Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Yuinq sarkomasında radioterapiya hansı dozada aparılır?



Yüklə 1,5 Mb.
səhifə4/16
tarix03.05.2018
ölçüsü1,5 Mb.
#41158
növüСправочник
1   2   3   4   5   6   7   8   9   ...   16

143) Yuinq sarkomasında radioterapiya hansı dozada aparılır?
A) Aparılmır

B) Şiş hüceyrələrinin tam eradikasiya üçün 30-35 Qr radikal doza hesab edilir

C) Şiş hüceyrələrinin tam eradikasiya üçün 50-60 Qr radikal doza hesab edilir

D) Müştərək 90-100 Qr

E) Toxumadaxili 100-110 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 223
144) Yuinq sarkomasında radioterapiya həcmi necədir və hansı dozada aparılır?
A) Ancaq şişin özü 40 Qr

B) Zədələnmiş sümük tam 60 Qr

C) Zədələnmiş sümük tam 40 Qr

D) Ancaq şişin özü 60 Qr

E) Bu zaman zədələnmiş sümük 40 Qr, patoloji proses və ətraf 4-5 sm normal toxumalarda daxil olmaqla 50 Qr və şişin özü 60 Qr dozada şüalandırılır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 233-234
145) Estezioneyroblastomada radioterapiya nə vaxt təyin edilir?
A) Bütün xəstələrə əksgöstərişdir

B) Diaqnoz qoyulduqdan sonra

C) Xəstəliyin yayılmış formalarda kimyəvi dərmanlara bir neçə kurs polikimyaterapiyadan sonra

D) Təyin edilmir

E) Xəstəliyin yerli formalarında qeyri- radikal operasiyadan sonra şişin yatağı və regionar zonalara 50-55 Qr dozada
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 77
146) X-histiositozunda (eozinifil qranulema, Letter-Sive xəstəliyi, Hend-Şuller-Krisçen xəstəliyi) radioterapiya hansı dozada aparılır?
A) Şüa müalicəsi birdəfəlik mənbə dozası 1,8 Qr olmaqla, cəmi 90 Qr

B) Şüa müalicəsi birdəfəlik mənbə dozası 1,3-1,8 Qr olmaqla, cəmi 100-110 Qr

C) Şüa müalicəsi birdəfəlik mənbə dozası 2.0 Qr olmaqla, cəmi 80 Qr

D) Şüa müalicəsi birdəfəlik mənbə dozası 1,0 Qr olmaqla, cəmi 5 Qr

E) Şüa müalicəsi birdəfəlik mənbə dozası 1,3-1,8 Qr olmaqla, cəmi 20-30 Qr
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 191
147) Kaposi sarkomasının yerlı formalarında radioterapiya hansı dozada aparılır?
A) Fotonlarla birdəfəlik mənbə dozası 8-10 Qr həftədə bir dəfə cəmi 15-20 Qr, birdəfəlik mənbə dozası 4 Qr həftədə bir dəfə cəmi 15-20 Qr

B) Elektronlarla birdəfəlik mənbə dozası 10 Qr həftədə iki dəfə cəmi 60 Qr

C) Elektronlarla birdəfəlik mənbə dozası 2 Qr həftədə üç dəfə cəmi 45-50 Qr

D) Fotonlarla birdəfəlik mənbə dozası 2 Qr olmaqla həftədə beş dəfə cəmi 40 Qr

E) Elektronlarla birdəfəlik mənbə dozası 1Qr həftədə iki dəfə cəmi 10 Qr+ fotonlarla birdəfəlik mənbə dozası 2 Qr olmaqla həftədə beş dəfə cəmi 40 Qr
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 120-121
148) Vipomaların inoperabel-inkurabel hallarında radioterapiya hansı dozada aparılır?
A) Aparılmır

B) 35-40 Qr

C) Şiş və regionar zonalar 55-60 Qr dozada

D) Toxumadaxili 110-110 Qr

E) Regionar zonalar 15-20 Qr dozada
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 56
149) Pineal şişlərdə radioteraoiya hansı dozada aparılır?
A) Ancaq şiş 40 Qr

B) Aparılmır

C) Baş beynin 40 Qr total və əlavə olaraq 1-li mənbə 15 Qr

D) Ancaq şiş 10 Qr

E) Baş beynin 80 Qr total
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 97
150) Yuvenil angiofibromada radioterapiya hansı dozada aparılır?
A) Ancaq şiş kəllə əsasına sirayət etdikdə isə 40-46 Qr dozada

B) Şiş 55-65 Qr dozada

C) Şiş 20 Qr dozada şüalandırılır

D) Aparılmır

E) Prosesin 1 və 2-ci mərhələsində 30-36 Qr, şiş kəllə əsasina sirayət etdikdə isə 40-46 Qr dozada
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 154
151) Feoxromositomada hansı şüalanmadan istafadə edilir?
A) Kontakt

B) Distansiyalı+ kontakt

C) Distansiyalı

D) 131-yod-metayodobenzilquaniddən (I-131 MIBG),

E) Orqandaxili
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 35
152) Süd vəzisi xərçəngində radikal mastektomiyadan sonra döş qəfəsinin ön divarı hansı sahələrdən şüalandırılır?
A) Ön sahələrdən

B) Bir ön və ya 2-ön və arxa sahələrdən

C) 2-medial və lateral tangensional sahələrdən

D) 2-ön və arxa sahələrdən

E) Ön və arxa sahələrdən
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 284
153) Süd vəzisi xərçəngində regionar limfa düyünlərinin-qoltuqaltı, körpücükaltı və-üstü nahiyələrinin şüalandırması sərhədləri necədir?
A) Yuxarıdan-qoltuqaltı sahənin zirvəsi, bazu sümüyünün başı ekranlaşdırılmaqla bazu əyriliyindən boyunun ortasına qədər, aşağıdan beşinci qabırğanın yuxarı səthi, daxildən orta xəttən 5-6 sm xaricə

B) Yuxarıdan-qoltuqaltı sahənin zirvəsi, bazu sümüyünün başı ekranlaşdırılmaqla bazu əyriliyindən boyunun ortasına qədər, aşağıdan ikinci qabırğanın yuxarı səthi, daxildən orta xəttən 1-2 sm xaricə

C) Yuxarıdan-qoltuqaltı sahənin aşağı səthi, körpücük sümüyünün ortasına qədər, aşağıdan ikinci qabırğanın yuxarı səthi, daxildən orta xəttən 12 sm xaricə

D) Yuxarıdan-qoltuqaltı sahənin zirvəsi, bazu sümüyünün başı ekranlaşdırılmaqla bazu əyriliyindən boyunun ortasına qədər, aşağıdan altıncı qabırğanın yuxarı səthi, daxildən orta xəttən 8 sm xaricə

E) Yuxarıdan-qoltuqaltı sahənin zirvəsi, bazu sümüyünün başı ekranlaşdırılmaqla bazu əyriliyindən boyunun ortasına qədər, aşağıdan birinci qabırğanın yuxarı səthi, daxildən orta xəttən 10 sm xaricə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 284
154) Radikal mastektomiyadan sonra şişin ölçüləri 3,2 sm və regionar lımfa düyünlərində metastaz təyin edilməmişsə operasiyadan sonrakı radioterapiya necə aparılır?
A) Radikal dozada

B) Müştərək

C) Qeyri-radikal dozada

D) Braxioterapiya

E) Aparılmır
Ədəbiyyat: Halperin E.C. Perez C.A. Brady L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncologi, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.1225
155) Süd vəzisi xərçəngində sektoral rezeksiya+qoltuğaltı lımfadenoektomiyadan sonra radioterapiya necə aparılır?
A) Süd vəzisi və regionar zonalar 45-50 Qr dozada

B) Aparılmır

C) Şişin yatağı 10-15 Qr 40 Qr

D) Süd vəzisi və regionar zonalar 45-50 Qr dozada, sonra şişin yatağı əlavə 10-15 Qr 60 Qr qədər

E) Regionar zonalar 45-50 Qr dozada
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 287-288
156) Süd vəzisi xərçəngində radioterapiya müstəqil müalicə metodu kimi operasiya aparılmasına əks-göstəriş olan və ya cərrahi müdaxilədən qəti imtina edən xəstələrə necə aparılır?
A) Süd vəzisi və regionar zonalar 50-60 Qr, birinci şiş kiçildilmiş sahələrdən əlavə (braxioterapiya, və ya boost) 15-20 Qr dozada

B) Aparılmır

C) Braxioterapiya 50-60 Qr

D) Birinci şiş kiçildilmiş sahələrdən 45-50 Qr dozada

E) Süd vəzisi və regionar zonalar 50-60 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 291.
157) Süd vəzisi xərçəngində süd vəzisinin şüalanma sahəsinə hansı sahələr daxil edilir?
A) Döş qəfəsi divarı

B) Süd vəzi+ döş əzələləri

C) Döş əzələləri və döş qəfəsi divarı

D) Süd vəzi, döş əzələləri və döş qəfəsi divarı

E) Süd vəzi
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 284
158) Süd vəzisi xərçəngində süd vəzisinin şüalanma sahəsinə hansı həcmi əhatə edilir?
A) Daxildən-sternal xətdən 2-3 sm daxilə, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm daxilə, və ya orta qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə orta qoltuğaltı xəttə kimi

B) Daxildən-sternal xətdən 2-3 sm yuxarı, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm daxilə və ya daxili qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə orta qoltuğaltı xəttə kimi

C) Daxildən-sternal xətdən 2-3 sm aşağı, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm medial və ya kənar qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə orta qoltuğaltı xəttə kimi

D) Daxildən-sternal xətdən 2-3 sm xaricə, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm xaricə və ya lateral qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə medial qoltuğaltı xəttə kimi

E) Daxildən-sternal xətdən 4-5 sm xaricə, lateral- süd vəzinin əllənən kənarından 1,5-2 sm xaricə və ya orta qoltuğaltı xətt boyunca, yuxarıdan- döş –körpücük sümüklərinin birləşdiyi səviyyədən yarımgövs şəkildə orta qoltuqaltı xəttə kimi, aşağıdan- süd vəzisinin keçid qırışından 1,5-2 sm daxilə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 284
159) Prostat vəzi xərçənginin distansion şüa müalicəsində şüalanmaya hansı sahələr daxil edilir?
A) Toxum kisəciyi, sidik kisəsinin boynu və regionar limfa düyünləri

B) Prostat vəzi, paraprostat toxumaları, toxum kisəciyi, sidik kisəsinin boynu və regionar limfa düyünləri

C) Prostat vəzi, toxum kisəciyi, sidik kisəsinin boynu

D) Prostat vəzi, regionar limfa düyünləri

E) Prostat vəzi, paraprostat toxumaları
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 351
160) Prostat vəzi xərçənginin distansiyalı şüa müalicəsində hədəfin sərhədləri necədir?
A) Yuxarı sərhədi 3-ci sakrum fəqərəsi (daxili və xarici qalça limfa kollektorlarının ümumi qalça damarına keçdiyi səviyyə), aşağı- anusun yuxarı kənarı səviyyəsində, yan sərhədi sirkə kasasını xarici kənarını kəsən vertikal xətt boyunca və ya çanaq sümüklərin kənarı

B) Yuxarı sərhədi 2-ci bel fəqərəsi (daxili və xarici qalça limfa kollektorlarının ümumi qalça damarına keçdiyi səviyyə), aşağı-sarkum fəqərəsi, yan sərhədi sirkə kasasını daxili kənarını kəsən vertikal xətt boyunca və ya çanaq sümüklərin divarı

C) Yuxarı sərhədi 1-ci sakrum fəqərəsi (daxili və xarici qalça limfa kollektorlarının ümumi qalça damarına keçdiyi səviyyə), aşağı- anusun aşağı kənarı səviyyəsində, yan sərhədi sirkə kasasını daxili kənarını kəsən vertikal xətt boyunca və ya çanaq sümüklərin divarı

D) Yuxarı sərhədi 3-cü bel fəqərəsi (daxili qalça limfa kollektorlarının xarici qalça damarına keçdiyi səviyyə), aşağı anusun aşağı kənarı səviyyəsində, yan sərhədi çanaq boyunca və ya çanaq sümüklərin divarı

E) Yuxarı sərhədi 2-ci sakrum fəqərəsi (daxili və xarici qalça limfa kollektorlarının ümumi qalça damarına keçdiyi səviyyə), aşağı- anusun yuxarı kənarı səviyyəsində, yan sərhədi sirkə kasasını daxili kənarını kəsən vertikal xətt boyunca və ya çanaq sümüklərin divarı
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 351
161) Braxiterapiya sözü nə deməkdir?
A) Radionuklid kapsulların şişlə təmasda və ya yaxın məsafədə terapevtik istifadəsi

B) Radionuklid kapsulların şişlə uzaq məsafədə terapevtik istifadəsi

C) Yalnız boşluqdaxili şüa müalicəsi

D) Yalnız toxumadaxili şüa müalicəsi

E) Yalnız applikasion şüa müalicəsi
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 1-6
162) İlk dəfə braxiterapiyanın əsası neçənci ildə qoyulmuşdur?
A) 1961-ci il

B) 1918-ci il

C) 1901-ci il

D) 1945-ci il

E) 1930-ci il
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 1-6
163) Braxiterapiyanın hansı metodları mövcuddur?
A) Toxumadaxili, endovaskulyar

B) Endolyuminal, endovaskulyar

C) Boşluqdaxili, applikasion, rentgenterapiya

D) Toxumadaxili, boşluqdaxili, applikasion

E) Toxumadaxili, endolyuminal, boşluqdaxili, applikasion, endovaskulyar
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002. page 6-14
164) Braxiterapiyanın hansı növləri mövcuddur?
A) LDR- aşağı doza gücü,HDR- yüksək doza gücü

B) MDR- orta doza gücü,HDR- yüksək doza gücü

C) LDR- aşağı doza gücü ,MDR- orta doza gücü

D) LDR-aşağı doza gücü ,MDR-orta doza gücü ,HDR-yüksək doza gücü

E) HDR- yüksək doza gücü
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 103-116
165) LDR üçün hansı doza gücü göstəricisi düzdür?
A) 22 qr/saat

B) 6-12 qr/saat

C) 2 qr/saat

D) 12 qr/saat

E) 2-6 qr/saat
Ədəbiyyat: GEC ESTRO Handbook of Brachytherapy 2002 .page 103-116
166) MDR üçün hansı doza gücü göstəricisi düzdür?
A) 6-12 qr/saat

B) 22 qr/saat

C) 2 qr/saat

D) 2-12 qr/saat

E) 12 qr/saat
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002 . page 103-116
167) HDR üçün hansı doza gücü göstəricisi düzdür?
A) 12 qr/saat –dan yuxarı

B) 2-6 qr/saat

C) 6-12 qr/saat

D) 12 qr/saat

E) 2 qr/saat
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 103-116
168) Uşaqlıq boynu xərçənginin hansı mərhələsində müştərək şüa müalicəsi

tətbiq edilir?
A) 1a,1b,2a.2b,3a,4a,4b

B) 3a,3b,4a,4b

C) 1a,1b,2a,2b,4b

D) 2a,2b,3a,4b

E) 1a,1b,2a,2b,3a,3b
Ədəbiyyat: Бохман Я.В. Руководство по Онкогинекологии Медицина 1989.стр. 240-260
169) Uşaqlıq boynu xərçənginin müştərək şüa müalicəsinə əksgöstərişlər hansıdır ?
A) İltihabi proseslər, uzaq metastazlar, xarici cinsi orqanların inkişaf patologiyası, uşaqlıq və yumurtalığın şişi, hamiləlik

B) İltihabi proseslər, uzaq metastazlar

C) Hamiləlik

D) Xarici cinsi orqanın inkişaf patologiyası

E) İltihabi proseslər, hamiləlik
Ədəbiyyat: İ.İsayevin Bədxassəli şişlərin şüa müalicəsinin əsasları Bakı 2001.səh. 317-318
170) Uşaqlıq cismi xərçənginin müalicəsində şüa terapiyasından necə istifadə edilir?
A) Kombinə olunmuş və kompleks müalicəsinin komponenti kimi

B) İstifadə edilmir

C) Radikal və paliativ şüa müalicəsi

D) Kompleks müalicəsinin komponenti kimi, paliativ

E) Radikal müştərək şüa müalicəsi, kombinə olunmuş və kompleks müalicəsinin komponenti kimi, paliativ
Ədəbiyyat: Рак шейки и тела матки, Марьина Л.А., Нечушкин М.И., 2004. стр.264-306
171) Uşaqlıq cismi xərçənginin müalicəsində radikal şüa terapiyası nə zaman tətbiq edilir?
A) Cərrahi əməliyyata ümumi somatik əksgöstəriş olduqda,qeyri-operabel formalarda,cərrahi əməliyatdan imtina edildikdə

B) Ümumi somatik əksgöstəriş olduqda, qeyri-operabel formalarda

C) Uşaqlıq cismi xərçənginin lokal və qeyri-operabel formalarda

D) İstifadə edilmir

E) Ümumi somatik əksgöstəriş olduqda, cərrahi əməliyyatdan imtina edildikdə
Ədəbiyyat: Рак шейки и тела матки , Марьина Л.А., Нечушкин М.И., 2004. стр.272-273
172) Uşaqlıq cismi xərçənginin şüa müalicəsi zamanı hansı şüa sahələrindən istifadə oluna bilər?
A) Statik 2 qarşı-qarşıya , hərəkətli sektor – 4 hərəkət mərkəzindən

B) Statik 8 çəp şüa sahələrindən

C) İndividual seçilir

D) Statik 4 çəp şüa sahələrindən

E) Hərəkətli sektor- 6 hərəkət mərkəzindən
Ədəbiyyat: Practical Radiotherapy Planming , Jane Dobbs 1999
173) Uşaqlıq yolu xərçəngində hansı şüa terapiyası metodlarından istifadə edilir?
A) Neytrontutucu və boşluqdaxili braxiterapiya

B) Distansiyalı qamma terapiya

C) Distansiyalı qamma terapiya, toxumadaxili və boşluqdaxili braxiterapiya

D) Distansion qamma terapiya, dərin rentgenterapiya

E) İstifadə olunmur
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
174) Uşaqlıq yolu xərçənginin 1-ci mərhələsində şüa müalicəsinin hansı metodundan istifadə edilir?
A) Distansiyalı qamma terapiya

B) Braxiterapiya

C) Distansion qamma terapiya, yaxınfokuslu rentgenterapiya

D) Distansion, dərin rentgenterapiya

E) Rentgenterapiya
Ədəbiyyat: Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, İ.İsayev, 2001. səh 303-308
175) Uşaqlıq cismi xərçənginin 1a mərhələsində nə zaman cərrahi əməliyyatdan sonra şüa terapiyası istifadə olunur?

A) Risk faktorlarının olub-olmamasından asılı olmayaraq, aşağı differensasiyalı xərçənglərdə

B) Risk faktorları mənfi olduqda

C) Risk faktorları müsbət və aşağı differensasiyalı xərçənglərdə

D) Risk faktorları müsbət olarsa

E) İstifadə olunmur


Ədəbiyyat: NCCN practice quidelines in Oncology 05.01.2008
176) Uşaqlıq cismi xərçənginin 2a mərhələsində nə zaman cərrahi əməliyyatdan sonra tək braxiterapiya aparılır?
A) Tək braxiterapiya istifadə edilmir

B) Miometrial invaziya ≥50 %, aşağı differensasiyalı xərçənglərdə

C) Miometrial invaziya ≤50 % ,yüksək differensasiyalı xərçənglərdə

D) Miometrial invaziya ≥50 %, differensəolunmayan xərçənglərdə

E) Orta və aşağı differensasiyalı xərçənglərdə
Ədəbiyyat: NCCN practice quidelines in Oncology 05.01.2008
177) Uşaqlıq boynu xərçənginin müştərək şüa müalicəsi zamanı neçə applikatordan istifadə edilir?
A) 4 applikatordan

B) 1 applikatordan

C) 3 applikatordan

D) 5 applikatordan

E) 2 applikatordan
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy, 2002. pp. 301-319
178) Vulva xərçənginin hansı mərhələsində kombinə olunmuş müalicə tətbiq edilir ?
A) Yalnız I mərhələdə

B) Aparılmır

C) Bütün mərhələrdə

D) II və III mərhələrdə

E) I,II,III mərhələrdə
Ədəbiyyat: Бохман Я.В. Руководство по Онкогинекологии Медицина, 1989. стр.155-160
179) Uşaqlıq cismi sarkomasının hansı histoloji formasında şüa terapiyası kombinə olunmuş müalicənin komponenti kimi istifadə olunur?
A) Karsinosarkoma

B) Qarışıq mezodermal şişlər

C) Endometrial stromal, karsinosarkoma, qarışıq mezodermal şişlər

D) Karsinosarkoma

E) Leyomiosarkoma
Ədəbiyyat: Бохман Я.В. Руководство по Онкогинекологии. Медицина 1989.стр. 354-356
180) Qida borusunun aşağı döş hissəsinin şüalanması aparılır?
A) 2 sahədən

B) 5 sahədən

C) 4 sahədən

D) Fərdi seçilir

E) 1 sahədən
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 195
181) Qida borusu xərçənginin II-IV mərhələsi olan xəstələrin qammaterapiya müalicəsindən sonra orta yaşama müddəti neçə ay olur?
A) 19-23 ay

B) 3-6 ay

C) 1-2 ay

D) 2-4 ay

E) 35-45 ay
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 197
182) Qida borusu şişlərinin şüalanmasında tez-tez rast gələn şüa reaksiyalarına hansı aiddir?
A) Epiteliit

B) Faringit

C) Ezofagit

D) Dermatit

E) Laringit
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
183) Qida borusu xərçənginin şüa müalicəsi zamanı radikal doza sayılır?
A) 30-40 Qr

B) 60-70 Qr

C) 85 Qr

D) 45-50 Qr

E) 55 Qr
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 197
184) Qida borusunun hansı hissəsinin zədələnməsində onurğa beyninin şüalanmasını azaltmaq məqsədilə pazvari filtirlər istifadə olunur?
A) Yuxarı döş şöbəsi

B) Orta döş şöbəsi

C) Abdominal şöbəsi

D) Boyun şöbəsi

E) Aşağı döş şöbəsi
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, 5 том, Москва 1985, стр. 290
185) Qida borusu xərçəngində palliativ məqsədlə şüa müalicəsi zamanı CMD hansı dozada məsləhətdir?
A) 30 Qr

B) 20 Qr


C) 25 Qr

D) 15 Qr


E) 40 Qr
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 198
186) Əksər xəstələrdə ezofagitin klinik əlamətləri hansı doza tədbiqindən sonra baş verir?
A) 60 Qr

B) 70 Qr


C) 15 Qr

D) 35-40 Qr

E) 20 Qr
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
187) Qida borusu xərçəngi olan xəstələrdə şüa terapiyasının ən ağır ağırlaşması sayılır?
A) Ezofagit

B) Hiperemiya

C) Ümumi zəiflik

D) Epidermit

E) Qanaxma ilə nəticələnən şişin dağılması
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
188) Qida borusu xərçənginin şüa müalicəsinin effektliyini qiymətləndirmək üçün əsasən aşağıdaki müayinə metodları istifadə olunur?
A) Rentgen müayinə

B) KT müayinə

C) USM

D) Endoskopiya müayinəsi



E) Rentgen , KT və endoskopiya müayinələri
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 185
189) Qida borusu xərçəngində morfoloji strukturuna görə daha radiohəssas şiş sayılır?
A) Yastıhüceyrəli xərçəng

B) Adenokarsinoma

C) Differensiasiya olunmayan xərçəng

D) Mukoepidermoid xərçəng

E) Vəzili kistoz xərçəng
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 186
190) Süd vəzisi xərçəngi olan xəstələrin qoltuqaltı limfa düyünlərinin şüalanmasının radikal dozası sayılır?
A) 50 Qr

B) 40 Qr


C) 20 Qr

D) 25 Qr


E) 60 Qr
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 287
191) Süd vəzisinin şüalanması sahəsinə aiddir?
A) Süd vəzisi

B) Döş qəfəsinin divarı

C) Süd vəzisi + döş əzələsi + döş qəfəsinin divarı

D) Döş əzələsi və döş qəfəsinin divarı

E) Döş əzələsi və süd vəzisi
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 284
192) Süd vəzisinin daxildən şüalanma sahəsinin sərhədi?
A) Sternal xətdən 2-3 sm xaricə

B) Sternal xətdən 2-3 sm daxilə

C) Sternal xətdən 5-6 sm xaricə

D) Sternal xətdən 4-5 sm xaricə

E) Sternal xətdən 7-8 sm xaricə
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s. 284
193) Süd vəzisinin şüalanması zamanı hansı şüa reaksiyaları rast gəlir?
A) Laringit

B) Faringit

C) Hiperemiya və epidermit

D) Ezofagit

E) Epiteliit
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 284
194) Süd vəzisi xərçənginin şüalanması zamanı radikal proqram üzrə hansı zonalar şüalandırılır?
A) Qoltuqaltı nahiyə+ körpücüküstü-altı nahiyə

B) Süd vəzisi

C) Süd vəzisi + qoltuqaltı nahiyə + körpücüküstü-altı nahiyə

D) Süd vəzisi + qoltuqaltı nahiyə

E) Süd vəzisi + körpücüküstü-altı nahiyə
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 291
195) Sektoral rezeksiyadan sonra süd vəzisinə hansı dozada şüa verilir?
A) Süd vəzisinə 50 Qr ; +10 Qr cərrahi çapığa

B) Süd vəzisinə 50 Qr

C) Süd vəzisinə 40 Qr ; +10 Qr cərrahi çapığa

D) Cərrahi çapığa 40 Qr

E) Cərrahi çapığa 60 Qr
Ədəbiyyat: İ.H.İsayev “Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 291


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə