79
yarpaqlarından müxtəlif salat növlərinin hazırlanmasında istifadə edilir.
Müalicə məqsədləri üçün bitkinin çiçək və meyvə əmələ gətirən zaman toplanan çiçək, ot,
meyvə, qın və toxumlarından istifadə edilir.
Vəzərəkdən alınan preparatların köməyi ilə vitamin çatıĢmazlığında, soyuqdəymədə,
yaraların müalicəsində, sidikqovucu, qanın laxtalanmasının artırılmasında, toxumundan isə iĢlədici
vasitə kimi istifadə edilir.
Vəzərəkdən dərman preparatlarının hazırlanınası.
Avitaminozda,
hipovitaminozda,
xərçəng
xəstəliklərinin
müalicəsində, xroniki
yorğunluqlarda, maddələr mübadiləsi pozuntuları zamanı. Ağır xəstəliklərdən sonra orqanizmi
bərpa etmək üçün hər gün 1 xörək qaĢığı doğranmıĢ çiçək və yarpaq hissələrindən yeməyi məsləhət
görüılər.
Epilepsiya, liemeopatiya mənşəli insult nəticəsində baş verən paraliçin müalicəsində. 1
xörək qaĢığı doğranmıĢ yarpaqlarından götürüb, 1 stəkan qaynar suya töküb 2-3 saat dəmlədikdən
sonra süzün. Aldığınız dəmləmədən gündə 3-4 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Suçiçəyi, ürək və böyrək çatışmazlığında, əsəb qıcıqlanmalarında. 2 xörək qaĢığı
doğranmıĢ otunu 1,5 stəkan qaynar suya töküb termosda 2 saat dəmləyin. Sonra süzüb gündə 2-3
dəfə, 2 xörək qaĢığı qəbul edin.
Kəskin uşaqlıq qanaxmalarında. 1 xörək qaĢığı doğranmıĢ otunu 15 dəqiqə vam od
üzərində qaynadın. Dəmlədikdən sonra süzüb gündə 2-3 dəfə, stəkanın 1/3
hissəsi qədər, yeməyə 30
dəqiqə qalmıĢ qəbul edin.
Cinsi zəiflikdə. 2 xörək qaĢığı doğranmıĢ otunu və yetiĢməmiĢ toxumunu götürüb 1 stəkan
qaynar suya töküb 3 saat termosda dəmlədikdən sonra süzün. Aldığınız cövhərdən gündə 3-4 dəfə,
yeməyə 15-20 dəqiqə qalmıĢ daxilə qəbul edin.
Sağalmayan yaraların, kəsiklərin müalicəsində. 2-3 xörək qaĢığı doğranmıĢ otunu 0,5 litr
qaynadılmıĢ soyuq suya tökün və qaynama dərəcəsinə gətirib, soyudub süzün. Sonra alınmıĢ
dəmləmədən xəstə nahiyələri yuyun və yaxud kompres edin.
Diqqə
t! Vəzərəkdən alınmıĢ preparatlar qanın laxtalanmasını artırdığına görə ondan
tromboflebit və tromb əmələ gəlməyə meylli olanların qəbul etməsi məsləhət görülmür.
Ġsitməotu – Erysimum cheiranthoides L.
Dünya florasının tərkibində kələmçiçəklilər fəsiləsi 375 cinsi və 3200-ə qədər növü əhatə
edib, Yer kürəsinin Ģimal yarımkürəsinin ərazilərində yayılmıĢlar. Fəsilənin ən maraqlı cinslərindən
biri də Erysimum L. – isitməotu cinsidir.
Cinsə 125-ə qədər növ daxildir. Bunların əksəriyyətinin tərkibində ürək qlükozidləri aĢkar
edilmiĢdir. Cinsin 33
növü Qafqazda, 20 növü isə Azərbaycan ərazisində təsadüf edilir.
Bunlardan xalq təbabətində istifadə edilənlərindən biri də
E.cheiranthoides L.-dir
.
Yayın əvvəllərində yamaclarda, təpəliklərdə, yol kənarlarında sarımtıl rəngli bitki görə bi
lərsiniz. Bu çox da hündür olmayan iki illik ot bitkisi olııb diĢĢəkilli yarpaq və parlaq-sarı rəngli
meyvədən ibarətdir.
Müalicə məqsədilə bitkinin çiçəklərindən istifadə edilir.
Ġsitməotundan müalicə preparatlarının hazırlanması.
Stenokardiya, hipertoniya, ürək revmatizmlərində, qan dövranı
zamanı ürəkdə baş verən qüsurların aradan qaldırılmasında. 1 çay
qaĢığı doğranmıĢ otu 3 stəkan qaynar suya tökün və 2 saat dəmlədikdən
sonra 2-3 qat tənzifdən keçirin. Sonra gündə 3 dəfə yeməkdən əvvəl 1
xörək qaĢığı qəbul edin. Bitkinin cövhərini də hazırlamaq olar. 1 xörək
qaĢığı doğranmıĢ otunu 1 stəkan arağın üzərinə töküb, 1 həftə ərzində
cövhərini aldıqdan sonra süzün. Cövhərdən gündə 2-3 dəfə 5-10 damcı
qəbul edin. Müalicə kursu 5-7 həftədir.
Nevroz və xroniki yuxusuzluğun aradan qaldırılmasında. 1 çay
qaĢığı doğranmıĢ otunu 1,5 stəkan qaynar suya tökün və 3-5 dəqiqə saxlayıb, süzün. Gündə
80
yatmağa 1 saat qalmıĢ 1 xörək qaĢığı qəbul edin. Müalicə kursu 6-7 gündür.
Bronxitin, pnevmoniyanın, göyöskürəyin müalicəsində bəlğəmgətirici vasitə kimi. 1 çay
qaĢığı otundan götürüb 1 stəkan qaynar suya töküb soyuyana qədər saxlayıb. süzün. Gündə 2-3 dəfə
1 xörək qaĢığı yeməyə 10-15 dəqiqə qalmıĢ qəbul edin.
Səpkilərin, irinli şişlərin, süd vəzisi xərçənginin müalicəsində əlavə profilaktik vasitə kimi.
2 çay qaĢığı doğranmıĢ otunu və toxumunu 1 stəkan suya töküb qaynama dərəcəsinə gətirib 10
dəqiqə qaynadın. Soyuyana qədər saxlayıb süzün. 1 çay qaĢığı götürüb 2,5 stəkan qaynar suya
töküb, gündə 2-3 dəfə 1 xörək qaĢığı qəbul edin. Bundan baĢqa dəmləmədən kompres kimi də
istifadə edin: zədələnmiĢ nahiyələrə qoyub 1-2 saat saxlayın. Müalicəni gündə bir neçə dəfə təkrar
edin.
Diqqət! Bitki zəhərli olduğu üçün onun preparatlarından istifadə edən zaman göstərilən
miqdarlara ciddi əməl edin. Preparatlardan miokarditin, endokarditin kəskin formaları zamanı qəbul
edilməsi qəti qadağandır.
Turp – Raphanus
L.
Turp cinsinin dünya florasının tərkibində 9 növünə rast gəlinir. Bu növlər ən çox Aralıq
dənizi
ətrafı ölkələrinin ərazilərində təsadüf edilir. Qafqazda 4, o cümlədən Azərbaycanda 3 növünə
təsadüf olunur. Bunlardan qida, ədviyyat və müalicə üçün ən çox istifadə olunan və mədəni halda
əkilib
becərilən Raphanus sativus L. var.
radicula var.
pubescens Sinsk. növü hesab olunur.
Qədim dövrlərin ilk yazılı mənbələrində turp haqqında
maraqlı məlumatlara rast gəlinir. Belə ki, qədim Çin
papiruslarında qeyd edilir ki, turp bu ölkədə 3000 min il bundan
əvvəl əkilib becərilmiĢdir. Bu tərəvəz bitkisi qədim Misir, Yunan
və Romalılara da məlum olmuĢdur. Avropa xalqları isə turpla
XVI əsrdə tanıĢ olmağa baĢlamıĢlar. Bir tarixi mənbədə göstərilir
ki, turpu Ġtaliyaya məĢhur səyyah Marko Polo gətirmiĢdir. Ġtaliya
seleksiyaçıları uzun müddət apardıqları təcrübələr nəticəsində
yeni tama, xoĢ iyə malik olan müxtəlif rəngli turp sortları yaratmağa nail olmuĢlar. Turp üzərində
aparılan seçmə zamanı seleksiyaçı alimlər tərəfindən Yaponiya və Çin turplarından fərqli ―avropalı‖
sortu əldə edilmiĢdir.
Rusiyada turp I Pyotrun dövründə, yəni XVIII əsrdə Hollandiyadan toxumunu gətirib Sankt-
Peterburq Ģəhərinin ―Аптекарский город‖ hissəsində əkilmiĢdir. Burada çox keçmədən turpun
Ģaxtaya davamlı, möhkəm, tərkibləri müxtəlif bioloji aktiv maddələrlə zəngin, yüksək qidalılıq
keyfiyyətinə malik, xarici görünüĢlərinə, ölçülərinə, rəng çalarlığı ilə bir-birindən fərqli çoxsaylı
sortları yaradılmıĢ və Rusiyanın müxtəlif ərazilərində əkilib becərilməyə baĢlanmıĢdır. Hətta 1878-
ci ildə Paris Ģəhərində təĢkil edilən sərgidə rus seleksiyaçı alimlər tərəfindən əldə edilən turp sortları
nümayiĢ olunmuĢ və qızıl medallara layiq görülmüĢdür. Azərbaycanda ən çox mədəni halda əkilib
becərilən növü Əkilən turp -
R. sativus L. var.
radicula var.
pubescens Sinsk.-dir. Bu birillik və
yaxud ikillik tərəvəz bitkisi olub, ağ, sarı, narıncı-qırmızı, bənövĢəyi-qara və s. rəng və çalarlarda
özünü bürüzə verir.
Gövdəsinin hündürlüyü 40-60 sm olub, budaqlanandır. AĢağı yarpaqları uzunsov liləvari
lələkvaridir. Çiçəkləri boĢ, yumĢaq olub salxımda toplaĢmıĢdır. Ləçəkləri ağ, çəhrayı və bənövĢəyi
rəngdədir. Azərbaycanın əksər Ģəhər rayon və kəndlərində, fermer təsərrüfatlarında mədəni halda
geniĢ sürətdə əkilib becərilir. Ağ turp ikillik, qırmızı turp birillik olub, tezyetiĢən tərəvəz və
müalicəvi xassəyə malikdir. Dadına, iyinə, kimyəvi tərkibinə görə bir-birinə çox yaxındır. Bitkilər
latınca ―iri turp‖, ―xırda turp‖ adlanır.
Azərbaycanda yayılmıĢ sort və formaların rənginə görə onlar ―ağ turp‖ və ―qırmızı turp‖
kimi tanınır. Bunların qırmızı, ağ, yaĢımtıl, narıncı, sarı, qara və s. rəngli sortlarıda movcuddur.
Bunlardan ağ turp öz məhsuldarlığı, qırmızı turp isə tez yetiĢkənliyi ilə seçilir. Ağ turp sortu torpaq-
iqlim Ģəraitindən, becərilmə aqrotexnikasından asılı olaraq hər hektardan 300 sentnerdən 1200
sentnerədək kök meyvə əldə olunur. Qırmızı turp səpindən 20-25 gün sonra yeyilən kökmeyvə