73
Ziyilotu və yaxud dəmrovotu –
Chelidonium L.
cinsinin dünya florasının tərkibində 3 növünə təsadüf
etmək olar. Bu cinsin Qafqazda, o cümlədən Azərbaycanda
1 növünə -
C. majus L.-ə rast gəlmək olar. Bu hündürüyü
80-100 sm olub, düzduran, yuxarı hissədən budaqlanan
çoxillik ot bitkisidir. Yarpaqları növbəlidir, 2-8 sm
uzunluğunda, 5 sm enində olub üzəri qıvrım yumĢaq
tükcüklərlə örtülmüĢdür. Çiçəkləri sarı rəngdə olub çətir
formasında hamaĢçiçəkdə toplanmıĢdır. Bitki may-iyun
aylarında çiçək açır, avqust ayında meyvə verir.
Ziyilotu Azərbaycanda Böyük Qafqazın Quba
ərazisində, Kür-Araz düzənliyində, Böyük Qafqazın qərb
zonalarında, Alazan-Əyriçay sahillərində, Kiçik Qafqazın
Ģimal və cənub ərazilərində, Lənkəranın düzən və dağlıq
zonalarında yayılmıĢdır. Bundan baĢqa ona meĢəliklərdə,
meĢə açıqlıqlarında, əkin sahələrində və zibilliklərdə daha
çox təsadüf edilir. Müxtəlif ölkələrin xalqları dəmrovotuna
ziyillik, ziyil, sarı südlü, qırmızı südlü, sarı süd, ilə sabunu
və s. adlar verilmiĢdir.
Müalicə məqsədləri üçün
bitkinin kök, ot və çiçək hissələrindən istifadə edilir.
Kiınyə
vi tərkibi. Bitkinin bütün hissələrinin tərkibindən, o cümlədən ot hissəsindən 0,97-
1,87%, kökündən 1,9-4,14% alkaloid maddələri aĢkar edilmiĢdir. Alkaloid maddələri aĢağıdakı
tərkibdən: xelidonin – C
20
H
19
O
5
N, romoxelidonin – C
21
H
23
O
5
N, xellritrin - C
21
H
19
O
5
N,
metoksuxelidonin – C
21
H
21
O
6
N, oksixelidonin – C
20
H
17
O
6
N, sanqvinarin – C
20
H
15
O
5
N və s.-dən
ibarətdir. Bundan baĢqa bitkinin otunun tərkibindən alkoloid, efır yağı, 171 mq% C və 14,9 mq%-ə
qədər A vitaminləri, xelidon, alma, limon və kəhrəba turĢuları, flavonoid və saponin maddələri,
toxumlarından isə 40-68%-ə qədər yağ və lipaza aĢkar edilmiĢdir.
Farmakoloji təsiri. Sulu ekstraktı ilə dəriyə təsir etdikdə qıcıqlandırma, dəri altına
yeritdikdə isə ağrı reaksiyaları əmələ gətirir. Qana yeritdikcə, döyüntülərin azalmasına və nəfəsin
dərinləĢməsinə səbəb olur (S.O.Çervinskiy). Dəmrovotunun alkoloidləri ağrıkəsici, bakterosid,
xüsusiyyətlərə malikdir. Bunlar mərkəzi sinir sisteminə sakitləĢdirici təsir göstərir. Homoxelidonin
kimyəvi quruluĢuna görə papaverinə yaxın olub spazmatik xüsusiyyətlərə ınalikdir.
1893-cü ildə X.Haqcr qeyd edir ki, xelidonin alkoloidi öz müalicəvi təsirlərinə görə morfıni
xatırladır. Ġbn Sina yazır ki, dəmrovotunu çeynədikdə diĢ ağrıları sakitləĢir.
V.K.Varlix yazır ki, müalicə məqsədləri üçün bitkidən çiçək açan zaman toplanan ot
hissəsinin müalicəvi effekti daha yüksək olur. QurudulmuĢ ot tərkibindəki süd Ģirəsinin 80%-ni
itirdiyinə görə, dərman preparatlarını ancaq bitkinin yaĢıl yaĢ hissəsindən hazırlamaq lazımdır. Bir
çox tədqiqatçılar V.K.Varlixin bu fıkri ilə razılaĢmırlar. Alimlər qeyd edirlər ki, bitkinin otunu
qurudan zaman onun tərkibindəki maddələr itmir, əksinə bitkinin tərkibində pıxtalaĢır və onun
müalicəvi təsirini artırır. Dəmrovotunun süd formalı Ģirəsi dəriyə yandırıcı təsir edib, qabarlar əmələ
gətirir.
Tibbdə istifadə olıınması. Elmi təbabətdə dəmrovotundan hazırlanan preparatlardan sarılıq,
podaqra, sidikqovucu, zəif iĢlədici, mədə yaraları ağrılarının sakitləĢdirilməsi, yaraların, dəri
xəstəliklərinin, o cümlədən dəri vərəmlərinin, eləcə də ziyillərin müalicəsində geniĢ istifadə edilir
(B.Q.Volmski və b., 1978).
Xalq təbabətində isə dəri və qırmızı qurdeĢənəyi - dəri vərəminin müalicəsində hazırlanan
sulu ekstraktlardan istifadə edilir. Bunun üçün 1 xörək qaĢığı bitkidən götürüb 0,5 litr qaynar suyun
içərisinə töküb 1 saat dəmləyib süzün. Sonra aldığınız dəmləmədən gündə 3 dəfə yarım stəkan
daxilə qəbul edin. Yerli əhali dəmrovotunun süd Ģirəsi çox olan yaĢıl hissəsindən sulu və s. spirtli
ekstrakt və cövhərlər hazırlayıb ziyil, çiban, döyənək, dəridə əmələ gələn tünd ləkələrin, eləcə də
zəhərlənmə əleyhinə istifadə edirlər (A.D.Turova, 1974). KuybıĢev Tibb Ġnstitutunun cərrahiyyə
kafedrasının bir qrup alimləri dəmrovotundan hazırlanan preparatlarla müxtəlif xəstələr üzərində