Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   33   34   35   36   37   38   39   40   ...   149

73 
 
Ziyilotu  və  yaxud  dəmrovotu  –  Chelidonium  L. 
cinsinin  dünya  florasının  tərkibində  3  növünə  təsadüf 
etmək olar. Bu cinsin Qafqazda, o cümlədən Azərbaycanda 
1  növünə  -  C.  majus  L.-ə  rast  gəlmək  olar.  Bu  hündürüyü 
80-100  sm  olub,  düzduran,  yuxarı  hissədən  budaqlanan 
çoxillik  ot  bitkisidir.  Yarpaqları  növbəlidir,  2-8  sm 
uzunluğunda,  5  sm  enində  olub  üzəri  qıvrım  yumĢaq 
tükcüklərlə  örtülmüĢdür.  Çiçəkləri  sarı  rəngdə  olub  çətir 
formasında  hamaĢçiçəkdə  toplanmıĢdır.  Bitki  may-iyun 
aylarında çiçək açır, avqust ayında meyvə verir. 
Ziyilotu  Azərbaycanda  Böyük  Qafqazın  Quba 
ərazisində,  Kür-Araz  düzənliyində,  Böyük  Qafqazın  qərb 
zonalarında,  Alazan-Əyriçay  sahillərində,  Kiçik  Qafqazın 
Ģimal  və  cənub  ərazilərində,  Lənkəranın  düzən  və  dağlıq 
zonalarında  yayılmıĢdır.  Bundan  baĢqa  ona  meĢəliklərdə, 
meĢə açıqlıqlarında, əkin sahələrində və zibilliklərdə daha 
çox təsadüf edilir. Müxtəlif ölkələrin xalqları dəmrovotuna 
ziyillik, ziyil, sarı südlü, qırmızı südlü, sarı süd, ilə sabunu 
və s. adlar verilmiĢdir. 
Müalicə məqsədləri üçün bitkinin kök, ot və çiçək hissələrindən istifadə edilir. 
Kiınyəvi  tərkibi.  Bitkinin  bütün  hissələrinin  tərkibindən,  o cümlədən  ot  hissəsindən  0,97-
1,87%,  kökündən  1,9-4,14%  alkaloid  maddələri  aĢkar  edilmiĢdir.  Alkaloid  maddələri  aĢağıdakı 
tərkibdən:  xelidonin  –  C
20
H
19
O
5
N,  romoxelidonin  –  C
21
H
23
O
5
N,  xellritrin  -  C
21
H
19
O
5
N, 
metoksuxelidonin  –  C
21
H
21
O
6
N,  oksixelidonin  –  C
20
H
17
O
6
N,  sanqvinarin  –  C
20
H
15
O
5
N  və  s.-dən 
ibarətdir. Bundan baĢqa bitkinin otunun tərkibindən alkoloid, efır yağı, 171 mq% C və 14,9 mq%-ə 
qədər  A  vitaminləri,  xelidon,  alma,  limon  və  kəhrəba  turĢuları,  flavonoid  və  saponin  maddələri, 
toxumlarından isə 40-68%-ə qədər yağ və lipaza aĢkar edilmiĢdir. 
Farmakoloji  təsiri.  Sulu  ekstraktı  ilə  dəriyə  təsir  etdikdə  qıcıqlandırma,  dəri  altına 
yeritdikdə isə  ağrı  reaksiyaları  əmələ  gətirir.  Qana  yeritdikcə,  döyüntülərin  azalmasına  və  nəfəsin 
dərinləĢməsinə  səbəb  olur  (S.O.Çervinskiy).  Dəmrovotunun  alkoloidləri  ağrıkəsici,  bakterosid, 
xüsusiyyətlərə malikdir. Bunlar mərkəzi sinir sisteminə sakitləĢdirici təsir göstərir. Homoxelidonin 
kimyəvi quruluĢuna görə papaverinə yaxın olub spazmatik xüsusiyyətlərə ınalikdir. 
1893-cü ildə X.Haqcr qeyd edir ki, xelidonin alkoloidi öz müalicəvi təsirlərinə görə morfıni 
xatırladır. Ġbn Sina yazır ki, dəmrovotunu çeynədikdə diĢ ağrıları sakitləĢir. 
V.K.Varlix  yazır  ki,  müalicə  məqsədləri  üçün  bitkidən  çiçək  açan  zaman  toplanan  ot 
hissəsinin  müalicəvi  effekti  daha  yüksək  olur.  QurudulmuĢ  ot  tərkibindəki  süd  Ģirəsinin  80%-ni 
itirdiyinə görə, dərman preparatlarını ancaq bitkinin yaĢıl yaĢ hissəsindən hazırlamaq lazımdır. Bir 
çox  tədqiqatçılar  V.K.Varlixin  bu  fıkri  ilə  razılaĢmırlar.  Alimlər  qeyd  edirlər  ki,  bitkinin  otunu 
qurudan  zaman  onun  tərkibindəki  maddələr  itmir,  əksinə  bitkinin  tərkibində  pıxtalaĢır  və  onun 
müalicəvi təsirini artırır. Dəmrovotunun süd formalı Ģirəsi dəriyə yandırıcı təsir edib, qabarlar əmələ 
gətirir. 
Tibbdə istifadə olıınması. Elmi təbabətdə dəmrovotundan hazırlanan preparatlardan sarılıq, 
podaqra,  sidikqovucu,  zəif  iĢlədici,  mədə  yaraları  ağrılarının  sakitləĢdirilməsi,  yaraların,  dəri 
xəstəliklərinin, o cümlədən dəri vərəmlərinin, eləcə də ziyillərin müalicəsində geniĢ istifadə edilir 
(B.Q.Volmski və b., 1978). 
Xalq təbabətində isə dəri və qırmızı qurdeĢənəyi  - dəri  vərəminin müalicəsində hazırlanan 
sulu ekstraktlardan istifadə edilir. Bunun üçün 1 xörək qaĢığı bitkidən götürüb 0,5 litr qaynar suyun 
içərisinə  töküb  1  saat  dəmləyib  süzün.  Sonra  aldığınız  dəmləmədən  gündə  3  dəfə  yarım  stəkan 
daxilə qəbul edin. Yerli əhali dəmrovotunun süd Ģirəsi çox olan yaĢıl hissəsindən sulu və s. spirtli 
ekstrakt  və  cövhərlər  hazırlayıb  ziyil,  çiban,  döyənək,  dəridə  əmələ  gələn  tünd  ləkələrin,  eləcə  də 
zəhərlənmə  əleyhinə  istifadə  edirlər  (A.D.Turova,  1974).  KuybıĢev  Tibb  Ġnstitutunun  cərrahiyyə 
kafedrasının  bir  qrup  alimləri  dəmrovotundan  hazırlanan  preparatlarla  müxtəlif  xəstələr  üzərində 


74 
 
təcrübə apararaq belə bir nəticəyə gəliblər ki, bu preparatlarla yoğun bağırsaqda əmələ gələn ĢiĢ və 
urları müalicə etmək olar. 
V.Ġ.Zavrajnov  və  baĢqaları  (1977)  qeyd  edirlər  ki,  dəmrovotunun  baĢqa  bitkilərlə  qarıĢığı 
bronxial  astmanı,  damarlarda  baĢ  verən  revmatizmi,  ekzemanı,  psoriazı,  papilamatozanı,  dodaq 
nahiyəsində əmələ gələn xərçəngin, parodontozıın müalicə olunmasında istifadə edilir. 
V.Ġ.Popova və baĢqaları yazırlar ki, dəmrovotundan alınan süd-Ģirə ağrıların, qara ciyər  və 
öd yollarının, mədə və bağırsaq yaralarının müalicəsində geniĢ istifadə olunur. 
Dəmrovotundan dərman preparatlarının hazırlanması. 
Dəmrovotu  cövhəri.  Bunu  hazırlamaq  üçün  bitkinin  təzə  otundan  həm  də  qurudulmuĢ 
hissəsindən  istifadə  etmək  olar.  Bunun  üçün  kolu  kökü  ilə  yerdən  qazıb  çıxan  və  torpaqdan, 
qurumuĢ  yarpaqlarından təmizləyib, kökü ehtiyatla  yuyun.  Bitkini xırda hissələrə doğrayıb,  yarım 
litrlik bankaya töküb, üzərinə qaynar su əlavə edin və ağzını qapaqla möhkəm örtüb tam soyuyana 
qədər saxlayıb süzün. Sonra alınmıĢ dəmləmədən gündə 3 dəfə 100 ml yeməyə 15-20 dəqiqə qalmıĢ 
qəbul  edin.  Cövhəri  hər  gün  hazırlayıb  təzə  halda  istifadə  edin.  Müalicə  kursu  uzunmüddətlidir. 
Müalicəni sağalana qədər davam etdirin. Bir həftə qəbul etdikdən sonra 2 gün fasilə verin. 
Dəmrovotundan südəoxsar sirənin hazırlanması. Bunun üçün dəmrovotunu kök hissəsi ilə 
birlikdə qazıb çıxardın və torpaqdan təmizləyib, sakit axan suda yuyun. Sonra kökün ucunu kəsin, 
süd Ģirəsi kəsik yerdən qaba toplanmağa baĢlayacaqdır. AlınmıĢ Ģirədən dəridə baĢ verən yaraların, 
səpgilərin, qaĢınmaların üzərinə sürtüb müalicə edin. Kökün ikinci dəfə kəsilməsi 0,5-1,0 sm yuxarı 
hissəsindən  aparılmalıdır.  Bitkidən  Ģirənin  alınmasını  südəbənzər  maddənin  axıb  qurtarmasına 
qədər davam etdirin. 
Dəmrovotu  Ģirəsi.  Bu  üsul  imkan  verir  ki,  bitkidən  dərman  xammalı  kimi  uzun  müddət 
istifadə edilsin. 
Kökü ilə birlikdə çıxarılmıĢ bitkini torpaq və qurumuĢ yarpaqlardan təmizləyib, ancaq kök 
hissəsini sakit axar suda yuyub bütöv halında ət maĢınından keçirin. Əldə olunmuĢ  yaĢ tünd-yaĢıl 
kütləni sıxıb Ģirəsini çıxarın və ĢüĢə flakonlara doldurub ağzını tıxacla bağlayıb bərkidin. Flakonu 
elə  doldurun  ki,  tıxacla  Ģirə  arasında  1-2  sm  məsafə  qalsın.  ġirəni  qaranlıq  yerə  qoyub  1-2  gün 
saxlayın. Sonra tıxacı çıxarıb havanı buraxın. Bu əməliyyatı flakonda olan havanın tamamilə çıxıb 
qurtarmasına  qədər  davam  etdirin.  Flakonları  qaranlıq  və  sərin  yerdə  saxlayın.  AlınmıĢ  Ģirəni 
soyuducuda  saxlamaq  olmaz.  Bu  üsulla  hazırlanan  dəmrov  Ģirəsi  uzun  müddət  (azı  5  il)  qaldıqda 
belə  öz  təsir  gücünü  itirmir.  Havanın  tam  çıxıb  qurtardığı  halda  flakonda  olan  qıcqırma  prosesi 
demək  olar  ki,  tam  qurtarmıĢdır.  Bu  zaman  flakonda  qalan  Ģirə  kəhrəba  rəngində  olmalıdır. 
Flakonun dibində çöküntü halında tünd-yaĢıl kütlə əldə olunacaqdır. Dərman preparatmdan istifadə 
edən zaman elə davranılmalıdır ki, Ģirə çöküntü ilə qarıĢmasın. Alınan mazdan dəri üzərində əmələ 
gələn  xərçəng,  qırmızı  qurdeĢənəyi,  dəri  vərəmini  müalicə  etmək  üçün  gündə  3-4  dəfə  sürtmək 
məsləhət görülür. 
Dəmrovotu dəmləməsi. Bunun üçün təzə otundan çiçəklə birlikdə 4 xörək qaĢığı götürüb 6 
stəkan  qaynar  suya  töküb,  su  hamamının  üzərinə  qoyub  5-7  dəqiqə  qaynadın,  4-5  saat  dəmləyib 
süzün.  Sonra  aldığınız  ekstraktdan  gündə  3  dəfə  yeməyə  15-20  dəqiqə  qalmıĢ  qəbul  edin.  Hər 
qəbuldan sonra 10 dəqiqə 2-3 xörək qaĢığı süzgəcdən kecirilmiĢ sıyığı yeyin. Hər həftədən bir 2-3 
gün  ara  verib  müalicə  kursunu  davam  etdirin.  Dəmrovotundan  vanna  düzəldib  qəbul  etməklə 
yanaĢı, onunla yuyunmaq da olar. 
Ekstraktın hazırlanması. Bunun üçün 5 xörək qaĢığı dəmrovotunun qurudulmuĢ ot və çiçək 
hissələrindən  götürüb  400  ml  40%-li  etil  spirtinin  üzərinə  töküb,  qaranlıq  yerdə  10  gün  saxlayın. 
Ekstraktı  çalxalayıb  süzün.  Sonra  alınmıĢ  cövhəri  bir  neçə  qatdan  ibarət  olan  tənzifə  çökdürüb 
dəridə olan səpgi və yaraların üzərinə sürtün. Həmçinin 0,5 stəkan suya 5-10 damcı cövhər töküb 
qəbul etdikdən sonra 50 ml bağayarpağı Ģirəsi için. 
Dəmrovotundan  mazın  hazırlanması.  Dəmrovotundan  alınmıĢ  ekstraktdan  götürüb  1:2 
nisbətində spirt və donuz piyi ilə qarıĢdırıb su hamamında qızdırın. Spirt buxarlanıb qurtarana qədər 
saxlayın.  Sonra  alınan  kütləni  soyudub  tünd  ĢüĢə  bankalara  doldurub  saxlayın.  Aldığınız  mazdan 
dərinizdə əmələ gələn çiban, civzə və yaraların üzərinə sürtün. 
Dəmrovotu şirəsilə bal qarışığı. Dəmrovotu Ģirəsini balla bərabər 1:1 nisbətində götürüb su 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə