Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə43/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   39   40   41   42   43   44   45   46   ...   159

 Səbinə MİRZƏYEVA 

108 


mövcuddur. Hər şeydən əvvəl qeyd etməliyik ki, ərəb qrammatika elmi əksər 

dilçilərin fikrincə,  İslamın birinci yüzilliyində yaranmışdır. Bəzi dilçi alim 

və mütəxəssislərin fikirlərinə görə isə  ərəblər həmişə söhbət edərkən  ərəb 

dilinin qanunlarına riayət etmiş, ərəb nəhvi hələ qədim zamanlardan onlarda 

mövcud olmuşdur. Zaman keçdikcə nəhv (qrammatika elmi) ərəblər arasında 

unudulmuş, lakin İslamın gəlişi ilə o, yenidən doğulmuşdur. Belə dilçilərdən 

Əhməd ibn Farisini misal göstərə bilərik. O, bu fikirləri  “Əs-Sahibi” 

kitabının əvvəlində qeyd edir. İyirminci əsrin ən görkəmli filoloqu, doqmatik 

ilahiyyatçısı, dilçi alimi və böyük müfəssiri  Şeyx Məhəmməd Təntavi 

özünün  “Nəşətun nəhvi va tərixi  əşhurun nəhat”  əsərində bütün bu 

fikirlərin əsassız olduğunu qeyd edir. (7,10) 

Avropa şərqşünası Litman öz mühazirələrində yazır: “Bu elmin mənşəyi 

haqqında avropalılar arasında bir çox ziddiyyətli fikirlər vardır. Bəziləri 

onun  ərəb ölkələrinə Yunanınstandan - yunan fəlsəfəsindən keçdiyini qeyd 

edir. Bir çoxları isə bunu inkar edərək “xurma ağacı” ərəb torpağında bitdiyi 

kimi nəhv (ərəb qrammatika) elmi də  ərəblər tərəfindən yaradılmışdır” 

fikrini irəli sürürlər. Ərəb dilçilərinin günümüzədək qələmə aldıqları kitablar 

da bunu sübut edir. Biz bu məsələdə “mötədilçilik” prinsipini üstün tuturuq. 

Bu o deməkdir ki, düzdür, ilk öncə  ərəb nəhvini məhz  ərəblər yaratmışdır, 

yəni Sibəveyhinin kitabında onun və ondan əvvəlkilərin ixtira etdiklərindən 

başqa heç nə yoxdur. Lakin ərəblər yunan fəlsəfəsini Siryani dilindən 

tərcümə edərək öyrəndikdə ondan dilçiliyə dair də  bəzi  şeylər  əxz 

etmişlər”.(7,12) 

Qeyd etmək lazımdır ki, bir çoxlarının ərəb dilçiliyinə qarşı belə qərəzli 

mövqedən çıxış etməsinə baxmayaraq bu fikirlər öz təsdiqini tapmamış  və 

ərəb nəhvinin xarici təsirlərə  məruz qalmadığı  ərəb dilçiləri tərəfindən 

sübuta yetirilmişdir. 

Orta əsr filoloqlarının əksəriyyəti ərəb qrammatika elminin yaranmasını 

IV xəlifə Əli ibn Əbu Talibin (ö 661) və onun ardıcıllarından biri olan Əbu 

Əsvəd  əd-Duəlinin adı ilə bağlayırlar (605-688). Onların bu barədə 

söylədikləri rəvayətlərin bir çoxunda göstərilir ki, əd-Duəli  ərəb dilinin 

qayda-qanunlarını Əlidən öyrənmiş və onun tövsiyyəsi ilə qrammatikaya aid 

əsər yazmağa başlamışdır.  Əli nitq hissələrini, onların mənalarını 

müəyyənləşdirmiş, sonra əd-Duəliyə bu işi davam etdirməyi  əmr etmişdir. 

Əd-Duəli “innə” tipli modal sözlərin siyahısını tərtib edib Əliyə göstərmiş, 



Ərəb dilçilik tarixinin öyrənilməsində mövcud olan müxtəlif istiqamətlər 

109 


Əli isə ona “ləkinnə” sözünü də buraya daxil etməyi məsləhət görmüşdür. 

Bundan sonra əd-Duəli nöqtə  şəklində  işlənən hərəkələri (qısa səsləri) 

müəyyənləşdirmiş, ərəb dilində fail, məful (feli sifətlər), ön qoşmalar, ismin 

halları, təəccüb bildirən fellər və başqa qrammatik hadisələri işləyib 

hazırlamışdır.(1,8) 

Müasir dilçi Məhəmməd əl-Muxtar Vələd Əbbah da özünün “Tarix ən-

nəhv əl-ərəbi fi-l məşriq va-l məğrib” kitabında bu fikrə şərik çıxdığını qeyd 

edir. Lakin Şeyx Təntavinin bu barədə olan fikirləri ziddiyyətlidir. Belə ki, o, 

əvvəlcə əl-Ənbarinin fikrinə (yəni ərəb qrammatikasının əsası IV xəlifə Əli 

tərəfindən qoyulmuşdur fikrinə) üstünlük verdiyini qeyd etsə  də, az sonra 

nəhvi (qrammatikanı) tərtib etməyin çox çətin bir iş olduğunu, bunu edən 

şəxsdən maksimum diqqət və  ərəb kəlamını  tədqiq etmək üçün asudə vaxt 

tələb etdiyini vurğulayaraq ömrü kəşməkeşlərlə dolu olan xəlifənin belə bir 

imkana malik olmadığını yazır. O, fikrini tamamlayaraq bildirir ki, məhz bu 

səbəblərə görə nəhvin banisi Əbul Əsvəd əd-Duəlidir. 

Təbii ki, orta əsr filoloqlarının fikri qarşısında  Şeyxin irəli sürdüyü 

mülahizənin acizliyi şübhəedilməzdir. 

Ərəb dilçiliyinin öyrənilməsində mövcud olan müxtəlif istiqamətlər, 

həmçinin onun inkişaf mərhələləri haqqında danışarkən qeyd etməliyik ki, 

bu barədə dilçilər arasında vahid bir fikir yoxdur. Belə ki, ərəb nəhvinin 

tarixini tədqiq edərkən hər bir dilçinin bu məsələyə özünəməxsus  şəkildə 

yanaşdığının  şahidi oluruq. Məsələn, iyirminci əsrin  ən görkəmli 

şəxsiyyətlərindən olan Şeyx Məhəmməd Təntavi özünün “Nəşətun -nəhvi 

va tərixi əşhurun - nəhat” əsərində ərəb dilçiliyinin inkişaf mərhələlərinin 

dörd yerə bölür. Bu dövrlər aşağıdakılardan ibarətdir: (7,89) 

1.Yaranma dövrü; Bəsrə. 

2.İnkişaf dövrü; Bəsrə-Kufə. 

3.Ərəb nəhvinin kamilləşdiyi dövr; Bəsrə-Kufə. 

4.Üstünlük(və genişlənmə) dövrü; Bağdad-Əndəlüs-Misir-Şam. 

Doktor Əli Əbul Məkarim bir növ Şeyx Təntavi ilə razılaşmır və özünün 

“Əl mədxəlu ilə dirasətin - nəhv”  əsərində  ərəb dilçiliyinin inkişaf 

mərhələlərini beş yerə bölür. Onlar ibarətdir:  

1.Yaranma dövrü 

2.İnkişaf dövrü 

3.Təkamül dövrü 



 Səbinə MİRZƏYEVA 

110 


4.Daşlaşma(donma) dövrü 

5.Hərəkətə gəlmə dövrü. 

Müasir ərəb dilçisi Məhəmməd əl-Muxtar Vələd Əbbah özünün “tərixun 

nəhvil arabi fil - məşriqi val - məğrib”  əsərində  ərəb dilçiliyinin 

mərhələlərini daha geniş şəkildə izah edərək onu yeddi dövrə bölür. (1,269)  



1.  سيسأتلا و أشنلا رصع-ərəb dilçiliyinin yaranma dövrü. 

Bu mərhələ IV xəlifə  Əli ibn Əbu Talibin dövründən başlayaraq 

Abdullah ibn Əbu İshaq (ö. h.117) əl-Hadraminin dövrünədək (təqribən yüz 

il) davam etmişdir. Qeyd etmək lazımdır ki, bu dövrdə  ərəb nəhvinin ilkin 

əsaslarının müəyyənləşdirilməsi, prinsip və qanunlarının tərtib edilməsi başa 

çatmışdır. 

2.  فينصتلا  و  نيودتلا  رصع-yazmaq, qeydə almaq dövrü. Hicrətin II 

yüzilliyi. 

Bu dövr Əbu Əmr bin əl-Əla (689-770) və İsa ibn Ömər (710-770)-dən 

başlayaraq Xəlil ibn Əhmədi, Sibəveyhini, Əl-Kisaini və əl-Əxfəş əl- Əvsəti 

əhatə etməklə  Yəhya bin Ziyad əl-Fərrada (761-822) başa çatır. Qısa bir 

müddət  ərzində  şöhrəti nəinki Bəsrə, hətta Bağdad hüdudlarını  aşan “Əl - 

kitab” əsərinin Sibəveyhi tərəfindən ortaya qoyulması o dövrün artıq lazımi 

şəkildə inkişaf etdiyini, püxtələşdiyini sübut edir. 

3. ليصحتلا و نايبلا رصع-hicrətin III yüzilliyi 

Üçüncü yüzillik Xəlilinin, Sibəveyhinin,  əl-Kisainin,  əl-Fərranın 

fikirlərini genişləndirməklə, onların  əsərlərində olan tam açıqlanmamış 

qaranlıq məqamları izah etməklə  və onların  əsaslarını aydınlaşdırmaqla 

məşğul olan Mübərrəd və  Sələbin fəaliyyətini  əks etdirdiyi üçün eyni 

zamanda əl - bəyan vat-təqib adlanır. 

4. ريظنتلا و رصحلا رصعhicrətin IV yüzilliyi 

Hicrətin IV yüzilliyində ərəb nəhvinin öyrənilməsi özünün kulminasiya 

nöqtəsinə çataraq bütün xilafəti əhatə etdi. Beləliklə, qrammatika məktəbləri 

normaya salınmış(qanuni  şəkil almış) nəzəriyyələr forması almağa başladı. 

Elə buna görə də bu dövrdə müxtəlif ideya istiqamətlərinin, cərəyanların və 

tendensiyaların formalaşdığını  nəzərə alaraq onu “məhdudlaşdırma və 

müqayisə” dövrü adlandırırıq. 

5. ميوقتلا و ليصأتلا رصع

 V-VI 


əsrlər. 

Mənşəyin müəyyənləşdirilməsi dövrü. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə