Elmi redaktor: Azərbaycan Dövlət İqtisad


Müəssisələrdə maliyyənin idarəetmə sistemi



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix17.09.2018
ölçüsü1,66 Mb.
#69104
1   2   3   4   5   6   7   8   9   ...   27

4.2. Müəssisələrdə maliyyənin idarəetmə sistemi 
 
29 


4.3. Maliyyə menecmenti 
Menecment  -  sosial-iqtisadi  menecmentin  müxtəlif 
prinsipləri,  funksiya  və  metodlarının  tətbiqi  əsasında  bazar 
münasibətləri  şəraitində  fəaliyyət  göstərən  müəssisənin  yüksək 
təsərrüfat  nəticələrinin  əldə  olunmasına  istiqamətlənən  xüsusi 
fəaliyyət növüdür. 
Maliyyə  menecmenti  -  xüsusi  bir  menecment  sahəsi, 
maliyyə  ilə  bağlı  peşə  fəaliyyəti  növü  olmaqla  firmaların 
maliyyəsinin idarə edilməsi ilə məşğuldur. 
Maliyyə menecmenti qiymətli kağızlar bazarında baş verən 
dəyişikliklərə uyğun olaraq müəssisələrdə səhmlərin buraxılışına 
və satışına nəzarəti həyata keçirir. Maliyyə menecmenti müəssisə 
və  fırmalann  maliyyə  aktivlərini  qiymətləndirir,  maliyyə 
fəaliyyətini planlaşdırır və proqnozlaşdırır. Biznes maliyyəsinin 
proqnozlaşdınimasını, bu sektora əlavə maliyyə resurslarının cəlb 
edilməsi imkanlarını müəyyən edir. 
Müəssisə, idarə, firma və şirkətlərin maliyyə vəziyyətinin 
təhlili maliyyə menecmentində mühüm yer tutur. Təhlil bir qayda 
olaraq aşağıdakı istiqamətlərdə aparılır: 
-istehsal xərclərinin strukturunun təhlili. 
-balansın  və  dövriyyə  vəsaitləri  strukturunun  təhlili, 
-likvidliyin  və  maliyyə  sabitliyinin  təhlili  -aktivlərin  dövr 
etməsinin  təhlili  -mənfəətinik  səviyyəsinin  təhlili  -firma  və 
şirkətin  fəaliyyətinin  səmərəliliyinin  təhlili.  Əlbəttə,  maliyyə 
menecmentinin  qarşıya  qoyduğu  vəzifələrdən  asılı  olaraq  təhlil 
daha  da  konkretləşə  bilər.  Maliyyə  göstəricilərinin  təhlilində 
aşağıdakı  məsələlərə  diqqət  yetirilməlidir:  konkret  maliyyə 
nəticələrinin  təhlili,  aktivlərin  təhlili,  passivlərin  təhlili,  pul 
vəsaitləri  hərəkətinin  təhlili,  aktivlərin  rentabelliyinin  təhlili, 
satışın  rentabelliyi.  Azərbaycan  şəraitində  maliyyə  menecmenti 
müəssisənin  bazarda  mövqelərinin'  müəyyənləşdirilməsində  və 
möhkəmləndirilməsində mühüm rol oynayır. 
30 


4.4. Maliyyənin idarə edilməsinin obyekt və subyektləri 
 
31 


4.5. Maliyyənin idarəedilməsi metodları 
 
32 


4.6. Maliyyənin idarəetmə orqanları 
 
33 


V
 
FƏSİL,
 MALIYYƏ 
NƏZARƏTİ 
5.1.
 
Maliyyə nəzarətinin mahiyyəti və zəruriliyi 
Maliyyə  nəzarəti  -  bütün  iqtisadi  subyektlər:  dövlət, 
müəssisə  və  təşkilatların  maliyyə  fəaliyyətləri  üzərində 
qanunverici və icraedici hakimiyyət orqanlarının nəzarətidir. 
Maliyyə  nəzarəti  maliyyənin  nəzarət  funksiyasının 
reallaşdırma formasıdır. Maliyyə nəzarəti - xüsusi forma və üsul 
tətbiq  etməklə  təsərrüfat  və  idarəetmə  obyektlərinin  maliyyə 
fəaliyyətinin  və  onunla  bağlı  əməliyyatların  yoxlanılması 
məcmusudur. 
İdarəetmənin  mühüm  amili  kimi  maliyyə  nəzarətinin 
təşkili prinsiplərini aşağıdakı kimi qruplaşdırmaq olar: 
-
 
Maliyyə  nəzarətinin  tam  aşkarlıq  şəraitində  həyata 
keçirilməsi; 
-
 
Gələcəkdə  baş  verə  biləcək  qanuna  zidd  hadisələrin 
qarşısının alınması tədbirlərinin nəzərə alınması; 
-
 
Təftişin əhatəliliyi; 
-
 
Nəzarətin demokratik əsaslarla həyata keçirilməsi. 
Maliyyə nəzarətinin vəzifələri aşağıdakılardır, maliyyə 
vəsaitlərinə  olan  tələbatla  pul  gəlirlərinin  miqdarı  arasında 
tarazlığın  yaradılması,  dövlət  büdcəsi  qarşısında  maliyyə 
öhdəliklərinin  tam  və  vaxtında  təmin  edilməsi,  müəssisələrdə, 
büdcə idarə və təşkilatlannda pul vəsaitlərindən səmərəli istifadə 
olunmasına,  habelə  uçot  və  hesabatların  düzgün  apanimasına 
köməklik göstərilməsi, qüvvədə olan qanunvericilik və normativ 
aktlara  riayət  olunması,  müəssisələrin  xarici  iqtisadi 
fəaliyyətində valyuta əməliyyatları üzrə yüksək faydalılığa nail 
olunması. 
34 


5.2. Maliyyə nəzarətinin obyektləri və subyektləri 
Maliyyə  nəzarətinin  obyekti  təsərrüfat  subyektlərinin 
maliyyə  resurslarının  yaradılması  və  istifadəsi  zamanı  yaranan 
pul münasibətləri və yenidən bölgü prosesləridir. 
Maliyyə  nəzarətinin  predmetinə-maliyyə  göstəriciləri, 
mənfəət,  əlavə  dəyər  vergisi,  bütün  növ  gəlirlər,  maya  dəyəri, 
rentabellik, fondlar və s. aiddir. 
Maliyyə  nəzarətinin  subyektləri  maliyyə  nəzarətini 
həyata keçirən hüquqi və fiziki şəxslərdir. 
5.3.
 
Maliyyə nəzarətinin təsnifləşdirilməsi 
rilir: 
Maliyyə nəzarəti aşağıdakı əlamətlərə görə təsnifləşdi- 
-  Mülkiyyət  formasına  görə:  dövlət  maliyyə  nəzarəti  və 
qeyri-dövlət maliyyə nəzarəti; 
Dövlət  maliyyə  nəzarəti  konstitusiya  və  müvafiq 
qanunvericilik  aktları  əsasında  aparılmaqla  bilavasitə  dövlətin 
maliyyə  siyasətinin  həyata  keçirilməsi,  ölkədə  maliyyə 
sabitliyinin təmin edilməsi, dövlət büdcəsinin və büdcədənkənar 
fondlann vəsaitlərinin yaradılması və istifadə olunması üzərində 
nəzarətdən ibarətdir. 
Qeyri-dövlət maliyyə nəzarəti təsərrüfatdaxili və auditor 
nəzarətindən ibarətdir. 
Dövlət və qeyri-dövlət maliyyə nəzarəti həyata keçirilmə 
forma  və  metodlarına  görə  müəyyən  ümumi  cəhətlərə  malik 
olmasına  baxmayaraq  son  məqsədlərinə  görə  bir-birindən 
fərqlənir. Belə ki, dövlət maliyyə nəzarətinin son məqşədi dövlət 
büdcəsinə  gəlirlərin  maksimum  səviyyədə  tam  daxil  olmasını 
təmin etmək, dövlət xərclərini minimuma endirmək, resurslardan 
səmərəli istifadə olunmasından ibarətdir. 
Qeyri-dövlət maliyyə nəzarətinin son məqsədi mənfəətin 
artıniması  üçün  müəssisələrin  pul  vəsaiti  fondlarının  səmərəli 
istifadə  olunması,  israfçılığın  qarşısının  alınması  və 
mərkəzləşdirilmiş fondların təşkilinə zəruri miqdarda vəsait aynl- 
35 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə