Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   38   39   40   41   42   43   44   45   ...   149

83 
 
surətdə əkilib becərilir. KeçmiĢ SSRĠ-də  isə Volqa sahillərində Saratov, Rostov, Stavropol, Qərbi 
Sibir, Qazaxıstan ərazilərində əkilib becərilirdi.  
Botaniki  xarakteristikası:  Bu  saçaqlı  kökləri  2-3  m  yerin  dərinliyinə  iĢləyən  birillik  ot 
bitkisidir.  Gövdəsinin  hündürlüyü  1,5  m  olub  budaqlanan  yaĢılımtıl  rəndədir.  AĢağı  yarpaqları 
saplaqlı,  Ģara  bənzər,  lələkvari,  daraqvari,  yuxarıdakılar  oturacaqlı  və  ya  qısa  saplaqlı,  bütöv, 
uzunsov-xətvaridir.  HamaĢ  çiçəkləri  salxımdır.  Meyvəsi-nazik  uzunsov,  3-5  sm  uzunluğunda 
iynəvari dimdikdir. Toxumları Ģarvari, qırmızımtıl-qəhvəyidir. 1000 ədədinin çəkisi 2-4 qramdır.  
Bioloji  xüsusiyyətləri:  Soyuğa  davamlıdır.  Cücərtiləri  4-5°C  Ģaxtaya  davam  gətirir.  Ġyun 
ayında çiçək açır, toxumları avqust-sentyabr aylarında yetiĢir. Toxumları  cücərmə qabiliyyətini 9-
10 il saxlayır.  
Sarpet xardalı quraqlığa davamlı, torpağa çox tələbkar deyildir.  
Çoxaldılması və aqrotexnikası: Toxum vastisəliə əkilib becərilir. Ən yaxĢı sələfi paxlalılar 
fəsiləsinə  daxil  olan  və  mədəni  halda  əkilib  becərilən  növlər  hesab  edilir.  Əkinə  hazırlıq  iĢləri 
sahənin  alaq  otlardan  təmizlənməsi,  Ģumun  yaxĢı  aparılması,  malalanması  və  kultivasiya  iĢlərinin 
yerinə yetirilməsi ilə baĢlayır. ġum aparıldıqdan sonra hər hektar sahəyə 35 kq azot, 45-60 kq fosfor 
və 60 kq kalium mineral gübrələri verilir. Sarpet xardalları lobya, noxud və s. bitkilər kimi cərgələr 
arası  üsulla əkib  becərirlər.  Sarpet  xardalının  yarpaq  sortlarını ilin  müxtəlif  vaxtlarında əkib  yaĢıl 
ədviyyat  kimi  müxtəlif  yeyinti  məhsulların  tərkibinə  əlavə  edirlər.  Sarpet  xardalını  az  duzlu 
torpaqlarda cərgələrin arası 45-70 sm olmaqla hər hektar sahəyə 9-12 kq toxum səpməklə prosesi 
baĢa çatdırırlar. Toxumları 2-3 sm torpağın dərinliyinə basdırırlar.  
Məhsulun  toplanması  və  saxlanılması:  Xardalın  məhsulunu  toxumları  bərkiyib  qatı  süd 
halına  düĢdüyü,  yarpaqları  tökülməyə,  bitkidə  saralma  baĢ  verən  zaman  toplayırlar.  Əldə  olunan 
toxum  məhsulunu  sərib  qurudur,  nəmliyi  10%  olduqda  havası  daim  dəyiĢilən  anbarlara  doldurub 
saxlayırlar.  Hər  hektar  sahədən  1,2-1,5  ton  toxum  əldə  edilir.  Xardalın  yaĢıl  yarpaq  formasını 
istənilən zaman toplanıb ədviyyat kimi istifadə edilir.  
İstifadə olunma sahəsi: Xardalın toxumlarının tərkibində 35-47%-ə qədər yağ və 0,5-1,7% 
efir  yağı  aĢkar  edilmiĢdir.  Yağı  yüksək  keyfiyyətə  malik  olduğundan  kulinariyada,  çörəkbiĢirmə, 
qənnadı,  konserv  sənayesi  sahələrində,  eləcə  də  sabunbiĢirmə,  toxuculuq,  əczaçılıq  sənayesində 
geniĢ  istifadə  edilir.  Bundan  əlavə  Fransa,  Türkiyə,  Ġngiltərə  və  Rusiyanın  əksər  rayonlarında  və 
digər  ölkələrdə  xardal  yağından  yüksək  keyfiyyətli  salatların;  paxla,  göy  noxud,  lobyadan,  ətdən 
hazırlanan müxtəlif xörəklərin tərkibinə qatılır. Əldə olunan efir yağından isə ətriyyat-kosmetika və 
konserv sənayesində tətbiq edilir. Yağı çıxarılmıĢ toxumlarını sərib qurudur, toz halına salıb, ondan 
xoĢ iyli yandırıcı dada malik aĢxana ədviyyəsi və digər ədviyyələrə müxtəlif nisbətlərdə qarıĢdırıb, 
yeni  ədviyyə  növləri  hazırlayıb  yeyinti  məhsullarının  tərkibinə  əlavə  edirlər.  Tozundan  konserv 
məhsullarının  tərkibinə  qatıb  onların  uzun  müddət  xarab  olmadan  saxlanılmasına  Ģərait  yaradır. 
Xardalın  tozundan  ―Kuban‖,  ―Cənub‖,  ―Moskva‖,  ―Yubileynıy‖  Ģorbalarının  tərkibinə  qatmaqla 
yanaĢı  mayonezlərin  hazırlanmasında  geniĢ  istifadə  edilir.  Sarpet  xardalından  dünyanın  bir  çox 
ölkələrində  ədviyyə  kimi  istifadə  edilir.  Xardal  sousların,  buterbrodun,  ət  və  balıq  xörəklərinin, 
soyuq  qəlyanaltlıqlarının  tərkibinə  əlavə  olunur.  PolĢa  xalqı  kartofdan  hazırlanan  müxtəlif 
xörəklərin tərkibinə ədviyyə kimi xardal qatırlar. Bundan əlavə, ət və balıq qızartmalarının ətirli və 
tamlı olması üçün üzərinə xardal səpirlər. Udmurd xalqı duza əlavə olunmuĢ xardal tozundan tomat 
(pomidor) Ģirələrinin tərkibinə qatıb onların uzun müddət saxlanılmasında mühim əhəhmiyyət kəsb 
edir. Tatarıstanda və Belarusda Ģorabaya qoyulmuĢ almaların tərkibinə qatılır. Ən incə və xoĢ tama 
malik olan xardalın yaĢıl  yarpalarından xörəklərə dad və xoĢ ətirli acımtıl tam vermək üçün geniĢ 
istifadə edilir.  
Xardalın  cavan  yaĢıl  yarpaqlarının  100  qramının  tərkibində  400  mq%  C  vitamini  aĢkar 
edilmiĢdir.  Bitkidən  kosmetik  vasitə  kimi  də  istifadə  edilir.  Xardal  tozunu  balın  tərkibinə  qatıb 
qarıĢdırıb,  üzərinə  ağ  zanbaq  çiçəklərindən  hazırlanmıĢ  cövhəri  əlavə  edib  alınan  məlhəmdən 
çibanın üzərinə yaxın. Yaxmanı çibanların sağalıb qutarmasına qədər davam etdirin.  
Ağ xardal (sarımtıl və yaxud ingilis xardalı) – Sinapis alba L.  
Mənşəyi və yayılması: Ağ xardalın vətəni Aralıq dənizi ətrafı ölkələri hesab edilir. Adventiv 
(gəlmə) bitki kimi bütün Avropa ölkələrinin ərazilərində, o cümlədən də Sibir, ġimali Afrika, Çin 


84 
 
və ġimali Amerika ölkələrində rast gəlinir. Alaq bitkisi kimi keçmiĢ SSRĠ-nın bütün regionlarında 
təsadüf olunur. Mədəni halda isə bitki Ġsveçrə, Daniya, Hollandiya və s. ölkələrdə əkilib becərilir. 
Ağ  xardal  Rusiya  ərazisində  XVIII  əsrdən  baĢlayaraq  mədəni  halda  əkilib  becərilməyə 
baĢlanmıĢdır.  Sənaye  əhəmiyyətli  plantasiyaları  Belarusda,  Ukraynada,  Tulada,  Smolenskdə, 
Qorkidə, Tatarıstanda təĢkil edilmiĢdir.  
Botaniki  xarakteristikası:  Ağ  xardal  gövdəsinin  hündürlüyü  100-120  sm  olan  budaqlanan 
birillik  ot  bitkisidir.  Budaqları  bir-birindən  kəskin  Ģəkildə  aralı  və  sərtdir.  Yarpaqları  lələkvari 
bölünəndir.  AĢağıda  yerləĢən  yarpaqları  uzunsaplaqlı  yuxarıdakılar  isə  qısa  saplaqlıdır.  Gövdə  və 
yarpaqları  qalxanvari  cod  tüklərlə  örtülmüĢdür.  HamaĢçiçəkləri  çoxsaylı  salxım  çiçək  qrupunda 
toplanmıĢdır.  Çiçəkləri açıq-sarı  və  yaxud  ağ  rəngdədir.  Meyvəsi  silindr  Ģəklində yoğun,  qabarıq, 
yastıdır.  
Bioloji xüsusiyyətləri: Ağ xardal sarpet xardalına nisbətən soyuğa davamlıdır. Toxumları 1-
2°C-də  cücərti  verməyə  baĢlayır.  Cücərtiləri  -6°C-dək  uzun  müddət  qaldıqda  tələf  olmur.  Sarpet 
xardalına nisbətən quraqlığa az davamlı olub, torpağa az tələbkardır.  
Çoxalması və aqrotexnikası: Toxumları vasitəsilə əkilib becərilir. Hər həktar sahəyə 15-18 
kq toxum səpilir. Cərgələr arası eninə əkildikdə isə hər hektar sahəyə 10-12 kq toxum lazım gəlir. 
Aqrotexnikası sarpet xardalı kimidir.  
Məhsulun  toplanması  və  saxlanılması:  Ağ  xardalın  qabıqları  çatlamadığına  görə 
kombayınla  toplayırlar.  Toxumları  qəhvəyi  sarı  rəng  alan  dövrlərdə  toplayırlar.  ToplanmıĢ 
toxumları daima havası dəyiĢilən anbarlara doldurub saxlayırlar. Hər hektar sahədən 1,5 ton toxum 
əldə edilir.  
Tibbi  əhəmiyyəti:  Ağ  xardalın  toxumlarının  tərkibində  sinalbin  qlükozidi  16,5-38,5%-ə 
qədər piyli  yağ aĢkar edilmiĢdir. Yağı maye halında olub, tünd sarı rəngli xoĢ iyə, özünə məxsus 
acımtıl  tama  malikdir.  Ağ  xardaldan  hazırlanan  preparatlardan  Türkiyədə,  Venesuelada,  Çində, 
Hindistanda  və  s.  ölkələrdə  skleroza,  hipertoniya,  qara  ciyər  və  öd  kisəsi,  həzm  pozuntularında, 
köpmə, revmatizm, ekzema və s. xəstəliklərin müalicəsində istifadə edilir.  
İstifadə sahələri: Toxumlarından yeyinti məhsullarının uzun müddət xarab olmaması üçün 
qatqı  kimi  istifadə  edilir.  Toxumlarından  hazırlanan  yağından  kulinariyada,  yeyinti  və  kimya-
əczaçılıq  sənayesində  istifadə  edilir.  Toxumlarından  ədviyyə  məhsulları  hazırlanıb  xörəklərin, 
konserv  məhsullarının  tərkibinə  əlavə  edirlər.  Ağ  xardalın  toxumlarının  tərkibində  xoĢ  iyə  malik 
maddə tapılmadığından,  tam  kəskin  və  tünd  olduğundan  ən  çox müalicə  məqsədləri  üçün istifadə 
edilir.  
Ağ  xardaldan  ən  çox  ġimali  Afrika  ölkələri  və  ABġ-da  istifadə  еdilir.  Bu  ölkələrdə  onun 
toxumlarından  aĢxana  ədviyyələri  hazırlanır.  Bu  ədviyyələrdən  tərəvəz,  göbələk  məhsullarından 
hazırlanan  xörəklərin,  konsеrv,  ət,  balıq  və  salatların  tərkibinə  qatılır.  Bir  sıra  ölkələrdə  isə  ağ 
xardalın  cavan  və  yaĢıl  yarpaqlarından  müxtəlif  salat  növlərinin,  Ģorabaların  tərkibinə  qatılır.  Ağ 
xardal yaxĢı nеktar və yеm bitkisi hеsab еdilir. Hər hеktar ağ xardaldan çiçək açan dövrlərdə 50-90 
kq bal əldə olunur.  
Qara xardal (əsl fransız xardalı) – Brassica nigra Koch.  
Mənşəyi və yayılması: Qara xardalın vətəni Aralıq dəniziətrafı ölkələr hеsab еdilir. Alaq otu 
kimi  kеçmiĢ  SSRI-nın  bütün  Cənub  ərazilərində  gеniĢ  yayılmıĢdır.  Bitki 
Ingiltərə, Fransa, Italiya, Rumınya, Türkiyə, Hindistan, Çin və s. ölkələrdə 
mədəni halda əkilib-bеcərilir.  
Botaniki  xaraktеristikası:  Qara  xardal  birillik  ot  bitkisidir. 
Gövdəsinin  hündürlüyü  1  m  olub,  budaqlanandır.  Yarpaqları  saplaqlı, 
aĢağıda  yеrləĢən  yarpaqları  isə  lansеtvari  olub,  kənarları  bütövdür. 
Çiçəkləri  açıq-sarımtıl  rəngli  hamaĢ  çiçəklər  olub  salxımlarının  diamеtri 
1,0-1,6 mm-dir, qırmızımtıl, qonur, qəhvəyi, səthi oyuqvaridir. Toxumları 
yеtiĢən zaman küləkdə çatlayıb, kənara səpilir. 
Çoxalması və aqrotеxnikası: Toxum vasitəsilə əkilib-çoxaldılır. Aqrotеxnikası ağ xardalda 
olduğu kimidir.  
Tibbi  əhəmiyyəti:  Toxumlarından  rəngsiz  və  ya  sarımtıl  rəngə  çalan  еfir  yağı  alınır.  Еfir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə