Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   17   18   19   20   21   22   23   24   ...   149

41 
 
lentĢəkilli qurdları qovub çıxarmaq üçün qoz ləpəsini səhər acqarına yemək lazımdır. Soliteri (yastı) 
qurdu  qovmaq  üçün  isə  30-60  q  qoz  yağını  Ģəraba  qatıb  qəbul  etməyi  məsləhət  görürlər. 
Konyunktivit  xəstəliyi  zamanı  hər  gün  gözə  bir  neçə  damcı  qoz  yağı  damızdırmaq  kifayətdir.  Bu 
yağ qulaq iltihabı zamanı da iĢlədilir.  
Xəstələr  üzərində  aparılan  klinik  müĢahidələrə  əsasən  müəyyən  edilmiĢdir  ki,  qoz  ləpəsi 
mədə sekresiyasına müsbət təsir göstərərək onu normaya salır. Mədə turĢuluğu  çox olan xəstələr 50 
qram ləpəni 10 gün müddətində qəbul edərsə turĢuluq normaya düĢər.  
Ġngiltərədə  qozun  ləpəsindən  Ģəkərli  diabet  və  ateroskleroz,  Çində  isə  böyrək  daĢı 
xəstəliklərinin  müalicəsində  istifadə  edilir.  Bütün  bunlarla  yanaĢı  qoz  ağacının  yarpaqlarının 
buraxdığı  ətirli,  efirli  maddələr  sağlam  hava  Ģəraiti  yaradaraq  mühüm  müalicəvi  əhəmiyyətə 
malikdir.  
Təzə qoz yağı xora və müxtəlif dəri xəstəliklərinin sağalmasına kömək edir. DöyülmüĢ təzə 
qoz ləpəsi də bu xassəyə malikdir. Qozun qərzəyindən yuqlan preparatı hazırlanır. Bu preparatdan 
isə dəri xəstəliklərinin müalicəsində istifadə olunur.  
Efir yağları və aĢılayıcı maddələrlə zəngin olan ətirli qoz yarpağından təbabətdə daha geniĢ 
istifadə olunur. 
Qoz  yarpağı  həm  də  insektisid  xüsusiyyətlidir.  Qoz  ağacı  bitən  ölkələrdə  əhali  xalı  və  xəz 
məmulatları güvədən qorumaq üçün onun yarpaqlarından istifadə edirlər. ġimali Qafqazda keçmiĢ 
dövrlərdən qalmıĢ bəzi sərdabə və zirzəmilərdə qoz yarpağına da rast gəlinir. Onların oraya nə üçün 
qoyulduğunu  söyləmək  isə  çox  çətindir.  Çox  ehtimal  ki,  sərdabədəki  qiymətli  parçaları  güvədən 
qorumaq üçün belə etmiĢlər.  
Ağcaqanad,  mozalan,  milçək  və  baĢqa  həĢəratlar  həmiĢə  qoz  ağacından  qaçır.  Odur  ki, 
qədim  zamanlarda  kəndlərin  ətrafında,  evlərin  yaxınlığında  qoz  ağacı  əkərmiĢlər.  Amerikan 
fermerləri isə bu ağacı fermalarda və otlaqlarda əkirlər. Yayın isti günlərində mal-qara bu ağacların 
altında həm günəĢdən, həm də müxtəlif həĢəratlardan qorunur.  
Lakin  qoz  ən  çox  yeyinti  sənayesində,  kulinariya  və  Ģirniyyat  istehsalında  istifadə  olunur. 
Onu  da  qeyd  etmək  yerinə  düĢər  ki,  qozun  yetiĢməmiĢ  meyvələrində  2,5%-ə  qədər  C  vitamini 
vardır.  Bir  ton  yetiĢməmiĢ  qoz  meyvəsindən  alınan  C  vitamini  300  min  adamın  tələbatını  ödəyə 
bilər. 
Qoz  yağından  həmçinin,  lak,  sabun  istehsalında  da  geniĢ  istifadə  olunur.  Lak  rəssamlıq 
iĢlərində rənglərə parlaqlıq, Ģəffaflıq verir. Həmin rəsmlərin rəngi min illər keçsə də dəyiĢmir. 
Biz  laboratoriyada  onun  yarpaq,  qabıq  və  gövdə  hissələrindən  boyaq  məhlulu  hazırlayıb 
yun,  ipək  pambıq  və  kapron  məmulatların  qəhvəyi,  açıq-qəhvəyi,  tünd-qəhvəyi,  qəhvəyi-yaĢıl, 
qəhvəyi-boz, qonur-qəhvəyi, qəhvəyi-qara, Ģabalıdı və s. rəng və çalarlara boyamağa nail olduq. 
Qozun  meyvəyanlığında  (qabıq  hissəsində)  20-25%,  gövdəsinin  tərkibində  isə  40-45%-ə 
qədər  tanin  maddəsi  varıdr  ki,  bundan  da  gön-dəri  sənayesində  qiymətli  aĢılayıcı  maddə  kimi 
istifadə etmək olar. Qozdan alınan tannin gönü həm aĢılayır, həm də boyayır. 
Qozun 
yarpaqlarından  hazırlanan  preparatlardan  soyuqdəymə  zamanı  yaraların 
müalicəsində, büzüĢdürücü və parazit əleyhinə vasitə kimi, həzm aparatının nizama salınmasında, 
maddələr mübadiləsinin normallaĢdırılmasında, qanda Ģəkərin normada saxlanılmasında, iĢtahanın 
yaxĢılaĢdırılmasında,  qan-damar  sisteminin  təmizlənməsində  istifadə  edilir.  Bundan  baĢqa  qozun 
yarpağı  ilə  xənəzir,  aterozkleroz,  qastrit, ishal,  aybaĢı  pozuntuları  vitamin  çatıĢmazlığı,  raxit,  dəri 
xəstəliklərini müalicə edirlər. 
Yarpaqlarından  və  yaĢıl  qərzəyindən  hazırlanan  ekstrakt  boğazın  qarqara  edilməsində, 
anginada,  stomatit,  gingivit,  diĢ  toxumalarının  iltihabı,  parodontoz,  kandidoz  və  s.  xəstəliklərin 
müalicəsində tətbiq edilir. 
YaĢlı qadınlarda uĢaqlıq yollarında baĢ verən pozuntuları aradan qaldırmaq üçün 100 q quru 
qozun  yarpağını  1  litr  qaynar  suda  dəmləyib  gecəni  saxlayın.  Sonra  pambığı  həmin  ekstraktda 
isladıb tampon kimi ağrıyan yerə qoyun. Səhər tezdən tamponu götürəndən sonra ağrıyan nahiyəni 
kərə yağı ilə yağlayın. 
Təzə qoz qabığından 1 kq götürüb ət maĢınından keçirib 1 kq qunduz yağının üzərinə töküb 
yaxĢı qarıĢdırın. Alınan mazı 4-5 saat su hamamında qızdırın. Üzərinə 1 xörək qaĢığı əhəngli xlor 


42 
 
əlavə edin və rəngi durulduqdan sonra süzün. 
AlınmıĢ  mazla  irinli  civzələri,  dəri  vərəmini,  dəri  gənəsini,  çiban,  ekzema,  damar 
geniĢlənmələrini,  podaqra  və  revmatizm  ağrılarını  müalicə  edirlər.  Yadda  saxlamaq  lazımdır  ki, 
qozdan hazırlanan preparatların daxilə qəbul edilməsi qanda protrombinin artmasına səbəb olur. Bu 
preparatların  ancaq  qan  durulaĢdıran  cökə  çiçəyi,  kəndəlaĢ,  moruq  kökü  və  atĢabalıdı  çiçəyinin 
qarıĢıqlarından hazırlanan ekstraktlar ilə birlikdə qəbul edilməsi məsləhət görürlər. Hemofiliyadan 
əziyyət  çəkən  xəstələrə  mazın  gözəl  təsiri  vardır,  vərəm  xəstəliyində,  ürək  əzələsi 
soyuqdəymələrində  qoz  ləpəsini  bal  ilə  qarıĢdırıb,  gündə  2  dəfə  1  xörək  qaĢığı  həcmində  qəbul 
etmək məsləhət görülür. Mədə və onikibarmaq bağırsaq yaralarının, irin və tireotoksikozun yüngül 
formalarının  müalicəsində  200  q  arakəsmə  pərdəsindən  götürüb  1  litr  40  dərəcəli  spirtin  üzərinə 
töküb  ağzını  möhkəm  bağlayaraq,  21  gün  qaranlıq  yerdə  saxlayın,  sonra  gündə  3  dəfə  bir  xörək 
qaĢığı qəbul edin. 
Həzm  sistemi  pozuntularında,  böyrək,  qara  ciyər  və  s.  xəstəliklərin  müalicəsi  məqsədilə 
yaĢıl  qoz  meyvəsini  iyul  ayında  toplayın,  xırda  hissələrə  doğrayıb,  ĢüĢə  balona  doldurun,  üzərinə 
Ģəkər  tozu  əlavə  edərək  qapağını  möhkəm  bağlayıb,  4  həftə  günəĢin  qabağında  saxlayın.  Əmələ 
gəlmiĢ Ģirəni baĢqa bir ĢüĢə qaba süzüb gündə 1 xörək qaĢığı daxilə qəbul etmək lazımdır.  
Cərrahiyə  zamanı müalicəsi mümkün  olmayan  xərçəng  xəstəliyini müalicə  etmək  üçün. 
200 q yetiĢməmiĢ qoz meyvəsini götürüb 1 litr adi neftin üzərinə töküb 21 gün saxladıqdan sonra, 
gündə  3  dəfə  bir  xörək  qaĢığı  daxilə  qəbul  edin.  Təmiz  neftin  üzərinə  200  q  yaĢıl  qozdan  töküb 
çıxarıĢını  alın.  Sonra  süzüb  gündə  1  damcı  olmaqla  100  ml  suya  töküb  45  gün  45  damcı  daxilə 
qəbul edin. 7-ci günü sizdə bütün  gün ərzində ishal  baĢ verəcəkdir, bundan təĢviĢə düĢməyin.  Bu 
proses isə axĢama yaxın normallaĢacaqdır. 
Qoz  qabığından  müalicəvi  mazın  hazırlanması.  200  q  təzə  qoz  qabığını  ət  maĢınından 
keçirin,  1  litr  günəbaxan  yağının  içərisinə  töküb  4  həftə  günün  altında  saxlayın.  Sonra  alınmıĢ 
qarıĢığı  süzün,  70  dərəcəyə  qədər  qızdırıb  üzərinə  30  q  əsl  arı  mumu  əlavə  edin,  sonra  2  saatsu 
hamamında qızdırın. Süzüb isti halda butulkalara doldurun. AlınmıĢ mazdan uzun sürən yaraların, 
irinli yara kəsiklərinin, dodaq çatlamalarının və s. müalicəsində yaxma Ģəklində istifadə edin. 
Biz  dünyada  analoqu  olmayan  yeni  texnologiya  üsulu  iĢləyib  hazırlayaraq  qozun 
tullantılarından, xüsusilə meyvəyanlığından yeyinti, toxuculuq, xalçaçılıq və ipəkçilik sənayesində 
istifadəsi  mümkün  olan  boyaq  maddəsi  almağa  nail  olduq.  Bizim  tərəfimizdən  hazırlanan 
texnologiya sxemi yenilik kimi qəbul edilmiĢ, bizə 1575558 saylı patent verilmiĢdir. 
 
 
 
 
 
 
TOZAĞACI – Betulaceae S.F.Gray. fəsiləsi 
Əyilən tozağacı – Betula pendula Roth. 
 
 Qədim slavyan xalqları XV əsrə qədər  yeni il bayramını qıĢda  yanvar ayında deyil,  yazda 
qeyd  edirmiĢlər.  Onlar  yeni  il  bayramını  küknar  və  Ģam  ağacları 
ətrafında  yox,  hər  il  mart  ayında  tozağacının  ətrafında  keçirərmiĢlər. 
Qədim  əlyazmalarda  qeyd  edirlər  ki,  slavyan  xalqı  meĢə,  su  və  göy 
allahlarına dua edər, onlardan həmiĢə bol ruzi arzulayarmıĢ. Slavyanlar 
ağ  gövdəli  tozağacının  ətrafına  toplanar,  bu  allahlara  dua  edə-edə 
oxuyar və Ģənlənərdilər. BaĢqa bir tarixi mənbədə deyilir ki, slavyanlar 
tozağacını qadın rəmzi kimi təsəvvür edib, yaz aylarında onun ətrafına 
toplanır, toy və bayram mərasimlərini onun ətrafında qeyd edərmiĢlər. 
Dünya  florası  tərkibində  tozağacı  cinsinin  140-a  qədər  növü 
yayılmıĢdır.  Qafqazda  7,  o  cümlədən  Azərbaycanda  5  növünə  rast 
gəlmək  olar  (Mirzəyev,  Fətəliyev,  1988;  Mirzəyev  1998).  Tozağacı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə