Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri



Yüklə 1,5 Mb.
səhifə6/16
tarix03.05.2018
ölçüsü1,5 Mb.
#41158
növüСправочник
1   2   3   4   5   6   7   8   9   ...   16

263) Son zamanlar terapevtik intervalın genişləndirilməsi və nəticələrin yüksəldilməsi üçün qırtlaq xərçəngı xəstələrində istifadə olunan hansı fraksiyalı şüa müalicəsi daha effektlidir?
A) Klassik rejim

B) HDR rejimi

C) Tezləşdirilmiş hiperfraksiya rejimi

D) MDR rejimi

E) LDR rejimi
Ədəbiyyat: Əliyeva S.B. “Qırtlaq xərçənginin T3N0M0 mərhələsində kimyaterapiya və şüa müalicəsi” Moskva, 1999, diss., 16 s.
264) Qırtlaq xərçənginin T1-3 mərhələsində hansı dozada şüa müalicəsi radikal sayılır?
A) 35-40qr

B) 30-35qr

C) 65-70q

D) 55-60qr

E) 40-50qr
Ədəbiyyat: İsayev İ.H. “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” Bakı, 2001, 149 s.
265) Qırtlaq şişlərində şüa müalicəsinin neçə sahədən aparilması düzgün deyil?
A) 5

B) 3


C) 4

D) 2


E) 1
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
266) Qırtlaq şişlərinin morfoloji strukturunu 98% təşkil edən yastı huceyrəli xərçəngin muxtəlif dərəcəli inkişaf novundən hansı daha radiohəssasdır?
A) Yüksək differensasiyalı

B) Differensə olunmayan

C) Aşağı differensasiyalı

D) Kafi differensasiyalı

E) Yüksək-kafi differensasiyalı
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
267) Qırtlaq xərçəngində istifadə olunan klassik fraksiyalı şüa mualicəsində birdəfəlik mənbə dozası (BMD) neçə Qr təşkil edir?
A) 2,2-2,5Qr

B) 1,0-1,1Qr

C) 0,5-1,0Qr

D) 2,0-2,2Qr

E) 2,5-3,0Qr
Ədəbiyyat: İsayev İ.H. “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları” Bakı, 2001, 148 s.
268) Qırtlaq xərçəngi ilə xəstələrdə radioterapiyadan sonra yaranmış şüa reaksiyaları hansı müddət ərzində “erkən” reaksiya hesab olunur?
A) 2 ay

B) 5 ay


C) 6 ay

D) 3 ay


E) 1 ay
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
269) Qırtlaq xərçənginin yayılmış formalarında (3-4 mərhələ) hansı müalicə metoduna üstünlük

verilir?
A) Cərrahi

B) Simptomatik müalicə

C) Kimyaterapiya

D) Şüa terapiyası

E) Kombinə olunmuş
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
270) Qırtlaq xərçəngi ilə xəstələrdə radioterapiyadan sonra yaranan reaksiyalardan hansı “ümumi” hesab olunur?
A) Mukozit

B) Şüa larinqiti

C) Şüa ezofaqiti

D) Arıqlama

E) Şüa dermatiti
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
271) Qırtlağın bədxassəli şişlərinin hansı mikroskopik forması daha çox rast gəlir?
A) Adenokistoz karsinoma

B) Karsinoid

C) Yastıhuceyrəli xərçəng

D) Adenokarsinoma

E) Differensə olunmayan xərçəng
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 14 s.
272) Qırtlaq şişlərinin qırtlagın bağ hissəsində yerləşməsi hansı əsas simptomu yaradır?
A) Boğaz ağrıları

B) Afoniya

C) Öskürək

D) Udqunmanın çətinləşməsi

E) Boğulma
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 42 s.
273) Qırtlaq xərçənginin TNM klassifikasiyası üzrə hansı mərhələsi daha çox geydə alınır?
A) T1N0M0

B) T4N2M0

C) T2N0M0

D) T3N2M0

E) T3N0M0
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 38 s.
274) Qırtlaq onurğa sütununun hansı fəqərələri səviyyəsində yerləşir?
A) CI-V

B) ThI-II

C) DI-II

D) CI-II


E) CIV-VI
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 4 s.
275) Qırtlağın aşağı hissəsi hansı orqana bağlarla birləşir?
A) Dil sümüyu

B) Udlaq


C) Qida borusu

D) Traxeya

E) Qalxanvari vəzi
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 4 s.
276) Aşağıda sayılan qırtlaq şişlərindən hansı xoşxassəli hesab olunur?
A) Adenokistoz karsinoma

B) Xondrosarkoma

C) Leyomiosarkoma

D) Carsinoma in situ

E) Onkositoma
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 14 s.
277) Qırtlaq xərçəngində uzaq metastazlar hansı orqanda daha çox rast qəlir?
A) Mədə

B) Ağ ciyərlər

C) Sümüklər

D) Qida borusu

E) Qara ciyər
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 44 s.
278) Qırtlağın xərçəngönü xəstəliklərinə aşağıdakılardan hansı aid deyil?
A) Papillomatoz

B) Paraqanqlioma

C) Lipoma

D) Hemangioma

E) Leykokeratoz
Ədəbiyyat: Əmirəliyev N.M. “Qırtlağın xərçəngi” Bakı, 2002, 14 s.
279) Qeyri kiçik hüceyrəli ağciyər xərçənginin cərrahi əməliyyatdan sonrakı radikal şüa terapiyası zamanı, standart fraksiya rejimində şüalanmanın Cəmi Mənbə Dozası (CMD) nə qədər olmalıdır?
A) 70 Qr

B) 36 Qr


C) 66 Qr

D) 40 Qr


E) 50 Qr
Ədəbiyyat: Jane Dobbs, Anne Barret, Dan Ash – “Practical radiotherapy planning“ 3rd edition -New York,1999 Arnold, p 142
280) Qeyri kiçik hüceyrəli ağciyər xərcənginin palliativ şüa terapiyası zamanı tək hiperfraksiya rejimində şüalanmanın Cəmi Mənbə Dozası (CMD) nə qədər olmalıdır?
A) 2 Qr

B) 10 Qr


C) 2,2 Qr

D) 1,6 Qr

E) 1,2 Qr
Ədəbiyyat: Jane Dobbs, Anne Barret, Dan Ash – “Practical radiotherapy planning“ 3rd edition -New York, 1999 Arnold, p 142
281) 20 Qr və ondan artıq şüa alan xəstənin ağciyərinin həcminin faizi necə işarə olunur?
A) L 20

B) 20 Gy


C) 20 V

D) Gy 20


E) V 20
Ədəbiyyat: Branislav Jeremic – “Advances in Radiation Oncology in Lung Cancer“ Springer-Verlag Berlin Heidelberg 2005, p 70
282) Hansı mualicə növünün tətbiqi zamanı ilk dəfə J.Bergoie və R.Tessier 1898-ci ildə ağciyər toxumasında ilkin şüa reaksiyalarını müşahidə etmişlər?
A) Hipertermiya

B) Qammaterapiya

C) Braxiterapiya

D) Tomoterapiya

E) Rentgenterapiya
Ədəbiyyat: В.П. Харченко,И.В.Кузьмин – «Рак легкого» Москва 1994.,стр 333
283) CHART sxemi ilə ağciyər xərcənginin şüa terapiyası neçə gün aparılır?
A) 3

B) 12


C) 20

D) 5


E) 25
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 193.
284) 3D – CRT metodikası ilə ağciyər xərcənginin şüa terapiyasını aparmag üçün hansı növ avadanlıqdan istifadə olunur?
A) «Multilif» kollimatorlu xəttli gücləndiricinin köməyi ilə

B) «Multilif» kollimatorsuz xəttli gücləndiricinin köməyi ilə

C) «Gamma Knife» sisteminin köməyi ilə

D) СО60 mənbəyi olan Qamma terapevtik aparatın köməyi ilə

E) TRİLOGY sisteminin köməyi ilə
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 192.
285) Ağciyər xərçənginin hansı histoloji formasında tam klinik remissiya əldə olunan halda belə xəstələrə baş beyinin Cəmi Mənbə Doza 24 Qr profilaktik şüa terapiyası aparılır?
A) Adenokarsinoma

B) Yastı hüceyrəli xərçəng

C) Bütün qeyd olunan histoloji formalar

D) Kiçik hüceyrəli xərçəng

E) Qeyri kiçik hüceyrəli xərçəng
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 192.
286) Radioterapiyanın hansı növündən süd vəzi xərçənginin ağciyərə solitar metastazları zamanı istifadə etmək olur?
A) Xəttli gücləndiricilərin köməyi ilə

B) Teraqam cihazında

C) «Cyber Knife» sisteminin köməyi ilə

D) Aşağıda qeyd olunmuş bütün hallarda

E) СО60 mənbəyi olan Qamma terapevtik aparatın köməyi ilə
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 195.
287) Endobronxial braxiterapiya hansı hallarda istifadə olunur?
A) Aşağıda qeyd olunmuş bütün hallarda

B) Bronx keçiriciliyinin yaxşılaşdırmaq məqsədi ilə

C) Müştərək şüa terapiyası zamanı

D) Böyük şişlərin xarici süalanmasına əlavə kimi lokal “bust”

E) Kiçik endobronxial şişlərin işlənilməsi zamanı
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 192.
288) Ağciyər xərçənginin əməliyyat önü şüa terapiyası nəyə yönəldilib?
A) Yalnız perifokal iltihabın kiçildilməsinə

B) Yalnız yenitörəmənin ölçülərinin kiçildilməsinə

C) Perifokal iltihabın və yenitörəmənin ölçülərinin kiçildilməsinə

D) Yalnız şişin devitalizasiyasına

E) Şişin devitalizasiyası, perifokal iltihabın və yenitörəmənin ölçülərinin kiçildilməsinə
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 192
289) Kiçik hüceyrəli ağciyər xərcənginin şüa terapiyası zamanı,digər müalicə metodlarından (cərrahi əməliyyat və kimya-dərman terapiyası) istifadə etməmək şərti ilə standart fraksiya rejimində şüallanmanın Cəmi Mənbə Dozası (CMD) nə qədər olmalıdır?
A) 36 Qr

B) 40 Qr


C) 50 Qr

D) 34 Qr


E) 30 Qr
Ədəbiyyat: Branislav Jeremic – “Advances in Radiation Oncology in Lung Cancer“ Springer-Verlag Berlin Heidelberg 2005, p 280
290) Qeyri kiçik hüceyrəli ağciyər xərçənginin erkən mərhələlərində dördsahəli metodika ilə kobalt aparatında radikal proqramla aparılan şüa terapiyası zamanı şüallanmanın Cəmi Mənbə Dozası (CMD) nə qədər olmalıdır?
A) 36 Qr

B) 16 Qr


C) 26 Qr

D) 74 Qr.

E) 40 Qr
Ədəbiyyat: Chapman and Hall – “ Radiotherapy in Cancer Management” London, UK -1997, p106
291) Pnevmonektomiyadan sonra 18 MeV enerjisi olan foton xəttli gücləndiricidə radikal şüa müalicəsinin aparılması mümkündür?
A) Yalnız 4 MeV.

B) Mümkündür

C) Yalnız 12 MeV

D) Olmaz


E) Yalnız 6 MeV
Ədəbiyyat: Chapman and Hall – “ Radiotherapy in Cancer Management” London, UK -1997, p109
292) Ağciyər xərçənginin kimya-şüa terapiyası zamanı radiosensibilizator olan kimya preparatları hansılardır?
A) Taksanlar və sisplatin

B) Yalnız taksanlar

C) Sadalananların hamısı

D) Hemsitabin və vinorelbin

E) Hemsitabin və sisplatin
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 193.
293) Ağciyər xərçəngində 3sm diametri olan şişin kontrolu üçün nə qədər doza lazımdır?
A) 40 Qr

B) 30 Qr


C) 70 Qr

D) 52 Qr


E) 50 Qr
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 192.
294) Ağciyər xərçəngində şüa terapiyası üçün əks göstəriş hesab olunur?
A) Spesifik plevrit və coxsaylı uzaq metastazlar

B) Aktiv vərəm

C) Sadalanan bütün hallar

D) İntoksikasiya əlamətləri ilə xəstənin ümumi vəziyyətinin ağırlığı, güclü qanaxma və ya ganhaykırma ilə müşayət olunan birincili şişin dağılması

E) Yaxın zamanlarda keçirilmiş miokardın infarktı
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И. Чиссов «Клиническая Онкопульмонология» Москва 2000,с398
295) Palliativ proqramla ağ ciyər xərçənginin şüa terapiyasına göstərişlər
A) Şişin döş qəfəsi divarına xeyli yayılması, divararaliğı magistral damarlarının sıxılması, perikarda, diafragmaya sirayət

B) Şişin döş qəfəsi divarına xeyli yayılması

C) Aşağıdakı bütün hallar

D) Körpücüküstü limfa düyünlərinə metastazlar

E) Residiv və ya ağciyərə solitar metastazlar
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И. Чиссов «Клиническая Онкопульмонология» Москва 2000, с398
296) Ağciyər xərçəngində şüa terapiyasının həcmi nə zaman prosesin yalnız kliniki yayılma zonası ilə məhdudlaşır?
A) Növbəli kimya-şüa terapiyası rejimində

B) Bütün hallarda

C) Radikal şüa terapiyası zamanı

D) Eyni zamanlı kimya-şüa terapiyası rejimində

E) Palliativ şüa terapiyası zamanı
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И. Чиссов «Клиническая Онкопульмонология» Москва 2000, с403
297) Ağciyər xərçəngi ilə xəstələrin şüa terapiyası zamanı hansı Cəmi Mənbə Doza hüdularında əksər hallarda şüa ezofagiti müşahidə olunur?
A) İstənilən dozada

B) 10-20 Qr hüdudunda

C) 30-40 Qr hüdudunda

D) Müşahidə olunmur

E) 5-15 Qr hüdudunda
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И. Чиссов «Клиническая Онкопульмонология» Москва 2000, с404
298) Aşağıdakılardan hansında radiohəssas şişlər göstərilib?
A) Limfoma, leykoz, seminoma.

B) Ağciyər və böyrək şişləri

C) Rabdomiosarkoma, leyomiosarkoma, fibrosarkomalar

D) Tüpürcək vəzi şişləri , osteosarkoma

E) Hepatoma , xondrosarkoma
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 46
299) Hansı variantda sümük toxumasının klassik rejimdə qamma şüalanmasının tolerant dozası göstərilmişdir ?
A) 35 Qr

B) 80 Qr


C) 40Qr

D) 20 Qr


E) 10 Qr
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 48
300) Hansı varianta orta dərinlikdə və dərin yerləşən şişlərin şüa müalicəsində istifadə olunan aparat mənbəyi düzgün göstərilib?
A) Kontakt terapiya

B) Aşağı enerjili foton dəstəsi

C) Co- 60

D) Betta hissəcikli applikator

E) Aşağı gərginlikli rentgen
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 61
301) Təbii radioaktivlik kim tərəfindən kəşf edilmişdir?
A) Vilyam Rentgen

B) Ernest Rezerford

C) Pyer Küri

D) Skodolovskaya Küri

E) Anri Bekkerel
Ədəbiyyat: B.Ə. Baxşiyev “ Tibbi radiologiya” Səh. 5
302) Hansı sırada udulma dozasının vahidi düzgün göstərilib?
A) Qrey

B) Küri


C) Qrey/ san

D) Berd


E) Bekkerel
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 14
303) Ağır hissəciklər hansılardir?
A) Deytronlar, elektonlar

B) Alfa hissəciklər, protonlar, neytronlar

C) Neytronlar, elektronlar

D) Alfa hissəciklər, elektronlar

E) Qamma şüalar , protonlar
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 12
304) Korpuskulyar hissəciklərdən ibarət sıranı tapın?
A) Alfa şüalar və rentgen şüaları

B) Alfa və betta şüalar, neytronlar

C) Rentgen şüaları və betta hissəciklər

D) Protonlar və qamma şüaları

E) Qamma şüalar və rentgen şüaları
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 12
305) Radiasiya təsirindən hüceyrələr tam məhv olur və ancaq müəyyən şəraitdə bəzi hüceyrələr bu zədələnməni bərpa edir və yaşayırlar. Bu hansı zədələnməyə aiddir?
A) Hamısı

B) İnterfaza ölümü

C) Potensial letal zədələnmələr

D) Heç biri

E) Letal zədələnmələr
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 33
306) İonlaşmış atomlar və sərbəst elektronlar sərbəst yaşaya bilmir və saniyənin milyardda bir hissəsində mürəkkəb reaksiyalarda iştirak edir, nəticədə aktiv birləşmələr və sərbəst radikallar əmələ gəlir. Bu ionlaşdırıcı şüaların toxumalara hansı təsirini ifadə edir?
A) Fiziki-kimyəvi

B) Kimyəvi

C) Bioloji və kimyəvi

D) Heç biri

E) Bioloji
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 30
307) Hüceyrələrin bölünmə siklinin hansı fazası ionlaşdırıcı şüaların təsirinə ən həssasdır?
A) G-2 fazası

B) S- fazası, G-2

C) G-1 fazası

D) M və S fazası

E) M- fazası, G-2
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 41
308) Şiş hüceyrələrinin radiohəssaslığını və normal toxumaların şüalanmaya qarşı müqavimətini artıran metod necə adlanır?
A) VDF faktoru

B) Radiomodifikasiya

C) Radioterapevtik interval

D) Sinxronizasiya

E) Reverberasiya
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 43
309) Şüalanmadan sonra sağ qalan və nəsli yenidən davam etdirmək qabiliyyətini saxlayan klonogen hüceyrələrin artması nəticəsində toxumaların, həmçinin şişin yenidən inkişaf etməsi necə adlanır?
A) Repopulyasiya

B) Rekumulyasiya

C) Reoksigenasiya

D) Reparasiya

E) Reverberasiya
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 37
310) Aşağıdakı hansı toxumalar şüaya qarşı daha rezistentdir ?
A) Ağciyər və ürək

B) Qığırdaq və onurğa beyni

C) Nazik bağırsaq, qida borusu

D) Piy vəzisi, yoğun bağırsaq

E) Əzələ və sinir toxuması
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 48
311) Hansı variantda klassik rejimdə qamma – şüalanmanın tolerant dozası ən yüksək olan orqanlar göstərilib?
A) Nazik bağırsaq və qida borusu

B) Qida borusu, mədə və limfa düyünləri

C) Onurğa beyni və dalaq

D) Dəri, qığırdaq və sümük

E) Qığırdaq, onurğa beyni, qida borusu
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 48
312) Normal toxumaların radiorezistentliyini yüksəltmək üçün geniş istifadə olunan metod hansıdır?
A) Hiperqlikemiya

B) Hipoksiradioterapiya

C) Hipertermiya

D) Oksibaroradioterapiya

E) Şiş hüceyrələrinin sinxronizasiyası
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 51
313) Hansı şüa müalicəsini aparmaqda məqsəd şiş toxumasının ölçülərinin kiçildilməsi, inkişafının saxlanılması və nəticədə xəstələrin yaşama müddətinin uzadılmasıdır?
A) Radikal

B) Simptomatik

C) Müştərək

D) Heç biri

E) Palliativ
Ədəbiyyat: Ə.T. Əmiraslanov “ Onkologiya” Səh 43
314) Beynəlxalq sistemdə radioaktiv maddənin aktivlik vahidi nədir ?
A) Qrey

B) Ber


C) Küri

D) Bekkerel

E) Zivert
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 13
315) Radiomodifikasiyada əsas məqsəd nədir?
A) Repopulyasiyanın sürətləndirilməsi

B) Sadalananların hamısı

C) Radioterapevtik intervalı genişləndirmək

D) Reparasiyaya nail olmaq

E) İmmun müqavimətin yüksəldilməsi
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 50
316) Hansı variantda onurğa beyninin tolerant dozası düzgün göstərilmişdir ?
A) 65-70 Qr

B) 25-30 Qr

C) 20 Qr

D) 50 Qr


E) 10 Qr
Ədəbiyyat: G. Gordon Steel “ Basic Clinical Radiobiology “ London 2001. Səh. 34
317) Aşağıdakılardan hansı radiobiologiyanın “4R” - nə daxildir?

1. Reparasiya

2. Reoksigenasiya

3. Repopulyasiya

4. Redistribusiya

5. Rekanalizasiya
A) 1, 2, 3, 4

B) 2, 3, 4, 5

C) 1, 3, 4, 5

D) 2, 5


E) 1, 3, 4, 5
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 42
318) Aşağıdakılardan hansı kimyaradioterapiyanın ağırlaşmalarına aiddir?
A) Stomatit

B) Diareya

C) Leykopeniya

D) Bütün cavablar doğrudur

E) Sistit
Ədəbiyyat: Практическая oнкология: избранные лекции. Под редакцией С. А. Тюляндина и В. М. Моисеенко. СПб. , 2004, 784с
319) Aşağıdakılardan hansı süd vəzisi şişlərinin diaqnostikasına aid üsul deyil?
A) Morfoloji müayinə

B) Mammoqrafiya

C) Angioqrafiya

D) Ultrasəs müayinəsi

E) Nüvə maqnit rezonansı
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi" , Bakı, Elm, 1993, 120s.
320) Aşağıda sadalanan qalxanvari vəzinin hansı şişlərinin müalicəsi zamanı şüa müalicəsi aparılmaz?
A) Medulyar adenokarsinoma

B) Papillyar adenokarsinoma

C) Limfosarkoma

D) Yastıhüceyrəli xərçəng

E) Follikulyar adenoma
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 380с.
321) Aşağıdakılardan hansı süd vəzisinin xoş xassəli proseslərinin müalicə üsulu deyil?
A) Şüa müalicəsi

B) Cərrahi müalicə

C) Fizioterapiya

D) Dərmanlarla müalicə

E) Hormonal müalicə
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi" , Bakı, Elm, 1993, 120s.
322) Retinoblastomanın şüa müalicəsi zamanı KT simulyasiya edildikdə slayslar neçə mm-dən bir olmalıdır?
A) 43

B) 33


C) 3

D) 13


E) 23
Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York
323) Radikal proqramla şüa müalicəsi almış süd vəzisi xərçəngi olan xəstədə aşağıdakı hansı preparatı istifadə etmək məqsədəuyğundur?
A) Siklofosfamid

B) Vinkristin

C) metotreksat

D) Tamoksifen

E) Vinorelbin
Ədəbiyyat: Практическая онкология, под ред. С. А. Тюлядина и В. М. Моисеенко, Санкт - Петербург, Центр –Тромм, 2004, 784 с.
324) Aşağıdakı hansı variantda şüa terapiyasında istifadə edilən cihazlar göstərilmişdir?
A) NMR və xəttli gücləndirici

B) Sistoskop, Teraqam cihazı

C) USM – cihazı, Lazer cihazı

D) Xətti gücləndirici, ortovoltaj R - terapiya cihazı

E) Endoskop, Teraqam cihazı
Ədəbiyyat: М. И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
325) Aşağıdakı hansı radioaktiv maddənin yarımparçalanma dövrü 5, 3 ildir ?
A) Co - 60

B) İr - 192

C) J - 131

D) Ra - 226

E) Cs - 137
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 15
326) Aşağıdakı hansı radioaktiv maddənin yarımparçalanma dövrü 74, 4 gündür ?
A) Ra - 226

B) İr - 192

C) Co - 60

D) J - 131

E) Cs - 137
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 15

Bölmə 6. Qarışıq suallar

327) Cərəyanın gərginliyi 60-80 Kv, fokus məsafəsi 5 sm, cərəyan şiddəti 4mA. Bu parametrlər hansı müalicə üçün xarakterikdir?
A) 3D konform radioteraiya

B) İMRT İmage Guide Radiotherapy

C) HDR- High dose rate brachytherapy

D) Distansion qammaterapiya

E) Yaxın məsafəli rentgenterapiya
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.
328) Ənənəvi və ya klassik radikal şüa mualicəsi hansıdır?
A) BMD- 3.0- 3.2 Qr, həftədə 5 dəfə, 3-4 həftə

B) BMD- 2.0- 2.2 Qr, həftədə 5 dəfə, 5-6 həftə

C) BMD- 2.0- 2.2 Qr, həftədə 2 dəfə 2 həftə

D) BMD- 1.5 Qr, gündə 2 dəfə həftədə 5 dəfə, 4 həftə

E) BMD- 8 Qr, həftədə 1 dəfə, cəmi 1 dəfə
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.
329) CTV- nədir?
A) Virtual kompyuter tomoqrafiyalı simulyator

B) Konvensional rentgen simulyator.

C) Planlaşdırılan hədəf həcmi

D) Şişin görünən həcmi

E) Kliniki hədəf həcmi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə