Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   29   30   31   32   33   34   35   36   ...   149

65 
 
üzərinə  1  xörək  qaĢığı  qarğıdalı  saçağı,  lobya  qabığı,  qırxbuğum  əlavə  cdib  qarıĢdırın.  Sonra 
qarıĢıqdan 3 xörək qaĢığı  götürüb 0,5 litr qaynar suyun üzərinə töküb 30 dəqiqə zəif od üzərində 
dəmlədikdən sonra süzün. AlınmıĢ ekstraktdan gündə 3 dəfə yeməyə yarım saat qalmıĢ daxilə qəbul 
edin. 
Podaqra,  revmatizm,  artrit,  artroz  zamanı.  1  xörək  qaĢığı  doğranmıĢ  otu  0,5  litr  qaynar 
suya  töküb  5-7  dəqiqə  zəif  od  üzərində  saxladıqdan  sonra  süzüb  gündə  3  dəfə  yeməyə  30  dəqiqə 
qalmıĢ stəkanın 1/2 hissəsi qədər daxilə qəbul edin. 
Dermatit, ekzema, endodermitdə. 2 xörək qaĢğı doğranmıĢ otu 0,5 litr qaynar suya töküb 2 
saat dəmləyib süzün. AlınmıĢ ekstraktla zədələnmiĢ dərini yuyun. 
Diqqət! Herniyar az zəhərli olduğundan bundan istifadə edən zaman bitkidən hansı nisbətdə 
götürməyinizə ciddi fikir verin. 
 
Bəzək qərənfili (“Allah çiçəyi”) – Dianthus calocephalus Boiss. 
 
Dianthus yunan sözü dios – allah, anthos – çiçək mənasını daĢıyır.  
Dünya  florasının  tərkibində  qərənfil  cinsinin  300-dən  artıq  növü  yayılmıĢdır.  Bunlardan 
Qafqazda 40, o cümlədən Azərbaycanda 26 növünə təsadüf edilir. Bunlardan 3 növü mədəni halda 
becərilir. Qərənfil cinsinin növləri baĢlıca olaraq Avropa ölkələrinin ərazilərində, 
Asiyanın d
 
ağlıq sahələrində tropik zonalarda çox yayılmıĢdır. 
Qərənfil  növlərinin  əksəriyyəti  bəzək,  dərman,  boyaq  təbiətli  bitkilər 
hesab edilir. 
Xalq  təbabətində  qərənfil  cinsinin  bir  neçə  növündən  müxtəlif 
xəstəliklərin  müalicəsində  istifadə  edilir.  Bunlardan  biri  də  bəzək  qərənfili  - 
Dianthus  calocephalıts  Boiss.-  dir.  Bu  hündürlüyü  20  (60-66)  sm-ə  qədər  olan 
çoxillik ot bitkisidir. Yarpaqları oturaq, çiçəkləri hamaĢçiçəkdən ibarətdir. 
Bəzək  qərənfillərinə  Azərbaycanda  Naxçıvan  MR-in  dağlıq  rayonlarında,  Kiçik  Qafqazın 
cənub  ərazilərində  təsadüf  etmək  olar.  Bunlardan  baĢqa  bitkiyə  çəmənliklərdə,  qayalıqlarda  və 
subalp çəmənliklərində də rast gəlmək olar. Rəvayətə görə bəzək qərənfıli «Zevsin çiçəyi», «Allah 
çiçəyi» hesab edilir. 
Dərman  xammalı  kimi  bitkinin  otundan  (gövdə,  yarpaq  və  çiçəklərindən) 
istif
 
adə  edilir.  Otunun  tərkibində  13,6%  C  vitamini,  saponin,  xüsusilə  də 
çiçəklərində,  otunun  tərkibində  alkaloidlərin  izləri,  qlikozidlər,  triterpen 
saponinlər, flavonoid birləĢmələri və kumarinlər aĢkar edilmiĢdir. 
Müalicə məqsədləri üçün bitki çiçək açan zaman onun yaĢıl hissəsi toplanıb 
istifadə edilir. 
Qərənfildən  hazırlanan  preparatlar  vasitəsilə  soyuqdəymə,  mikrob 
əleyhinə,  qankəsici,  yarasağaldıcı,  ağrıkəsici  vasitə  kimi  və  uĢaqlığın 
tonusunun artırılmasında istifadə edilir. 
Qərənfıldən müalicə preparatlarının hazırlanması. 
Daxili  babasil  qanaxmalarında.  1,5  xörək  qaĢığı  doğranmıĢ  otu  1 
stəkan qaynar suya töküb 2-3 saat dəmlədikdən sonra süzün. Gündə 3 dəfə 1 
xörək qaĢığı yeməyə 15 dəqiqə qalmıĢ qəbul edin. 
Uşaqlıq  qanaxmalarında  (doğum,  abort  və  uşaq  salma  zamanı).  2  çay  qaĢığı  doğranmıĢ 
otundan götürüb bir stəkan qaynar suya töküb termosda 4-5 saat saxlayıb süzün. Sonra gündə 4-5 
dəfə yeməyə 30 dəqiqə qalmıĢ 2 xörək qaĢığı qəbul edin.  
Taxikardiya və ürək ağrılarında əlavə vasitə kimi. 1 çay qaĢığı doğranmıĢ otundan götürüb 
0,5  stəkan  qaynar  suya  tökün  və  8  saat  dəmlədikdən  sonra  süzüb  gündə  2-3  dəfə  yeməyə  15-20 
dəqiqə qalmıĢ 2 xörək qaĢığı daxilə qəbul edin. 
Radikulit  zamanı.  DoğranmıĢ  qərənfil  otunu  suda  pörtlədib,  azca  suyu  çəkildikdən  sonra 
götürüb ağrıyan nahiyəyə kompres edin. 
Revmatizm zamanı, damarların ağrısını aradan götürmək üçün. DoğranmıĢ otdan götürüb 
1/5  stəkan  qaynar  suya  töküb,  15  dəqiqə  dəmləyin.  Ġsti  cövhərdə  tənzifi  isladıb  ağrıyan  nahiyəyə 


66 
 
qoyub 1-2 saat saxlayın. 
Xənəzir (sarıca) xəstəliyi zamanı. 1 stəkan doğranmıĢ otu 1 litr qaynar suya töküb, vam od 
üzərinə qoyub 10 dəqiqə qaynadıb və 1 saat dəmləyin. Sonra ekstraktı süzüb istiliyi 38-39°C olan 
vannaya tökün. Vannanı yatmağa 1 saat qalmıĢ, 10 dəqiqə qəbul edin. Müalicə kursu 12-15 gündür. 
Ağcaqanad sancmaları zamanı. 2 xörək qaĢığı doğranmıĢ otu 0,5 stəkan qaynar suya töküb 
8  saat  termosda  dəmlədikdən  sonra  süzün.  Pambığı  ekstrakta  hopdurub  ağcaqanad  sancan  yerə 
sürtün. 
Doğuşdan sonra baş verən qanaxmaları kəsmək üçün. 1 xörək qaĢığı otu 1 stəkan qaynar 
suya töküb, 2 saat dəmləyin. Aldığınız dəmləmədən gündə 3 dəfə, 1 xörək qaĢığı qəbul edin.  
Diqqət!  Qərənfildən  hazırlanan  preparatlardan  tromboflebiti  olan  xəstələrin  və  hamilə 
qadınların daxilə qəbul etmələri məsləhət görülmür. 
 
Dərman sabunotu – Saponaria officinalis L. 
 
Dünya  florasının  tərkibində  sabunotu cinsinin  25-ə  yaxın  növü  yayılmıĢdır.  Qafqazda  6,  o 
cümlədən Azərbaycanda 4 növünə təsadüf edilir. 1 növündən – dərman sabunotundan təbabətdə və 
kosmetikada istifadə edilir. 
Dərman sabunotu – S.offlcinalis L.  30-90 sm hündürlüyündə, düzqalxan, güclü budaqlanan 
kökümsovlu  çoxillik  ot  bitkisidir.  Yarpaqlarının  uzunluğu  5-12,  eni  1-4  sm  olub,  lanset,  yaxud 
ellipsvari,  aĢağıdakılar  saplaqlı,  yuxarıdakılar  isə  oturacaqlıdır.  Çiçəkləri  iyli 
qalxanvari-süpürgəvari  hamaĢçiçəkdən  ibarətdir.  Kasacığı  bitiĢik  yarpaqlı, 
silindrvarıdır.  Ləçəkləri  ağ  və  yaxud  çəhrayı  rəngli  uzunsov-tərsinə  yumurtavarı, 
girintili-çıxıntılı,  yaxud  tamamilə  bükülmüĢdür.  Meyvəsi  uzunsov  yumurtavarı, 
biryuvalı  çoxlu  xırda  qara  rəngli  toxumu  olan  qutucuqdan  ibarətdir.  Ġyun-avqust 
aylarında çiçək açır, sentyabrda meyvəsi yetiĢir. 
Sabunotu  Azərbaycanın  Gədəbəy  rayonunda,  Qalakənd  ətrafında,  orta 
dağlıq  zonalarda,  açıqlıq  və  kolluqlarda  yayılmıĢdır.  Kök  və  kökümsovunun 
tərkibində 20%-ə qədər saponin, saporubrin vardır ki, bu da hidroliz olunaraq hipsogenin C
30
H
46
O
4
 
yaradır.  Yarpağından  saponarin  (C
27
H
32
O
16
)  və  viteksin  (C
21
H
20
O
10
)  flavonoidləri,  l%-ə  qədər 
askorbin  turĢusu,  pektin,  selik  və  s.  tapılmıĢdır.  Çox  qədimdən  tibbdə  bu  bitkinin  qırmızı-qonur 
rəngli kökümsovu məĢhur «qırmızı sabun kökü» adı ilə tanınınıĢ və istifadə edilmiĢdir. 
Xalq arasında bu bitkini «təmizkar», «tatar sabunu», «sabun çiçəyi», «qırx dostu olmayan», 
«paxlalı»,  «sabunotu»  və  s.  adlarla  adlandırırlar.  Latınca  elmi  adı  «sapo»  -  «sabun»  mənasını 
bildirir. «Saponaria» termini bir sıra orta əsr müəlliflərin Albertus, Maqnus, Bok, Hesner, Lobelpus 
və baĢqalarının əsərlərində qeyd edilir. Müasir elmi adı isə ona K.Linney tərəfindən verilmiĢdir. 
Qırmızı sabun kökündən tənəffüs yolları xəstəliklərində bəlğəmgətirici vasitə kimi həmçinin 
bronxitdə, kəskin öskürəkdə, zökəmdə və s. iĢlədilir. 
Xalq  təbabətində  kök  və  kökümsovundan  hazırlanan  dəmləməsindən  böyrək,  qara  ciyər, 
dalaq,  həzm  pozuntularında  və  s.  iĢlədilir.  Kök  və  yarpaqlarından  hazırlanmıĢ  cövhərindən  daxilə 
qəbul  edilərək,  həzm  pozuntularında,  podaqra  (oynaq  və  toxuma)  xəstəliklərində,  ekzema, 
ekssudativ  diatezdə,  frunkulyoz  (çoxlu  çiban  çıxarma)  əleyhinə,  xal,  dəmrov,  dəri  iltihabında 
iĢlədilir. Təzə yarpaqlarından yaĢ sarğı kimi irinli yaraların üzərinə qoyulur. 
Sabunotu  bəzən  qıcıqlandırıcı  təsir  də  göstərir.  Artıq  miqdarda  qəbul  edildikdə  öskürək, 
ürəkbulanması,  qusma,  qarınağrısı  əmələ  gətirir.  Sabunotu  kəskin  qantəmizləyici  təsirə  malikdir. 
Heyvanlar  onunla  zəhərləndikdə,  qıcolma,  ağ  ciyər  iflici  və  s.  ölümlə  nəticələnir.  Onun  üçün 
sabunotu preparatlarından uzun müddət istifadə etdikdə çox ehtiyatlı olmaq lazımdır. 
Müalicə  məqsədləri  üçün  payız  aylarında  onun  kökləri  yerdən  qazılır  çıxarılır,  yuyulub 
təmizlənir  və  qurudaraq  istifadə  edilir.  Sabunotunun  kök  hissəsindən  hazırlanan  preparatlar 
maddələr  mübadiləsinin  nizama  salınmasında,  mikrob  əleyhinə,  soyuqdəyməyə  qarĢı, 
bəlğəmgətirici, tərqovucu, ödqovucu və zəif iĢlədici vasitə kimi, dəri səpkilərində istifadə edilir. 
Bronxit,  quru  öskürək,  pnevmoniya  və    göyöskürəyin  müalicəsində.  1  çay  qaĢığı 
doğranmıĢ kök hissəsini   5-7 saat dəmləyib süzün.  Sonra alınmıĢ  ekstraktdan stəkanın 1/4 hissəsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə