Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   13   14   15   16   17   18   19   20   ...   149

33 
 
Sarı  süsən  mülayim,  subtropik  və  tropik  iqlimi  sevir.  Respublikamızın  torpaq  və  iqlim 
Ģəraiti süsənlərin inkiĢafı üçün çox əlveriĢlidir. Sarı süsən dərman, efir yağlı, boyaq, aĢı və bəzək 
bitkisi kimi olduqca qiymətlidir. 
Kökümsovları  təzə  vaxtı  iysiz  və  zəhərli  olur.  Ondan  istifadə  etmək  üçün  kökümsovları 
yerdən  qazıb  çıxarır,  torpağını  yuyub  təmizləyirlər.  Sonra  doğranmıĢ  xırda  hissələri  sərib 
qurudurlar.  QurudulmuĢ  kökümsovları  kağız  torbalara  doldurub  xüsusi  anbarlarda saxlayırlar.  3-4 
aydan  sonra  kökümsovlar  incə  bənövĢə  iyi  verməyə  baĢlayır.  Bu  zaman  onun  köklərini  narın  toz 
halına  salıb,  «bənövĢə  kökü»  adlı  efır  yağı  alırlar.  Sonra  alınmıĢ  yağdan  ətriyyat,  kosmetika,  sa- 
bunbiĢirmə  və  s.  ilə  yanaĢı,  qənnadı  məmulatları  və  spirtsiz  içkilər  istehsalında  da  geniĢ  istifadə 
edirlər.  Bundan  əlavə,  narın  kökümsovları  ədviyyat  kimi  bir  çox  xörəklərə  qatılır.  Çiçək  və 
kökümsovunun tərkibində 0,1-0,4% efır yağı, ürək qlükozidləri, 55-57% niĢasta, 10%-ə qədər yağ, 
14%-ə  qədər  aĢı  maddələri  və  s.  tapılmıĢdır.  Bundan  baĢqa  çiçəklərindən  8-10%  flavonoid 
maddələri,  9-15(26)%-ə  qədər  antosian  tərkibli  boyaq  konsentratları  və  s.  alınmıĢdır.  Sarı  süsənin 
qurudulmuĢ kökümsov  və  gövdəsindən xalq təbabətində sidikqovucu və qurdqovucu dərman kimi 
istifadə edilir. Təbabətdə isə diĢ ağrısı, qarın yatalağı və baĢqa xəstəliklərin müalicəsində iĢlədilir. 
Kökümsovu  alkoloidlə  zəngin  olduğundan  onlardan  yalnız  qurudulmuĢ  halda  istifadə  etmək 
lazımdır. 
Sarı süsənin qurudulmuĢ kökümsovlarının sulu dəmləməsi və biĢmiĢi ishalın qarĢısını alır. 
Sulu dəmləməsi həm də böyrək və sidik yollarının iltihabını, ağrıları və daxili qanaxmaları (uĢaqlıq 
qanaxmalarını) kəsir.  
Aristotel,  Dioskorid  öz  əsərlərində  xalq  arasında  süsənin  kökündən  bir  çox  xəstəliklərin 
müalicəsində  geniĢ  istifadə  edilməsi  haqqında  maraqlı  məlumatlar  verirlər.  Qədim  zamanlarda 
süsənin  kökünü  yerdən  qazıb  çıxarır,  yuyub  qurudur,  əzərək  narın  toz  halına  saldıqdan  sonra 
spirtdə, çaxırda həll edərək kəskin ağrı verən sidik kisəsi xəstəliklərini müalicə edərmiĢlər.  
Orta  əsrlərdə  kosmetika  sahəsində  süsənin  kökündən  geniĢ  istifadə  etmiĢlər.  Bitkinin 
cövhəri  diĢ  dibini  möhkəmləndirir  Bundan  baĢqa  üzdə  olan  çilin  yöx  edilməsində,  qanın 
kəsilməsində,  tozunu  balla  qarıĢdırıb  yaranın  üzərinə  çəkərək  və  döyülmüĢ  ətlə  qarıĢdırıb  açıq 
sümüyün  üzərinə  qoyaraq  müalicə  edirmiĢlər.  Tozu  balla  qarıĢdırıb  üzdəki  çillərin  üzərinə 
sürtməklə onları yox edirmiĢlər.  
Süsənin  bir  çox  növlərinin  çiçək  və  kökümsovlarının  tərkibində  yeyinti  və  toxuculuq 
sənayesində, gön-dəri istehsalında, eləcə də əczaçılıq, ətriyyat  və kosmetika sahələrində istifadəsi 
mümkün  olan  antosian  və  aĢı  maddələri,  dərman,  efir  yağları  var.  Biz  ilk  dəfə  olaraq  süsən 
çiçəklərindən zəhərsiz və tərkibi bioloji fəal maddələrlə zəngin olan boyaq maddələri alaraq, qida 
məhsullarının boyadılmasında sınaqdan keçirib maraqlı nəticələr əldə etdik.  
Süsən,  əsasən  toxumla,  vegetativ  üsulla  və  kökümsovları  vasitəsilə  çoxaldılır.  Çoxaltma 
üçün  sağlam,  cavan  cücərtilərin  Ģitillərindən  istifadə  olunur.  Nəvbəti  əkin  zamanı  süsəni  biçilmiĢ 
taxıl və yaxud mədəni bitkilər üçün nəzərdə tutulmuĢ sahələrdə əkib becərirlər. ġumlama 27-40 sm 
dərinliyində  aparılır.  ġumlamadan  sonra  hər  hektar  sahəyə  200-300  kq  superfosfat,  100-150  kq 
kalium  gübrələri  verilir.  Bitkinin  inkiĢafı  prosesində  hər  suvarmadan  sonra  kultivasiya  iĢləri 
aparılır, sahə alaq otlarından təmizlənir. Bitkinin hündürlüyü 10-12 sm-ə çatdıqdan sonra hər hektar 
sahəyə  təkrarən  150-250  kq  superfosfat,  80-125  kq  kalium  gübrəsi  verilir.  Ikinci  il  bitkinin  dibi 
yumĢaldılır, alaq otlarından təmizlənir və suvarılır.  
Süsəni  qida  sahəsi  70x30  sm  olan  yerdə  əkib  becərirlər.  Hər  hektar  sahədən  5-8  ton 
kökümsov məhsulu əldə edilir.  
 
SÖYÜD – Salicaceae Mirb. fəsiləsi 
Söyüd – Salix L. 
 
Söyüd  –  Salix  L.  cinsinin  dünya  florasının  tərkibində  500-dən  artıq  növünə  təsadüf  edilir. 
Qafqazda 25, Azərbaycanda isə 14 növü yayılmıĢdır. 
Söyüd  ağaclarının  xalq  təsərrüfatında  böyük  əhəmiyyəti  vardır.  Səbət  söyüdləri  (üç 
erkəkcikli söyüd, qonur və ya purpur söyüdü və s.) toxunma avadınlıqlar (səbət, toxunma mebel və 


34 
 
s.)  üçün  gözəl  materialdır.  Bəzi  söyüd  növləri  qabıqlarında  aĢı  maddələrinin  xeyli  çox  olması  ilə 
digər bitkilərdən fərqlənir. Azərbaycanda söyüdlərdən bu məqsədlə istifadə edilmir. Müxtəlif səbət 
söyüdlərinin birillik çubuqlarının  qabığı ağaclara göz calağı vurulduqda bir sarğı materialı kimi də 
iĢlədilir. Söyüd ağacları həm tikinti, həm də yanacaq, bəzək və dərman xammalı (qlükozid salisin) 
kimi də qiymətlidir. Söyüd qabığından hazırlanan preparatlar büzücü maddə kimi, qızdırmanı salan 
və qankəsici vasitə kimi iĢlədilir. Xalq təbabətində bu ağacın qabığından (ağ söyüd, keçi söyüdü və 
ya  kolvarı  söyüd,  qırmızı  söyüd)  malyariyaya  qarĢı  istifadə  olunur.  Söyüd  qabığından  alınan  tozu 
isə irinli yaraların üzərinə səpirlər. 
Bir  çox  söyüd  növlərinin  qabığı  parçaları  sarı,  qəhvəyi  və  qırmızı  rəngə  boyamaq  üçün 
iĢlədilir.  Söyüdlüklər  arıçılıq  üçün  çox  qiymətlidir,  yazın  əvvəllərində  söyüd  ağacları  çiçəkləmə 
dövründə çiçək balı (nektar) və tozcuq verir. Arıçılıq üçün ən qiymətli söyüd növləri keçi söyüdü, 
kolvari söyüd, küllü söyüd, ağ söyüd, nisbətən az qiymətli olan növlər isə beĢerkəkcikli söyüd, üç 
erkəkcikli  söyüd,  pu  rpur  söyüdü  və  s.  Bəzi  hallarda  yaz  əlveriĢli  keçdikdə  və  arı  ailələri  gümrah 
olduqda söyüd ağaclarının hər hektarından 150 kq-a qədər bal almaq olur.  
Ağac formalı söyüdlərin oduncağı yumĢaq və yüngüldür. Ondan dülgərlik və tokarlıq iĢində, 
ev  əĢyaları,  sadə  kənd  təsərrüfatı  alətləri  və  s.  hazırlanmasında  istifadə  edilir.  Çubuqlarından 
cürbərür səbətlər, əl ağacları və s. düzəldilir.  
Oduncağından sellüloza istehsal etmək və plastik kütlələr hazırlamaq üçün də istifadə etmək 
olar. 
Söyüd  yaĢıllaĢdırma  məqsədilə  ən  çox  əkilən  ağacdir.  Bağlarda  və  parklarda,  göllərin 
ətrafında, xiyabanların, meĢəliklərin kənarında əkilib-becərilən bəzək söyüdləri (xüsusilə də salxım 
söyüdlər) bütün dünyada məĢhurdur.  
Küçələrdə, yol kənarlarında, evlərin qabağında və həyətlərdə də söyüd əkilir. 
Söyüd  növlərinin  bir  çoxunun  böyük  meliorativ  əhəmiyyəti  var,  bəzi  söyüd  növləri 
qoruyucu  meĢə  zolaqlarında  əkilir,  bəzilərindən  qumluqlarda,  suvarılan  torpaqlarda  və  ya  göllərin 
ətrafında meĢə salmaq, yarğan  və uçurumları bərkitmək üçün istifadə edilir. Söyüd ağaclıqlarında 
bəzi ov heyvanları və quĢlar yaĢayıb qidalanır. Budaqları qıĢda ev heyvanları üçün yemdir.  
Söyüd  növlərinin  çoxusu  sürətlə  böyüməsi  (xüsusilə  də  cavan  ikən)  və  iĢıq  sevməsi  ilə 
fərqlənir. 20-30 illik söyüd ağaclarının istehsalat əhəmiyyəti daha böyükdür. 
BədmüĢk,  piĢpiĢə  (Keçi  söyüdü)  –  S.  caprea  L.  hündürlüyü  1,5-4,0,  bəzən  4-8  m-ə, 
diametri  40-60  sm-ə  qədər  olan  ağacdir.  Qabığı  yaĢılımtıl-boz  və  hamardır.  Böyüdükcə,  xüsusilə 
gövdəsinin aĢağı hissəsi qonurumtul rəng alır və üzərində uzununa dərin çatlar əmələ gəlir. Cavan 
budaqları  sıx  boz  tüklüdür,  sonralar  çılpaqlaĢır.  Tumurcuqları  çox  iri,  çılpaq  və  qonurdur,  5  mm 
uzunluqdadır.  Yarpaqlarıın  uzunluğu  5-12  (18)  sm,  eni  2,5-5(8)  sm  olub,  ellips  Ģəklindədir. 
Yarpaqları  açılmazdan  əvvəl  çiçəkləyir.  DiĢicik  sırğaları  saplaqlıdır,  sıxdır,  meyvələrinin 
yanındakılar  10  sm-ə  qədər  uzunluqdadır.  Erkəkcikləri  2-dir,  sərbəst  və  çılpaqdır.  Mart-aprel 
aylarında çiçək açır. 
BədmüĢk  söyüdünün  qabıq  və  budaqlarının  tərkibində 
alkaloid,  C  vitamini,  salisil  spirti,  2,2-4,2%  fenolqlükozid, 
katexin,  kversetin  flavonoidləri,  yarpaqlarından  üzvi  turĢular, 
saponin,  kempferol,  lyuteolin,  apiqenin,  bakkozid,  salikaprin, 
hamaĢçiçəyindən 
0,49-1,87% 
fenolqlikozid, 
triantin, 
izoramnetin, lyuteolin, erkək hamaĢçiçəyindən üzvi turĢular, C 
vitamini, 
4,1-5,3%-ə 
qədər 
diosmetin, 
kapreozid, 
salikapreozid,  izoramnetin  flavonoidləri  aĢkar  edilmiĢdir. 
DiĢicikdə  1%-ə  qədər  sulu  karbohidrat  maddələri,  0,2%-ə 
qədər  saxaroza,  tozcuğundan  11%-ə  qədər  sulu  karbohidrat, 
7%-ə  qədər  saxaroza  qlükoza,  fruktoza,  qalaktoza,  ramnoza,  C  vitamini  və  s.  maddələr  aĢkar 
edilmiĢdir. 
BədmüĢk  söyüdü  çox  qiymətli  dərman  və  texniki  bitkidir.  Tərkibində  flavonoidlər,  aĢı, 
boyaq  maddələri  aĢkar  edilmiĢdir.  Bu  qiymətli  bitki  xalq  təbabətində  qədimdən  istifadə  olunur. 
Aprel-may  aylarında  çiçəkləmə  dövrüdür,  qabığı  isə  iyun-iyul  aylarında  toplanır. Qabığından  təzə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə