Anar IInsonli
Bu gün dini-mədəni dəyərlərin dərindən öyrənilməsi, təbliği,
əsaslandırılması məqsədilə xeyli sanballı əsərlər yazılır, tədqiqatlar
aparılır, məqalələr işıq üzü görür, rəy sorğuları keçirilir, televerilişlər
hazırlanır, konfranslar həyata keçirilir.
2011-ci il avqustun 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı
münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində çıxış edən
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda din-dövlət
münasibətləri çox yüksək səviyyədədir, ölkəmizdəki bütün xalqların,
dinlərin nümayəndələri rahat, dostluq, qardaşlıq şəraitində yaşayır və
bu bizim dövlətimizin gücünü daha da artırır. Cənab Prezident
Azərbaycanda islam dininə olan hörmətin bütün başqa dinlərə olan
ehtiramla tamamlandığını, ölkəmizin dünya miqyasında dinlərarası və
mədəniyyətlərarası dialoq məkanına çevrildiyini vurğulamışdır [34].
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasmın
rəhbəri Aleksandr, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri
Semyon İxiilov, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi
Vladimir Fekete, Alban-Udin Xristian İcmasının sədri Robert
Mobilinin bütün dinlərə eyni səviyyədə hörmət və ehtiramın
göstərildiyi Azərbaycanın beynəlxalq aləmdə dinlərarası dialoqun
yüksək inkişaf etdiyi ölkə kimi tanındığını bildirmələri ölkəmizdə
bərqərar olan yüksək dini tolerantlığa bariz misal ola bilər [34].
Bütün dinlərə hörmətin ifadəsi olan tolerantlıq şəraitində İslamın
yayıldığı regionlarda əks etdiyi xüsusiyyətlər, xalqların mənəvi-
mədəni dünyasına təsiri, insan hüquq və azadlıqlarının təmin
olunmasını ali məqsəd sayan dövlətimizdə dini etiqad azadlığının
gerçəkləşməsi mexanizmi cəmiyyətin mikro strukturunda müəyyən
yer tutan dini təşkilatların, din xadimlərinin cəmiyyətin mənəvi
durumunun saflaşmasmdakı rolu inkaredilməzdir.
A zərbaycanın tanınm ış filosofları, tarixçiləri və digər
tədqiqatçılar da öz tədqiqatlarında dini-mədəni dəyərləri bir daha
araşdırır, onların qorunması istiqamətində öz fikir və münasibətlərini
bildirirlər. Bu əsərlərdə tolerantlıq şəraitində İslamın yayıldığı
-
16
-
Mi'uvsir şaraitda Azarhaycanda dini-madam dayarlarin inkişaf xüsusiyyatlari
regionlarda əks etdiyi xüsusiyyətlər, islamın xalqların mənəvi-
mədəni dünyasına təsiri şərh edilmişdir. İnsan hüquq və
azadlıqlarının təmin olunmasını ali məqsəd hesab edən dövlətimizdə
dini etiqad azadlığının gerçəkləşməsi mexanizmi, cəmiyyətdə
müəyyən yer tutan dini təşkilatların, din xadimlərinin cəmiyyətin
mənəvi durumunun kamilləşməsi və saflaşmasmdakı rolunun, dinin
siyasətə təsiri imkanlarının, dini-mədəni dəyərlərin qorunmasının
təkzibolunm azlığı tədliq olunur. Qeyd etmək lazım dır ki,
cəmiyyətimizin demokratikləşməsi və humanistləşməsi keçmişin
mənəvi və mədəni irsinə olan nihilist münasibətin aradan
qaldırılmasına, hər bir xalqın mədəni uğurlarının dərindən
öyrənilməsi zərurətinin dərk edilməsinə, intellektual və yaradıcı
fəaliyyətin daha da güclənməsinə təkan verir.
AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov
«Mənəviyyat fəlsəfəsi» əsərində mənəvi dəyərlərin qorunması
istiqamətində fikir və təkliflərini bölüşür, Azərbaycan cəmiyyətindəki
bugünkü durumu ətraflı tədqiq edir, bir sıra məsələlərə münasibətini
bildirir, dini-mədəni dəyərlərimizdə baş verən bilən aşınmaların
qarşısının alınma yollarını göstərir, mənəviyyatımıza daxil olmaq üzrə
'olan bəzi yad elementlərin səbəblərini açıqlayır, bir sıra məsələlərə
tənqidi münasibətini bildirir. Alimin fikrinə şərik çıxaraq bildiririk ki,
«insanın mənəvi ehtiyaclan onun boya-başa çatdığı milli-mədəni
mühitin spesifikası ilə müəyyən olunur. Ona görə də hər bir xalqın
sosial-mənəvi mənşəyini, mədəniyyət tarixini öyrənmədən yeni nəslin
nə kimi hisslərlə yaşadığını, onun mədəni tələbat meyillərini və estetik
zövq oriyentasiyasını müəyyən etmək çox çətindir. Lakin çox təəssüf
ki, əvvəlcə proletkultçuluğuıı təsiri ilə, sonra isə repressiya və yetkin
sosializm illərində bizi öz mənəvi köklərimizlə bağlayan tellər
zəifləmiş, milli mədəniyyət tarixinə maraq azalmışdır
[39, 250].
Filosof doğru olaraq qeyd edir ki, insanın mənəviyyatının
kamilləşməsinə həmin insanın maddi-genetik təməli ilə yanaşı ictimai
mühitin də güclü təsiri vardır. Məhz ictimai mühitin təsiri ilə insan
cəmiyyətdə daha kamil və faydalı fərd kimi formalaşır.
-
17
-
A nar H əsənli
AMEA-nın müxbir üzvü, Filologiya elmləri doktoru, professor
Rafael Hüseynovun Avropa Şurası Parlament Assambleyasının
(A ŞPA ) s e ssiy a la rın d a g ü n d əliy ə daxil ed ilm əsi üçün
"Demokratiyada insan hüquqlarına əsaslanan mədəni, humanist və
dini dəyərlər" adlı hazırladığı sənəddə deyilir: "Avropa Şurasının
Nizamnaməsi bir daha xalqların müştərək irsi sayılan və şəxsiyyət
azadlığının, siyasi azadlıqların, qanunun aliliyinin, real
demokratiyanın əsaslarını müəyyən edən prinsiplərin əsl mənbəyi
olan mənəvi və ruhani dəyərlərə sədaqətini təsdiq edir. Dini və fəlsəfi
dəyərlər mədəniyyəti və cəmiyyəti yüz illər ərzində formalaşdırmış,
bu gün də universal insan hüquqlarına təsir göstərməkdədir. Avropa
İnsan Haqları Bəyannaməsinə uyğun olaraq, din azadlığı və insanın
digər hüquqları demokratik cəmiyyət üçün zəruri şərtlərdir. Dövlətin
dindən ayrılığı Avropada başlıca prinsipə çevrilmişdir. Kilsə hüququ,
şəriət dövlətin müəyyən etdiyi hüquqlardan əlavə olaraq mövcuddur
və dini həyatı tənzimləyir. Dini qanunların arxaik normaları çox uzaq
olmayan zamanda ictimai müzakirələrdə cəmiyyəti bölmək və
xalqlar arasında ədavəti, zor tətbiq etməyi təqdir etmək vasitəsi kimi
istifadə olunmuşdur. Lakin Avropadakı hər üç monoteist din Avropa
İnsan Haqları Bəyannaməsində də əksini tapmış insanın həyatının,
azadlığının, təhlükəsizliyinin, əmlakının müdafiəsi kimi fundamental
dəyərləri qorumağa dəvət edir. Buna görə də Assambleya ümumi
cizgilərlə olsa da, Avropanın bu ortaq mədəni və mənəvi sərvətinin
hüdudlarını müəyyənləşdirməli, müasir insan hüquqları meyarlarını
universal mədəni, humanist, dini dəyərlər təməlində zənginləşdirən
strategiya ortaya qoymalı və bununla da qarşılıqlı anlaşmanı
artırmağa, dinlər və mədəniyyətlər arasında qarşıdurmanın qarşısını
almağa nail olmalıdır. Avropada mədəniyyət və təhsil siyasəti də bu
xətti təqdir və tətbiq etməlidir". [ 146]
Professor Rəbiyyət Aslanova uzun illərdir ki, mədəniyyət və
islam fəlsəfəsi istiqamətində tədqiqatlar aparır. Tədqiqatçı alim
«İslam və mədəniyyət» kitabında İslam mədəniyyətinin ümumbəşəri
dəyərləri, Azərbaycan xalqının inkişafında onun yerini araşdırmaqla
- 18-
M iiasir şəraitdə Azərbaycanda dini-m ədəni dəyərlərin in kişa f xüsusiyyətləri
yanaşı, İslam dəyərlərinin Avropa mədəniyyətinə təsiri, Şərq və Qərb
fəlsəfəsinin dialoqunda dini dəyərlərin rolunu ətraflı təhlil etmişdir.
Biz də Rəbiyyət Aslanovanın bu fikrinə şərik çıxaraq bildiririk ki,
XX əsrin sonunda sosial-siyasi, sosial-iqtisadi problemlərin artması
dünyanı əhatə edən qloballaşma prosesinin sürəti, müxtəlif
tendensiyaların güclənməsi müasir insan probleminə, onun
mənəviyyat məsələsinə diqqəti daha da artırır, gələcək təhlükələrin
qarşısının alınmasında dini-mənəvi dəyərlərin rolunun zəruriliyini
diqtə edir. Bəşəriyyətin arzusunda olduğu sosial tərəqqinin əsas
məqamları - insanın sosial rifah halının yaxşılaşması, insan
hüquqlarına hörmət olunması, cəmiyyətdə qarşıdurmanın zəifləməsi,
dini, milli, etnik, siyasi tolerantlığın bərqərar olması, siyasi
demokratiya və söz azadlığına əməl olunması, hüquqi dövlətin
inkişafı, insani münasibətlərin daha da təkmilləşməsi və mənəvi
dəyərlərin qorunub nəsildən-nəslə ötürülməsi günün əsas
reallıqlarıdır.
Təcrübədən məlumdur ki, ən güclü sistemlərin məhvi sosio-
mədəni və siyasi mədəni məkanda yaşayan insanlar üçün ümumi olan
mənəvi dəyərlərin, ideyaların radikal transformasiyasının mənəvi
davamı kimi meydana çıxır. Hər bir xalqın, millətin dövlətin
varlığının ifadəsi olan ideyaların, dünyagörüşünün, həyat və düşüncə
tərzinin deformasiyaya uğraması ilə həmin birliyin, quruluşun süqutu
başlanır [3,405].
Professor İlham Məmmədzadə «Əxlaqın interpretasiya
təcrübəsi» əsərində Azərbaycanda milli əxlaqın formalaşmasına təsir
edən səbəblər içərisində dini-mədəni dəyərlərin xüsusi rolu olduğunu
qeyd edərək göstərir ki, hazırkı milli-mənəvi dəyərlərimizin
formalaşmasında dini dəyərlərin müstəsna əhəmiyyəti olmuşdur [99;
100, 76]. 14 əsrlik bir dövrdə İslamın Azərbaycanda qəbul olunması
əlbəttə ki, öz təsirini xalqımızın adət və ənənələrində göstərməlidir.
Burada islam milli dəyərlərin inkişafı üçün nəinki maneçilik
yaratmamış, əksinə milli-mənəvi dəyərlərin inkişafına zəmin
hazırlamışdır.
- 19-