Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.

səhifə45/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
1   ...   41   42   43   44   45   46   47   48   ...   149

89 
 
GÜLÇĠÇƏKLĠLƏR – Rosaceae Juss. fəsiləsi 
Dərman sincanotu (qanbatı) – Sanguisorba officinalis L. 
 
Dünya  florasının  tərkibində  Gülçiçəklilər  fəsiləsinin  120  cinsi  və  2000-dən  artıq  novü 
yayılmıĢdır. Bu növlərin əksəriyyəti Ģimal zonasının mülayim ərazilərində təsadüf edilir.  Sincanotu 
cinsinin elmə 20-yə yaxn növü məlumdur. Qafqazda, o cümlədən Azərbaycanda bir növü – dərman 
sincanotu – Sanguisorba offıcinalis L. yayılmıĢdır. «Sanguisorba» latınca qankəsici deməkdir. 
Dərman sincanotu – hündürlüyü bir metr, odunlaĢmıĢ üfiqi istiqamətdə yerləĢən kökümsova 
və  uzun  köklərə  malik  ot  bitkisidir.  Gövdəsi  budaqlanan,  qabırğalıdır.  Kökətrafı  yarpaqları  uzun 
saplaqlı, lələkvari, gövdə yarpaqları oturaq olub, 6 sm uzunluğunda uzunsov-
yumurtavari, kənarları iti diĢlidir. Tünd-qəhvəyi, qırmızı, xırda çiçəkləri oval 
və  slindrik  baĢcıqlı  sünbülçiçək  qrupunda  toplanmıĢdır.  Meyvəsi  açıq- 
qəhvəyi, quru toxumdan ibarətdir. Ġyun-avqust aylarında çiçək açır, meyvəsi 
avqust-sentyabrda yetiĢir. 
Azərbaycanda  Böyük  və  Kiçik  Qafqaz  dağlarının  çəmənliklərində, 
Quba-Qusar  zonasında  yayılmıĢdır.  Ona  nəmli çəmənliklərdə  də  rast  gəlmək 
olar. 
Kök  və  kökümsovları  aĢı  maddələri  ilə  zəngindir.  Kökümsovun 
tərkibində  12-13%,  kökündə  16-17%,  fırının  tərkibində  isə  23%-ə  qədər  aĢı  maddəsi  aĢkar 
edilmiĢdir. Bundan əlavə kökündə 2,4-3,0%-ə qədər saponin, 1,8% efır yağı, kempferol, kversetin 
flavonoidləri, 29% niĢasta, A, B, C, D, E vitaminləri və s. tapılmıĢdır. 
Kökümsov kökünün tərkibində 8,13%-ə qədər kül maddəsi, mq/q-la: 5,80 - K, 23,10 - Ca, 
2,90 - Mg, 0,40 - Fe makroelementləri, mkq/q-la 0,47 - Mn, 0,03 - Cr, 0,31 - Al, 5,71 - Ba, 0,12 - V, 
1,15  -  Ni,  6,14  -  Sr,  0,06  -  Pb,  0,10  -  J  mikroelementləri  aĢkar  edilmiĢdir.  Dərman  və  kosmetika 
sahəsində  kökləri  ilə  birlikdə  kökümsovlarından  da  istifadə  edilir.  Avqust  və  senlyabr  aylarında 
kökləri torpaqdan qazılıb çxarılır, soyuq su ilə yuyulub təmizlənir və açıq havada qurudulur. 
Elmi təbabətdə qurudulmuĢ kökümsovlardan (sulu biĢirmə və spirtli duru ekstrakt halında) 
qankəsici  dərman  kimi  babasil  və  uĢaqlıq  qanaxmalarında,  ĢiĢlərin  müalicəsində, həmçinin  mədə-
bağırsaq  xəstəliklərində,  dizenteriyada  və  kəskin  xroniki  enterokolitlərdə  büzüĢdürücü,  antiseptik, 
iltihab və öskürək əleyhinə dərman kimi istifadə edilir. 
Anginanın, gingivitin, stomatitlərin müalicəsində də iĢlədilir. 
 Xalq  təbabətində  qurudulmuĢ  köklərini  və  yarpaqlarını  ayrı-ayrılqda  çay  kimi  dəmləyib 
qarın ağrılarında, ishalda, dizenteriyada, yuxarı tənəffüs  yolları soyuqdəymələrində bəlğəmgətirici 
vasitə  kimi  istifadə  edirlər.  Sulu  dəmləməsindən  uĢaqlıq  qanaxmalarında  qankəsici  vasitə  kimi 
iĢlədirlər. 
Kosmetika və dermatologiya sahəsində kök, eləcə də kökümsovundan hazırlanan dəmləmə, 
cövhər  və  məlhəmlərdən  irinli  yaraların  təmizlənməsində,  vena  soyuqdəymələrində,  ekzema 
qaĢınmalarında  istifadə  edirlər.  BaĢqa  bitkilərlə  qarıĢdırıb  tükün  dibinin  möhkəmləndirilməsi 
məqsədilə  də  iĢlədilir.  Sincanotundan  hazırlanan  vannalardan  dəriyə  yaxın  venaların  normal  hala 
salınmasında  istifadə  olunur.  Dərman  sincanotundan  Fransa,  PolĢa,  Bolqarıstan,  Slovakiya  və  s. 
ölkələrin kosmetika sahələrində istifadə edilir. 
Biz isə bitkinin kök və kökümsovlarından ilk dəfə aĢı təbiətli boyaq məhlulu hazırlayıb yun 
və ipək məmulatlarını sarımtıl-boz, sarı, boz, bozumtul-qəhvəyi, yaĢılımtıl-boz, yaĢılımtıl, mixəyi, 
qonur,  tütünü,  tütünü-sarı,  zeytunu  və  s.  rəng  və  çalarlara  boyadıq.  Sincanotunun  kök  və 
kökümsovlarından alınan aĢı və boyaq təbiətli qatı ekstraktından ətriyyat-kosmetika, sabunbiĢirmə 
və gön-dəri sənayelərində istifadə etmək olar.  
 
Qaytarma – Potentilla L. 
 
Gülçiçəklilər fəsiləsinə aid olub ən mühim əhəmiyyət kəsb edən cinslərdən biri də qaytarma 
–  Potentilla  L.-dir.  Cinsin  tərkibində  500-ə  qədər  növ  formalaĢmıĢdır.  Bitkinin  Qafqazda  50-yə 
yaxın, Azərbaycanda isə 30-31 növünə təsadüf edilir. Cinsə daxil olan növlər qida, ədviyyat, boyaq, 


90 
 
aĢı, dərman təbiətli və dekorativ bitkilərdir.  
Qaytarma cinsinin düzqalxan – Potentilla erecta (L.) Raeusch., ördək qaytarma P. anserina 
L.  və  s.  növlərindən  qida,  ədviyyat,  boyaq,  aĢı,  müalicə  və  s.  məqsədlər  üçün  istifadə  edilir.  Bu 
növlərdən  ən  əhəmiyyətlisi  isə  düzqalxan  qaytarmadır.  Bu  bitkini  təbiətdə  asanlıqla  tapmaq  olar. 
Belə  ki,  baĢqa  növlərdən  fərqli  olaraq,  onun  çiçəkləri  4 ədəd  parlaq-sarı  rəngli  ləçəklərdən  ibarət 
olması ilə fərqlənir.  
 Düzqalxan  qaytarmanın  müalicəvi  xüsusiyyətləri  ilə  insanlar  hələ  XIV  əsrdə  tanıĢ  olmağa 
baĢlamıĢlar. Ġnsanlar bu dövrdə bitkidən ədviyyat xammalı kimi balıq sənayesində, sonralar spirtli 
içkilər,  dərilərin  aĢılanmasında,  parçaların  boyadılmasında,  yarpaqlarından  isə  ət  və  toyuq 
xörəklərinin tərkibinə  ədviyyat qatqısı kimi istifadə edirdilər.  
Düzqalxan  qaytarma  –  Potentilla  erecta  (L.)  Raeusch.  
Hündürlüyü  20-25  (50)  sm-ə  qədər  olan  kökü  yumru  oduncaqvari, 
çoxillik  ot  bitkisidir.  AĢağıda  yerləĢən  yarpaqları  saplağından 
uzundur.  Orta  və  yuxarıda  yerləĢən  yarpaqları  oturandır.  Çiçəkləri 
gövdə  üzərində  tək-tək  yerləĢmiĢ,  qızılı-sarı  rəngli  4  ləçəkdən 
ibarətdir. Bitki may-iyun aylarında çiçək açır. Ġyul-avqust aylarında 
meyvə  verir.  Bitkiyə  Azərbaycanda  Böyük  Qafqazın  Quba 
ərazilərində,  o  cümlədən  orta-dağ  yamaclarında,  meĢələrin  yuxarı 
hissələrində, çəmənliklərdə təsadüf edilir.  
 Qədimdə spirt çəkənlər qaytarmanı çox sevirdilər. Çünki, qaytarmanın qurudulmuĢ otu ilə 
spirti  konyak  rənginə  boyayırdılar.  Bu  spirtin  kəskin  iyini  yumĢaldırdı  (aradan  qaldırırdı). 
Qaytarmanın kökündən alınan ekstraktlarla yüz illərdir ki, qanlı ishala qarĢı istifadə edildiyinə görə 
bitkiyə qankəsici kök, ishal kökü və s. adlar verilmiĢdir.  
Bitkinin  latınca  adının  mənası  ―qüvvə,  güc‖  deməkdir.  Xalq  arasında  bitkini  qırmızı  kök, 
güclü, palıdlıq, darcıq, yeddibarmaq və s. adlarla tanıyırlar.Bitkidən hazırlanan preparat apteklərdə 
―kalqan kökü‖ – Tormentillae  rhizoma adı ilə satılır. 
Bitkinin  kökünün  tərkibində  tormentol  efiri  (C
35
H
50
O
10
),  tormentil  qlükozid,  flobafen, 
flavanoidlərdən:  kempferol,  6%-ə  qədər  triterpenoid  maddələrindən  –  xinovikov  turĢusu, 
termentezid,  flobafen,  fenolkarbon  turĢularından:  qall,  kofein,  n-kumarin,  protokaxinlərdən: 
katexin,  qallokatexin,  epiqallotexin,  qallokatexinqallat,  epiqallokatexinqallat,  niĢasta,  mum,  qətran 
və s. aĢkar edilmiĢdir. Bundan baĢqa kökümsovunda 5,03 % kül, mq olmaqla: K - 6,10, Ca - 7,40, 
Mg - 0,80, Fe - 0, 40 makroelementləri, mkq/q-la: Mn - 250,0, Cu - 1,04, Zn - 2,02, Co - 0,96, Cr - 
0,02,  Al  - 0,25,  Ba  - 3,06, V  - 0,09, Se  - 6,70, Ni  - 1,34,  Sr  - 0,81, Pb  - 0,28,  I  -  0,25, B  - 24,80 
mikroelementləri aĢkar edilmiĢdir.  
Düzqalxan  qaytarmanın  soyuqdəymə  əleyhinə  büzüĢdürücü,  bakterisid  təsir  göstərməsinə 
əsas  səbəb  kökündə  olan  aĢı  maddəsi,  ən  çoxu  isə  katexin  birləĢmələridir.  Qaytarmadan  alınan 
ekstraktların  köməyi  ilə  qan  kapilyarlarının  qırılmasının  qarĢısının  alınmasında,  damar 
yığılmalarında,  qankəsici  və  s.  vasitə  kimi  istifadə  edilir.  Bitkini  mədənin  köməkçisi  də 
adlandırmaq  olar.  Bitki  ishalın  qarĢısını  alır.  Mədə-bağırsaqda  baĢ  verən  bakteriya  pozuntularını 
aradan qaldırmaqla yanaĢı mədə qanaxmalarını da dayandırır. Ġshal zamanı qaytarmadan hazırlanan 
çaylardan istifadə edilir. Bu resepti hər bir ailə yazıb yadda saxlamalıdır. Bunun üçün 1 çay qaĢığı 
otundan 150 ml qaynar suya töküb vam odun üzərində 10 dəqiqə saxlayıb süzün. Gündə 2-3 dəfə, 
yeməkdən sonra 1 fincan qəbul edin. Bu cür müalicəvi çaydan enterit, enterokolit, dispepsiyanı və 
s. xəstəliklərin müalicəsində istifadə edilir.  
Elmi  təbabətdə  bitkinin  kökündən  hazırlanan  dəmləməsindən  ağız  və  udlaq 
soyuqdəymələrində  stomatit,  gingivit,  faringitdə,  anginada  və  s.  iĢlədilir.  Bunun  üçün  20  q 
qurudulmuĢ kök hissəsindən götürüb 1 litr suya töküb 10 dəqiqə biĢirin. Sonra süzüb azca soyudub 
boğazınızı qarqara edin.  
Ġrinli  yaraların,  dəri  çatlamalarının,  yanıqların  və  donvurmaların  müalicəsində  qaytarma 
dəmləməsindən  istifadə  edilir.  Dəridə  baĢ  verən  nasazlıqları  aradan  qaldırmaq  üçün  daha  qatı 
ekstraktı iĢlədilir.  Bunun  üçün  2  xörək  qaĢığı  doğranmıĢ  hissəsindən  götürüb  250  ml  suya  töküb, 
qaynadıb  ekstraktını  alıb  süzün.  Bu  ekstrakt  babasil  ĢiĢlərində,  eləcə  də  qadın  xəstəliklərində,  o 




Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   149


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə