197
qıcıqlanmaların müalicəsində sürtkü kimi istifadə edilir. Bitkidən alınan preparatları klinikalarda
sınaqdan keçirib onların bağırsaq pozğunluqlarında, köpmədə, ödqovucu, eləcə də bağırsağın və
uĢaqlıq yollarının eninə zolaqlı əzələ toxumalarına qıcıqlandırıcı təsiri müəyyən edilmiĢdir.
Bitkinin
tərkibindəki peqanın alkoloidindən isə miastetin, miopatenin müalicəsində təsiredici vasitə kimi
istifadə edilir (V.Ġ.Zafracnov və b., 1977). Bundan baĢqa xalq təbabətində bitkinin çiçək açan
dövründə gövdənin yuxarı hissəsini çiçəklə birlikdə kəsib götürərək istifadə edirlər. Bitkidən alınan
preparatların köməyi ilə soyuqdəymə, sidikqovucu, iĢlədici, ağrıkəsici, qurd əleyhinə, eləcə də
mədə-bağırsaq sisteminin nizama salınmasında iĢlədilir.
Uşaqlarda və yaşlılarda gecələr sidiyin saxlanmaması, həmçinin qəbizlik, bağırsaq
sisteminin zəifləməsi zamanı. 1,5 çay qaĢığı həcimində təzə otundan götürüb 1 stəkan qaynar suya
töküb 1 saat dəmləyib sonra süzün. Alınan dəmləmədən gündə 3-4 dəfə yeməkdən 10-15 dəqqiqə
əvvəl 1 xörək qaĢığı qəbul edilməsi məsləhətdir.
Xolesistit, piyelonefrit, həmçinin sidik kisəsində olan daşların müalicəsində. 2 xörək qaĢığı
doğranmıĢ təzə otundan götürüb 1 stəkan arağın içərsində 2 həftə saxlayıb süzün. 15 damcı gündə 3
dəfə yeməkqabağı qəbul edin.
Hepatitin, köpmənin, böyrək mənşəli şişlərin müalicəsində. 3 xörək qaĢığı doğıanmıĢ təzə
otundan götürüb, 0,5 litr qaynar suya əlavə edilir, 1 saat müddətində dəmlənir və sonra süzülür.
Alınan ekstraktdan gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul edilir.
Babasil zamanı. 2 hissə doğranmıĢ ot, 3 hissə qunduz və yaxud donuz piyi ilə qarıĢdırılıb 1
həftə saxlanılır. Sonra qızdırlaraq süzülür. AlınmıĢ açıq-yaĢıl rəngli mazdan axĢamlar ĢiĢmiĢ
nahiyəyə sürtülür. Daxilə isə qızdırılmıĢ mazı tənzifdən hazırlanmıĢ tampona hopturulub
soyudularaq anal dəliyinə ehtiyatla yeridilir və 4-5 saat saxlanılır. Əməliyyat gündə 2-3 dəfə təkrar
edilir.
Prostat vəzinin adenomasında. Tampon yeritməzdən əvvəl gecələr anal dəliyinə mazdan
sürtülür.
2-ci üsulla mazın hazırlanması. Bərabər miqdarda qurdotu çiçəyi, palıd qabığı, su bibəri
götürülür, qarıĢdırılaraq 12 saat ərzində əridilmiĢ donuz piyində saxlanılır. QarıĢığı tez-tez
qarıĢdırmaq lazımdır. Sonra isə süzülür. Alınan məhlul ĢuĢə bankaya tökülür. Bu mazdan tampon
Ģəkilində anal dəliyinə yeridilərək 4-5 saat müddətində saxlanır. Bu əməliyyatdan sonra xəstə
Ģiddətli ağrıdan və qanaxmadan azad olur.
Müalicəni vəziyyət yaxĢılaĢana qədər davam etdirmək məsləhətdir.
Traxoma zamanı. 1 xörək qaĢığı doğranmıĢ təzə otdan götürülüb 1 stəkan qaynar suda
yarım saat müddətində dəmlənir. Alınan ekstraktla gündə 4-5 dəfə gözlərin yuyulması məsləhətdir.
Üzdə olan
civzələrin təmizlənməsində, bu bitkidən alınan sulu dəmləmə çox boyük rol oynayır.
Diqqət! Bitki zəhərli olduğu üçün ondan istifadə edən zaman qeyd olunan miqdara düzgün
riayət etmək lazımdır.
Biz bitkinin çiçəklərindən ilk dəfə olaraq boya ekstrakrı hazırlayıb yun ipdə sarı-narıncı,
qızılı-sarı, parlaq-narıncı, zeytunu-sarı, tütünü-qonur, yaĢıl, açıq-qəhvəyi və s. rəng və çalarlar
alınmasına nail olmuĢuq.
BADIMCANÇĠÇƏKLĠLƏR – Solanaceae Juss. fəsiləsi
Kartof – Solanum tuberosum L.
Badımcançiçəklilər fəsiləsi 90 cinsi və 2000-ə qədər növü əhatə edib, əsasən dünyanın
tropik və subtropik ərazilərində yayılmıĢdır. Fəsiləyə daxil olan cinslərdən kartof, pomidor,
badımcan qırmızı bibər, tütün, maxorka və s. xalq təsərrüfatının müxtəlif sahələrində istifadə edilir.
Bu
cinslərdən biri də Solanum L.
-dir.
Solanum L. - badımcan cinsi 1700 növü əhatə edir. Ağac, kol və ot formasında olub ən çox
tropik və subtropik ərazilərdə yayılmıĢdır.