A n a r H əsənli
Akademik Ramiz Mehdiyevin fikrinə görə, qitələrin qarşılıqlı
asılılığının artdığı indiki dövrdə din milli dövlətdə yeni əlamətlər
kəsb etməyə başlamışdır. Müasir cəmiyyətdə isə dini etiqad azadlığı
hər bir vətəndaşın konstitusiya hüquqlarının ayrılmaz tərkib
hissəsidir. Yaradanın qüdrətinə inam insanın mənəvi-əxlaqi, psixoloji
ovqatını şərtləndirir, dünyagörüşünü kamilləşdirir, təfəkkür tərzini və
formasını tənzimləyir. Azərbaycan min ildən çoxdur ki, əsasən
müsəlman əhalili dövlətdir. Buna baxmayaraq, Azərbaycan tarixi
təkcə islam tarixi deyildir. Odlar yurdu zərdüştiliyin vətənidir, birinci
minilliyin əvvəllərində onun ərazisində xristian dövlətləri mövcud
olmuşdur. Müasir Azərbaycanda isə üç dünya dininin nümayəndələri
dözümlülük şəraitində yaşayırlar [49,188].
Professor Timurçin Əfəndiyevin «Heydər Əliyev və milli-mənəvi
dəyərlərimiz» əsərində zəngin milli mədəniyyətimizin, milli-mənəvi,
dini-əxlaqi dəyərlərimizin qorunması, dilimizin inkişafında ulu öndərin
rolu geniş təhlil olunmuşdur. Professor T.Əfəndiyev yazır ki, Azərbaycan
mədəniyyətinin davamlı inkişafı ümummilli liderin siyasi fəaliyyətinin
tərkib hissəsi olmuş və xüsusi əhəmiyyət kəsb etmişdir. Müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev özünün
bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikamızın
hərtərəfli inkişafına və çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli
şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətin
yüksəlməsinə, dini-mədəni dəyərlərimizin möhkəmlənməsinə,
Azərbaycan mədəniyyəti və incəsənətinin bütün dünyada tanınmasına
həsr etmiş, bu sahədə misilsiz xidmətlər göstərmişdir [21, 34]. Əsərdə
ümummilli liderin milli-mənəvi xəzinəmiz olan, tarixən formalaşan və
müasir dövrümüzə gəlib çatan milli adət və ənənələrimiz, dini
inanclarımız ilə bağlı söylədiyi fikirlər fəlsəfi baxımdan ətraflı şərh
olunmuşdur. Kitabda bu fikri əsas götünnok olar ki, Azərbaycanın milli-
mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşməsində
ümummilli liderin böyük rolu vardır.
Bütün Qafqazın Şeyxi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin
sanballı tədqiqat əsəri olan «Qafqazda İslam» monoqrafiyası dini
-
20
-
M üaıir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri
dəyərlərimizi öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Əsərdə
müəllif İslam dini dəyərlərinin mükəmməlliyi və dərinliyi barədə
fikirlərini bölüşərək qeyd edir ki, bu dəyərlər bir sıra müsəlman xalqların
milli-mənəvi dəyərlərinin daha da təkmilləşməsinə səbəb olmuş, onun
tərəqqi tapması istiqamətində mühüm rol oynamışdır [58,104-105].
Professor Rafiq Əliyevin dini-m ənəvi dəyərlərlə bağlı
tədqiqatları da xüsusilə vurğulanmalıdır. Tədqiqatçı əsərlərində
İslamın yaranması və genişlənməsini ətraflı tədqiq etməklə bərabər
yayıldığı ərazilərdə gətirdiyi dini dəyərlər və onların cəmiyyətin
inkişafına müsbət təsiri, Azərbaycanın qədim mədəni dəyərləri ilə
İslam sivilizasiyasının dəyərləri arasında qarşılıqlı təsir və təsirlənmə
prosesləri barədə açıqlamalarını etmişdir [25,15].
Fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin araşdırmaları
göstərir ki, milli-mənəvi və dini dəyərlərimiz bir-biri ilə sıx bağlıdır
və onlar birlikdə İslam dininin əsas məsələlərindən biridir. Belə ki,
alimin fikrincə, İslam mənəvi dəyərlərin yüksəlişini daim dəstəkləyir
və cəmiyyətdəki sağlamlığı bu dəyərlərin tamlığı ilə əlaqələndirir
[12; 13; 14].
İlahiyyat üzrə fəlsəfə doktoru Hacı Sabir Həsənli «İslam
mədəniyyətində elm» əsərində mədəniyyəti dini-mədəni aspektdə
təhlil etmiş, ümumi müsəlman mədəniyyətinin yaranmasında ауп-ауп
müsəlman millətlərinin rolunu yüksək qiymətləndirmiş və burada
Azərbaycanın özünəməxsus yerinə diqqəti yönəltmişdir [29].
Fəlsəfə doktoru Arif Yunusov «Azərbaycanda İslam» əsərində bir
daha İslam dininin mahiyyətini açmağa çalışır, onun yayılması zamanı
baş verən hadisələrə şərh verir və müasir Azərbaycanda İslam dini və
bu dinin ауп-ауп təriqətlərinin milli-mədəni dəyərlərimizə zərəri və
faydası haqqında fikirlərini qeyd edir (126].
Fəlsəfə üzrə fəlsəfə doktoru Həsən Hüseynov «Şərq-Qərb
münasibətlərində qloballaşma: ideoloji-siyasi mübarizə anlamında»
əsərində bəzi Qərb tədqiqatçılarının Şərq və müsəlman mənəvi
dəyərlərinə münasibətini araşdırıb, onların fikirlərini tənqidi səpkidə
təhlil edib [31].
-21
-
A n a r H əsənli
Professor Abdulla Əhədov, prof. Əli Abasov, fəlsəfə elmləri
doktoru Aydın Əlizadə, fəlsəfə doktoru Elçin Əsgərov, tarix üzrə
fəlsəfə doktoru Altay Göyüşov və b. da dini-mədəni dəyərlərimiz və
İslam dinin milli dəyərlərimizin formalaşmasına təsirini öyrənən
sanballı tədqiqat əsərləri yazmışlar.
Bütün alimlər və tədqiqatçılar bu rəydədirlər ki, müasir dövrdə
dini-mədəni dəyərlərə dönüş elmi-nəzəri əsaslara malik olmalıdır.
Xüsusən, televiziyanın, radionun, internet saytlarının, mətbuatın
milli mənəviyyatımıza yad elementlərlə dolduğu bir vaxtda mədəni-
mənəvi mühitin qorunm ası, milli dəyərlərim izin daha da
zənginləşdirilərək nəsildən-nəslə ötürülməsi kifayət qədər böyük
aktuallıq kəsb edir.
İnsanın mənəviyyatı, əsasən sosial-mənəvi mühitin təsiri ilə
formalaşır. Burada cəmiyyətin mədəni-mənəvi həyatı, insanın
yetişdiyi mühitin mədəni aspektləri mühüm rol oynayır. Mahiyyət
etibarı ilə, bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki
qazanılmış təcrübələr sübut edir ki, insanlann mənəviyyatı, əxlaqi
normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin
yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras
onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və
hər sahədə, o cümlədən mədəni tərəqqi sahəsində mədəniyyətin
təsbiti mövzusuna üstünlük verilməlidir. Şübhəsiz ki, milli-mənəvi
dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilm iş halda
ötürülməlidir. Eyni zamanda, aydındır ki, mədəniyyət dəyişmədən və
zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir
mədəni tərəqqidə yaradıcı və qurucu səciyyəli hər cur fəaliyyət təşviq
edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi,
dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.
Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin,
qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni
münasibət müşahidə edilməkdədir. Demokratiyanın siyasi sistem
kimi form alaşm asını tələb edən bu prosesdə A zərbaycan
Respublikası da fəal iştirak etməkdədir.
-
22
-
Mıiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri
Bununla yanaşı, hər zaman ciddi şəkildə nəzərə alınmalıdır ki,
İ yalnız milli və bəşəri dəyərlərin sintezi, dünya təcrübəsinə
İ əsaslanmaqla həyata keçirilən islahatlar sayəsində dünyanın sosial,
\
mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmaq
mümkündür. Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu
I
prosesdə qarşıya çıxan problemlər isə, bilavasitə, mədəniyyət
1 sahəsində bəşər tarixinin, dünyanın in k işaf təcrübəsinin
t öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə
-л çevirir. Təbii ki, bütün bunlara da yalnız mükəmməl mədəni tərəqqi
? sayəsində nail olmaq mümkündür.
Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə deyil,
tənəzzülə xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan xilas olmaq
daha məqsədəuyğundur. Lakin bu heç də tarixən özünü doğrultmuş
müsbət adət-ənənələrdən, xüsusən, milli kimliyimizin, identikliyimizin
başlıca simvolu olan milli-mənəvi və əxlaqi dəyərlərimizdən imtina
etmək mənasına gəlməməlidir.
Akademik R.Mehdiyev qeyd edir ki, ərazinin tarixi, xalqın tarixi,
millətin tarixi, dövlətin tarixi fərqləndirilmədən məsələyə milli şüur
i prizmasından baxmaq çətindir. Minilliyin və yüzilliyin əsas
[ səciyyələrini vermək üçün əvvəlcə bütövlükdə tarixi inkişaf prosesi
i heç olmazsa ən ümumi şəkildə nəzərə alınmalıdır. Etnik qrupların
I bütöv bir millət halında formalaşması prosesi daha çox dərəcədə
əvvəlki minilliklərə aid bir məsələdir. Son minillik Azərbaycanda
etnik-milli baxımdan türk təfəkkürü və türk həyat tərzi ilə, dini
müstəvidə yanaşdıqda isə islam mənəviyyatı və islam düşüncə tərzi
iiə səciyyələnir. Beləliklə, ötən minillikdə Azərbaycan xalqının
mentaliteti türkçülük və islamçılığın üzvi vəhdəti, sintezi şəraitində
formalaşmışdır. Lakin bu prosesə ауп-ауп dövrlərdə kənar amillər də
təsir göstərmişdir. Bu mənada, son yüzillik daha çox Rusiya amilinin
təsiri ilə səciyyələnir. Rusiya amili isə öz növbəsində iki istiqamətə
ayrıla bilər. Birincisi, imperiya siyasətindən gələn neqativ təsir -
antimilli, antitürk siyasəti. İkincisi, ümumbəşəri dəyərlərlə əlaqə
baxımından pozitiv məqamlar - Qərbə açılan pəncərə. Qərb
-
23
-