Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə76/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   72   73   74   75   76   77   78   79   ...   164

XX  əsrin  birinci  rübündə  Türkiyədə  görkəmli  sosioloq  və 

filosof Z(ya Gökalpm (1876-1924) fikirləri daha geniş yayılmışdı. 

Türkçülüyü  nəzəri  cəhətdən  əsaslandırıb  müstəqil  ideoloji 

cərəyana  çevirən  Gökalp,  bu  təlimi  türk  xalqlarının  tərəqqisi 

yolunda ən böyük bir qüvvə hesab edirdi. O, yazırdı: «Türkçülük 

- türk millətini yüksəltmək deməkdir».”* Türkçülüyün əsaslarını 

tədqiq  edən  Gökalp  ümumiyyətlə  millət  anlayışına  da  tərif 

verirdi: «...Millət - nə irqə, nə qövmə (tayfaya), nə coğrafiyaya, 

nə siyasətə, nə də iradəyə bağlı bir topluluq deyildir. Millət dil, 

din,  əxlaq  və  bütün  gözəl  sənətlər  -  estetika  baxımından  ortaq 

olan, yəni eyni tərbiyəni görmüş fərdlərdən ibarət bir zümrədİD>. 

O,  sözünə  davam  edərək  yazırdı:  «İnsan  üçün  mənəviyyat  - 

mənəvi  quruluş  maddiyyatından  -  maddi  quruluşundan  öncə 

gəlir.  Buna  görə  milliyyətdə  şəcərə  (soy  kötüyü)  axtarılmaz. 

Yalnız  tərbiyənin  və  ülgünün  -  məfkurənin  milli  olması 

araniD>.”’ 

Gökalp türkçülük idealını üç qrupa aymrdı: 1) türkiyəçilik; 2) 

oğuzçuluq;  3)  turançılıq.  Onun  fikrincə  kültür  (hars)  cəhətdən 

«birləşməsi asan olan türklər oğuz türkləridin> (Türkiyə türkləri, 

Azərbaycan türkləri, türkmənlər və b.). Gökalp göstərirdi ki, bu 

birliyin  məqsədi  hələ  siyasi  birlik  ola  bilməz,  «...bu  günkü 

ülgümüz (idealımız) oğuzlann yalnız kültürcə (harsca) birləşmə- 

sidir».‘*® «Türkçülüyün uzaq ülgüsü - Turan adı altında birləşən 

oğuzlan,  tatarlan,  qırğızlan,  özbəkləri,  yakutlan  dildə, 

ədəbiyyatda  və  kültürdə  (harsda)  birləşdirməkdİD>.  «Turan 

məfkurəsi olmasaydı, türkçülük bu qədər sürətlə yayılmayacaqdı. 

Bununla  bərabər,  kim  bilir,  bəlkə  gələcəkdə  Turan 

ülgüçülüyünün  gerçəkləşməsi  də  mümkün  olacaqdır.  Ülgü 

gələcəyin  yaradıcısıdır.  Dünən  türklər  üçün  xəyali  bir  məfkurə 

durumunda  olan  Milli  dövlət  bu  gün  Türkiyədə  bir  həqiqət 

olmuşdun).'*‘  «Turan  -  bütün  türklərin  keçmişdə  və  bəlkə  də 

gələcəkdə  bir  gerçək  olan  böyük  vətəndİD);  «turanlar  yalnız 

türkcə danışan millədərdin).'*^ 

Ziya Gökalp. Türkçülüyün əsasları. Bakı, 1991, s.31. 

Yenə orada, s.35. 

Yenə orada, s.37. 

Yenə orada, s.38. 

Yenə orada, s.39. 

228 



Milli  kültür  (hars)  ilə  mədəniyyəti  (sivilizasiyanı)  Gökalp 

bir-birindən ayınr: «Kültür milli olduğu halda, mədəniyyət ulus- 

lararasıdır (beynəlmiləldir). Kültür yalnız bir millətin din, əxlaq, 

hüquq,  ağıl,  estetika,  dil,  iqtisadiyyat  və  texnika  ilə  bağlı  ya- 

şayışlanna uyumlu (ahəngdar) bir bütündür. Mədəniyyət isə eyni 

inkişaf  səviyyəsində  olan  bir  çox  millətlərin  toplumsal  (sosial) 

həyatlannm  ortaq  bir  bütünüdür.  Məsələn,  Avropa  və  Amerika 

mədəniyyət dairəsində bütün avropalı millətlərin ortaq bir Qərb 

mədəniyyəti vardır».’*^ 

Gökalp  və  onun  həmfikirləri  o  dövrdə  Türkiyədə  fəaliyyət 

göstərən  əsas  ideoloji  cərəyanlan  banşdırmağa  çalışırdılar.  O, 

«türkləşmək,  islamlaşmaq,  avropalaşmaq»  şüannı  müdafiə  edir 

və bu cərəyanlar arasında heç bir ziddiyyət olmadığını göstərirdi. 

Gökalp göstərirdi ki, sosiologiyaya əsaslanaraq belə demək olar: 

«Millətini  tanı,  ümmətini  tanı,  mədənij^ətini  (sivilizasiyanı) 

tanı».'®**  Ona  görə  də  «ictimai  inamımızın  birinci  düsturu  bu 

cümlə  olmalıdır:  «Türk  millətindənəm,  islam  ümmətindənəm, 

Qərb mədəniyyətindənəm».*®® 

Gökalp inanırdı ki, ümumi vətən əxlaqı olmasa milli 

həmrəylik də ola bilməz. O, göstərirdi ki, vətən yalnız üstündə 

yaşadığımız torpaq deyil, «...vətən əxlaqı milli ülgülərindən 

(ideallardan), milli vəzifələrdən meydana gələn bir əxlaq 

deməkdİD>.'®** Gökalpın fikrinə görə milli həmrəyliyin «vətəni 

əxlaq»dan sonra ücinci təməli - «mədəni (sivil) əxlaq»dır. 

«Mədəni (sivil) əxlaq» - ilkin yurddaşlanmızı, sonra 

dindaşlanmızı, ən sonra da bütün insanlan sevməkdən və hörmətə 

layiq bilməkdən ibarətdir».'®’ 

Gökalpa görə türkçülüyü gerçəkləşdirmək üçün aşağıdakı- lan 

reallaşdırmaq  lazımdır:  dildə  türkçülük,  estetikada  türkçülük, 

fəlsəfədə türkçülük, hüquqda türkçülük, siyasətdə türkçülük. 



Ziya Gökalp. Türkçülüyün osaslan. Bakı, 1991, s.40. 

Yenə orada, s.53. 

185 


Yenə  orada,  s.63. 

Yenə  orada,  s.75. 

Yenə orada, s.77. 

229 


Hüquqda  türkçülük  deyəndə  Gökalp  çağdaş  bir  hüqüq 

yaratmağı  nəzərdə  tuturdu.  «Hüquqda  türkçülüyün  birinci 

məqsədi çağdaş bir dövlət meydana gətirmək olduğu kimi, ikinci 

məqsədi  də  məslək  himayəçiliyini  (məslək  sahiblərinin 

fəaliyyətini) 

ictimaiyyətin 

müdaxiləsindən 

qurtarmaq, 

mütəxəssislərin  səlahiyyətinə  söykənən  məslək  muxtariyyətini 

təsis etməkdir» və bu sahədə qanunlar qəbul etməkdir. 

Gökalp  deyirdi  ki,  türkçülük  heç  vaxt  sinfi-siyasi  mahiyyət 

daşıya bilməz. O, yazırdı: «Türkçülük siyasi bir partiya deyildir, 

elmi,  fəlsəfi,  estetik  bir  məktəbdir,  başqa  bir  deyimlə,  kültürlə 

bağlı  bir  çalışma  və  yeniləşmə  yoludur.  Bu  səbəbdəndir  ki, 

türkçülük  indiyə  qədər  bir  partiya  şəklində  siyasi  mübarizə 

meydanına atılmadı, bundan sonra da şübhəsiz atılmayacaqdır. 

Bununla  birlikdə,  türkçülük  büsbütün  siyasi  ülgülərə  biganə 

də qalmiD>.‘*’ 



Gökalp  sübut  edirdi  ki,  türkçülük  nəinki  siyasətdən,  həm  də 

dini teokratiyadan uzaq bir məfkurədir. «...Türkçülük heç bir vaxt 

klerikalizm,  teokratiya  və  zülm  rejimi  ilə  sazişə  girə  bilməz. 

Türkçülük çağdaş bir axımdır və ancaq çağdaş mahiyyət daşıyan 

axımlar və ülgülər ilə sazişə girə bilƏD>.‘’® 

Gökalp inanırdı ki, türkçülük ilə xalqçılıq bir yerdə fəaliyyət 

göstərməlidir. «Hər türkçü siyasət sahəsində xalqçı, hər xalqçı isə 

kültür sahəsində türkçü olmalıdır». «Biz də buna bənzətmə ilə bu 

düsturu  ortaya  ata  bilərik:  «Siyasətdə  məsləkimiz  xalqçılıq  və 

kültürdə məsləkimiz türkçülükdür. 

Gökalpın  fikirləri  Türkiyədə  sosial-siyasi  və  fəlsəfi  fikrin 

inkişafına  böyük  təsir  göstərmişdir.  Hətta  Kamal  Atatürk  onu 

özünün mənəvi atası hesab edirdi. 

Azərbaycanın böyük mədəniyyət və elm xadimi Əhməd bəy 

Ağaoğlu Ziya Gökalp haqqında demişdi: «Ən çətin və ən qaranlıq 

zamanlarda  o,  daim  ətrafına  inam  və  ümid  saçmışdır.  Balkan 

müharibəsinin zillətləri, dünya müharibəsinin fəlakətləri əsna- 

Yenə  orada,  s.I27. 

Yenə  orada,  s.l32. 

Yenə orada. 

Yenə orada, s.133. 

230 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə