Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   26   27   28   29   30   31   32   33   ...   149

59 
 
yarpağını qaynar suya  töküb 10-12 saat dəmləyib süzün.  Aldığınız cövhərdən stəkanın 1/5 hissəsi 
qədər gündə 3-4 dəfə qəbul edin. Müalicə kursu iki həftədir. 
Ateroskleroz,  klimakteriya,  nevroz,  parez,  yüngül  iflic,  nevralgiya,  həmçinin  ağır  sürən 
xəstəlikdən  sonra.  1  xörək  qaĢığı  yarpağından  götürüb  0,5  litr  qaynar  suya  töküb  2  saat 
dəmlədikdən sonra süzün. Aldığınız dəmləmədən gündə 3-4 dəfə stəkanın 1/2 hissəsi qədər qəbul 
edin. Müalicə kursu 10 gündür. 
Orqanizmin yorulub zəifləməsi, başgicəllənməsi zamanı və tonusun artırılmasında. 1 çay 
qaĢığı  doğranmıĢ  yarpağını  3  stəkan  qaynar  suya  töküb  1  saat  dəmləyib  süzün.  Aldığınız 
ekstraktdan  çay  kimi  gündə  2-3  dəfə  stəkanın  1/4  və  yaxud  1/2-i  qədər  götürüb  az  miqdarda  bal 
qatıb qəbul edin. Müalicə kursu bir aydır. 
Çibanların, kəsiklərin, yara və babasilin müalicəsində. DoğranmıĢ yarpaq və gövdəsindən  
1 xörək qaĢığı 0,5 litr qaynar suya töküb 1 saat dəmləyib süzün.  Aldığınız ekstraktdan xəstə olan 
nahiyələri yuyun və yaxud oturmuĢ halda vannasını qəbul edin. 
Radikulit,  artrit,  əzələ  ağrılarında,  əzik  və  sınıqlar  zamanı.  5-6  xörək  qaĢığı  doğranmıĢ 
yarpaq  və  budağından  götürün  və  qaynadılmıĢ  suya  töküb  vam  od  üzərinə  qoyun,  20  dəqiqə 
saxladıqdan sonra 1 saat dəmləyib süzün. Aldığınız ekstraktın üzərinə qaynadılmıĢ su əlavə edib 1 
litr həcminə çatdırın və kompres Ģəklində istifadə edin. 
Damar  ağrılarında  istifadə  olunan  bağambürc  mazının  hazırlanması.  3  hissə  xırda 
doğranmıĢ bağambürc və 2 hissə təzə donuz piyindən götürüb 1,5 saat biĢirib süzün. Sonra üzərinə 
30  q  mum  və  8  q  kamfora  əlavə  edib  (qaynatmadan)  qızdırın  Hər  gün  səhər  və  axĢam  xəstə 
nahiyəyə sürtün. 
Müalicə  məqsədləri  üçün  istifadə  ancaq  meyvəli  ağacların  üzərində  olan  bağambürcdən 
istifadə  etmək  məsləhət  görülür.  Ġynəyarpaqlı  və  qovaq  ağacları  içərisindəki  bağambürc  tibbi 
nöqteyi-nəzərincə  əhəmiyyətli  deyildir.  Dərman  məqsədləri  üçün  bağambürc  ancaq  payızın 
sonunda, günəĢ batmaq üzrə olanda toplanmalıdır. Xammal açıq havada qurudulur. 
 
 
QIRXBUĞUM – Polygonaceae Juss. fəsiləsi  
 
Subibəri – Polygonıım hydropiper L.  
 
Qırxbuğum cinsinin dünya florasının tərkibində 300-ə qədər növü yayılmıĢdır. Yer kürəsinin 
hər  yerində  rast  gəlmək  olar.  Qafqazda  40,  o  cümlədən  Azərbaycan  florasının  tərkibində  27-yə 
qədər növü məlumdur. 
Subibəri  –  P.  hydropiper  L.  çox  da  hündür  olmayan  birillik  ot  bitkisidir.  Çiçəkləri  xırda 
yaĢılımtıl,  bəzən  çəhrayı  rəngdə  olub,  salxımvari  çiçək  qrupunda  toplanmıĢdır.  Bu  ən  çox  nəmli 
çəmənliklərdə,  kanal  və  arxların  kənarlarında  yayılmıĢdır.  Yarpaq  və  zoğları  bibər  kimi  yandırıcı 
tama malikdir. 
Subibəri Azərbaycanda Böyük Qafqazın Ģərq və qərb zonalarında, Kür düzənliyində, Kiçik 
Qafqazın  mərkəzi  və  cənub  ərazilərində,  Lənkəranın  düzən  və  dağlıq  hissələrində  yayılmıĢdır. 
Bundan baĢqa bitkiyə bataqlıqlarda, çay və göllərin kənarlarında, xüsusən dağlıq zonalarda da çox 
rast gəlinir.  
Otunun tərkibində 2,0-2,5% flavonoid törəmələri – ramnazin (C
17
H
14
O
7
), onun sulfo efirinin 
kalium  duzu  (C
17
H
13
O
7
SO
3
K),  izoramnetinin  sulfo  efirinin  kalium  duzu  (C
15
H
11
O
7
SO
3
K),  rutin 
(C
27
H
30
O
16
),  kversetin  (C
21
H
20
O
11
),  hiperozid  (C
21
H
20
O
12
)  və  kempferol  aĢkar edilmiĢdir.  Bundan 
baĢqa  3,8%-ə  qədər  aĢı  maddəsi,  efir  yağı,  qarıĢqa  və  sirkə  turĢusu  tapılmıĢdır.  Su  bibərinin 
qankəsici xüsusiyyətlərini ilk dəfə 1912-ci ildə N.P.Kazanov aĢkar etmiĢdir.  
Subibərinin  cövhər  və  dəmləmələrindən  dünyanın  bir  sıra  xalqları  revmatizmdə,  müxtəlif 
növ  qanaxmaların  kəsilməsində,  sidiyə  gedə  bilmədikdə,  cinsiyyət  yolları  xəstəliklərinin 
müalicəsində geniĢ istifadə edirlər. 
Subibərindən  hazırlanan  antiseptik  preparatlar  soyuqdəyməyə  qarĢı,  yarasağaldıcı, 
qankəsici, büzüĢdürücü, sidikqovucu, ağrıkəsici vasitə kimi iĢldəilir. 
Subibərindən müalicə preparatlarının hazırlanması. 
Revmatizm,  podaqra,  duz  yığılmalarında,  həmçinin  sidik  kisəsi  və  böyrək  daşlarının 


60 
 
əridilməsində. 2 xörək qaĢığı doğranmıĢ otunu 1 stəkan qaynar suya tökün və su hamamına qoyub 
15  dəqiqə  qızdırın  və  1-2  saat  saxlayıb  süzün.Üstünə  qaynar  su  əlavə  edib    1  stəkan  həcminə 
çatdırın, gündə 3 dəfə yeməyə yarım saat qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul edin.  
Böyrək  və  ürək  şişkinliklərində.  1  xörək  qaĢığı  doğranmıĢ  otunu  1  stəkan  qaynar  suya 
tökün, qaynama dərəcəsinə çatdırıb 2 saat saxalyın və süzün. Dəmləmədən gündə 2 dəfə, yeməkdən 
sonra 0,5 stəkan qəbul edin. Müalicə kursu 3 həftədir. 
Aybaşı və uşaqlıq nahiyəsində uşaqlıq qanaxmalarının kəsilməsində. 1 xörək qaĢığı otunu 
1 stəkan qaynar suya töküb vam od üzərinə qoyun, 5-7 dəqiqə saxlayın və soyudub süzün. AlınmıĢ 
cövhərdən  gündə  5-6  dəfə,  1  xörək  qaĢıgı  qəbul  edin.  Bundan  baĢqa  subibərindən  alınmıĢ  və 
aptcklərdə  satılan  «subibəri  ekstraktından»  istifadə  edə  bilərsiniz.  Bunun  üçün  ekstraktdan  yarım 
stəkan ilıq suya 30-40 damcı töküb gündə 3-4 dəfə qəbul edin. 
Babasil qanaxınalarında. 2 xörək qaĢığı doğranmıĢ otunu 1 stəkan qaynar suya töküb vam 
od  üzərinə  qoyun,  15  dəqiqə  saxlayın  və  soyudub  süzün.  Ekstraktdan  gündə  3  dəfə  stəkanın  1/3 
hissəsi qədər yeməkdən sonra qəbul edin. 
Bundan başqa babasil zamanı bitkinin vannasından da istifadə edə bilərsiniz. Bunun üçün 
kağız konvertlərə bükülmüĢ 50 q otundan götürüb 1 litr qaynar suya töküb vam od üzərində 15-20 
dəqiqə qızdırıb və 1 saat saxladıqdan sonra süzün.  Aldığınız isti ekstraktı vannasını 15-20 dəqiqə 
qəbul edin. Əməliyyatı günaĢırı axĢamlar təkrar edin. 
Stomatit, gingivit zamanı. 1 xörək qaĢığı doğranmıĢ otundan götürüb termosa töküb üzərinə 
0,5  litr  qaynar  su  əlavə  edin.  1  saat  saxlayıb  süzün.  Aldığınız  dəmləmədən  ağzınızı  tez-tez 
yaxaylayın. 
Diqqət!  Subibərindən  hazırlanan  preparatlardan  qanı  qatı  olanlar  və  yaxud  tromba  meylli 
xəstələr, eləcə  də  böyrək  və  sidik  yollarında  soyuqlaması  olan  xəstələrin  qəbul  etmələri  məsləhət 
görülmür. 
 
TƏRƏÇĠÇƏKLĠLƏR – Chenopodiaceae Vent. fəsiləsi 
 Çuğundıır – Beta vulgaris L. 
 
Kimdən soruĢsanız ―çuğundur nədir?‖ cavab verəcəklər ki, çuğundur ləzzətli borĢ, vineqret, 
əla  növ  vitaminli  salat,  isti  bürkülü  günlərdə  insanda  təravətləndirici,  sərinləĢdirici  və 
gümrahlaĢdırıcı təsir oyadan kvas və s. deməkdir. Çuğundur aktiv maddələrlə zəngin qiymətli nadir 
bitki  hesab  edilir.  Az  tərəvəz  bitkisi  tapılar  ki,  çuğundur  kimi  tərkibindəki  insan  sağlamlıgı  üçün 
böyük əhəmiyyət kəsb edən faydalı maddələrini yaza qədər saxlasm. Çuğundıır həmçinin sınaqdan 
çıxınıĢ  loğman  bitki  adlanır.  Ġbn  Sina  öz  əsərlərində  qeyd  edir  ki,  qədim  romalılar,  yunanlar 
çuğundur  Ģirəsi  ilə  qanazlığını,  qıcqırmanı  müalicə  edərmiĢlər.  Müntəzəm  surətdə  çugundurdan 
istifadə  edən  insanlar  heç  vaxt  qan  dövranlarından  Ģikayət  etməzmiĢlər.  Çuğundurun 
kökmeyvələrində, gövdə  və  yarpaqlarının tərkibində çoxlu miqdarda Ģəkər, 
alma,  quzuqulağı  turĢusu,  C,  B
1
  B
2
,  PP  vitaminləri,  həmçinin  yod,  dəmir, 
natrium, manqan, kalium və s. maddələr aĢkar edilmiĢdir. Bitkinin gövdə və 
yarpaqlarının  tərkibindən  çoxlu  miqdarda  askorbin  və  foli  turĢuları,  nadir 
mikroelementlərdən  mis,  kobalt,  litium  və  s.  aĢkar  edilmiĢdir  ki,  bu  tip 
elementlərin  sayəsində  orqanizmə  xarici  mühit  tərəfindən  daxil  olan 
radioaktiv və rentgen Ģüalarını neytrallaĢdrılır. Çuğundur fəal surətdə həzmi 
normallaĢdırır. Hələ qədim zamanlarda bir sıra həkimlər arıq və xəstə olan 
uĢaqlara  biĢirilmiĢ  çuğundurun  üzərinə  zəncətil  tozu  səpib  verirdilər  ki,  onların  iĢtahları  artsın  və 
çox  qida  qəbul  etsinlər.  Həkiınlər  qəbizlik,  piylənmə,  hipertoniya,  qara  ciyər  və  böyrək  xəstəliyi 
olan  xəstələrə  məsləhət  görürlər  ki,  həmiĢə  qidalarına  çuğundur  qatsınlar.  Qanı  az  olan  insanlar 
cuğundur Ģirəsini, kök və turpdan alınan Ģirələrlə qarıĢdırıb qəbul etdikdə qan dövranı yaxĢılaĢır və 
hemoqlobinin  miqdarı  artmağa  baĢlayır.  Çuğundurun  tərkibində  çoxlu  miqdar  yod  olduğundan 
ondan  yaĢlı  və  halsız  qocaların  qəbul  etmələri  məsləhət  görülür.  Çuğundur  yaĢlı  insanların  beyin 
qan dövranını yaxĢılaĢdırır, aterosklerozun və qan təzyiqinin aĢağı düĢməsinə səbəb olur. 
ġəkər çuğundurundan müalicə preparatlarının hazırlanması. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə