Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   14   15   16   17   18   19   20   21   ...   149

35 
 
alınmıĢ Ģirə mədə xəstəliklərinin, qara ciyər iltihabının, sarılığın müalicəsində, eləcə də qızdırmanı  
salan, qandayandırıcı vasitə kimi faydalıdır. Elmi təbabətdə xinin maddəsinin kəĢfinə qədər ondan 
revmatizmin, böyrək xəstəliklərinin müalicəsində, bəzi vəzilərin ĢiĢməsinin qarĢısının alınmasında 
geniĢ  istifadə  olunmuĢdur.  Bunlardan  baĢqa,  söyüd  qabığının  külündən  hazırlanan sirkəli məlhəm 
ziyil  götürən  dərmandır.  Onun  kitrəsi  isə  göz  xəstəliyinin  müalicəsində  mühüm  əhəmiyyətə 
malikdir.  BədmüĢk  söyüdünün  çiçəklərindən  alınan  cövhər  xalq  arasında  «piĢpiĢə  arağı»  adı  ilə 
məĢhurdur.  Bitkidən  ürək  ağrısı  zamanı  və  ümumiyyətlə,  ürək  xəstəliklərində  damcı  formasında 
istifadə  edilir.  Son  zamanlar  alimlərimiz  öyrənmiĢlər  ki,  ürək  dərmanı  kimi  bitkinin  baĢqa 
hissələrinə nisbətən erkəkcik daĢıyan çiçəkləri daha səmərəlidir. 
Ondan  alınan  preparatlar  ürək  fəaliyyətinin  pozulması  və  nəbzin  tez-tez  vurması  vaxtı 
iĢlədilir.  Son  zamanlar  söyüd  çiçəyindən  hazırlanan  duru  spirtli  cövhərdən  qan  təzyiqi 
xəstəliklərində istifadə olunur.  
Alman xalq təbabətində qabığından hazırlanan dəmləmə və cövhərdən öskürək zamanı baĢ 
ağrılarında,  qızdırmada,  malyariyada,  müxtəlif  qanaxmalarda,  mədə-bağırsaq  xəstəliklərində,  sinir 
ağrılarında müxtəlif soyuqdəymələrdə, sakitləĢdirici kimi daxilə qəbul edilir. 
BədmüĢk  söyüdünün  qabığının  tərkibində  15-16%,  bəzi  hallarda  isə  hətta  21%-ə  qədər 
tannin  maddəsi  olur.  Ağac  daha  kefyiyyətli  olduqda  taninin  miqdarı  62,1%-ə  çatır.  Qabıqlarından 
alınan yüksək keyfiyyətli tanin maddəsi göndəri sənayesi üçün qiymətli aĢılayıcı sayılır. 
Bu  söyüd  qiymətli  bəzək  bitkisi  hesab  edilir.  BədmüĢk  söyüdünün  yarpaq,  çiçək  və 
qabıqlarının  tərkibində  flavonoid  tərkibli  boyaq  maddələri  vardır.  Biz  laboratoriya  Ģəraitində 
bədmüĢkdən  sarı,  qızılı-sarı,  sarı-narıncı,  narıncı-yaĢıl,  yaĢılımtıl,  zeytunu,  firuzəyi,  qonur, 
qonurumtul-boz,  açıq-qəhvəyi,  tünd-qəhvəyi,  Ģabalıdı,  qəhvəyi-qara  və  s.  rəng  və  çalarlar  almağa 
nail  olmuĢuq.  1  kq  bədmüĢk  söyüdünün  qabığından  hazırlanan  boya  məhlulu  ilə  8-10  kq  yun  və 
ipək  məmulatını  boyamaq  olar.  Bitkidən  alınan  rəng  və  çalarlar  günəĢ  Ģüasına,  yuyulmaya  qarĢı 
davamlıdır.  BədmüĢk  söyüdünün  qələmləri  çox  çətinliklə  kök  atır,  əsasən  toxumların  vasitəsilə 
çoxaldılır. Kötüyündən çoxlu pöhrə verir. 
Ağ söyüd – S. alba L. söyüd cinsinin xalq təsərrüfatı üçün əhəmiyyətli növlərindən biridir.  
Hündürlüyü 15-20 (30) m olan, geniĢ çətirli və əlveriĢli Ģəraitdə gövdəsinin diametri 2-3 m-ə çatan 
ağacdır.  Qabığı  bozdur,  köhnə  gövdəsinin  qabıqları  üzərində  dərin  çatlar  olur. 
Cavan  b  udaqları  gümüĢü  tüklüdür,  köhnə  budaqları  çılpaq  qonurumtul  və  ya 
sarımtıldır.  Tumurcuqları  budağa  sıxılmıĢdır,  sivridir,  təqribən  6  mm 
uzunluğundadır. Yarpaqları nazik olub, ensiz və  ya enli lansetvaridir. Sırğaları 
yarpaqları ilə bir zamanda açılır. 
Ġkiyuvalı  (ikievli)  çiçəkləri  sünbül  Ģəklində  tək-tək  düzülmüĢdür. 
Meyvəsi qutucuqdan ibarətdir. 
Bitki  aprel-may  aylarında  çiçək  açır,  meyvəsi  iyun  ayında  yetiĢir.  Ağ 
söyüd  Azərbaycanda  çox  geniĢ  yayılmıĢdır.  Bu  bitki  sulu  yerlərdə,  arxların, 
çayların  və  xəndəklərin  kənarlarında  tək-tək  və  topa  halında  bitir.  Çox  vaxt  həyətyanı  sahələrdə, 
küçələrdə, yol və arxların kənarında və s. yerlərdə yaĢıllaĢdırma məqsədilə əkilib-becərilir. Nahaq 
yerə  xalq  arasında  deməmiĢlər  ki,  «söyüd  su  ilə  dalaĢmaz»,  «söyüd  çəmən  otları  kimidir,  onu 
biçərsən,  o  yenidən  böyüyüb  formalaĢmağa  baĢlayır»,  «söyüd  uzununa  böyüyür»  və  s.  Qədim 
yunanlar hesab edirdilər ki, söyüd Hekatə və Həre allahlarınındır. 
Roma  Ģairi  Vergiliyanın  əsərlərində  göstərilir  ki,  ilahə  və  pərilər  öz  yaxın  adamlarını, 
sevgililərini itirən zaman qəmginlik rəmzi olaraq söyüd ağacının altında oturub yas saxlayırmıĢlar. 
 Ağ  söyüd  təsərrüfat  cəhətdən  qiymətli,  tez  böyüyən,  torpağa  qarĢı  az  tələbkar  bir  ağacdir. 
ġaxtaya qarĢı həssasdır. YumĢaq yerlərdə, təzə çay çöküntülərində yaxĢı əmələ gələrək, 20 yaĢına 
qədər  hər  il  təqribən  1  m  boy  atır.  Sonralar  boyartma  yavaĢıyır  və  tamam  qocalanadək  diametri 
daim yoğunlaĢır, 100 ilə qədər yaĢayır. 
Respublikamızın  ərazisində  ağ  söyüdün  çox  geniĢ  yayılmasına  baxmayaraq,  ümumiyyətlə, 
ehtiyatı getdikcə azalır. Yalnız geniĢ surətdə becərildikdən sonra sənayedə istifadə etmək üçün bir 
xammal mənbəyi ola bilər. 
Yarpaq  tumurcuqlarından  2,91-7,3%  monosaxarid,  0,39-4,13%  saxaroza,  karotinoid, 


36 
 
yarpaqlarında  karotinoid,  C  vitamini,  apigenin,  izokversetrin,  rutin,  monoqlükozid,  izoramnetin, 
narsissin,  tozcuqlarından  qlükoza,  fruktoza,  qalaktoza,  ramnoza,  C,  P  vitaminləri,  karotin  və  s. 
maddələr aĢkar edilmiĢdir. Gövdəsinin qabığında 14-15%-ə qədər aĢı maddəsi müəyyən edilmiĢdir. 
Söyüd  qabıqları  nazik  dərilərin  aĢılanması  üçün  əvəzolunmaz  xammal  sayılır.  Söyüdlə 
aĢılanmıĢ nazik dərilərdən isə zərif əlcəklər və kitab cildlərinin hazırlanmasında istifadə edilir. 
Söyüdün  qiymətli  müalicəvi  xüsusiyyətləri  haqqında  qədim  yunanların  geniĢ  məlumatları 
olmuĢdur.  Dioskorid  söyüdün  qabıq,  yarpaq,  tumurcuq  və  çiçəklərindən  alınan  Ģirələrin  böyük 
müalicəvi əhəmiyyəti haqqında geniĢ məlumat vermiĢdir. 
Gövdəsinin  qabıq  və  budaqlarından  hazırlanan  ekstraktlardan  büzüĢdürücü,  hemostaz  (qan 
axmasının  kəsilməsində),  dezinfeksiyaedici,  hərarətsalıcı,  damarları  geniĢləndirən  vasitə  kimi 
istifadə edilir. Cövhər, dəmləmə və tozundan isə dizenteriya, qastrit, qəbizlik, daxili qanaxmalarda, 
qadın xəstəliklərində, nevroz, vərəm, tif, revmatizm və s. xəstəliklərin müalicəsində istifadə olunur. 
Bundan  baĢqa  ağ  söyüdün  cövhərindən,  dəmləməsindən,  tozundan  ağız  və  boğazın  qar-qara 
olunmasında,  vannasından  damar  geniĢlənmələrində,  müxtəlif  dəri  xəstəliklərində  istifadə  edir, 
tozunu  isə  yara  qanaxmalarının  üzərinə  qankəsici  vasitə  kimi  səpirlər.  Bolqarıstanda  oynaq  və 
toxumalarda  baĢ  verən  nasazlıqların  aradan  götürülməsində  iĢlədilir.  Yarpaqlarından  hazırlanan 
dəmləmələrdən güclü bağırsaq qanaxmalarında, qızdırmanın aĢağı salınmasında, hamaĢçiçəyindən 
isə  əsəb  və  taxikardiya  (ürəyin  tez-tez  döyünməsi)  əleyhinə  iĢlədilir.  Çiçəklərindən  hazırlanan 
cövhər isə qızdırmanı salan vasitə kimi daxilə qəbul edilir. 
Xalq arasında ağ söyüdü «aspirin ağacı» adlandırırlar. Belə ki, söyüdün qabıqlarından alınan 
salisin – təbii preparat olub, aspirini əvəz edir. Bundan baĢqa uzun müddət söyüdün qabıq və cavan 
budaqlarından  alınan  cövhərdən  qəbul  edən  zaman  insanlarda  damarların  elastikliyi  artır.  Qan 
kapilyarlarının partlayıb və qırılıb sızmalar əmələ gətirməsinin qarĢısını alır. 
Ağ  söyüdün  qabıq  hissəsi  qiymətli  müalicəvi  xüsusiyyətlərə  malikdir.  Ondan  hazırlanan 
preparatlardan  dezinfeksiyaedici,  soyuqdəyəmə,  qanyaradıcı,  sakitləĢdirici,  büzüĢdürücü  və 
sidikqovucu vasitə kimi istifadə edilir. 
Malyariya xəstəlyi yayılan rayonlarda bu xəstəliyi müalicə etmək üçün çox qiymətli və çətin 
tapılan xinin maddəsi söyüd qabığı ilə əvəz edirmiĢdir. Bu qiymətli təbii vasitədən bu gün də bir 
sıra xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir. 
Söyüddən müalicəvi preparatların hazırlanması. 
Damarlarda  toplanan  duz  yığıntılarının,  revmatizmin,  həmçinin  ishal  və  mədədə  olan 
turşuların nizama salınması üçün. 1 xörək qaĢığı doğranmıĢ söyüd qabığını 0,5  litr qaynar  suya 
töküb, zəif od üzərində 15-20 dəqiqə saxladıqdan sonra  bir saat dəmləyin və süzüb gündə 3-4 dəfə 
2 xörək qaĢığı daxilə qəbul edin. 
Damar  genişlənmələrində  və  tromboflebitin  aradan  qaldırılmasında.  250  q  qabığı  2  litr 
qaynar suya töküb zəif od üzərinə qoyub 15-20 dəqiqə saxlayın. Dəmlədikdən sonra bir vedrə suya 
töküb  temperaturunu  37°C-yə  çatdırın.  Dizinizi  vannaya  qoyub  20-30  dəqiqə  saxlayın,  bu  zaman 
ayaqlarınızın  üzərini  isti  odeyalla  örtün.  ÇalıĢın  ki,  su  soyumasın.  Əməliyyatdan  sonra  isti  corab 
geyinin. 
Soyuqdəymə zamanı. DoğranmıĢ söyüd qabığını qızılağac qozu ilə qarıĢdırıb 1 xörək qaĢığı 
1 stəkan qaynanmıĢ suyun üzərinə töküb 5-7 dəqiqə zəif od üzərində saxlayın. Dəmlədikdən sonra 
soyudub süzün, gündə 2-3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə 20-30 dəqiqə qalmıĢ daxilə qəbul 
edin. 
Bərabər  miqdarda  doğranmıĢ  cavan  söyüd  budağından  və  qızılağac  qozundan  götürüb  1 
stəkan qaynar suya tökün və 3-5 dəqiqə biĢirib 30 dəqiqə dəmləyib, süzün. Cövhərdən stəkanın 1/4 
hissəsi qədər götürüb, hər gün 2-3 dəfə yeməkdən qabaq qəbul edin. Müalicə kursu 2-3 həftədir. 
Qızdırma,  göyöskürək  və  vərəm  xəstəliklərində.  1  çay  qaĢığı  xırdalanmıĢ  qabığından 
götürüb 1 stəkan qaynar suyun üzərinə töküb, qaynama dərəcəsinə çatdırın. 3-4 saat dəmlədikdən 
sonra süzüb 3-4 dəfə, yeməyə 15-20 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər daxilə qəbul edin. 
Qastrit,  kolit,  dizenteriya,  daxili  qanaxmaların,  o  cümlədən  də  uşaqlığın  kəskin 
qanaxmalarının qarşısının alınmasında. Söyüdün 1 xörək qaĢığı doğranmıĢ qabığından və yaxud 
cavan budaqlarından götürüb 1 stəkan qaynar suya töküb 10-15 dəqiqə biĢirdikdən sonra yarım saat 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə