Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   22   23   24   25   26   27   28   29   ...   149

51 
 
hissəsi qədər gündə 2-3 dəfə, yeməyə 20 dəqiqə qalmıĢ azca su ilə qəbul edin. 
Kəsik və gecsağalan yaraların müalicəsində. ZədələnmiĢ nahiyənin üzərinə qarağacın təzə 
yarpaq və qabıq hissəsindən hazırlanmıĢ yaxmanı sürtüb, tənziflə sarıyın. Əməliyyatı gündə 2 dəfə 
səhər və axĢam təkrar edin. 
Yanıq,  səpki  və  çətin  sağalan  yaralarda.  2  xörək  qaĢığı  təzə  doğranmıĢ  qabığını  0,5  litr 
qaynar suya tökün, buxarlanıb 2 dəfə azalana qədər  vam od üzərində saxlayın. Sonra süzüb xəstə 
nahiyələri yuyun və yaxud kopmres edin. 
Stomatitin  müalicəsində.  1  xörək  qaĢığı  təzə 
doğranmıĢ  qabığını  1  stəkan  qaynadılmıĢ  suya  töküb  5-7 
dəqiqə dəmlədikdən sonra süzün.  AlınmıĢ məhlul ilə gündə 
3-4 dəfə ağzınızı yaxalayın. 
Çiban,  səpki  və  civzələrin  müalicəsində.  300  q 
doğranmıĢ qabığını 2 litr qaynar suya töküb vam od üzərində 
30  dəqiqə  saxlayın.  Bir  saat  saxladıqdan  sonra  süzüb  37° 
temperatura çatdırıb vannasını düzəldin. Vannasını səhər və 
axĢam günaĢırı qəbul edin. Müalicə kursu 12 gündür. 
Qabığından  aĢı  və  boyaq  xammalı  kimi  də  istifadə 
etmək olar.  
 
TUT – Moraceae Link. fəsiləsi 
Maklyura – Maclura pomifera (Rafin.) Schneid. 
 
 Maklyura  ağacının  vətəni  ġimali  Amerika  hesab  olunur. 
Rusiyanın  Avropa  hissəsində,  Qara  dənizin  Krım  sahillərində, 
Qaratorpaq  vilayətində  dekorativ,  bəzək  bitkisi  kimi  əkilib-
becərilir. Azərbaycanda da park və xiyabanların, yol kənarlarının 
bəzədilib, yaĢıllaĢdırılmasında istifadə olunur. 
Maklyuraya  xalq  arasında  «çörək  ağacı»,  «ayı  alması», 
«meymun alması» da deyirlər. Qollu-budaqlı, tut ağacına oxĢayan 
maklyuranın hündürlüyü 8-10 (bəzən 12-14) metr olur. Yarpaqları 
tut yarpağına oxĢayır, tünd yaĢıl rəngdədir. Çiçəkləri dörd yarpaq 
Ģəklində olub bir kasacıqda yerləĢir. 
Meyvələrinin üst hissəsi ayrı-ayrı kolbacıq Ģəkilli, bir-birinə sıx (kip) bərkimiĢ hissələrdən 
ibarətdir,  azacıq  bərk,  heyvaĢəkilli  meyvəyə  oxĢar  yumrular  əmələ  gətirir.  Maklyura  meyvəsinin 
daxili  böyrəkĢəkillidir,  ətli  hissəsində cərgə  ilə  düzülmüĢ  dənələri  olur.  Kəsildikdə  ağ  rəngdə  süd 
kimi  qatranlı  maye  çıxır.  Sentyabr  və  oktyabr  ayında  yetiĢən  meyvələrindən  dərman  məqsədi  ilə 
istifadə  edilir.  Meyvələrinin  tərkibində  0,01%  alkaloidlər, 
0,2% qlükozid, morin, rutin, kversetin tərkibli flavonoidlər, 
Ģəkər,  pektin,  zülal,  5,16%  piyli  maddə,  16,6%  qatranlı 
maddələr,  0,44%  üzvi  turĢular,  37-45  mq%  C  vitamini, 
yarpağında isə 90,6-99,9 mq% C vitamini aĢkar edilmiĢdir. 
Podaqra, duz xəstəliklərində, sümük-revmatizm ağrılarında, 
ankilozlarda, 
ağrıyan 
nahiyələrin 
müalicəsində 
maklyuradan  hazırlanan  məlhəmdən  istifadə  etməyi 
məsləhət  görürlər.  Bunun  üçün  1  kq  meyvəni  xırda 
hissələrə  bölüb,  üzərinə  0,5  litr  etil  spirti,  0,5  litr 
günəbaxan,  yaxud  zeytun  yağı  tökürlər. Meyvəni  ət  maĢınından  keçirib,  üzərinə etil  və  bitki  yağı 
əlavə edərək 7-10 gün otaq temperaturunda saxlayır, ağrıyan nahiyələrə  yaxma Ģəklində sürtürlər. 
Xalq  təbabətində  qurudulmuĢ  meyvələrindən  çay  kimi  dəmləyib  hipertoniya  xəstəliyi  zamanı 
içirlər.  Təzə  dərilmiĢ  meyvələrinin  Ģirəsindən  kərə  yağında  məlhəm  hazırlayıb,  müxtəlif  dəri 
xəstəliklərinin, xüsusən də irinli yaraların müalicəsində istifadə edirlər. Bəzi mənbələrdə qeyd edilir 
ki,  maklyura  meyvəsindən  hazırlanan məlhəmlər  yaman  ĢiĢlərin  müalicəsində  yaxĢı  təsir  göstərir. 


52 
 
Bu  ağacın  Ģirəsinin,  meyvəsinin,  toxumlarının  acımtıl  dada  malik  olmasına  baxmayaraq,  bəzi 
hallarda ondan qida kimi də istifadə edirlər. Maklyuranı geniĢ tədqiq edib onun açılmayan sirlərini 
aĢkar etmək lazımdır. Qiymətli təbii boyaq bitkisi hesab etmək olar.  
 
GICĠTKƏN – Urticaceae Juss. fəsiləsi  
Ġkievli gicitkən – Urtica dioica L. 
 
Hələ çox qədim dövlərdə insanlar gicitkənın müalicəvi xüsusiyyətləri ilə tanıĢ idilər. 
Dioskorid  və  Hippokrat  gicitkən  bitkisinin  sirli  müalicəvi  xüsusiyyətləri  haqqında  maraqlı 
məlumatlar vermiĢlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat 
üçün  vacib  sayılan  vitamin  çoxluğu  ilə  fərqlənən  gicitkən  bir  sıra  qabaqcıl  ölkələrin  alimlərini 
çoxdandır ki, özünə cəlb etmiĢdir. 
Dünya  florasının  tərkibində  gicitkən  cinsinin  50-yə  qədər  növü  yayılmıĢdır.  Ən  çox  Yer 
kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 
növü yayılmıĢdır. 
Urtica  -  latınca  «yandırmaq»,  «dalamaq»  mənasını  bildirir.  Gicitkənin  yarpaq  və 
gövdələrinin  üstü  silisium  və  qarıĢqa  turĢusu  ilə  zəngin  sıx  tükcüklərlə  əhatə  olunmuĢdur.  Bu 
tükcüklərin  ucu  iti  və  kövrəkdir.  Bitkiyə  toxunduqda  ani  halda  tükcüklərdən  bir  neçəsi  dərinin 
toxumasına  batır  və  ucları  çox  asanlıqla  qırılır.  Elə  bu  vaxt  silisium  və  qarıĢqa  turĢusunun 
qarıĢığından ibarət çox kəskin yandırıcı və dalayıcı xüsusiyyətə malik maye dərinin içərisinə daxil 
olur. 
Respublikamızda ən geniĢ yayılan növü dalayan gicitkəndir. Buna ikievli gicitkən də deyilir. 
Gicitkənin bu növü «gəzənə» adı ilə tanınır.  
Gicitkən, demək olar ki, Azərbaycanın bütün zonalarında yayılmıĢdır. Respublikamızın dağ-
meĢə rayonlarında onun sənaye əhəmiyyətli ehtiyatı vardır. Qiymətli növü ikievli gicitkəndir. 
Ġkievli  gicitkən  (buna  iri  gicitkən  də  deyirlər)  -  U.  dioica  L.  hündürlüyü  100-150  sm  olan 
çoxillik  ot  bitkisidir.  ġaxəli  köklər,  dördillik  yerüstü  gövdəsinin  budaqlanması,  qarĢı-qarĢıya 
düzülmüĢ tünd-yaĢıl yarpaqlardan ibarət olması bu bitki üçün səciyyəvi əlamətdir. YaĢıl rəngli xırda 
çiçəkləri isə budaqlarının qoltuğunda sünbül çiçək qrupunda toplanmıĢdır. Ġyun ayından baĢlayaraq, 
sentyabra kimi çiçəkləyir. Meyvəsi qutucuqdur. 
Gicitkən  qiymətli  dərman  bitkisidir.  Ġstər  xarici  ölkələrdə,  istərsə  də  respublikamızda 
gicitkən  dərman  bitkisi  kimi  iĢlədilir.  PolĢa  xalq  təbabətində  ondan  qankəsici  kimi,  qara  ciyər 
xəstəliklərində, oynaqlarda baĢ verən revmatizm əleyhinə və  saçın tökülməsinə qarĢı geniĢ istifadə 
olunur.  Bolqarıstan  və  Almaniyada  qanazlığına,  ateroskleroza,  əzələ  və  oynaq  revmatizminə, 
suçiçəyinə,  böyrək  və  sidik  kisəsi  soyuqdəymələrinə,  qara  ciyər,  öd  kisəsi,  mədə-bağırsaq 
spazmalarına, həmçinin, babasil, dəridə baĢ verən göbələk və s. xəstəliklərə qarĢı müvəffəqiyyətlə 
istifadə edilir. Fransada uzun sürən kəskin xroniki bağırsaq iltihabında, eləcə də vərəm, dizenteriya 
və s. xəstəliklərin müalicəsində iĢlədilir. 
Cavan  gicitkən  yarpaqlarından  alınan  Ģirədən  öd  yollarında  əmələ  gələn  daĢların 
əridilməsində, eləcə də qara ciyər soyuqlamasında və iflicə qarĢı istifadə olunur. 
Kökündən  və toxumlarından hazırlanmıĢ cövhərin Ģəkərlə qarıĢığı böyrək və öd  yollarında 
çoxdan  kök  salıb  bərkimiĢ  daĢların  əridilməsinə  kömək  edir.  Həvəngdəstədə  döyülüb  əzilmiĢ 
gicitkəndən  oynaqlarda  və  eləcə  də  əzələlərdə  əmələ  gələn  revmatizmə  və  radikulitə  qarĢı 
yapıĢdırıcı məlhəm kimi istifadə edilir. Gicitkəndən hazırlanan preparatlardan uĢaqlıqda və babasil 
xəstəliklərində  baĢ  verən  qanaxmalarda,  mədə  yaralarında,  vitamin  çatıĢmazlığında  geniĢ  istifadə 
olunur. Bu xəstəliklərin sağalmasına kömək edən onun tərkibində olan C, K vitaminləri, karotin və 
xlorofil birləĢmələridir. K vitamini qankəsicidir. Xlorofıl orqanizmin həyat fəaliyyətini gücləndirir, 
maddələr  mübadiləsini  yüksəldir,  uĢaqlığın  tonusunu  artırır,  mədə-bağırsaq,  ürək-damar 
sistemlərinin normal iĢləməsinə Ģərait yaradır. Orqanizmin yeni toxumalarla təmin olunmasında və 
eləcə də toxuma pozuntularının qarĢısını almaqda, bir sözlə, xlorofıl orqanizmdə baĢ verən normal 
həyat fəaliyyətinin nizamlanmasında əsas rol oynayır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə