və türkülük şüurudur:
«Hər kəs hürriyyət istəyir, istiqlal deyə hayqırır. İnsanca yaşamanın özləmini çəkən
milyonlarca insan marksizmin, leninizmin, kommunizmin çöküşünü hayqırmaq istəyir. Basqı
rejimi altındakı millətlər öz kimliklərinə yenidən qovuşmaq istəyir. Türkçülük aləmi içərisində
Azərbaycan olayların mərkəzi halına gəlmişdir» (12).
Nəticə
1960-1990-cı illərdə mühacirətdə olan Azərbaycan mütəfəkkirlərinin fəlsəfi irsinin əsas
cəhətlərini ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, onların yaradıcılıqları və
dünyagörüşləri nə qədər çoxşaxəli olsa da, bütövlükdə Azərbaycan Milli İdeyasımn -
azərbaycançılığm yaşadılması kontekstində Azərbaycan mədəniyyətinin, fəlsəfəsinin tədqiqi və
təbliği dayanmışdır. Başqa sözlə, Azərbaycanın mühacirətdə olan mütəfəkkirləri bütün
dövrlərdə olduğu kimi bu dönəmdə də Azərbaycan mədəniyyətinə və fəlsəfəsinə əvəzsiz
töhfələr vermiş, öz dünyagörüşlərində Azərbaycan Milli İdeyasını sonsuza qədər yaşatmaq
prinsipindən bir an olsun belə geri çəkilməmişlər. Əksinə, mühacir mütəfəkkirlərimiz üçün
Azərbaycan mədəniyyəti və fəlsəfəsini öyrənmək və tədqiq etmək, Sovet kommunizminin
saxta mahiyyətini açıb göstərmək Azərbaycan Milli İdeyasını yaşatmaq və Milli İstiqlala nail
olmaq üçün ən ümdə vasitələr olmuşdur.
Açar sözlər: Azərbaycan Milli İdeyası, azərbaycançılıq, Azərbaycan Milli İstiqlalı,
Əhməd Cəfəroğlu, Hüseyn Baykara, Nağı Şeyxzamanlı, Çingiz Göygöl.
İstifadə olunmuş ədəbiyyat
1. Cəfəroğlu Ə. Seçilmiş əsərləri. Bakı: Mütərcim, 2008.
2. Baykara H.Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azəməşr, 1992.
3. Şeyxzamanlı N. Azərbaycan istiqlal mücadiləsi xatirələri. Bakı: «Azərbaycan»
nəşriyyatı, 1997.
4. Şeyxzamanlı N. Xatirələrim. Bakı: «Vətən», 2004.
5. Yurtsevər Ə. Sovet istismarçılığı //Ankara, «Azərbaycan» dərgisi, №10-11, 1956-cı il
yanvar-fevral.
6. Cabbarlı N. Azərbaycan mühacirət nəsri. Bakı: Elm və təhsil, 2011.
7. Qaraca Ə. Kommunist-Rus impef alizminin yeni taktikaları //Ankara, «Azərbaycan»
dərgisi, №218, 1976-cı il, aprel-may.
8. Yaqublu N. Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi (Sovetlər
dönəmi: 1920-1991-ci illər). Bakı, 2009.
9. Azərbaycan mühacirət irsi. Bakı: «Elm və Təhsil», 2011. (Tərtib edən: Nəsiman
Yaqublu).
10. Göygöl Ç. Mühafizəsi lazım gələn milli ruh //Ankara, «Mücahit» dərgisi, №9, 1957-
ci il, iyun.
11. Təkinər S. Tarix boyunca kommunistvari fikir və hərəkatlar //Ankara, «Birləşik
Qafqasiya» məcmuəsi, 1963, №6 (23).
12. Ünal C. Yenidən doğuş //«Azərbaycan» kültür dərgisi, №271, 1990-cı il, yanvar-
fevral.
«Elmi əsərlər», «Scientific works» 2017
,
M 2(29)
ts.44^$'
«Elmi »sərfor», «Scientific works» 2017, № 2(29)
Фаик АЛЕКПЕРЛИ
АЗЕРБАЙДЖАНСКАЯ НАЦИОНАЛЬНАЯ ИДЕЯ В ПЕРИОД
ЭМИГРАЦИИ (1950-1990 ГОДЫ)
Резюме
В статье отмечается, что в период эмиграции (1950-1990-е годы) Ахмед Джафарог-
лы, Гусейн Байкара, Наги Шейхзаманлы, Сулейман Такияер и другие мыслители, изу
чавшие проблему азербайджанства с политико-идеологических и философских аспектов,
в своих произведениях большое внимание уделяли вопросам истории национальной не
зависимости Азербайджана, становлению и развитию понятия национальная идея.
Эти мыслители пытались доказать, что азербайджанская национальная идея воз
никла не случайно, а в силу необходимости, следовательно, рано или поздно она восста
новится вновь.
В статье также отмечается, что при советской власти, права и свободы отдельных
народов, входивших в СССР, ущемлялись.
Ключевые слова: азербайджанская национальная идея, азербайджанство, азер
байджанская национальная независимость, Ахмед Джафароглы, Гусейн Байкара, Наги
Шейхзаманлы, Чингиз Гейгель, Джамил Унал.
Faiq ALEKBERLI
AZERBAIJANI NATIONAL IDEA IN THE
PERIOD OF EMIGRATION (1950-1990)
Summary
In the article it is noted that in the period of emigration (1950-1990) Ahmad Jafar oglu,
Huseyn Baykara, Nagi Sheyhzamanov, Takiner and others studying the problem of Azerbaijan-
ism from the political-ideological and philosophical aspects, in their works paid a great atten
tion to flu issues of history of the national independence of Azerbaijan, the formation and de
velopment of notion of the national idea.
These thinkers made an attempt to prove that Azerbaijani national idea arose not acciden
tally, but due to the necessity, therefore, sooner or later,it will be restored anew.
In the article it is also noted that under Soviet power the rights and freedoms of separate
peoples entering the USSR were infringed.
Keywords: National Ideology of Azerbaijan, Azerbaijanism, Azerbaijan National
Independence, Ahmad Jafaroglu, Huseyn Baykara, Nagi Sheykhzamanli, Chingiz Goygol,
Jamil Unal.
ъ .4 5 &
Dostları ilə paylaş: |