206
olunur. Həqiqətən, insan az miqdar qida qəbul etməlidir ki,
onun çox hissəsi orqanizm tərəfindən mənimsənilə bilinsin.
-Ağ ciyərlər və dəri vasitəsi ilə qida qəbul etməni necə başa
düşmək olar?
- Ağ ciyərlər vasitəsi ilə qidalanmaq – bu orqanizmi
təmizləməkdən ötrü havada olan maddələrin udulmasıdır.
Çünki mədə vasitəsi ilə biz çoxlu miqdarda yad maddələr
qəbul edirik ki, sonradan onları xaric etməyə çalışırıq. Nəfəs
aldığımız oksigen qana düşərək lazım olmayan maddələri
“yandırır”, onların “ölü cəmdəkləri” isə onurğa beyni
tərəfindən hasil olunan qırmızı qan cisimcikləri ilə kənar
olunurlar (?). Əgər orqanizm tamamilə şlaklardan azad
olmuş olarsa, onda ideal halda qırmızı qan cisimciklərinin
istehsalı kəsilərdi, insanın qanı isə maviyəçalan rəngdə
yalnız limfadan ibarət ola bilərdi. Dəri vasitəsi
ilə qidalanma
onsuz da müasir qarınqulu insanın bədənində də baş verir,
lakin lazım olduğundan az miqdarda. Bu növ qidalanma
mədə yolu ilə qidalanmanı büsbütün əvəz edə bilər və onu
“ehtiyatda olan” – ikinci dərəcəli edə bilər. Bu yol insana
imkan verir ki, onu əhatə edən mühitdən nə vaciblisi varsa
özünə mənimsəyə bilsin və təbii ki, insanı əlavə olaraq
məhsul dalınca qaçmaqdan və onu bişirib hazırlamaqdan
azad edir. Bəlkə bu bir az qeyri-adi görünsün, lakin fakt
faktlığında qalır ki, insan müəyyən metodikaya yiyələnsə,
yüz dəfə bəlkə az qida qəbul edər ki, bu da onun səhhətinin
yaxşılaşmasına xidmət edər.
- Lakin buna baxmayaraq insanlar aclıqdan və susuzluqdan
ölürlər...
- Dəri ilə qidalanmağa birdən-birə deyil, yavaş-yavaş,
tədrici keçmək lazımdır. Keçmə metodunu da bilmək