Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   97   98   99   100   101   102   103   104   ...   149

201 
 
Soyuq halda mayonez yaxıb süfrəyə verin. 
Qış  badımcan  bişmişinin  hazırlanması.  4  ədəd  orta  böyüklükdə  biĢmiĢ  badımcan,  1  ədəd 
pomidor,  2  ədəd  biĢmiĢ  bolqar  bibəri,  1  xörək  qaĢığı  duz  götürün.  Tünd-bənövĢəyi  rəngli  ətli  
badımcan götürüb yarıya bölüb biĢirin. Bolqar bibərini buxara verdikdən sonra toxum və saplağını 
təmizləyin. Pomidoru 8 hissəyə bölüb qabaqcadan sterilizə olunmuĢ bankaya doldurub, üzərinə duz 
səpərək ağzını qapaqla örtüb 70-80 dəqiqə qaynadın. 
 
Pomidor – Lycopersicon esculentum Mill. 
 
Fəsiləyə  daxil  olan  faydalı  cinslərdən  biri  də  pomidor  -  Lyopersicon  Hill.-dir.  Cinsin  ən 
geniĢ yayılan növü olan pomidor - Lyopersicon esculentum Mill. birilik ot bitkisi olub, geniĢ əkilib, 
becərilir.  Yarpaqları  lələkvari  parçalanmıĢ,  çiçəkləri  sadə  və  yaxud  mürəkkəb,  tacı  sarımtıldır. 
Meyvəsi  giləmeyvə  olub  ətli  Ģirəli  və  çoxtoxumludur.  Vətəni  Cənubi  Amerikadır.  D.D.Brejnev 
(1958)  pomidor  cinsini  3  növə  ayırır.  Peru  pomidoru  –  L.peruvianum  (L.)  Mill.,  tüklü  pomidor  – 
L.hirsutum Humb. et Bonp., adi pomidor – L.esculentum Mill. 
Pomidorun yabanı növü Peru, Ekvador, Çili ölkələrinin 
ərazilərində aĢkar edilmiĢdir. 
Giləmeyvəsindən  təzə,  Ģirə  (tomat),  konserv  halında 
qida kimi geniĢ istifadə edilir. Ġlk dəfə pomidor hindu tayfaları 
tərəfindən  Peruda  mədəni  halda  əkilib  becərilmiĢdir.  Oradan 
da  ġimala  doğru  yayılaraq  Meksikaya  qədər  gəlib  çıxmıĢdır. 
XVI  əsrin  ortalarında  pomidor  Ġspaniyaya  gətirilmiĢ,  oradan 
da Avropa ölklərinə yayılmıĢdır.  
Ġlk  vaxtlar  pomidordan  bəzək  bitkisi  kimi  istifadə 
edilmiĢ,  sonralar  isə  dərman  bitkisi  kimi  becərilmiĢdir. 
Nəhayət,  XIX  əsrdə  qida  bitkisi  kimi  istifadə  edilməyə 
baĢlamıĢdır.  Avropalılar  pomidorun  qida  və  müalicəvi 
xüsusiyyətləri  haqqında  biliklərə  yiyələndikcə,  bu  bitkiyə 
maraq  ildən-ilə  artmağa  baĢlamıĢdır.  Ġlk  vaxt  rus  xalqı  bu 
bitkidən  qida  kimi  istifadə  etməyə  çox  ehtiyatla  yanaĢmıĢ,  uzun  müddət  tərəddüd  edərək  onu 
―quduz  giləmeyvə‖  adlandırmıĢlar.  Ona  görə  də  pomidordan  uzun  müddət  qida  kimi  yox,  ancaq 
müalicə  məqsədləri  üçün  istifadə  etmiĢlər.  Krımda,  Volqanın  aĢağı  tərəflərində,  HəĢtərxan 
vilayətində  pomidoru  dərman  bitkisi  kimi  əkib  becərməyə  baĢlamıĢlar.  Pomidor  giləmeyvəsi 
müxtəlif növ çibanların müalicəsində müvəffəqiyyətlə istifadə olunmuĢdur. Bu dövrdən baĢlayaraq 
pomidordan  Ģı,  solyanka,  borĢ,  ət  xörəklərinin,  yumurta  çığırtmasının,  quĢ,  balıq,  istənilən  salat 
növlərinin  tərkibinə  iĢtahaçıcı  ədviyyə  kimi  əlavə  etməyə  baĢlamıĢlar.  Pomidordan  müxtəlif 
Ģorbalar tutulur. Hazırda pomidordan qida kimi dünyanın bütün ölkələrində istifadə edilir. Pomidor 
meyvəsinin tərkibində  95% su, 4,5-8,1% quru maddə, onun 50%-i suda həll olan Ģəkər, 3,5-8,5%-i 
üzvi  turĢular  (xüsusən  də  limon  və  alma),  0,8-1,1%-i  pektin,  0,8-1,7%-i  sellüloza,  0,7%-i  kül, 
0,33%-i piy maddələri, 1,6-4,5%-i karotin, həmçinin fitonsid, ferment maddələri, A, C, B
1
, B
2
, B
3

B
6
, B
9
, H, E, PP vitaminləri, dəmir, kükürd, xlor, kobalt, sink makro- və mikroelementləri, mineral 
birləĢmələri, o cümlədən də ən çox kalium, manqan duzları və s. aĢkar edilmiĢdir. 
Son  bir  neçə  il  ərzində  dünya  alimləri  xərçəng  xəstəliyinin  müalicəsi  üçün  vasitələr 
axtarmağa  baĢlamıĢ  və  yaxın  illərdə  bu  vasitəni  tapmağa  nail  olmuĢlar.  Yaxın  illərdə  bu  vasitəni 
tapmağa  nail  olurlar.  Qida  məqsədi  ilə  hər  yerdə  əkilib  becərilən  pomidorun  xərçəng  xəstəliyi  ilə 
mübarizədə  mühüm  rolu  tibbi  sınaqlarla  təsdiq  olunmuĢdur.  Parlaq  qırmızı  rəngli  pomidorun 
tərkibində  olan  likopin  piqmentinin  yüksək  antioksidant  xüsusiyyətlərə  malik  olduğu  aĢkar 
olunmuĢdur.  Likopin  insan  orqanizminin  müxtəlif  orqanlarında,  həzm  sistemində,  mədədə, 
ağciyərdə,  süd  vəzilərində,  qadınların  cinsi  orqanlarında  əmələ  gələn  xərçəngin  qarĢısını  alır. 
Likopinin  β-karotin  kimi  ―A‖  vitamininə  yaxın  olması,  ondan  iki  dəfə  artıq  antioksidant 
xüsusiyyətlərə malik olduğu müəyyən edildi. 
Likopin orqanizmdə olan zərərəli radikalların neytralaĢdırılmasında mühüm rol oynayır.  


202 
 
Likopin piqmenti ən çox xərçəng xəstəliyinə tutulmuĢ qadınlara müsbət təsir göstərir. Belə 
ki,  β-karotin  A  vitamininin  sələfi  hesab  edilir.  β-karotin  antioksidant  fəallığına  görə  2  dəfə  A 
vitaminindən güclüdür. Pomidoru ən çox bitki yağı, qaymaq və yaxud yağ təbiətli qida məhsulları 
ilə  yedikdə  yaxĢı  effekt  verir.  YaxĢı  olar  ki,  pomidoru  yağdan  düzəldilmiĢ  buterbrodla  qəbul 
edəsiniz. 
Harvard  Tibb  Ġnstitutunun  əməkdaĢları  isbat  etmiĢlər  ki,  parlaq  qırmızı  rəngli  pomidorun 
tərkibində  eləcə  də  tomatda  olan  likopin  ən  yaxĢı  köməkedici  vasitədir.  Həm  də  pomidorun 
tərkibindəki likopin yüksək temperaturda xörək və tomat hazırladıqda parçalanmır. 
Müalicəvi  xüsusiyyətlərinə  görə  parlaq  qırmızı  rəngli  pomidor  birinci,  tomat  Ģirəsi  və 
konservləĢdirmiĢ tomat isə ikinci yeri tutur.  
Nəzərə  almaq  lazımdır  ki,  ən  çox  açıq  sahələrdə  əkilmiĢ  tünd-qırmızı  pomidorda  likopin 
daha çox olur. Yəqin ki, istixana Ģəraitində becərilən qırmızı-sarı rəngli pomidorun dadı yaxĢı olsa 
da  müalicəvi xüsusiyyətləri çox aĢağı ola bilər. YaĢıl pomidor kalium elementi ilə zəngin olmasına 
baxmayaraq  tərkibində  likopin  maddəsi  yox  dərəcəsindədir.  Yapon  alimləri  bu  yaxınlarda  elm 
aləminə gözlənilməz bir xoĢ xəbər vermiĢlər. Onlar QĠÇS-ə qarĢı yeni preparatlar hazırlayan zaman 
tomat Ģirəsindən istifadə etməyə baĢlamıĢlar.  Hazırda tibb mütəxəssisləri xərçəng xəstəliyinə qarĢı 
profilaktik  vasitə  kimi  yetiĢmiĢ  tünd-qırmızı  rəngli  pomidor  yeməyi  məsləhət  görürlər. 
Mütəxəssislər hesablamıĢlar ki, orqanizmin likopinə qarĢı olan tələbatını təmin etmək üçün 400 q 
təzə pomidor, yaxud 2 stəkan təzə tomat Ģirəsi və ya 3 xörək qaĢığı tomat pastası qəbul etməlidirlər.  
Ġsrail həkimləri sübut etmiĢlər ki, likopindən nəinki profilaktika məqsədilə, hətta  xərçəngin 
müalicəsində  də  müvəffəqiyyətlə  istifadə  etmək  olar.  Likopin  xərçəng  hüceyrələrinə  güclü  təsir 
edərək onun inkiĢafını dayandırır. Pomidorun tərkibində qiymətli vitamin kompleksi olduğundan və 
tərkibində  az  miqdarda  kalori  saxladığından  xəstələr  pəhriz  zamanı  öz  xörəklərində  pomidordan 
geniĢ istifadə edirlər. Hazırda dünyada pomidorun 3000-ə qədər sortu əldə edilmiĢdir.  
Pomidordan xərçəng xəstəliyinə qarşı profilaktik xörəklərin hazırlanması. 
Tomat  içkisi:  bu  içki  təzə  pomidordan  hazırlanır.  Bunun  tərkibində  insan  orqanizmi  üçün 
qiymətli  maddələr  vardır.  Bu  da  orqanizmin  iĢ  qabiliyyətinin  saxlanmasına  Ģərait  yaradır.  Əgər 
xərçəng xəstəliyi baĢ verərsə, içkinin miqdarını 3-4 dəfə artırmaq məsləhət görülür. 
Bunun üçün 4 stəkan pomidor Ģirəsi, 1 xörək qaĢığı quru yarpız, 1 yumurta, bəzəmək üçün 
Ģüyüd, zövqünüzə görə duz və istiot götürün. 
Tomat Ģirəsini qaynadıb, zövqünüzə görə duz və istiot əlavə edin. AlınmıĢ kütlənin üzərinə 
yarpız  tozu  səpib  qarıĢdırın.  Hazır  içkini  ağzı  möhkəm  qapanmıĢ  ĢüĢə  bankaya  doldurub  15-20 
dəqiqə dəmləyib, süzüb və soyudun. 
Ġçməzdən  qabaq  stəkanın  kənarlarını  yumurta  zülalı  ilə  mazlayın.  Hazır  içkini  Ģüyüdlə 
bəzəyib qəbul edin. 
Pomidordan  müalicəvi  şorbanın  hazırlanması.  Pomidor  Ģorbasını  asanlıqla  hazırlamaq 
olar.  Bu  Ģorbanın  tərkibi  vitaminlərlə  zəngin  olub,  xoĢ  tamlı  vasitə  kimi  istifadə  oluna  bilər.  Belə 
Ģorba  italyan  kulinariyasına  məxsus  olmasına  baxmayaraq  rus  kulinariyasının  sevimlisinə 
çevrilmiĢdir. Ondan bir çox xalqların təbabətində müalicə məqsədləri üçün istifadə edilir.  
Bunun üçün 600 q pomidor, 1 ədəd kök, 250 q  xama, 1 çay qaĢığı kərə yağı, 200 q cəfəri 
kökü, 30 q un, 1 ədəd soğan, 1,5 stəkan su, Ģəkər, zövqünüzə görə duz və istiot götürün. 
Cəfəri  və  kökü  yuyub  təmizləyin.  Sonra  qabın  yarısına  qədər  su  əlavə  edib  odun  üzərinə 
qoyub  10-15  dəqiqə  qaynadın.  YuyulmuĢ  pomidoru  xırda  hissələrə  doğrayıb  baĢqa  bir  qazana 
töküb, o biri qazanda qalmıĢ suyu əlavə edib yağ və dairəvi doğranmıĢ soğan əlavə edin. Pomidor 
və  soğan  biĢib  hazır  olan  zaman  süzgəcdən  keçirib,  birinci  dəfə  alınmıĢ  məhlulun  üzərinə  əlavə 
edərək  süzün.  Qaynar  məhluldan  stəkanın  1/4  hissəsi  qədər  götürüb  çox  da  dərin  olmayan  qaba 
töküb,  üzərinə  un əlavə  edib  qarıĢdırın. AlınmıĢ  qarıĢığı  Ģorbaya  əlavə  edin.  Qaynama  dərəcəsinə 
çatdırıb, xama, duz, zövqünüzə görə Ģəkər əlavə edib süfrəyə verin. 
Pomidorla düyü şorbasının hazırlanması. Tomatdan hazırlanmıĢ bu yemək faydalı və dadlı 
olur. GörünüĢünü itirməmək üçün pomidoru həddindən artıq biĢirmək olmaz. 
500 q pomidor, stəkanın 1/3 hissəsi qədər biĢirilmiĢ düyü, 50 q sala, 2 ədəd kartof, 400 q ağ 
rəngli konservləĢdirilmiĢ lobya, 1 ədəd badımcan, 1 ədəd ĢəkərlənmiĢ meyvə, 1 ədəd soğan, 1 diĢ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə