Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Dodaq qırmızı haşiyəsinin şişlərinin hansı mərhələsində radikal şüa müalicəsi təyin edilir?



Yüklə 1,5 Mb.
səhifə3/16
tarix03.05.2018
ölçüsü1,5 Mb.
#41158
növüСправочник
1   2   3   4   5   6   7   8   9   ...   16

103) Dodaq qırmızı haşiyəsinin şişlərinin hansı mərhələsində radikal şüa müalicəsi təyin edilir?
A) I və II mərhələ

B) I-IV mərhələ

C) Heç birində

D) II-IV mərhələ

E) III-IV mərhələ
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.100
104) Dodaq qırmızı haşiyəsinin şişlərinin radikal şüa müalicəsi (T1-2N0M0) hansı dozada təyin edilir?
A) Birinci patoloji ocaq-65-70 Qr, reqionar limfa düyünləri 35-40Qr

B) Birinci patoloji ocaq-65-70 Qr

C) Birinci patoloji ocaq-40-45 Qr, reqionar limfa düyünləri 35-40Qr

D) Birinci patoloji ocaq-65-70 Qr, reqionar limfa düyünləri 65-70Qr

E) Birinci patoloji ocaq-35-40 Qr, reqionar limfa düyünləri 35-40Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.100-102
105) Ağız boşluğu orqanlarının bəd xassəli şişlərində radioterapiyanın hansı metodu

daha yüksək effekt verir?
A) Müştərək şüa müalicəsi

B) Radioaktiv yod

C) Teleqammaterapiya

D) Braxioterapiya

E) Braxioterapiyavə radioaktiv yod
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.110-120
106) Ağız-udlaq nahiyyəsinin bədxassəli şişlərinin şüa müalicəsi neçə sahələrdən həyata keçirilə bilər?
A) 1 sahədən+radiomodifikatorlar

B) 5-6 sahələrdən

C) KT simulyasiyaya əsasən fərdi seçilir

D) Əvvəl, sonra 5-6 3 sahədən

E) 1-3 sahədən
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.126
107) Ağız-udlaq nahiyyəsinin bədxassəli şişlərində radioterapiyadan sonra 5 il yaşayan xəstələrin sayı neçə faiz təşkil edir?
A) 85-90 % təşkil edir

B) 15-20 % təşkil edir

C) 90-98 % təşkil edir

D) 99 % dən çox təşkil edir

E) Heç kəs yaşamır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.128
108) Ağız-udlaq nahiyəsinin bəd xassəli şişlərində hansı fraksiyalı radioterapiya daha effektlidir?
A) Surətləndirilmiş hiperfraksiyalı

B) Multifraksiyalı

C) Hiperfraksiyalı

D) Klassik

E) Dinamik rejimi
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.920
109) Ağız-udlaq nahiyyəsinin bədxassəli şişlərinin kombinə olunmuş müalicəsində standart rejimdə cərrahi əməliyyatönü radioterapiya hansı dozada aparılır?
A) 20-25 Qr+hipertermiya

B) 60-65 Qr

C) 35-40 Qr

D) 20-25 Qr+mizonidazol

E) 20-25 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.128
110) Birinci mənbəyi məlum olmayan bədxassəli şişin boyun limfa düyünlərinə metastazları zamanı hədəfin sərhədləri və cəmi mənbə dozası təşkil edir:

A) Yuxarı məməşəkilli çıxıntı, yan hər iki tərəfdən körpücük sümüyünün ortası, aşağı döş sümüyünün yuxarısı 50 Qr, sonra zədələnmiş sahə kiçik sahədən əlavə 30 Qr

B) Yuxarı məməşəkilli çıxıntı, yan hər iki tərəfdən körpücük sümüyünün ortası, aşağı döş sümüyünün yuxarısı 50 Qr, sonra zədələnmiş sahə kiçik sahədən əlavə 10 Qr

C) Yuxarı məməşəkilli çıxıntı, yan hər iki tərəfdən körpücük sümüyünün ortası, aşağı döş sümüyünün yuxarısı 60 Qr, sonra zədələnmiş sahə kiçik sahədən əlavə 20 Qr

D) Yuxarı məməşəkilli çıxıntı, yan hər iki tərəfdən körpücük sümüyünün ortası, aşağı döş sümüyünün yuxarısı 20 Qr, sonra zədələnmiş sahə kiçik sahədən əlavə 30 Qr

E) Yuxarı məməşəkilli çıxıntı, yan hər iki tərəfdən körpücük sümüyünün ortası, aşağı döş sümüyünün yuxarısı 30 Qr


Ədəbiyyat: Лучевая терапия в лечении рака., ВОЗ, 2000, стр. 67
111) Burun-udlaq şişlərində daha effektli müalicə metodu hansıdır?
A) Radioterapiya

B) Radioterapiya+kimyaterapiya

C) Kimyaterapiya

D) Kiyaterapiya+radioterapiya

E) İmmunoterapiya
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.832
112) Burun-udlaq şişlərində şüa müalicəsi aparıldıqda birinci şişin- hədəfin sərhədləri necədir?
A) Yuxarı- beyin əsası, aşağı- alt çənənin küncü, ön- göz yuvası və xoananın ün kənarı, arxa-boyun fəqərələri cisimləri və yan-yuxarı çənə boşluğunun daxili divarları

B) KT simulyasiyaya əsasən fərdi seçilir

C) Yuxarı- beyin əsası, aşağı- alt çənənin küncü, ön- göz yuvası və xoananın arxa kənarı, arxa- onurğa beyni və yan-yuxarı çənə boşluğunun daxili divarları

D) Yuxarı- beyincik, aşağı- alt çənənin küncü, ön- göz yuvası və xoananın arxa kənarı, arxa-boyun fəqərələri cisimləri və yan-yuxarı çənə boşluğunun daxili divarları

E) Yuxarı- beyin əsası, aşağı- alt çənənin küncü, ön- göz yuvası və xoananın arxa kənarı, arxa-boyun fəqərələri cisimləri və yan-yuxarı çənə boşluğunun daxili divarları
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.132
113) Burun-udlaq şişlərində regionar limfa düyünlərində metastaz olduqda radikal şüa müalicəsi hansı dozada aparılır?
A) Birinci şiş- 35-40 Qr, regionar zona- 55-60 Qr

B) Birinci şiş- 65-70 Qr, regionar zona- 55-60 Qr

C) Tək regionar zona- 55-60 Qr

D) Birinci şiş- 65-70 Qr, regionar zona- 75 Qr

E) Birinci şiş- 65-70 Qr, regionar zona- 35-40 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.132
114) Burun-udlaq şişlərində müasir multimodal terapiya nəticəsində prosesin I-II mərhələsində 5-illik yaşama göstəricisi?
A) 70% və ondan çox

B) 5%-dan az

C) 20-30%

D) 90-95%

E) 10-15%
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.134
115) Dil xərçəngində optimal radikal şüa müalicəsi necədir?
A) Distansiyalı qammaterapiya 60 Qr+ elektronlarla 40 Qr dozada

B) Elektronlarla şğalanma 40 Qr dozada

C) Distansion statik 25-30 Qr+toxumadaxil 45-50 Qr

D) Toxumadaxil 55-60 Qr

E) Distansiyalı qammaterapiya 60 Qr dozada
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.116
116) Dil şişlərinin distansion şüalanmasının aparılması üçün hədəfin sərhədləri necədir?
A) Yuxarıdan 2,0 sm beyin əsasından aşağı, alt-dilaltı sümük, arxa üst çənə bucağı, ön alt çənə alveolyar çıxıntısı və yan- alt çənənin horizontal qolu

B) Arxadan dilin kökü, yuxarıdan damaq, aşağıdan dilin alt səthi, yan- alt çənənin horizontal qolu

C) Arxadan dilin kökü, yuxarıdan damaq, aşağıdan dilin alt səthi

D) Yuxarıdan 3,5 sm damaq əsasından aşağı, alt-dilaltı sümük, arxa alt çənə bucağı,ön alt çənə alveolyar çıxıntısı və yan- alt çənənin horizontal qolu

E) KT simulyasiyaya əsasən fərdi seçilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.115
117) Qırtlaq-udlağın bədxassəli şişlərin şüa müalicəsində birinci şişin- hədəfin sərhədləri necədir?

A) Yuxarı qırtlaq qapağının yuxarı səthi, udlağın ağız hissəsinin arxa divarı; yemək borusunun orta hissəsi; ön- qırtlağın arxa divarı, dilaltı sümüyü cismi; arxa fəqərələrin cismi və yan-qalxanvari qırtlağın qanadları

B) Yuxarı qırtlaq qapağının yuxarı səthi, udlağın ağız hissəsinin arxa divarı; yemək borusunun aşağı hissəsi; ön- qırtlağın ün divarı, dilaltı sümüyü cismi; arxa fəqərələrin cismi və yan-qalxanvari qırtlağın qanadları

C) Yuxarı qırtlaq qapağının yan səthi, udlağın ağız hissəsinin ün divarı; ; yemək borusunun giriş hissəsi; ön- qırtlağın ün-divarı, dilaltı sümüyü cismi; arxa fəqərələrin cismi və yan-qalxanvari qırtlağın qanadları

D) Yuxarı qırtlaq qapağının səthi, udlağın ağız hissəsinin arxa divarı; aşağı yemək borusunun giriş hissəsi; ön- qırtlağın arxa divarı, dilaltı sümüyü cismi; arxa fəqərələrin cismi və yan-qalxanvari qırtlağın qanadları

E) KT simulyasiyaya əsasən fərdi seçilir


Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.138
118) Qırtlaq-udlağın bədxassəlı şişlərində optimal radikal şüa müalicəsi hansı dozada aparılır?
A) Birincili şiş 35-40 Qr dozada şüalandırıldıqdan sonra onun reqressiya dərəcəsinə uyğun şüalanma sahələrində korreksiya həyata keçirilir və doza 65-70 çatdırılır. Limfa düyünlərində metastaz aşkar edilirsə həmin sahə 55-60 Qr, profilaktik məqsədlə isə 25-30 dozada şüalandırılır. Radioterapiyanın 1 etapından sonra effekt olmadıqda cərrahi simptomatik müalicəsinin aparılması ön plana çıxır

B) Birincili şiş 35-40 Qr dozada şüalandırıldıqdan sonra onun reqressiya dərəcəsinə uyğun şüalanma sahələrində korreksiya həyata keçirilir və doza 85-90 çatdırılır. Limfa düyünləri 35-40 dozada şüalandırılır. Radioterapiyanın 1 etapından sonra effekt olmadıqda cərrahi müdaxilənin aparılması ön plana çıxır

C) Birincili şiş 35-40 Qr dozada şüalandırıldıqdan sonra onun reqressiya dərəcəsinə uyğun şüalanma sahələrində korreksiya həyata keçirilir və doza 65-70 çatdırılır. Limfa düyünləri şüalandırılmır. Radioterapiyanın 1 etapından sonra effekt olmadıqda cərrahi müdaxilənin aparılması ön plana çıxır

D) Birincili şiş 65-70 Qr dozada şüalandırır. Limfa düyünlərində metastaz aşkar edilirsə həmin sahə 55-60 Qr, profilaktik məqsədlə isə 15-20 dozada şüalandırılır. Radioterapiyanın 1 etapından sonra effekt olmadıqda cərrahi müdaxilənin aparılması ön plana çıxır

E) Birincili şiş 35-40 Qr dozada şüalandırıldıqdan sonra onun reqressiya dərəcəsinə uyğun şüalanma sahələrində korreksiya həyata keçirilir və doza 65-70 çatdırılır.Limfa düyünlərində metastaz aşkar edilirsə həmin sahə 55-60 Qr, profilaktik məqsədlə isə 35-40 dozada şüalandırılır.Radioterapiyanın 1 etapından sonra effekt olmadıqda cərrahi müdaxilənin aparılması ön plana çıxır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 139
119) Qırtlaq-udlaq şişlərində multimodal müalicədən sonra 5 il yaşayan xəstələrin sayı neçə faiz təşkil edir?
A) 1-2%

B) 85-90%

C) 20-25%

D) 0%


E) 95-100%
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 140
120) Qırtlağın bağüstü nahiyyəsinin xərçəngində hədəfin şüalanma sərhədləri?
A) Yuxarı-qırtlar qapağının sərbəst aşağı kənarı, - üzükvari qığırdağın yuxarı kənarı, ön-qalxanvari qığırdaq, arxa-ün çalovabənzər qığırdaq, yan-qalxanabənzər qığırdağın qanadları

B) KT simulyasiyaya əsasən fərdi seçilir

C) Yuxarı-qırtlaq qapağının aşağı kənarı, aşağı- üzükvari qığırdağın aşağı kənarı, ön-qalxanvari qığırdaq, arxa-çalovabənzər qığırdaq, yan-qalxanabənzər qığırdağın qanadları

D) Yuxarı-qırtlar qapağının sərbəst yuxarı kənarı, aşağı- üzükvari qığırdağın aşağı kənarı, ön-qalxanvari qığırdaq, arxa-çalovabənzər qığırdaq, yan-arxa qalxanabənzər qığırdağın qanadları

