Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   18   19   20   21   22   23   24   25   ...   149

43 
 
növləri bütün ġimal yarımkürəsindən baĢlayaraq, subtropik zonalara, oradan da tundrayadək böyük 
bir ərazini əhatə edir.  
Onun növlərinin əksəriyyəti Ģaxtaya davamlı, torpağa qarĢı az tələbkar, iĢıqsevən və kifayət 
qədər tez böyüyən ağaclardır.  
Azərbaycanda  tozağacı  növlərinə  baĢlıca  olaraq  Böyük  və  Kiçik  Qafqazın  yüksək  dağ 
zonalarında  rast  gəlmək  olar.  Respublikamızın  ərazisində  rast  gəlinən  növlər  əsasən  Böyük 
Qafqazın Ģərq qurtaracağında, ġahdağ, Tufandağ, Diabar dağı ərazilərində geniĢ yayılmıĢdır. 
Azərbaycanda yayılan tozağacı növlərinin içərisində ən əhəmiyyətlisi əyilən tozağacı hesab 
edilir. 
Əyilən  tozağacının  –  Betula  pendula  Roth.  hündürlüyü  20-22  (26)  m-ə  qədər  olur.  Cavan 
ağacların  qabığı  ağ  və  hamar,  yaĢlı  ağacların  qabığı  isə  çapıq  və  çat-çatdır.  Çətiri  ovalĢəkilli  və 
sallaqdır, budaqları aĢağıya sallanmıĢ haldadır. Tumurcuqları düz, konusvari, sivri və parlaq, qonur 
rəngdədir. Yarpaqları növbəli, nazik, üçbucaq-rombĢəkilli, 3,5-7,0 sm uzunluğunda və 2,5-5,5  sm 
enindədir, hər iki üzü hamardır. Çiçəkləri birevli salxımvari-sırğa formasındadır. Meyvəsi qanadlı 
fındıqçadır. May-iyun aylarında çiçək açır. Meyvəsi avqust-sentyabr aylarında yetiĢir. 
Tozağacının faydalı xüsusiyyətləri, o cümlədən, onun Ģirəsinin müalicəvi təsiri rus xalqına 
çox  qədim  zamanlardan  məlum  olmuĢdur.  1934-cü  ildə  «Rus  tibb  qəzeti»ndə  tozağacı  Ģirəsi  ilə 
suçiçəyinin müalicəsi haqqında, tozağacı Ģirəsinin diuret xüsusiyyətinə malik olduğu barədə geniĢ 
məlumatlar  verilmiĢdi.  XX  əsrin  əvvəllərində  tozağacı  Ģirəsinin  ĢiĢ  xəstəliyinə  tutulmuĢ  insanlara 
sidik  ifrazına  kömək  etməsi  haqqında  məlumatlar  verilirdi.  XX  əsrin  40-cı  illərində  yarpaqlardan 
hazırlanan cövhərlərin sidik və ödqovucu xüsusiyyətləri  təcrübə yolu ilə təsdiq olundu.  
M.A.Nosal və Y.M.Nosal qeyd edirlər ki, vaxtilə tozağacının erkən  yazda toplanılan cavan 
yarpaq və tumurcuqlarından hazırlanan preparatların köməyi ilə mədə yaralarını müalicə edirdilər. 
Həmin  preparatların  köməyi  ilə  böyrək  xəstəliyi  zamanı  bədəndə  yığılan  suyun  çıxarılmasında,  
sidik kisəsi və dəri xəstəliklərində, eyni zamanda qurdqovucu vasitə kimi iĢlətmiĢlər.  
Müasir  tibb  sahəsində  tozağacının  tumurcuğundan  hazırlanan  cövhər  və  dəmdəmələrdən 
sidikqovucu,  ödqovucu  və  dezinfeksiyaedici  vasitə  kimi  istifadə  olunur.  Ürək  ĢiĢi  mənĢəli  su 
yığınlarında  səmərəli  təsirə  malikdir.  Tənəffüs  orqanlarında  baĢ  verən  bronxit,  traxeit,  loringit 
(qırtlaq  iltihabı)  xəstəliklərinin  müalicəsində  iĢlədilir.  Yarpaqlarından  hazırlanan  cövhər  və 
dəmləmələrdən  sidikqovucu,  tərqovucu  vasitə  kimi  daxilə  qəbul  edilir.  Ürək  çatıĢmazlığı  zamanı, 
bu  preparatların  köməyi  ilə  nəfəsalma  asanlaĢdığından  xəstənin  vəziyyəti  yaxĢılaĢır.  Tozağacı 
tumurcuğu  nefrit  (böyrəyin  iltihabı),  nevroz  xəstəlikləri  zamanı  orqanizmdə  A  vitaminin  normal, 
sabit  qalmasına  kömək  edir.  Yarpaqlarının  cövhəri  xəstədə  baĢ  verən  ağrıları  aradan  qaldırır, 
ürəkbulanma, qusma hallarının qarĢısını alır, qara ciyərin ölçüsünü normada saxlayır, sidik və ödün 
ifrazını  artırır.  Tozağacının  oduncağından  hazırlanan  qatrandan  mikrob  əleyhinə  istifadə  edilir. 
Bundan əlavə, qatrandan müalicə əhəmiyyətli müxtəlif mazlar və sabunlar hazırlanır. 
Müalicə  məqsədləri  üçün  tozağacının  tumurcuğundan,  təzə  açılan  yarpaq  və  cavan 
zoğlarından istifadə edilir.  
Tumurcuğunun  tərkibində  0,3%  5-oksi-7,4  dimetoksiflavon  –  C
17
H
14
O
5
;  5,3%  efir  yağı, 
betulon - C
15
H
22
O
1
, betulol – C
30
H
50
O
2
, betulin turĢusu – C
30
H
50
O

və s. maddələr aĢkar edilmiĢdir. 
Yarpaqlarından  isə  2,8%  askorbin turĢusu,  9%-ə  qədər  aĢı  maddəsi,  hiperozid  – C
20
H
21
O
12
,  3,2% 
saponin,  0,04-0,8%  efir  yağı,  1,96-5,56%-ə  qədər  hiperozid,  avikulyarin,  rutin,  3-diqalaktozid 
mirstein,  flavonoid  birləĢmələri,  vitamin  C,  karotin,  0,09%  kumarin,  alkoloid,  suberin  və  s.  aĢkar 
edilmiĢdir. Qabığından efir yağı, triterpenoidlərdən (qabığa ağ rəng verən) betulinol, lupeol, olenaol 
və ursol turĢuları, fenolqlükozidlərdən: betulin, betulozid, rododendrin, qaulterin, 0,08% flavonoid, 
3,3% katexin, fitosterin və s. tapılmıĢdır.  
Yarpağının tərkibində 5,22% kül, mq/q% olmaqla K - 11,40, Ca - 12,50, Mg - 3,80, Fe - 0,30 
makroelementləri, mkq/q% olmaqla Mn - 174,00, Cu - 7,52, Zn - 159, Co - 0,16, Mo - 1,44, Cr - 0,56, 
Al - 98,32, Ba - 85,76, V - 0,24, Se - 0,29, Ni - 5,28, Sr - 11,70, Pb - 47,20 mikroelementləri müəyyən 
edilmiĢdir. Tumurcuq hissəsindən isə 5,55% kül, mq/q olmaqla K - 12,60, Ca - 7,40, Mg - 2,00, Fe - 
0,30 makroelementləri, mkq/q% olmaqla Mn - 127,00, Cu - 10,80, Zn - 100,00, Co - 0,72, Cr - 0,56, 
Al  -  153,80,  Ba  -  35,20,  V  -  0,48,  Se  -  0,70,  Ni  -  5,84,  Sr  -  7,52,  Pb  -  1,36,  B  -  19,60 


44 
 
mikroelementlərin olduğu aĢkar edilmiĢdir.  
Tozağacının  gövdəsindən  tərkibi  bioloji  aktiv  maddələrlə  zəngin  Ģirə  alınır.  ġirəsini 
həyatverici qüvvə, Ģərabını «ağacın qanı» adlandırırlar. Bir ağacdan gün ərzində 2,5-13,5 litr Ģirə əldə 
olunur.  Ən  çox  Ģirə  verən  fazasında  isə  24-129  litr,  nadir 
nüsxələrindən  isə  425  litrə  qədər  tozağacı  Ģirəsi  əldə 
olunur.  ġirəsindən  orqanizmin  möhkəmləndirilməsində, 
tonusun  artırılmasında,  həmçinin  gözəl  sərinləĢdirici 
içkilər,  sirop,  sirkə,  kvas,  maya  və  s.  istehsalında  istifadə 
olunur. Çoxlu miqdarda mikroelementlər, vitaminlər, zülal, 
turĢu,  aĢı  və  s.  maddələrlə  zəngin  olan  Ģirəsindən  fiziki 
cəhətdən 
çox 
zəifləmiĢ 
xəstələrin 
orqanizminin 
möhkəmləndirilməsində, 
böyrəkdə 
olan 
daĢların 
müalicəsində, ağ ciyər xəstəliklərində istifadə edilir.  Xalq 
təbabətində  tozağacının  yarpaq,  tumurcuq  və  cavan 
budaqlarından  hazırlanan  sulu  və  spirtli  cövhəri  eləcə  də 
mazı  sidikqovucu,  tərlədici  vasitə  kimi,  həm  də  oynaq  və  toxumalarda  baĢ  verən  pozuntuların  və 
revmatizmin müalicəsində iĢlədilir. 1941-1945-ci illər müharibəsində əsgər  və partizanların tozağacı 
yarpağı  və  cavan  budaqlarından  hazırlanan  içkilərdən  istifadə  etməsi  onlarda  sink  və  avitaminoz 
çatıĢmazlığını aradan qaldırmıĢdır. 
Elmi təbabətdə tozağacının tumurcuqlarından hazırlanan prepartlar  ürək mənĢəli ĢiĢmələrin, 
qara ciyər və öd yollarının müalicəsində iĢlədilir. 
Tozağacından hazırlanan dəmləmə, cövhər və məlhəmlər böyrək və öd yolları, soyuqdəymə, 
həmçinin virus və parazit mənĢəli xəstəliklərin sağaldılmasında tətbiq edilir. Tozağacının yarpaq və 
tumurcuqlarından hazırlanan qalen preparatlarından avitaminozun, müxtəlif ĢiĢlərin, aterosklerozun 
mədə  və  onikibarmaq  bağırsaqda  əmələ  gələn  yaraların,  böyrək  və  sidik  kisəsindəki  xroniki 
vərəmin,  böyrək  daĢlarının,  bağırsaq  spazmalarının,  eləcə  də  bronxit,  laringit  və  traxeit 
xəstəliklərinin  müalicəsində  geniĢ  istifadə  edilir.  Orta  dərəcəli  xolesistit  (öd  kisəsinin  iltihabı)  və 
turĢuluğun artmasının qarĢısının alınmasında tozağacı dəmləməsindən istifadə olunur. 
Tozağacından müalicəvi preparatların hazırlanması. 
Tozağacı dəmləməsinin hazırlanması. 2 çay qaĢığı tozağacı yarpağını 200 ml qaynar suda 
bir saat dəmlədikdən sonra süzüb üzərinə bıçağın ucunda çay sodası əlavə edin. AlınmıĢ cövhərdən 
gündə 3-4 dəfə yeməyə 10 dəqiqə qalmıĢ 50 ml qəbul edin. Müalicə kursu 40 gündür. 
Kəskin  xolesistitin,  böyrək  və  öd  kisəsi ağrılarının  qarşısını  almaq  üçün.  0,5  litr  araq  və 
yaxud 96 dərcəli spirti 1:1 nisbətində su ilə qarıĢdırıb 10 q tozağacı tumurcuğunun üzərinə töküb, 
qabın ağzını möhkəm bağlayıb, 12 gün qaranlıq yerdə saxlayın. 13-cü günü süzüb səhər saat 8-dən 
axĢam  saat  8-ə  qədər  hər  3  saatdan  bir  xörək  qaĢığı  həcmində  yemək  vaxtından  asılı  olmayaraq 
qəbul edin. 
Böyrək  və  mədəaltı  vəzinin  müalicə  edilməsi.  2  xörək  qaĢığı  tozağacı  yarpağı  tozunu  1 
xörək  qaĢığı  gülümbahar  çiçəyi  və  1  xörək  qaĢığı  solmazçiçək  ilə  qarıĢdırıb  1  litr  qaynar  suyun 
üzərinə tökün, gündə 3 dəfə yeməyə 10 dəqiqə qalmıĢ qəbul edin. 
Xalq  təbabətində  oynaq  və  dəri  damarlarında  baş  verən  ağrıların  qarşısını  almaq  üçün. 
Tozağacının  toz  halına  salınmıĢ  tumurcuğundan  1  stəkan  götürüb  0,5  kq  qunduz  yağının  üzərinə 
töküb qarıĢdırdıqdan sonra qaba boĢaldın. Həmin qabı 7 gün müddətində, gündə 3 saat olmaqla su 
vannasında  vam  od  üzərində  qızdırın.  Alınan  qarıĢığı  (mazı)  isti-isti  baĢqa  bir  ĢüĢə  qaba  tökün. 
AlınmıĢ  mazdan  dəridə  baĢ  verən  müxtəlif  ekzema,  qaĢınma  və  çibanların  üzərinə  az  miqdarda 
yaxıb  müalicə  edin.  Həmçinin  dəri  vərəmində,  dəri  damarlarının  ĢiĢməsində,  dermatoz  və 
dermatomikozların müalicəsində də geniĢ istifadə etmək məsləhət görürlər. 
Tozağacı  qatranından  hazırlanan  10-30%-li  maz  bir  sıra  parazit  və  göbələk  mənĢəli  dəri 
xəstəliklərinin müalicəsində iĢlədilir. 
Tozağacı  qatranını  az  faiz  nisbətində  bitki  yağı  ilə  qarıĢdırıb  qrip  zamanı  damcı  Ģəklində 
buruna damızdırırlar.  
Vərəm xəstəliyinin müalicəsində. Hazır mazdan bir çay qaĢığı götürüb 45-50° temperaturda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə