208
- Necə izah etmək olar ki, Günəş işığı insanın aktiv fəaliyyəti
üçün bütün lazımi maddələri vermək iqtidarına malikdir?
- Günəş və uzaq ulduzların işığı cütlü elementar hissəciklər
sisteminin (parapozitron və ortopozitron) daşıyıcılarıdırlar.
Bu hissəciklər orqanizmin hüceyrə hissəcikləri ilə rezonansa
girərək və insana qida kimi lazım olan bütün kimyəvi
elementləri yarada bilərlər. Yəni, “fabrik” insanın özündə -
onun dərisinin hüceyrələrindədir. Xülasə, Kainatda bir növ
qida vardır. Bu maddənin paylanması və yaxud enerjidir.
Daha yüksək enerjisi olan bütün sistemlər az enerjiyə malik
sistemləri udaraq öz kütlələrini və enerjilərini artırırlar.
İnsan da belədir. Ya enerjisini artıraraq böyüyür, ya da
kiçildərək məhv olur. Təbii seçmə baş verir və güclü
yaşayır. İnsan da bütün canlı və cansızlar kimi yalnız
qidalanma yolu ilə inkişaf edə bilər. Kütlə və enerjisi
artmayan sistemlər inkişaf edə bilməzlər.
- İnsanların əksəriyyəti öz çəkilərini azaltmağa çalışırlar.
Aktiv yaşamaq üçün isə enerji lazımdır ki, bu da bədənin
kütləsi ilə birbaşa əlaqəlidir...
- İnsan və ya Kainatın istənilən canlı sistemləri müəyyən
momentlərdə açıq və qapalı olmaqla universal sistemlərdir.
Həqiqətən də, istənilən sistemin enerjisi artma istiqamətinə
yönəlməzsə, o gec-tez dağılacaqdır. Buna görə də müxtəlif
metodların tətbiqi zamanı məsələ insan çəkisinin
azalmasından deyil, onun fiziki bədəninin həcminin
azalmasından (çəkini və enerjini saxlamaqla) ibarət
olmalıdır. Buna görə də biz “günəşiyeyənlər” ac qalan
insanlara bənzəmirik. Çəkini birdən-birə azaltmaq – bu öz
enerjini bir anlığa “tullamaq” deməkdir. İnsan bədəni boş
deyil, körpə bədəni kimi sıx olmalıdır.