E) Yuxarı-qırtlar qapağının sərbəst yuxarı kənarı, aşağı- üzükvari qığırdağın aşağı kənarı, ön-qalxanvari qığırdaq, arxa-çalovabənzər qığırdaq, yan-qalxanabənzər qığırdağın yan qanadları
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
121) Qırtlağın bağüstü nahiyyəsinin xərçəngində hədəf neçə sahədən şüalandırılır?
A) Orqan daxilindən

B) 1 perpendikulyar sahədən

C) 3 perpendikulyar sahədən

D) d. 4-5 yan sahələrdən

E) KT simulyasiyaya əsasən fərdi seçilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
122) Qırtlağın bağ hissəsinin şüalanmasından hədəfin sərhədləri necədir?
A) Yuxarı-təpə sümüyün aşağı səthi, aşağı-qalxanvari qığırdağın aşağı kənarı, ön-qalxanvari vəzin arxa kənarı, arxa-çalovabənzər qığırdaq, yan qalxanvari qığırdağın daxili kənarı

B) Yuxarı-dilaltı sümüyün aşağı səthi, aşağı-qalxanvari qığırdağın aşağı kənarı, ön-qalxanvari vəzin boynu, arxa-üzük çalovabənzər qığırdaq, yan-əlavə qalxanvari qığırdağın daxili kənarı

C) Yuxarı-dilaltı sümüyü, aşağı-qalxanvari qığırdağın aşağı kənarı, ön-qalxanvari vəzin boynu, arxa-çalovabənzər qığırdaq, yan- qalxanvari qığırdağın daxili kənarı

D) Yuxarı-dilaltı sümüyün aşağı səthi, aşağı-qalxanvari qığırdağın aşağı kənarı, ön-qalxanvari vəzin boynu, arxa-çalovabənzər qığırdaq, yan- qalxanvari qığırdağın daxili kənarı

E) KT simulyasiyaya əsasən fərdi seçilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
123) Qırtlağın bağ hissəsinin şüalanması hansı sahələrdən aparılır?
A) Beş ön çəp sahədən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən

B) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 6 ön-yan perpendikulyar sahələrdən

C) KT simulyasiyaya və PTV-yə əsasən fərdi seçilir

D) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 arxa sahələrdən

E) Bir çəp sahədən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
124) Qırtlağın bağaltı nahiyəsinin şüalanma sahələri necədir?
A) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 arxa sahələrdən

B) Bir çəp sahədən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən

C) İki-ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 6 ön-yan perpendikulyar sahələrdən

D) Beş ön çəp sahələrdən pazvari (+450 və -450) filtirlərdən istifadə etməklə və ya öndən hərəkətli kəfkirli şüalanma (2800) və ya patoloji proses qırtlağ boyu aşağı və ya yuxarı yayılırsa 2 ön-yan perpendikulyar sahələrdən

E) KT simulyasiyaya və PTV-yə əsasən fərdi seçilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 147
125) Qırtlaq şişin şüalanması zamanı Lermit sindromunun profilaktikası üçün şərt nədir?
A) Onurğa beyninin 15-20% və ondan az maksimal dozanın şüa təsirinə məruz qalması

B) İntensiv simptomatik müalicənin aparılması

C) Onurğa beyninin ionlaşdırıcı şüalanma sahəsinə salınması

D) Hiperqlikemiyadan istifadə

E) Onurğa beyninin 70% və ondan çox maksimal dozanın ionlaşdırıcı şüa təsirinə məruz qalması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 148
126) Qırtlaq şişin şüalanması zamanı cəmi mənbə dozası hansı hallarda 60-65 Qr catdırılır?
A) Qammaterapiyada

B) Heç bir halda

C) 35-40 Qr dozadan sonra şişin rerqssiyası 50% və ondan çox olarsa

D) Braxioterapiyada

E) Dərin rentgenteraiya zamanı
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 149-150
127) Qırtlaq xərçənginin III-IV mərhələlərində radioterapiyadan sonra 5 il neçə faiz xəstə yaşayır?
A) 1,5-1,8% xəstələr

B) 0% xəstələr

C) 85-88% xəstələr

D) 25-30% xəstələr

E) 1-2% xəstələr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 151
128) Qırtlaq xərçənginin I-II mərhələlərində radioterapiyadan sonra 5 il neçə faiz xəstə yaşayır?
A) 60-80% xəstələr

B) 10-15% xəstələr

C) 2,5-3,2% xəstələr

D) 25-30% xəstələr

E) 0% xəstələr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 151
129) Qırtlaq şişlərinin şüalanması zamanı həyat üçün təhlükəli ən ağır gec fəsadları:
A) Mukozit, otit

B) Miokardit, pulmonit

C) Miozit, meningit

D) Ödem, xondrit, mielit, nekroz

E) Olmur
Ədəbiyyat: Halperin E.C. Perez C.A. Brady L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.994
130) Maksilyar sinusun şişlərində radikal şüa müalicəsi hansı sahələrdən aparıla bilər?
A) İki yan (5-6x7-8sm) sahələrdən, hərəkətli kəfkirli metodla (120 dərəcə), sahələrdən, hərəkətli kəfkirli metodla (1200)

B) Hərəkətli kəfkirli metodla (120 dərəcə)

C) Bir ön yan sahədən (sahə 6-7x6-7sm, 70-75 dərəcə bucaq altında)

D) Bir ön (sahə 4-5x8-9sm, hərəkətli kəfkirli metodla (120 dərəcə)

E) KT simulyasiyaya və PTV-yə əsasən fərdi seçilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 160
131) Tüpürcək vəzi şişlərində neoadyuvant radioterapiyanın effekti necədir?
A) Foton və ya elektronla şüa müalicəsindən (cəmi 66-70 Qr mənbə dozasında) sonra 50% xəstədə lokal kontrol

B) Foton və ya elektronla şüa müalicəsindən (cəmi 20-25 Qr mənbə dozasında) sonra 10% xəstədə lokal kontrol

C) Şüa müalicəsindən (cəmi 26-30 Qr mənbə dozasında) sonra 98% xəstədə lokal kontrol

D) Şüa müalicəsindən (cəmi 15-20 Qr mənbə dozasında) sonra 50% xəstədə lokal kontrol

E) Şüa müalicəsindən sonra 100% xəstədə lokal kontrol
Ədəbiyyat: Halperin E.C. Perez C.A. Brady L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncologi, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.887
132) Qalxanabənzər vəzinin differensassiya olmamış və medulyar xərçəngində radioterapiya aparılır?
A) Fotodinamik radioterapiya

B) Radioaktiv yodla

C) Elektronlarla+ radioaktiv yodla

D) Fotonlarla və ya elektronlarla

E) Radioaktiv yod+ fotonlarla
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 176
133) Qalxanabənzər vəzinin xərçəngində radioaktiv yodla müalicə hansı doza və ritmdə aparılır?
A) Xəstələrdə 100-150 mKi aktivlikdə 131I verilməsi optimaldır

B) Xəstələrdə 100-150 mKi aktivlikdə 131I verilməsi optimaldır. Təkrar müalicədən qabaq ssintoqrafiya aparılır və “isti” ocaqlar qalırsa radioyodoterapiya davam etdirilir (cəmi 2-8 kurs müalicə aparıla bilər)

C) Xəstələrdə 300-450 mKi aktivlikdə 131I verilməsi optimaldır. Təkrar müalicədən qabaq ssintoqrafiya aparılır və “isti” ocaqlar qalırsa radioyodoterapiya davam etdirilmir (cəmi 2-8 kurs müalicə aparıla bilər)

D) Ssintoqrafiya aparılır və “soyuq” ocaqlar varsa radioyodoterapiya aparılır. Xəstələrə 300-450 mKi aktivlikdə 131I verilməsi optimaldır

E) Xəstələrdə 100-150 mKi aktivlikdə 131I verilməsi optimaldır. Müalicədən qabaq ssintoqrafiya aparılır və “isti” ocaqlar qalmayıbsa radioyodoterapiya davam etdirilir (cəmi 12-18 kurs müalicə aparıla bilər)
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 178
134) Qida borusu xərçəngində qeyri və ya şərti radikal operasiyalardan sonra radioterapiya hansı dozada aparılır?
A) Rezeksiya olunmuş şişin yatağı 40-45 Qr dozada şüalandırılır

B) Rezeksiya olunmuş şişin yatağı 80-85 Qr dozada şüalandırılır

C) Qida borusu 10-15 Qr dozada şüalandırılır

D) Şişin yatağı şüalandırılmır

E) Qida borusu 20-25 Qr dozada şüalandırılır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 191
135) Qida borusu xərçəngində klassik rejimdə aparılan radikal şüa müalicəsindən sonra yaşama göstəriciləri?
A) 3 il 56.2% xəstə yaşamışdır

B) 3 il 86.2% xəstə yaşamışdır

C) 3 il 98% xəstə yaşamışdır

D) 3 il 6.2% xəstə yaşamışdır

E) 3 il 66.2% xəstə yaşamışdır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 198
136) Düz bağırsağ xərçənginin yerli yayılmamış formasında daha effektli müalicə?
A) Şüa

B) Operasiyaünü dərman + şüa

C) Operasiyaünü şüa

D) Operasiya

E) Operasiyaünü dərman
Ədəbiyyat: Halperin E.C. Perez C.A. Brady L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncologi, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.1380
137) Kiçik hüceyrəli ağciyər xərçənginin yerli yayılmamış formalarında şüa müalicəsi hansı məqsədlə aparılır?
A) Ürək çalışmamazlığında

B) Aparılmır

C) Tənəffüsün bərpası üçün

D) Dərman müalicəsindən sonra alınmış tam və ya hissəvi remissiyanın konsolidasiyası məqsədi ilə və ya baş onurğa beyninə metastaz olduqda

E) Bütün xəstələrə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 221
138) Kiçikhüceyrəli ağciyər xərçəngində baş beynin profilaktik şüalandırması hansı dozada həyata keçirilir?
A) 10 Qr

B) 50 Qr


C) 30 Qr

D) 65-70 Qr

E) 20 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 222
139) Radikal şüa müalicəsi sərbəst metod kimi qeyri-kiçik hüceyrələri ağciyər xərçənginin I-III mərhələsində hansı xəstələrə təyin edilir?
A) Hepatit olan xəstələrə

B) Leykopeniya olduqda

C) Biricili şiş 3 sm-dən böyük olduqda

D) İnkurabel və ya operasiyadan imtina edən xəstələrə

E) Bütün xəstələrə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 225
140) Kurabel və operabel ağciyər xərçəngində radioterapiyanın cərrahi müdaxilədən qabaq təyin edilməsi nə üçün məqsədəuyğundur?
A) Nəticədə Go fazasında olan hüceyrələr məhv olunar

B) Nəticədə yüksək proliferativ aktivliyə malik şiş hüceyrələrinin məhvi, şişin ölçülərinin kiçilməsi operasiyanın aparılması üçün daha optimal ablastik şəraitin yaradılması

C) Nəticədə operasion yara tez sağalır

D) Nəticədə operasiya zamanı qanaxma azalır və operasion yara tez sağalır

E) Nəticədə operasiya zamanı qanaxma azalır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 224
141) Ağciyərlərin periferik şişlərində birinci şişdən ağciyər kökünə gedən “yolun” şüalanma sahəsinə salınması (peribronxial və penrivaskulyaor şiş infeksiyası) vacibdirmi?
A) Şişin ölçüsündən asılıdır

B) Limfa düyünlərində metastaz olarsa

C) Mütləq deyil

D) Mütləqdir

E) Qəti olmaz
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 224
142) Ağciyər xərçəngində cərrahi müdaxilədən sonra radioterapiyanın təyin edilməsi nə üçün məqsədəuyğundur və hansı dozada aparılır?
A) Qeyri- radikal operasiyadan və ya operasiyanın radikallığı şübhə doğurduqda cərrahi müdaxilədən sonra şüa müalicəsi mediastinal limfa düyünləri daxil olmaqla 40-45 Qr dozaya qədər

B) Aparılmır

C) Operasiyanın radikallığı şübhə doğurduqda cərrahi müdaxilədən sonra şüa müalicəsi mediastinal limfa düyünləri daxil olmaqla 40-45 Qr dozaya qədər

D) Ancaq operasiyaya qədər aşkar olunan patoloji ocağa 60-70 Qr dozaya qədər

E) Qeyri- radikal operasiyadan və ya operasiyanın radikallığı şübhə doğurduqda cərrahi müdaxilədən sonra şüa müalicəsi mediastinal limfa düyünləri daxil olmaqla 40-45 Qr dozaya qədər, sonra isə şüalanma sahələri kiçildilməklə ancaq operasiyaya qədər aşkar olunan patoloji ocağa 60-70 Qr ancaq operasiyaya qədər aşkar olunan patoloji ocağa 60-70 Qr dozaya qədər
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 225


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə