Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri



Yüklə 1,5 Mb.
səhifə2/16
tarix03.05.2018
ölçüsü1,5 Mb.
#41158
növüСправочник
1   2   3   4   5   6   7   8   9   ...   16

67) Kompton effekti nədir?
A) Foton ginetik enerjisinin müəyyən hissəsi hədəf atomundan elektron çıxarılmasına sərf edir və sonra foton ilk trayektoriyasını dəyişərək kütlə daxilində hərəkətini davam etdirir

B) Atomun sıxılması və nüvədə partlayış

C) İonlaşmanın xətti sıxlığı

D) Kvant atomu orbitində olan elektronlarla yox, nüvə ətrafındakı maqnit sahəsi ilə qarşılıqlı əlaqəyə girir və nəticədə iki əks yüklü hissəciklər- elektron və pozitron yaranmasına və partlayışa səbəb olur

E) Şüa kvantı (5-50 KeV) bütün enerjisini hədəf atomunun elektronuna verərək özü yox olmaqla elektronu öz orbitindən və atomun tərkibindən çıxarır və partlayış törədir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.20
68) Breqq piki nədir?
A) Şüa kvantı (5-50 KeV) bütün enerjisini hədəf atomunun elektronuna verərək özü yox olmaqla elektronu öz orbitindən və atomun tərkibindən çıxarır

B) Foton ginetik enerjisinin müəyyən hissəsi hədəf atomundan elektron çıxarılmasına sərf edir və sonra foton ilk trayektoriyasını dəyişərək kütlə daxilində hərəkətini davam etdirir.

C) Yüksək enerjili yüklü hissəciklər hərəkətin əvvəlində ətrafı eyni bərabər və az miqdarda ionlaşdırır, ancaq trayektoriyaların sonunda öz enerjilərini birdən kəskin itirir və minimum ionlaşma yaradırlar

D) Yüksək enerjili yüklü hissəciklər hərəkətin əvvəlində ətrafı eyni bərabər və az miqdarda ionlaşdırır, ancaq trayektoriyaların sonunda öz enerjilərini birdən kəskin itirir və maksimum ionlaşma yaradırlar

E) Kvant atomunun orbitində olan elektronlarla yox, nüvə ətrafındakı maqnit sahəsi ilə qarşılıqlı əlaqəyə girir və nəticədə iki əks yüklü hissəciklər- elektron və pozitron yaranmasına səbəb olur
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.22
69) Sərbəst radikallar nədir?
A) İonlaşdırıcı şüaların bioloji makromalekullara təsiri nəticəsində molekullardan elektronların çıxarılması nəticəsində mənfi və müsbət yük daşıyan və kimyəvi reaksiyalar üçün olduqca həssas olan sərbəst radikallar-ionlar yaranır

B) Atom nüvələrin parçalanması və yüksək intensivlikli proton axını

C) Tərkibində hidrogen, bor, litium olan stabil maddələr

D) Zülallarda stabil SH-qrupları, dezoksirubenuklərin turşularında timin, xromofor qrupları

E) Hüceyrə orqanellalarında həll olmuş su molekulları
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.25-29
70) Toxumalara sirayət edən ionlaşdırıcı şüalar atomlar ilə qarşılıqlı əlaqəyə girdikdə hansı proseslər və hansı ardıcıllıqla baş verir?
A) Kimyəvi dəyişikliklər, bioloji effektlər

B) Qarşılıqlı elektrik təsiri, fiziki-kimyəvi dəyişikliklər, bioloji effektlər

C) Bioloji effektlər, qarşılıqlı elektrik təsiri

D) Fiziki-kimyəvi dəyişikliklər, nüvə çevrilmələri

E) Bioloji effektlər
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.30
71) İonlaşdırıcı şüaların təsirindən hüceyrələrdə neçə formada zədələnmə baş verir?
A) 2 formada-letal, subletal zədələnmə

B) 3 formada-letal, subletal və potensial letal zədələnmə

C) 4 formada-letal, subletal, potensial letal, subletal potensial letal zədələnmə

D) 1 formada-letal zədələnmə

E) Ancaq qeyri-letal
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.33
72) Radioterapiya Berqone və Tribondeau fenomeni nədir?
A) Rentgen şüalari hüceyrələrə böyük intensivliklə təsir edirlər: əgər onların mitotik aktivliyi zəifdirsə dəyişiklik olmayacaq

B) Rentgen şüalari hüceyrələrə böyük intensivliklə təsir edirlər: əgər hüceyrələrin bölünmə aktivliyi daha yüksəkdirsə, hüceyrələr yaşama dövründə nə qədər çox bölünürlərsə və hüceyrələrin morfologiyası və funksiyaları nə qədər az təyin olunursa o qədər çox məhv olarlar

C) Rentgen şüalari hüceyrələrə böyük intensivliklə təsir edirlər: əgər hüceyrələr nə qədər zəif surətlə bölünürlərsə o qədər az məhv olarlar

D) Rentgen şüalari hüceyrələrə böyük intensivliklə təsir edirlər:əgər onların differensiyası nə qədər yüksəkdirsə

E) Rentgen şüalari hüceyrələrə böyük intensivliklə təsir edirlər:əgər onların mitotik aktivliyi zəif və differensiya dərəcəsi yüksəkdirsə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.34
73) Şüalanmanın hüceyrəyə təsirini xarakterizə edən 4 bioloji proseslər hansılardırlar?
A) Repopulyasiya, regenerasiya, reduksiya, rekanalizasiya

B) Reoksigenasiya,repopulyasiya ,reparasiya və hüceyrələrin bölünmə siklinə görə paylanması

C) Reduksiya,repopulyasiya və hüceyrələrin bölünmə siklinə görə paylanması,rekanalizasiya

D) Reoksigenasiya, reduksiya, reparasiya, rekanalizasiya

E) Reoksigenasiya, repopulyasiya, reparasiya, restavrasiya
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.35-40
74) Reoksigenasiya nədir?
A) Hər bir şüa franksiyasından sonra oksigenlə təmin olunmuş hüceyrələr məhv olduğu üçün toxumada hipoksik hüceyrə populyasiyasının sayının artması

B) Şüalanmadan sonra hipoksik hüceyrə populyasiyasının azalması

C) Şiş hüceyrələrinin oksigen ilə məhvi

D) Şiş hüceyrələrinin spontan məhvi

E) Şüalanmadan sonra hipoksik hüceyrə populyasiyasının azalması və toxumanın oksigenlə təminatının artması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.35
75) Repopulyasiya nədir?
A) Şüalanmadan sonra sağ qalan və nəsli davam etdirmək qabiliyyətini saxlayan klonogen hüceyrələrin artması nəticəsində toxumaların, o cümlədən şişin yenidən inkişaf etməsinə- (repopulyasiyasına) residivinə səbəb olan bioloji prosesdir

B) Sağalma nəticəsində çoxalan normal hüceyrə franksiyasının sayı

C) Şiş hüceyrələrinin qeyri-spontan məhvi

D) Normal şiş hüceyrələrinin spontan məhvi

E) Şiş hüceyrələrinin qeyri-spontan məhvi və çoxalan normal hüceyrə franksiyasının sayı
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.37
76) Reparasiya nədir?
A) Şiş və normal hüceyrə cütlüyünün bərpasında fərq

B) Şüa təsirindən sağ qalmış hüceyrələrin hipoksik zonalardan pis oksigenlə təmin olunmuş sahələrə miqrasiyası

C) Hüceyrələrinin şüa zədələnmədən bərpa prosesi

D) Şiş və normal toxumaların birinci radiasion zədələnmə məhsulları

E) Radiasion letal, subletal və potensial letal zədələnmə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.39
77) Hüceyrələr hansı bölümdə siklində radiasiyada daha həssasdırlar?
A) M fazası

B) G2 fazası

C) S fazası

D) G0 fazası

E) G1 fazası
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.40-41
78) Hüceyrələrin radiasiya təsirindən interfaza məhvi nədir?
A) Hüceyrələrin bir neçə bölünmə siklini keçdikdən sonra müşahidə edilir

B) Interfaza_ ölümü şüalanma və sitostatiklərin təsirindən sonra toxumalarda oksigenin miqdarının azalması nəticəsində yaranır

C) Interfaza - ölümü şüalanmanın ilk saatlarından sonra hüceyrələr mitoza daxil olana qədər müşahidə edilir və bu proses hüceyrə daxili bütün orqanellərin degenerasiyası ilə xarakterizə olunur

D) Interfaza_ ölümü radikal şüa müalicəsindən sonra müşahidə edilir

E) Şüalanmaya qədər, hüceyrə daxili bütün orqanellərin degenerasiyası ilə xarakterizə olunan məhvdir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.11-32
79) Hüceyrələrin radiasiya təsirindən mitotik məhvi nədir?
A) Mitotik ölüm şüalanma və sitistatiklərin təsirindən sonra toxumalarda oksigenin miqdarının azalması nəticəsində yaranır

B) Mitotik ölüm şüalanmaya qədər sonra və bu proses hüceyrəyə daxili bütün orqanellərin degenerasiyası ilə xarakterizə olunur

C) Mitotik ölüm şüalanmadan hüceyrələrin podstradiasion zədələnməni bərpa edə bildikdə baş verir

D) Mitotik ölüm şüalanmadan müəyyən müddət keçdikdən sonra- hüceyrələr bir neçə bölümlə siklini- postradiasion mitozu keçdikdən sonra baş verir, yəni əcdad hüceyrənin törəmələri bir neçə bölümdən sonra mitoz prosesini davam etdirmək qabiliyyətini itirilər

E) Mitotik ölüm şüalanmadan ilk saatlardan sonra hüceyrələr mitoza daxil olana qədər müşahidə edilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.32
80) Radioterapevtik interval nədir?
A) Şiş və normal hüceyrələrinin ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının kənardan idarə olunması

B) Hüceyrələrin sitokinetik parametrləri və onların kənardan idarə olunması

C) Şiş və normal toxumaların radiohəssaslığın idarə edilməsi

D) Şiş toxumasının ionlaşdırıcı şüaların təsirindən maksimum inaktivasiyası və paralel olaraq normal toxumaların zədələnməsinin minimuma çatdırması

E) Hüceyrələrin sitokinetik parametrləri
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.41-42
81) Şüa müaləcəsində kanserosid doza nədir?
A) Normal toxumaların tam məhvi üçün lazım olan şğalanma dozası

B) Şiş və normal toxumaların tam məhvi üçün lazım olan şüalanma dozası

C) Şüa dozasının və fraksiyalar arasındakı vaxtın dəyişdirilməsi

D) Şiş toxumasının tam məhvi üçün lazım olan şüalanma dozası

E) Fraksiyalar arasındakı vaxtın dəyişdirilməsi və normal toxumaların tam məhvi üçün lazım olan şüalanma dozası
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.43
82) Hansı toxumaların radiohəssaslığı daha yüksəkdir?
A) Əzələ və sinir toxuması

B) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, süd vəzisi

C) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması

D) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi

E) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, xondro- və osteosidlər
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
83) Hansı toxumaların radiohəssaslığı nisbi yüksəkdir?
A) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, xondro- və osteosidlər

B) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, süd vəzisi

C) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması

D) Əzələ və sinir toxuması

E) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
84) Hansı toxumaların radiohəssaslığı orta yüksəkdir?
A) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması

B) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi,

C) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, xondro- və osteosidlər

D) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, süd vəzisi

E) Əzələ və sinir toxuması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
85) Hansı toxumaların radiohəssaslığı nisbi aşağıdır?
A) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, xondro- və osteosidlər

B) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması, spermatogen epitel

C) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi

D) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, süd vəzisi, , limfoid toxuma

E) Əzələ və sinir toxuması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
86) Hansı toxumaların radiohəssaslığı aşağıdır?
A) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, spermatogen epitel

B) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, limfoid toxuma

C) Əzələ və sinir toxuması

D) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi

E) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
87) Radiomodifikasiya nədir?
A) Normal toxumaların tam məhvi üçün lazım olan şğalanma dozasının hesablanması

B) Şiş və normal toxumaların, müxtəlif orqanlar və tam orqanizmin ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının kimyəvi, fiziki və digər agentlərin köməyi ilə idarə olunması- zəifləndirilməsi və ya gücləndirilməsi

C) Şiş və normal toxumaların ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının fiziki agentlərin köməyi ilə idarə olunması- zəifləndirilməsi və ya gücləndirilməsi

D) Hər bir şüa franksiyasından sonra oksgenlə təmin olunmuş hüceyrələr məhv olduğu üçün toxumada hipoksik hüceyrə populyasiyasının sayının artması

E) Normal toxumaların ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının kimyəvi agentlərin köməyi ilə idarə olunması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.43
88) Normal toxumaların tolerantlıq dozası nədir?
A) Toxumalarda şüa təsirindən əmələ gələn, 5% və ondan çox hallarda gec fəsadlar yaratmayan cəmi doza nəzərdə tutulur

B) Toxumalarda şüa təsirindən əmələ gələn, 5% və ondan çox hallarda gec fəsadlar yaradan cəmi doza nəzərdə tutulur

C) Toxumalarda şüa təsirindən əmələ gələn, 2% və ondan çox hallarda gec fəsadlar yaradan cəmi doza nəzərdə tutulur

D) Toxumalarda şüa təsirindən əmələ gələn, 25% və ondan çox hallarda gec fəsadlar yaradan cəmi doza nəzərdə tutulur

E) Toxumalarda şüa təsirindən əmələ gələn, 10% və ondan çox hallarda gec fəsadlar yaradan cəmi doza nəzərdə tutulur
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.44
89) Şüa müalicəsində radiomodifikator kimi istifadə edilmir
A) Elektronakseptor birləşmələrdən

B) Oksibaroradioterapiyadan

C) Hormonlardan

D) Hiperqlikemiyadan

E) Hipertermiyadan
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.50
90) Şüa müalicəsində maksimum şüalanma sahəsi dedikdə nə nəzərdə tutulur?
A) 50% izodoza sahəsinə daxil olan həcm

B) 50% izodoza sahəsinə kənarda olan həcm

C) 95% izodoza sahəsinə daxil olan həcm

D) 72% izodoza sahəsinə daxil olan həcm

E) 75% izodoza sahəsinə daxil olan həcm
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.58
91) Onkoradioloqlar radioterapiya zamanı hansı 5 şüalanma həcmlərini əsas götürürlər?
A) Şişin böyük həcmi, şişin klinik həcmi, şişin planlaşdırılmayan həcmi, hədəfin həcmi və şüalanan həcm

B) Şişin böyük həcmi, şişin klinik həcmi, şişin planlaşdırılan həcmi, hədəfin bölünmüş həcmi və şüalanmayan həcm

C) Şişin klinik həcmi, planlaşdırılmayan həcmi, hədəfin həcmi və şüalanan həcm

D) Şişin böyük həcmi, şişin klinik həcmi, şişin planlaşdırılan həcmi, hədəfin həcmi və şüalanan həcm

E) Şişin klinik həcmi, şişin planlaşdırılmayan həcmi, hədəfin həcmi, ətraf toxumaların həcmi və şüalanan həcm
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.60
92) Şüa müalicəsi kursu qarşıya qoyulan məqsəddən asılı olaraq hansı məqsədlə aparıla bilər?
A) Ancaq radikal və simptomatik

B) Ancaq palliativ və simptomatik

C) Ancaq simptomatik

D) Ancaq palliativ

E) Radikal, palliativ və simptomatik
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.76
93) Onkoradioloqiyada xəstələrə şüa müalicəsinə hazırlıq və müalicə hansı ardıcıllıqla aparılır?
A) Diaqnozun qoyulması, dozimetrik hazırlıq və şüa müalicəsi seansları

B) Diaqnozun qoyulması, topometrik hazırlıq və şüa müalicəsi seansları

C) Diaqnozun qoyulması, şüa müalicəsi seansları

D) Topometrik hazırlıq və şüa müalicəsi seansları

E) Diaqnozun qoyulması, topometrik, dozimetrik hazırlıq və şüa müalicəsi seansları
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.79-82
94) Şüa müalicəsi kursuna topometrik hazırlıq nədən ibarətdir?
A) Şişin geometrik mərkəzi nahiyyasində 1:1 miqyasında bədənin köndələn kəsiyinin ətraf toxuma və orqanlar göstərilməklə eskizini hazırlamaqdır

B) Zədələnmiş orqanın 5:1 miqyasında ətraf toxuma və orqanlar göstərilməklə eskizini hazırlamaqdır

C) Şişin geometrik mərkəzi nahiyyasində 2:2 miqyasında bədənin köndələn kəsiyinin ətraf toxuma və orqanlar göstərilməklə eskizini hazırlamaqdır

D) Şişin geometrik mərkəzi nahiyyasində 0.5:1 miqyasında bədənin köndələn kəsiyinin ətraf toxuma və orqanlar göstərilməklə eskizini hazırlamaqdır

E) Zədələnmiş orqanın 1,11:1 miqyasında eskizini hazırlamaqdır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.79-81
95) Klinik dozimetriya nədən ibarətdir?
A) Dozimetriya planlaşdırması şüalanma sahəsi və ya sahələrini təyin etməkdən ibarətdir

B) Dozimetriya planlaşdırması şüalanma sahəsi və ya sahələrin seçilməsi, şüanın növü, müalicənin metodikasını və əsas parametrlərini, o cümlədən, birdəfəlik, cəmi mənbə dozasini təyin etməkdən ibarətdir

C) Dozimetriya planlaşdırması şüalanma sahəsi və ya sahələrinin seçilməsi, birdəfəlik mənbə dozasini təyin etməkdən ibarətdir

D) Dozimetriya planlaşdırması birdəfəlik, cəmi mənbə dozasini təyin etməkdən ibarətdir

E) Dozimetriya planlaşdırması şüanın növü, cəmi mənbə dozasini təyin etməkdən ibarətdir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.81-82
96) Müştərək şüa müalicəsi nədir?
A) Radioaktiv yodla müalicəsi

B) Neytron terapiyası

C) Boşluq və toxumadaxili şüalanmadan birlikdə istifadə edilməsi

D) Distasion və boşluq, toxumadaxili şüalanmadan birlikdə istifadə edilməsi

E) Elektron və qamma şüalanmasından birlikdə istifadə edilməsi
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p. 424
97) Yerli yayılmamış, operabel şişlərlə operasiyaönü şüa müalicəsi nə məqsədlə aparılır?
A) Orqanizmdə proliferativ aktivliyi yüksək olan hüceyrələrin maksimum məhvinə, şüa zədələnməsi almış hüceyrələrin bölünməyən, qeyri-aktiv fazalarda yığılmasına, onların implantasiya etmək qabilliyyətinin zəiflənməsinə və nəticədə gələcək residiv və metastazların xeyli azalmasına səbəb olur

B) Şiş toxumasında proliferativ aktivliyi yüksək olan hüceyrələrin maksimum məhvinə, şüa zədələnməsi almış hüceyrələrin bölünməyən, qeyri-aktiv fazalarda yığılmasına, onların implantasiya etmək qabilliyyətinin zəiflənməsinə və nəticədə gələcək residiv və metastazların xeyli azalmasına səbəb olur

C) Şiş toxumasında proliferativ aktivliyi yüksək olan hüceyrələrin maksimum məhvinə, şüa zədələnməsi almış hüceyrələrin bölünməyən, qeyri-aktiv fazalarda yığılmasına, onların implantasiya etmək qabilliyyətinin zəiflənməsinə və nəticədə gələcək residiv və metastazların xeyli azalmasına səbəb olur

D) Şiş toxumasında proliferativ aktivliyi aşağı olan hüceyrələrin maksimum məhvinə, şüa zədələnməsi almış hüceyrələrin bölünən, aktiv fazalarda yığılmasına, onların implantasiya etmək qabilliyyətinin artmasına və nəticədə gələcək residiv və metastazların xeyli azalmasına səbəb olur

E) Şiş toxumasında hüceyrələrin maksimum məhvinə, şüa zədələnməsi almış hüceyrələrin bölünməyən, qeyri-aktiv fazalarda yığılmasına, onların implantasiya etmək qabilliyyətinin zəiflənməsinə və nəticədə gələcək residiv və metastazların xeyli azalmasına səbəb olur
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.84
98) Şişin yerli yayılmış mərhələsində operasiyaönü şüa müalicəsi nə məqsədlə aparılır?
A) Ancaq orqansaxlayıcı radikal müdaxilə aparılması imkanının yüksəlməsini məqsədi ilə aparılır

B) Şişin ölçülərinin kiçilməsi və operabel mərhələyə keçməsi, eyni zamanda orqansaxlayıcı radikal müdaxilə aparılması imkanının yüksəlməsinə şərait yaradır

C) Limfodisseksiya aparılmasına ehtiyyac azalır

D) Xəstələrdə operasiya zamanı qanaxma riskini azaldır

E) Xəstələrin subyektiv halının yaxşılaşması məqsədi daşıyır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.85
99) Böyük fraksiyalı cərrahi əməliyyatönü radioterapiya hansı cəmi mənbə dozasında aparılır və operasiya şüa müalicəsindən necə gün sonra aparılır?
A) Birdəfəlik mənbə dozası 1.4-5Qr olmaqla, gündə 2 dəfə,25-30gr, operasiya 2-4 həftədən sonra həyata keçirilir

B) Birdəfəlik mənbə dozası 1.22-3Qr olmaqla, hər gün, 45-50gr, operasiya 2-4 həftədən sonra həyata keçirilir

C) Birdəfəlik mənbə dozası 1.4-5Qr olmaqla, hər gün, 50-55gr, operasiya 10-14 həftədən sonra həyata keçirilir

D) Birdəfəlik mənbə dozası 1.44-5Qr olmaqla, hər gün, 55-60gr, operasiya 2-4 həftədən sonra həyata keçirilir

E) Birdəfəlik mənbə dozası 4-5Qr olmaqla, hər gün,CMD-35-40gr, 4-5 fraksiya 2-5 gündən sonra həyata keçirilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.85
100) İntraoperasion şüalanma aparılmasında məqsəd nədir və bu metod nə zaman həyata keçirilir?
A) Qanaxma təhlükəsi olduqda operasiyanın həcmini azaltmaq məqsədi ilə

B) Ancaq normal toxumalarda müxtəlif çapıq və ya fibroz dəyişikliklər səbəbindən distasion şüalanmanın imkanlarının aşağı olduğu zaman, böyük dozada müalicə imkanı yaradır

C) Cərrahi əməliyyat vaxtı normal toxumaların zədələnməsini minimuma etdirməklə patoloji prosesi böyük dozada şüalandırmaq, residivlərin müalicəsində, normal toxumalarda müxtəlif çapıq və ya fibroz dəyişikliklər səbəbindən distasion şüalanmanın imkanlarının aşağı olduğu zaman

D) Müalicə vaxtı və operasiyanın həcmini azaltmaq məqsədi ilə vəziyyəti ağır olan xəstələrdə

E) Ancaq şişin redisivi olduqda, normal toxumalarda müxtəlif çapıq və ya fibroz dəyişikliklər səbəbindəi distasion şüalanmanın imkanlarının aşağı olduğu zaman
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.86
101) Cərrahi əməliyyatdan sonra aparılan şüa müalicəsində məqsəd nədir?
A) Radikal cərrahi müdaxilədən bir il sonra remissiyada olan xəstələrə

B) Radikal cərrahi müdaxilədən bir il sonra remissiyada olan xəstələrə, operasiyaönü şüa müalicəsindən sonrakı radiasiya dozanın artırılması üçün

C) Cərrahi əməliyyatönü şüa müalicəsindən sonra dozanın artırılması

D) Leykositoz və hərarəti olan xəstələrdə simptomatik məqsədi ilə

E) Şərti radikal cərrahi müdaxilədən sonra operasiya sahəsində qalan və ya qala bilən şiş hüceyrələrinin məhv edilməsidir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.87
102) Müalicəvi şüa patomorfozu nədir?
A) İonlaşdırıcı şüaların şiş toxumasında yaratdığı morfoloji dəyişikliklər

B) İonlaşdırıcı şüaların qayda və birləşdirici toxumada yaratdığı morfoloji dəyişikliklər

C) İonlaşdırıcı şüaların qayda yaratdığı morfoloji dəyişikliklər

D) İonlaşdırıcı şüaların birləşdirici toxumasında yaratdığı morfoloji dəyişikliklər

E) İonlaşdırıcı şüaların orqanizmdə yaratdığı mikroskopik və morfoloji dəyişikliklər
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.89-90


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə