Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri



Yüklə 1,5 Mb.
səhifə1/16
tarix03.05.2018
ölçüsü1,5 Mb.
#41158
növüСправочник
  1   2   3   4   5   6   7   8   9   ...   16

Şüa terapiyası
Bölmə 2. Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri

1) Sümük şişlərinin xoş xassəli formalarında hansı müalicə metoduna üstünlük verilir?
A) Cərrahi

B) Fizioterapiya

C) Şüa terapiyası

D) Kimyaterapiya

E) Hormonal terapiya
Ədəbiyyat: А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
2) Əzələ toxunmasından inkişaf edən bəd xassəli şişlərə aid olan hansıdır?
A) Fibrosarkoma

B) Rabdomiosarkoma

C) Leyomioma

D) Fibromioma

E) Hemangiendotelioma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
3) Limfa damarlarından inkişaf edən xoş xassəli şiş hansıdır?
A) limfadenit

B) limfaqranulomatoz

C) limfoleykoz

D) limfostaz

E) limfadenoma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
4) Aşağıdakılardan hansı damar mənşəli xoş xassəli şişlərə aiddir?
A) Angiosarkoma

B) Rabdomioma

C) Kelloid

D) Neyrofibroma

E) Hemangioma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
5) Aşağıdakılardan hansı burun - udlağın epitelial mənşəli xoş xassəli şişidir?
A) Angiosarkoma

B) Differensasiya olunmayan xərçəng

C) Yastıhüceyrəli papilloma

D) Yastıhüceyrəli xərçəng

E) Adenokarsinoma
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 322с.
6) Alt dodağın xərçənginin hansı histoloji forması daha çox rast gəlinir?
A) Yastı hüceyrəli

B) Rabdomiosarkoma

C) Fibrosarkoma

D) Adenokarsinoma

E) Limfangiosarkoma
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 144с.
7) Qırtlaq xərçənginin histoloji olaraq hansı variantı daha çox rast gəlinir?
A) Yastı hüceyrəli karsinoma

B) Adenokarsinoma

C) Xondrosarkoma

D) Fibrosarkoma

E) Adenokistoz karsinoma
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 347с.
8) Sümük sarkomaları ən çox hansı orqanlara metastaz verir?
A) Yumşaq toxumalar

B) Dəri


C) Dalaq

D) Ağciyər

E) Böyrək
Ədəbiyyat: М. Х. Шугабейкер, М. М. Малауэр « Хирургия мягких тканей и костей », Москва, Медицина, 1996, 440 с.
9) Aşağıdakılardan hansı dərinin ən çox rastlaşılan və şüa müalicəsinə məruz qalan bəd xassəli şişidir?
A) bazal hüceyrəli karsinoma

B) bəd xassəli melanoma

C) adenokarsinoma

D) hidradenit

E) dərinin merkel xərçəngi
Ədəbiyyat: İşçimen A, Engin B. Melanom dışı deri kanserleri. Dermatose
10) Aşağıdakılardan hansı üsul süd vəzisi şişlərinin diaqnostikasına aid deyil?
A) Morfoloji müayinə

B) Mammoqrafiya

C) Ultrasəs müayinəsi

D) Nüvə maqnit rezonansı

E) Angioqrafiya
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi" , Bakı, Elm, 1993, 120s.
11) Süd vəzisi xərçənginin reseptor statusu aşağıdakı hansı üsulla daha dəqiq müəyyən edilir?
A) İmmunobioloji

B) Radionuklid

C) İmmunohistokimyəvi

D) Biokimyəvi

E) Bakterioloji
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
12) Aşağıdakı hansı variantda ağız boşluğunun bəd xassəli şişlərinin ən çox rast gəlinən histoloji forması göstərilmişdir?
A) Epitelial

B) Limfoid

C) Birləşdirici toxuma

D) Neyron

E) Damar
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
13) Aşağıdakı hansı xəstəlik obliqat xərçəngönü xəstəliklərə aiddir?
A) Hiperplastik polip

B) Yoğun bağırsağın ailəvi diffuz polipozu

C) Babasil

D) Qeyri - spesifik xoralı kolit

E) Kron xəstəliyi
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996

Bölmə 3. Teoretik və təcrübi onkologiyanın əsasları.

14) Mədə xərçəngi zamanı “Virxov metastazı” necə anlaşılır?
A) Regionar limfogen metastaz kimi

B) İmplantasion metastaz kimi

C) Uzaq ortoqrad limfogen metastaz kimi

D) Uzaq hematogen metastaz kimi

E) Uzaq retroqrad limfogen metastaz kimi
Ədəbiyyat: Ганцев Ш. Х. «Онкология» - Москва, 2004, 516 s
15) Menetriye xəstəliyi necə anlaşılır?
A) Mədənini xroniki xorası

B) Hiperasid qastrit

C) Xroniki atrofik qastrit

D) Nəhəng xroniki hipertrofik qastrit

E) Mədənini polipozu
Ədəbiyyat: Əmiraslanov Ə. T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
16) Aşağıdakılardan hansı prostat vəzin xərçəngi diaqnozunun dəqiq qoyulmasında ən mühümdür?
A) Prostat vəzin biopsiyası

B) USM


C) Sistoskopiya

D) Xarici cinsiyyət orqanların palpasiyası

E) Prostat vəzin palpasiyası
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
17) Uşaqlarda ən çox rast gəlinən böyrək şişi hansıdır?
A) Böyrəyin renal - hüceyrəli xərçəngi

B) Böyrəyin lipoması

C) Hipernefroma

D) Böyrəyin sarkoması

E) Vilms şişi
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
18) Feoxromositoma zamanı şiş harada yerləşir?
A) Topuqda

B) Böyrəkdə

C) Baş beyində

D) Hipofizdə

E) Böyrəküstü vəzlərdə
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
19) Aşağıdakı hansı bioloji aktiv substansiyanın səviyyəsi prostat vəzin xərçəngində əsas proqnostik amil sayılır?
A) Testosteron

B) Kreatinin

C) CA - 125

D) CEA


E) PSA
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
20) Göbələyəbənzər mikoz aşağıda qeyd olunan hansı qrup xəstəliklərə aid edilir?
A) Dəri xərçənginə

B) Retroviruslara

C) QİÇS assossasiya olunan xəstəliyə

D) Dərinin göbələk xəstəliklərinə

E) Dəri limfomalarına
Ədəbiyyat: Руководство по гематологии А. И. Воробьев; Клиническая Онкогематология М. А. Волкова;
21) Dərinin yastı epitel hüceyrəli karsinoması ilk növbədə haraya metastaz verir?
A) beyinə

B) böyrəyə

C) qaraciyərə

D) ağciyərə

E) regionar limfa düyünlərinə
Ədəbiyyat: Eide MJ, Weinstock MA, Epidemiology of skin cancer. Cancer of the Skin. Rigel DS, Friedman RJ, Dzubow LM et al. Elsevier, Philadelphia. 2005: 47 - 61.
22) Hansı dəri törəməsi bəd xassəli olduğu halda kliniki olaraq xoş xassəli davranır və çox nadir metastaz verir?
A) squamoz hüceyrəli karsinoma

B) bazal hüceyrəli karsinoma

C) melanoma

D) adenokarsinoma

E) lipoma
Ədəbiyyat: Naldi L, DiLandro A, D'Avanzo B, Parazzini F. Host - related and environmental risk factors for cutaneous basal cell carcinoma: Evidence from an Italian case - control study. J Am Acad Dermatol
23) Aşağıdakılardan hansı variantda bəd xassəli melanomanın təsnifat sistemləri yazılmışdır?
A) Breslow, Klark

B) Hawkings, Qlaskow

C) Antoni, MC Quenn

D) Papa Nikolau

E) Katteral, Şatzki
Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York,
24) Osteogen sarkomanın radikal müalicə metodu hansıdır?
A) Krioterapiya, şüa terapiyası, kemoterapiya

B) Məlhəmlərlə applikasiya, lazer terapiyası, şüa terapiyası

C) Lazer terapiyası, cərrahiyyə, kriyoterapiya

D) Cərrahi, kimyaterapiya, şüa terapiyası

E) Şüa terapiyası, lazer terapiyası, immunoterapiya
Ədəbiyyat: А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
25) Aşağıdakılardan hansı sümüklərin xoş xassəli şişlərinə aiddir?
A) Yuinq xəstəliyi

B) Osteogen sarkoma

C) Osteoma

D) Parosteal osteosarkoma

E) Xondroblastoma
Ədəbiyyat: А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
26) Xoş xassəli yumşaq toxuma şişlərinin müalicəsi hansı üsulla aparılır?
A) Fizioterapevtik

B) Məlhəmlərlə

C) Kimyaterapevtik

D) Şüa terapiyası

E) Cərrahi
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
27) Şüa müalicəsi aparılması planlaşdırılan xəstədə haymor boşluğunun xərçənginin orbitaya sirayət etməsini aşağıdakı hansı müayinə metodu ilə daha dəqiq müəyyənləşdirmək olar?
A) İrriqoskopiya

B) Bronxoskopiya

C) Fibrobronxoskopiya

D) Kompüter tomoqrafiya və maqnit - rezonans tomoqrafiya

E) Rinoskopiya
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 305с.
28) Diffuz mastopatiyalar zamanı hansı müalicə aparılır?
A) Şüa

B) Cərrahi

C) Kimyaterapiya

D) Krioterapiya

E) Konservativ (dərman)
Ədəbiyyat: Л. Н. Сидоренко, «Мастопатия», Ленинград, Медицина, 1979, 258 с.
29) Süd vəzisi xərçənginin şüa müalicəsi zamanı proqnoza təsir etməyən amil hansıdır?
A) Anamnezdə mastitin olması

B) Şişin ölçüləri

C) Limfa düyünlərində metastaz

D) Şişin lokalizasiyası

E) Xəstəliyin müddəti
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
30) Aşağıdakılardan hansı süd vəzisi xərçənginin irsiyyət daşıyıcı genlərinə aiddir?
A) P 53

B) VEGF


C) MLH (1 və 2)

D) PMS


E) BRCA (1 və 2)
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
31) Süd vəzisi xərçənginin radikal şüa müalicəsindən sonra skelet sümüklərində metastazı müəyyən etmək üçün hansı müalicə metodu daha əlverişlidir?
A) KT

B) Rentgenoloji

C) Radionuklid

D) NMRT


E) USM
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е. Б. Камповой - Полевой, С. С. Чистяковой, ГЕОТАР - Медиа, 2006, Москва, 512 с
32) Süd vəzisi xərçəngi olan xəstələrdə “adyuvant müalicə” dedikdə nə nəzərdə tutulur?
A) Operasiyadan öncə hormonterapiya

B) Operasiya zamanı kimyaterapiya

C) Operasiya zamanı hormonterapiya

D) Operasidan sonra şüa və ya kimyaterapiya

E) Operasiya zamanı şüa terapiya
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
33) Uşaqlıq boynu xərçənginin ən çox rast gəlinən morfoloji forması hansıdır?
A) Adenokarsinoma

B) Angioskleroma

C) Yastıhüceyrəli xərçəng

D) Sarkoma

E) Açıq hüceyrəli xərçəng
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 874
34) Aşağıdakı hansı sırada böyrək xərçənginin ən çox metastaz verdiyi orqanlar düzgün göstərilmişdir?
A) Sümüklər və ağ ciyər

B) Qara ciyər və dalaq

C) Plevra və qara ciyər

D) Yumşaq toxuma və xayalar

E) Peritonarxası limfa düyünlər və yumurtalıqlar
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
35) İnsan papilloma virusu aşağıdakı hansı xəstəliyin yaranmasına səbəb ola bilər?
A) Uşaqlıq boynu xərçəngi

B) Reklinhauzen xəstəliyi

C) Qaraciyər xərçəngi

D) Yumurtalıq xərçəngi

E) Vilms şişi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 874

Bölmə 4. Bədxassəli şişlərin müalicəsinin ümumi prinsipləri

36) " Radiation Therapy Oncology Group " yazılışı hansı variantda düzgün göstərilmişdir?
A) RT

B) RAİ


C) PUVA

D) RTOG


E) RCC
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 6
37) Primitive neuroectotermal tumor-un beynəlxalq ədəbiyyatda yazılışı hansı variantda düzgün göstərilmişdir?
A) PTV

B) PR


C) PET

D) PNET


E) PS
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 6
38) Aşağıdakı hansı xəstəliyin I və II mərhələsində cərrahi və şüa müalicələrinin effektivliyi eynidir?
A) Qeyri Hockin limfoması

B) Hockin limfoması

C) Xroniki mieloleykoz

D) Xroniki limfoleykoz

E) Alt dodaq qırmızı haşiyəsi xərçəngi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 126
39) Ağız boşluğu orqanlarının bəd xassəli şişlərinin morfoloji strukturunu 90 - 95% halda hansı şişlər təşkil edir?
A) Limfoepitelyoma ( Şminke şişi)

B) Yastı epitel xərçəngi

C) Limfomalar

D) Adenokarsinoma

E) PNET şişi
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 127
40) Ağız dibi xərçəngi olan xəstədə regionar zonalarla birlikdə şüa müalicəsi aparıldıqdan sonra şüanın kiçildilmiş sahədən yalnız şişin özünə verilməsini aşağıdakılardan hansı doğru ifadə edir?
A) EORTG

B) GecESTRO

C) Boost

D) Tost


E) PUVA
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 132
41) Aşağıdakılardan hansı ağız dibi xərçənginin şüa müalicəsi zamanı ən qorxulu ağırlaşma hesab olunur?
A) Ginqivit

B) Xserostomiya

C) Faringit

D) Qlossit

E) Osteoradionekroz
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 176
42) Yoğun bağırsağın irriqoskopiyası zamanı aşağıdakı hansı maddədən kontrast kimi istifadə olunur?
A) hidrogen xlorid

B) hidrogen peroksid

C) barium sulfat

D) kalium yod

E) kalium permanqanat
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 421
43) Qida borusu xərçənginin diaqnostikasında aşağıda göstərilmiş hansı müayinə metodları daha informativdir?
A) rentgenoqrafiya, MRT, USM

B) kontrastlı rentgenoskopiya, endoskopiya, USM

C) USM, radioizotop diaqnostika

D) endoskopiya, KT, USM

E) kontrastlı rentgenoskopiya, kontrastlı KT, endoskopiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322
44) Maqnit - rezonans tomoqrafiyasının işi hansı atomun daxilindəki protonlara əsasən qurulub?
A) hidrogen atomlarının

B) oksigen atomlarının

C) azot atomlarının

D) kükürd atomlarının

E) karbon atomlarının
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 62
45) Aşağıdakılardan hansılar ultrasəs müayinəsinin metodlarına aiddir?
A) exoqrafiya, sonoqrafiya, doppleroqrafiya

B) pnevmoqrafiya, mammoqrafiya

C) doppleroqrafiya, limfoqrafiya, sonoqrafiya

D) exoqrafiya, kompyuter tomoqrafiya, sonoqrafiya

E) pnevmoqrafiya, exoqrafiya, tomoqrafiya
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 62
46) Ağciyər xərçənginin kütləvi surətdə əhali arasında aparılan profilaktik rentgenoloji müayinə üsulu hansıdır?
A) MRT

B) Rentgenoqrafiya

C) Flyuoroqrafiya

D) KT


E) Pnevmoqrafiya
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 162
47) CT - də alınan təsvirin intensivliyini təyin etmək üçün nədən istifadə olunur?
A) Kulon diapazonundan

B) Qrey şkalasından

C) Mikronlardan

D) Xaunsfild şkalasından

E) Anqstremlərdən
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 162
48) Prostat vəzin bəd xassəli şişlərinin əsas patogenez amili hansıdır?
A) Hiperandrogenemiya

B) Qaraciyərin funksiyasının zəifləməsi

C) Düzgün cavab yoxdur

D) Qonadaların birincili zədələnməsi

E) Böyrəküstü vəzin zədələnməsi
Ədəbiyyat: Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
49) Sidik kisəsinin bəd xassəli şişləri arasında ən çox təsadüf edilən şişlər hansıdır?
A) Düz cavab yoxdur

B) Sarkomalar

C) Teratoma

D) Epitelial

E) Əzələdən inkişaf edən
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
50) Dəri xərçənginə transformasiya ola bilən xoş xassəli dəri xəstəliyi hansıdır?
A) bütün variantlar doğrudur

B) çapıq toxuması

C) leykoplakiya

D) xroniki yaralar və fistula ağızları

E) aktinik keratoz
Ədəbiyyat: Eide MJ, Weinstock MA, Epidemiology of skin cancer. Cancer of the Skin. Rigel DS, Friedman RJ, Dzubow LM et al. Elsevier, Philadelphia. 2005: 47 - 61.
51) Aşağıda yazılanlardan hansının təsirinə uzunmüddətli məruz qalmaq dəridə bəd xassəli şiş meydana gəlmə risqini artırır?
A) meyvə və tərəvəz

B) günəş şüaları

C) çox çay içmək

D) mineral suların qəbulu

E) alkaqolizm
Ədəbiyyat: Naldi L, DiLandro A, D'Avanzo B, Parazzini F. Host - related and environmental risk factors for cutaneous basal cell carcinoma: Evidence from an Italian case - control study. J Am Acad Dermatol
52) Sarkoma nədir?
A) epitel originli bəd xassəli törəmədir

B) mezenximdən origin alan bəd xassəli törəmədir

C) mezenximdən origin alan xoş xassəli törəmədir

D) germ hüceyrəsindən origin alan bəd xassəli törəmədir

E) epitel originli xoş xassəli törəmədir
Ədəbiyyat: Doç. Dr. Nilgün Kapucuoğlu BENİGN VE MALİGN TÜMÖRLERİN ÖZELLİKLERİ
53) Aşağıdakı xəstəliklərdən hansında qanda qalıq azot və kreatinin adətən artar?
A) Osteosarkoma

B) Metastatik xəstəliklər

C) Limfoma

D) Yuinq sarkoması

E) Renal tumorlar
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics, I cild, X nəşr, səh. 735.
54) Yuinq sarkoması (PNET) zamanı hansı müalicə metodu daha effektivdir?
A) Polikimyaterapiya və şüa terapiyası

B) Hormonoterapiya

C) Lazer cərrahiyyası

D) Cərrahi müalicə

E) Şüa terapiyası
Ədəbiyyat: А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
55) Aşağıdakılardan hansı damar mənşəli bəd xassəli şişlərə aiddir?
A) Liposarkoma

B) Fibrosarkoma

C) Limfosarkoma

D) Şvannoma

E) Bəd xassəli hemangioperisitoma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
56) Alt dodağın qırmızı haşiyəsi xərçənginin regionar metastazında şüa müalicəsi nə kimi istifadə olunur?
A) Kombinəolunmuş müalicənin etapı kimi

B) Sərbəst radikal metod kimi

C) Sərbəst radikal metod kimi, kombinəolunmuş müalicənin etapı kimi

D) Kombinəolunmuş müalicənin etapı kimi, palliativ metod kimi

E) Palliativ metod kimi
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 136с.
57) Kəskin limfoblast leykoz zamanı baş beyinə profilaktik şüa müalicəsi aparılması məqsədi ilə edilən KT simulyasiyada slaysları neçə mm - dən bir çəkmək lazımdır?
A) 3

B) 35


C) 43

D) 25


E) 40
Ədəbiyyat: Perez and all. Raioteraphy 2012
58) Endometriya xərçənginin ən çox rast gəlinən morfoloji forması hansıdır?
A) Açıq hüceyrəli adenokarsinoma

B) Vəzli – yastıhüceyrəli xərçəng

C) Adenokarsinoma

D) Yastıhüceyrəli xərçəng

E) Qeyri – differensasiyalı xərçəng
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 874
59) TNM təsnifatında histoloji differensasiyanı göstərmək üçün aşağıdakı hansı simvol istifadə olunur?
A) G

B) Y


C) R

D) C


E) Z
Ədəbiyyat: İ. H. İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
60) Aşağıdakılardan hansı kanserogenliyə malikdir?
A) D vitamini

B) A vitamini

C) İonlaşdırıcı şüalar

D) B vitamini

E) E vitamini
Ədəbiyyat: Kiselyova Y. S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996

Bölmə 5. Şüa terapiyası

61) Onkologiyada radioterapiya hansı şüaların köməyi ilə aparılır?
A) Ultrabənövşəyi

B) Radiodalğaların

C) Görülən işıq

D) İnfraqırmızı istilik

E) İonlaşdırıcı şüaların
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.10
62) Foton və ya kvant şüalanması təbiətcə necə şüalardır?
A) Yüklü elektromaqnit dalğasıdır

B) Atomu təşkil edən hissəciklərin axınıdır

C) Atomu təşkil edən müsbət və ya mənfi yüklü və ya yüksüz olmaqla sakit vəziyyətdə müəyyən kütləyə malik axındır

D) Heç bir elektrik yükü olmayan elektromaqnit dalğasıdır

E) Atomu təşkil edən müsbət yüklü hissəciklərdir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.11
63) Korpuskulyar şüalar necə şüalardır?
A) Yüklü elektromaqnit dalğasıdır

B) Atomu təşkil edən müsbət və ya mənfi yüklü və ya yüksüz olmaqla sakit vəziyyətdə müəyyən kütləyə malik hissəciklərin axınıdır

C) Mənfi yüklü kütləsiz hissəciklərdir

D) Müsbət yüklü kütləsiz hissəciklərdir

E) Heç bir elektrik yükü olmayan elektromaqnit dalğasıdır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.11-12
64) İonlaşdırıcı şüalanmanın udulma dozasının vahidi nədir?
A) Rentgen

B) Rentgen/saniyə

C) Kulon/kiloqram

D) Qrey


E) Bekkerel
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.13-15
65) Kvant və korpuskulyar təbiətli şüalarin təsirindən kütlədə ilk növbədə nə baş verir?
A) Partlayış

B) Atom və molekullarda həyəcanlanma və ionlaşma

C) Atomun sıxılması

D) Oksidləşmə

E) Nüvədə partlayış
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.18-23
66) Fotoelektrik effekti nədir?
A) Atomun sıxılması və nüvədə partlayış

B) Şüa kvantı (5-50 KeV) bütün enerjisini hədəf atomunun elektronuna verərək özü yox olmaqla elektronu öz orbitindən və atomun tərkibindən çıxarır

C) Kvant atomunun orbitində olan elektronlarla yox, nüvə ətrafındakı maqnit sahəsi ilə qarşılıqlı əlaqəyə girir və nəticədə iki əks yüklü hissəciklər- elektron və pozitron yaranmasına səbəb olur

D) İonlaşmanın xətti sıxlığı

E) Foton ginetik enerjisinin müəyyən hissəsi hədəf atomundan elektron çıxarılmasına sərf edir və sonra foton ilk trayektoriyasını dəyişərək kütlə daxilində hərəkətini davam etdirir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.19


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə