Elmi redaktor: Azərbaycan Dövlət İqtisad


X FƏSİL. BÜDCƏ PROSESİNİN TƏŞKİLİ



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix17.09.2018
ölçüsü1,66 Mb.
#69104
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

X FƏSİL. BÜDCƏ PROSESİNİN TƏŞKİLİ 
10.1. Büdcə prosesinin mahiyyəti və mərhələləri 
Büdcə  prosesi-mərkəzi  və  yerli  büdcələrin  tərtibi, 
baxılması,  təsdiqi  və  icrası  üzrə  hakimiyyət  orqanlannm 
qanunvericiliklə  reqlamentləşdirilmiş  fəaliyyətidir.  Onun 
məzmunu  ölkənin  dövlət  və  büdcə  quruluşu,  habelə  müvafiq 
orqanların  hüquqi  və  fiziki  şəxslərin  büdcə  hüquqları  ilə 
müəyyən  edilir.  Büdcə  prosesinin  iştirakçıları  aşağıdakılardır: 
ölkə  Prezidenti,  qanunverici  və  icraedici  orqanlar,  pul-kredit 
tənzimlənməsini həyata keçirən orqanlar, dövlət maliyyə nəzarəti 
orqanlan, büdcədənkənar dövlət fondları, büdcə vəsaitlərinin əsas 
sərən-  camçılan,  büdcə,  vergi  səlahiyyətləri  verilən  digər 
orqanlar. 
Büdcə prosesi aşağıdakı mərhələlərdən ibarətdir: 
1.
 
Maliyyə  planlaşdırılması  və  proqnozlaşdırılması.  Bu 
mərhələ  ÜDM-un  dövriyyəsi  ilə  əlaqədardır.  Maliyyə 
vəsaitlərinin yaradılması, bölgüsü, yenidən bölgüsü və istehlakı 
prosesinin  idarə  edilməsi  maliyyə  planlaşdınlrnası  vasitəsilə 
həyata keçirilir. Maliyyə planlaşdırılması iqtisadiyyatda təsərrü- 
fatlararası  nisbəti  balanslaşdırır,  əmək,  maddi  və  maliyyə 
ehtiyatlarından səmərəli istifadə yollarını müəyyən edir. Maliyyə 
planlaşdınlrnası maliyyə planları sistemi ilə müəyyən olunur. Bu 
sistemə perspektiv və toplu maliyyə balansı daxildir. Perspektiv 
maliyyə  planı  ölkənin  sosial-iqtisadi  inkişaf  proqnozuna 
əsaslanaraq özündə büdcə gəlirlərinin səfərbərliyə alınması üzrə 
imkanlan,  büdcənin  əsas  Xərclərinin  maliyyələşdirilməsini  əks 
etdirən  sənəddir.  Büdcənin  inkişaf  proqnozunda  onun  gəlir  və 
xərc hissələrinin inkişaf yollarının ehtimal qiymətləri kompleksi 
nəzərdə  tutulur.  Büdcə  proqnozunun  məqsədi  mövcud  konkret 
sosial-iqtisadi  şəraitdə  və  perspektiv  qiymətləndirmə  əsasında 
büdcənin inkişafının əlverişli yollarını işləmək, əsaslandırmaq və 
onun möhkəmləndirilməsi üçün təkliflər hazırlamaqdan ibarətdir. 
2.
 
Büdcə  prosesinin  ikinci  mərhələsi  büdcə  layihəsinin 
tərtibi, baxılması və təsdiqindən ibarətdir. Büdcə layihəsinin 
78 


tərtibinin əsas vəzifəsi dövlətin funksiyalannm iqtisadi və sosial 
proqnozlaşdırılmasında  nəzərdə  tutulan  tədbirlərin  maliyyə 
təminatının həyata keçirilməsi  məqsədilə mərkəzləşdirilmiş  pul 
vəsaitlərinin həcminin müəyyən edilməsidir. 
Maliyyə  orqanlarından  müvafiq  büdcə  layihələrini 
aldıqdan sonra, icra hakimiyyəti orqanlan layihəyə baxış keçirir, 
zəruri  hallarda  düzəlişlər  və  əlavələr  edirlər.  Növbəti  büdcə  ili 
üzrə  dövlət  büdcəsi  haqqında  qanun  layihəsinin  müzakirəsi  və 
təsdiqi Milli Məclis tərəfindən onun daxili nizamnaməsinə uyğun 
olaraq həyata keçirilir. 
3.
 
Büdcə  prosesinin  dəgir  mərhələsi  onun  icra 
edilməsidir. Bu prosesdə icra hakimiyyəti orqanlan, maliyyə və 
vergi orqanlan, kredit təşkilatlan, hüquqi və fiziki şəxslər iştirak 
edirlər. Büdcənin icrası xəzinənin vahidliyi prinsipinə əsaslanır. 
Bu  prinsip  daxil  olan  gəlirlərin  vahid  büdcə  hesabına 
köçürülməsini və nəzərdə tutulmuş bütün xərclərin vahid büdcə 
hesabından həyata keçirilməsini nəzərdə tutur. 
4.
 
Büdcə  prosesinin  son  mərhələsi  büdcənin  icrasının 
təhlili və nəzarətdən ibarətdir. Büdcə ili ərzində maliyyə orqanlan 
büdcənin  tərtibi  və icrasının nəticələri  üzrə analitik iş  apanrlar. 
Büdcə təhlilinin apanimasında məqsəd aşağıdakılardan ibarətdir: 
büdcənin  tərtibi  və  icrasının  nəticələrinin  qiymətləndirilməsi, 
hökumətin maliyyə-büdcə siyasətinin əsaslandıniması, büdcənin 
plan  göstəricilərinin  yerinə  yetirilməsinə  mane  olan  amillərin 
aşkarlanması,  büdcənin  tərtibi  və  icrası  zamanı  ehtiyatların 
aşkarlanması,  büdcəyə  gəlirlərin  tam,  vaxtında  və  stabil 
yığılmasımn  təmin  edilməsi,  büdcə  vəsaitlərinin  səmərəsiz 
istifadəsinə  səbəb  olan  amillərin  aşkar  edilməsi.  Büdcənin 
icrasına  nəzarət  Milli  Məclis  və  Hesablama  Palatası  tərəfindən 
həyata keçirilir. 
79 


Büdcə prosesinin mərhələləri 
Qanunvericilik təşəbbüsü 
Qanunverici hakimiyyət 
İcra hakimiyyətinin 
(orqanlannın) 
hesabatının 
parlament 
tərəfindən 
təsdiqi 
Hesablama palatası 
tərəfindən 
hesabatın 
yoxlanılması 
icra hakimiyyəti 
İcra orqanlan 
tərəfindən 
hesabatın təqdim 
edilməsi 
80 


10.2.
 
Büdcə planlaşdırılmasının prinsipləri 
Büdcə  planlaşdırılması  -  dövlətin  maliyyə  siyasətinin 
tələblərinə  uyğunlaşdınlan  maliyyə  planlaşdınlmasınm  tərkib 
hissəsidir. 
Büdcə planlaşdınlmasınm əsas prinsipləri aşağıdakılardır: 
büdcə  məsələlərinin  vahid  hüquqi  normalarla  tənzimlənməsi, 
büdcə 
vəsaitlərinin 
ünvanlı 
və 
məqsədli 
şəkildə 
istiqamətləndirilməsi,  illik  büdcənin  fasiləsiz  planlaşdıniması, 
maliyyə göstəricilərinin stabilliyi, balans metodu. 
10.3.
 
Büdcə prosesində xəzinədarlığın rolu 
Xəzinədarlıq-maliyyənin  əsas  tərkib  hissəsi  kimi 
dövlətin  gəlirlərinə  və  xərclərinə  nəzarət  edən  və  pul-valyuta 
hərəkətini  tənzimləyən  mühüm  dövlət  orqanıdır.  Bazar 
iqtisadiyyatı  şəraitində  maliyyə  sistemi  və  o  cümlədən, 
xəzinədarlıq çoxsaylı funksiyalan yerinə yetirir. Bu funksiyalann 
lazımi  səviyyədə  yerinə  yetirilməsi  üçün  xəzinədarlığın 
mükəmməl strukturu yaradılmalıdır. Büdcənin icrası prosesində 
xəzinədarlıq sistemi aşağıdakı funksiyalan yerinə yetirir: 
-
 
kassanın  vahidliyi  prinsipi  baxımından  büdcə 
gəlirlərinin və xərclərinin icrası üzərində nəzarət
-
 
dövlət  büdcəsi  ilə  büdcədənkənar  dövlət  fondları 
arasında maliyyə münasibətlərinin tənzimlənməsi; 
-
 
dövlətin maliyyə resurslanmn həcminin qısamüddətli 
proqnozlaşdırılması; 
-
 
dövlət 
maliyyəsinin 
vəziyyəti 
haqqında 
informasiyanın toplanması, işlənməsi, təhlili və yuxan səviyyəli 
qanunverici və icraedici orqanlara təqdim edilməsi
-
 
daxili və xarici dövlət borclarının milli bank və digər 
səlahiyyətli banklar tərəfindən idarə edilməsi. 
81 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə