Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Bütün sayılanlardan şüa terapiyasının ağırlaşmalarına aid olmayanı hansıdır?



Yüklə 1,5 Mb.
səhifə8/16
tarix03.05.2018
ölçüsü1,5 Mb.
#41158
növüСправочник
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

397) Bütün sayılanlardan şüa terapiyasının ağırlaşmalarına aid olmayanı hansıdır?
A) Zəiflik

B) Leykopiniya

C) Metastazların əmələ gəlməsi

D) Yuxunun pozulması

E) Ürəkbulanma, qusma
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
398) Qeyri – Hockin limfomasında baş-beyin qatlarının və onurğa beyininin spesifik zədələnməsinə görə baş beyin total şüalanması zamanı hansı CMD məqsədəuyğundur?
A) 20 qr

B) 70 qr – dan artıq

C) 50 – 60 qr

D) 30 qr


E) 10 qr
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
399) 80 yaşlı xəstədə II A mərhələdə qida borusunun orta döş şöbəsinin xərçəngi. Məqsədəuyğun müalicə?
A) Cərrahi müdaxilədən əvvəlki şüa terapiyası ilə kombinə olunmuş müalicə

B) Cərrahi

C) Cərrahi müdaxilədən sonrakı şüa terapiyası ilə kombinə olunmuş müalicə

D) Kimya- rentgen terapiyası

E) Radikal proqram ilə müstəqil şüa terapiyası
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
400) Xəstə14 yaşında. Diaqnoz: Bazu sümüyünün diafizinin Yuinq sarkoması: müalicə taktikası?
A) Şüa terapiyası

B) Hormonterapiya + cərrahi əməliyyat

C) Kimyaterapiya + şüa terapiyası

D) Kimyaterapiya

E) Kimyaterapiya +cərrahi +braxiterapiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
401) 43 yaşlı xəstədə I A mərhələ qırtlağın yastı hüceyrəli buynuzlaşan xərçəngi sol səs büküşünün zədələnməsi ilə. Hansı müalicə üsulu daha optimaldır?
A) Dərin rentgenterapiya

B) Distansiyalı şüa terapiyası

C) Cərrahi müalicədən əvvəlki şüa terapiyası

D) Braxiterapiya

E) Larinqektomiyadan sonra şüa terapiyası
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
402) 60 yaşlı xəstədə IV A mərhələdə qırtlağın yastı hüceyrəli buynuzlaşmayan xərçəngi, infiltrativ formada perixondit əlamətləri ilə. Hansı müalicə üsulu daha optimaldır?
A) Larinqektomiya

B) Cərrahi müdaxilədən əvvəlki rentgenterapiyası ilə kombinə olunmuş müalicə

C) Cərrahi müdaxilədən sonra şüa terapiyası ilə kombinə olunmuş müalicə

D) Radikal proqramda müstəqil tam şüa terapiya kursu

E) Kimyaterapiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
403) İonlaşdırıcı şüalanma kanserogenliyə malikdir?
A) Portal hipertenziyası olan şəxslərdə

B) İstənilən dozada

C) Yalnız digər faktorlarla birlikdə

D) Kanserogenliyə malik deyil

E) Sübut olunmayıb
Ədəbiyyat: Kiselyova Y.S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
404) Aşağıdakı sayılan şişlərin hansı daha radiohəssas sayılır?
A) Liposarkoma

B) Angiosarkoma

C) Mədənin adenokarsinoması

D) Limfasarkoma

E) Osteogen sarkoma
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
405) Aşağıdakı sayılan şişlərdən ən çox radiorezistent sayılır?
A) Osteogen sarkoma

B) Yuinq şişi

C) Yastı hüceyrəli buynuzlaşmayan xərçəng

D) Kiçik hüceyrəli ağ ciyər xərçəngi

E) Seminoma
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
406) Şişin radiohəssaslığına hansı faktor təsir göstərmir?
A) Ağciyərin tuberkuloması

B) Şiş hüceyrələrinin differensasiyası

C) Şişin böyümə forması

D) Şişdə oksigen gərginliyi

E) Şişin ölçüsü
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
407) Şüa terapiyasında şiş və normal toxumanın radiohəssaslığının modifikasiyasında aşağıdakılardan hansı istifadə olunmur?
A) Süni hiperqlikemiya

B) Qısamüddətli hipoksiya

C) Lokal hipertermiya

D) Kortikosteroidlər

E) Hiperbarik oksigenasiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
408) Şüa terapiyasında bölünmüş kurs nə məqsədlə istifadə olunur?
A) Şişin radiohəssaslığını artırmaq üçün

B) Şüa dozasının azaldılması üçün

C) Effekti artırmaq üçün

D) Residivlərin sayını azaltmaq üçün

E) Normal toxumaların müdafiəsi üçün
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
409) Şüa terapiyasına mütləq əks-göstəriş?
A) Xroniki hepatit

B) Aktiv vərəm

C) Yaşın çox olması

D) Yaşın az olması

E) Subfebril temperatur
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
410) Vilms şişlərinin xoşgedişli formaları (favorable hystology FH) zamanı aparılan şüa müalicəsində CMD nə qədər olmalıdır?
A) 65 Qr

B) 35 Qr


C) 45 Qr

D) 55 Qr


E) 10,8 Qr
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
411) Şüa terapiyasına mütləq əks-göstəriş?
A) Yaşın çox olması

B) Subfebril temperatur

C) Xroniki hepatit

D) Şişin parçalanma mərhələsində olması

E) Yaşın az olması
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
412) Müştərək şüa terapiyası nə deməkdir?
A) Bolünmüş şüa terapiyası kursu

B) Kimyaterapiya ilə birlikdə şüalanma

C) Şüalanmanın iki üsulunun istifadəsi

D) İmmunoterapiya ilə birlikdə şüalanma

E) Radiomodifikatorlarla şüalanma
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
413) Aşağıda sadalanan ionlaşdırıcı şüa növlərindən hansı daha dərində yerləşən hədəflərin müalicəsinə imkan yaradır?
A) β şüalar 20 Mev

B) Rentgen şüaları 100 kv

C) 15 MeV fotonlar

D) α şüalar10 Mev

E) 2 MeV fotonlar
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
414) Radikal şüa terapiyasında əsas məqsəd?
A) Şişə mümkün olan maksimal dozanın verilməsi

B) Daha həssas şiş hüceyrələrini ölümə çağırış

C) Şişin hissəvi reqressiyasının əldə edilməsi

D) Şiş hüceyrələrinin bioloji aktivliyinin azalması

E) Şişin tam reqressiyasının əldə edilməsi
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
415) Palliativ şüa terapiyasında məqsəd?
A) Şişin parçalanmasına nail olmaq

B) Daha həssas şiş hüceyrələrini ölümə çağırış

C) Şişin böyüməsinin qarşısını almaq

D) Şişin tam reqressiyasının əldə edilməsi

E) Şüalanmanın maksimal dozasının şişə verilməsi
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
416) Şüa terapiya praktikasında aşağıdakılardan hansı tətbiq edilmir?
A) Toxuma daxili şüa müalicəsi

B) Distansion şüa müalicəsi

C) Boşluq daxili şüa müalicəsi

D) 18-Flüordezoksiqlükoza ilə müalicə

E) Orqandaxili şüa müalicəsi
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
417) Şişlərin radiohəssaslığının aşağıdakı modifikasiya edici amillərindən hansı istifadə olunmur?
A) Süni hiperglikemiya

B) Radiomodifikatorlar

C) Süni hipertenziya

D) Hiperbarik oksigenasiya

E) Lokal hipertermiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
418) Müasir etapda meduloblastomanın müalicəsi zamanı daha effektli sayılır?
A) Cərrahi müalicə + braxiterapiya

B) Cərrahi müalicə

C) Cərrahi + kimya + şüa terapiyası

D) Cərrahi + kimya terapiyası+rentgenterapiya

E) Cərrahi + krioterapiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
419) Osteogen sarkomanın metatazlarının müalicəsi zamanı radioterapiya tam effekt verirmi?
A) 50%

B) 100%


C) 70%

D) 40%


E) Yox
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
420) Dilin xərçəngində regionar limfa düyünlərinin (boyun) adyuvant şüalanmasında ümumi doza?
A) 45 – 50 Qr

B) Aparılmır

C) 60 Qr

D) 60 Qr – dən çox

E) 30 Qr
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
421) 65 yaşlı xəstədə aşağı burun balıqqulağının I mərhələdə xərçəngi. Şüa terapiyası üsullarından hansı məqsədəuyğundur?
A) Kriodestruksiya

B) Dərin rentgenterapiya

C) Braxiterapiya

D) Müştərək şüa müalicəsi

E) Toxumadaxili şüa terapiyası
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
422) 3yaşlı bir xəstədə diaqnoz- kəskin limfoblast leykoz L1 . Şüa müalicəsini təyin edin
A) Rentgenterapiya

B) Adronterapiya

C) Radioaktiv yod ilə müalicə

D) Kraniospinal distansion şüa müalicəsi

E) Braxiterapiya
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
423) Burun-udlağın şişləri arasında ən çox radiohəssasdır?
A) Adenokarsinoma

B) Limfosarkoma

C) Yüksək dərəcəli limfatik infiltrasiyası olan yastıhüceyrəli xərçəng

D) Differensəolunmayan xərçəng

E) Yastı hüceyrələri buynuzlaşan xərçəng
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
424) Bədxassəli timomaların müalicəsində ən uzaq yaxşı nəticələr alınıb?
A) Cərrahi müdaxilədə

B) İmmunoterapiya zamanı

C) Kombinə olunmuş müalicə (cərrahi müdaxilə + şüa terapiyası)

D) Şüa müalicəsində

E) Kimyaterapiya ilə
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
425) Ümumi şüa reaksiyalarının profilaktika və müalicəsi üçün istifadə olunur?
A) Kompleks simptomatik müalicə

B) Sedativ preparatlar

C) Antihistamin preparatlar

D) Amifostin

E) Yalnız vitaminlər
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
426) Mədənin adenokarsinoması aşağıdakı hansılokalizasiya zamanı şüa terapiyasına həssasdır?
A) Kardial şöbə

B) Lokalizasiya ilə əlaqəsi yoxdur

C) Böyük əyrilik

D) Mədə cismi

E) Antral şöbə
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
427) Mədənin şüa müalicəsi zamanı şüa reaksiyalarını azaltmaq üçün nə məsləhət görülür?
A) Lokal hipertemiya

B) Qısa müddətli qaz hipoksiyası ilə

C) Qısa müddətli süni hiperglikemiya ilə

D) Kompleks simptomatik müalicə

E) Adi rejim
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
428) Burun-udlaq xərçəngi olan xəstələrdə hansı mərhələdə regional limfa düyünləri mütləq şualandırılmalıdır?
A) III-IV mərhələdə

B) Yox


C) II mərhələdə

D) I mərhələdə

E) hər bir mərhələdə şualandırılmalıdır
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
429) Qalxanabənzər vəzinin xərçənglərində yerli yayılmış formalarda hansı müalicə metodları aparılır?
A) Şüa müalicəsi 60-65Qr qədər davam etdirilir, 6-7 həftədən sonra cərrahi müalicə müzakirə oluna bılər

B) Cərrahi müalicə

C) PKT

D) 40 Qr dozada şüa müalicəsi



E) 30 Qr şüa müalicəsi+PKT
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
430) Xəstə 42 yasında. D-z: Qida borusunun orta döş şöbəsinin xərçəngi. T3N0M0; 3 həftə öncə 40 Gr şüa müalicəsi aparılıb, fasilədən sonra II etapda şüa müalicəsi hansı dozaya qədər çatdırılacaq?
A) 30 Gr

B) 45 Gr


C) 70 Gr

D) 40 Gr


E) 15 Gr
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
431) Xəstədə sol yanaq dərisində 2 törəmə geyd olunur, histoloji olaraq xərçəng aşkar olunub. 1-ci törəmənin ölçüsü 1 sm-dir, 2-cisinin 3 sm. Müalicə taktikası?
A) Müştərək şüa müalicəsi

B) Düzgün cavab yoxdur

C) Gammaterapiya

D) Yaxınfokuslu rentgenterapiya

E) Braxiterapiya
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
432) Hansı hallarda qurguşun bloklar tətbiq olunur?
A) Normal orqan və toxumaların qorunması ücün

B) Portal vizionun aparılması üçün

C) Zədə ocağında dozanın artırılması üçün

D) Şişin parçalanmasını dayandırmaq üçün

E) İri həcmli şişlər zamanı
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
433) Yerli iltihabi proseslərdə şüa müalicəsi hansı dozalarda aparılır?
A) 20 Qr

B) 55Qr


C) 60 Qr

D) 65Qr


E) 40 Qr
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
434) Şüa müalicəsinin əsas prinsipləri hansıdır?
A) Ətraf toxuma və orqanlara təsir nəzərə alınmır

B) Bədxəssəli şişlərə maksimal dozanın verilməsi

C) Ətraf toxuma və orqanlara maksimal təsir göstərməklə bədxəssəli şişlərə minimal dozanın verilməsi

D) Bədxəssəli şişlərə minimal dozanın verilməsi

E) Ətraf toxuma və orqanlara minimal təsir göstərməklə bədxəssəli şişlərə maksimal dozanın verilməsi
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
435) Şüa terapiyasına hazırlıqda hansı dozimetriya metodu tətbiq olunur?
A) Fiziki

B) Kimyəvi

C) Bioloji

D) Biokimyəvi

E) Kolorimetrik
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
436) “TERAGAM” aparatında düzqün SSD seçin:
A) 65 sm

B) 110 sm

C) Düzgün cavab yoxdur

D) 100 sm

E) 80 sm
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
437) Yaxınfokuslu rentgenterapiya hansı xəstəliklərdə aparıla bilər?
A) Qida borusunun xərçəngi

B) Kapoşi sarkoması

C) Qırtlağın xərçəngi

D) Dərinin bazalioması

E) Mielom xəstəliyi
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
438) Aşağıdakılardan hansı kombinə olunmuş müalicəyə aiddir?
A) Cərrahi + Şüa

B) Hormonoterapiya + Şüa

C) Cərrahi + Kimyaterapiya

D) Kimyaterapiya+ braxiterapiya

E) Kimyaterapiya + Şüa
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
439) Vilms şişinin şüa müalicəsi zamanı bədgedişli histoloji variant(Unfavorable histology UH) olduqda verilən CMD nə qədər olmalıdır?
A) 41,6 Qr

B) 61,6 Qr

C) 31,6 Qr

D) 51,6 Qr

E) 21,6 Qr
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
440) Prostat vəzisinin xərçənginin braxiterapiyası zamanı hansı aparatdan istifadə olunur?
A) KT

B) USM


C) Endoskopiya

D) MRT


E) Rentgenoloji müayinə
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
441) Şüa müalicəsinin hansı metodlarında şüa mənbəyi xəstənin ətrafında fırlanır?
A) Boşluqdaxili betaterapiya

B) Distansiyalı qammaterapiya

C) Radioaktiv yod ilə müalicə zamanı

D) Yaxınfokuslu rentgenterapiya

E) Braxiterapiya
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
442) “Clinac” aparatında düzqün SSD seçin:
A) 120 sm

B) 70 sm


C) 100 sm

D) 75 sm


E) 250 sm
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
443) KT-şəkillərin planlanma sisteminə keçirilməsi üçün istifadə olunan masanın adı nədir?
A) DİQİTAYZER

B) XİO


C) DİQİLAYZER

D) CLİNAC

E) FOCAL
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
444) Xəstədə qırtlağın xərçəngi diaqnozu aşkar olunub, yanaşı olaraq şəkərli diabet və aktiv vərəm qeyd olunub. Şüa müalicəsi hansı dozaya qədər aparılacaq?
A) Şüa müalicəsinə əks qöstəriş

B) 70 Qr


C) 45 Qr

D) 50 Qr


E) 80 Qr
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
445) “TERAGAM” aparatında müalicə zamanı onurğa beynin qorunması üçün hansı blokdan istifadə olunur?
A) Qurguşun

B) Plastmass

C) Platinum

D) Qümüş


E) Qızıl
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
446) Radioaktiv tullantıları neçə təhlükəsizləşdirmək lazımdır?
A) Suya qatmaq

B) Yarımparçalanma dövrü gözləmək

C) Xüsusi qəbristanlıqda basdırmaq

D) Cavabların hamısı düzdür

E) Dənizə axıtmaq
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
447) İonlaşdırıcı şüaların penetrasiya etmə qabiliyyətı nədən asılıdır?
A) Toxumaların qalınlığından

B) Şişlərin qalınlığından

C) İri həcmli şişlərdən

D) Şüa seanslarından

E) Şüalanmanın enerjisindən
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
448) TNM təsnifatında histoloji differensasiyanı göstərmək üçün istifadə olunur simvol hansıdır?
A) G

B) C


C) R

D) Z


E) Y
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
449) Ağız boşluğunun bədxassəli şişlərinin ən çox rast gəlinəni?
A) Neyron

B) Damar


C) Limfoid

D) Birləşdirici toxuma

E) Epitelial
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
450) İnsan hüceyrəsində genetik informasiyanın daşıyıcısı nədir?
A) Bütün cavablar düzgündür

B) RNT


C) DNT

D) Mitoxondriya

E) ATF
Ədəbiyyat: Kiselyova Y.S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
451) Orqanizmdə şişin böyüməsinin hormonal tənzimi ən çox aparılır?
A) Onkozülallara birbaşa təsir ilə

B) Hüceyrə membranındakı hormonal reseptorlara təsir ilə

C) Genetik apparata birbaşa təsir ilə

D) Sitoplazmaya birbaşa təsir ilə

E) Transkripsion faktora birbaşa təsir ilə
Ədəbiyyat: Kiselyova Y.S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
452) Hormonal balansın pozulması yaranmasına təsir göstərmir?
A) Süd vəzisinin xərçəngi

B) Yumurtalıqların xərçəngi

C) Prostat vəzinin xərçəngi

D) Uşaqlığın xərçəngi

E) Qara ciyərin xərçəngi
Ədəbiyyat: Kiselyova Y.S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
453) Baş-beyinin şişlərinin təyini üçün daha informativ müayinə metodunu seçin?
A) Uroqrafiya

B) USM


C) Rentgen müayinə

D) MRT


E) Angioqrafiya
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
454) Dəri xərçənginin I mərhələsində ölçüləri hansıdır?
A) 3.6 sm

B) 7.8 sm

C) 2 sm

D) 3.5 sm



E) 4.5 sm
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
455) Dəri xərçəngi II mərhələdə hansı ölçüdədir?
A) 2.5 sm qədər, dəridən çıxır və 2 sahəyə sirayət edir

B) 2 sm artıq, dəridən başqa 1 ətraf toxumaya sirayət edir

C) 3 sm qədər dəridən başqa ətrafa sirayət edir

D) 2 sm artıq, başqa ətraf toxumalara sirayət etmir

E) 1.5 sm artıq 3 sahəyə MTS verir
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
456) Distansiyalı rentgenoterapevtik cihazı təşkil edir?
A) Rentgen boru, generator

B) Düzgün cavab yoxdur

C) Rentgen boru və xəstəni yerləşdirmək üçün stol

D) Generator, ştativ və xəstəni yerləşdirmək üçün stol

E) Rentgen boru, generator, ştativ, xəstəni yerləşdirmək üçün stol
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
457) Penisin xərçənginə birdəfəlik yaxın məsafəli rentgenterapiya hansı dozada verilir?
A) 500-600 Rt

B) 358-420 Rt

C) 100-200 Rt

D) 2500-3500 Rt

E) 1500-2500 Rt
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 206
458) Onkoloji klinikada həm müalicəvi, həm də diaqnostika məqsədi ilə işlədilən radioaktiv maddələrə aiddir?
A) I və P

B) Xe və C

C) Fe və C

D) Te və Se

E) Fe və P
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
459) İonlaşdırıcı şüaların təsiri nəticəsində toxumalarda əmələ gələn effektlər hansılardır?
A) Texniki, Kimyavi, Fiziki

B) Termiki, Xronoloji

C) Fiziki, Kimyəvi, Bioloji

D) Kimyəvi, Termiki

E) Fiziki, Termiki
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
460) Qida borusu xərçəngi nəticəsində əmələ gəlmiş disfagiyanı tez bir zamanda aradan götürməyə imkam verən metod hansıdır?
A) Braxiterapiya

B) Hormonterapiya

C) Kimyaradioterapiya

D) Rentgenterapiya

E) Kimyaterapiya
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
461) TNM Beynəlxalq təsnifatına görə insitu xərçəngi aiddir?
A) Obliqat xərçəngönünə

B) Təyin olunmayıb

C) Xoşxassəli şişlərə

D) Fakultativ xərçəngönünə

E) Xərçəngə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
462) Bazu sümüyünün osteomieliti zamanı şüa müalicəsinin hansı növünü tətbiq etmək məsədəuyğundur?
A) Yaxınməsafəli rentgenterapiya

B) Endovaskulyar braxiterapiya

C) Boşluqdaxili braxiterapiya

D) 3D konform radioterapiya

E) Orqandaxili braxiterapiya
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning.2003 səh 321
463) Endometriya xərçənginin ən çox rast gəlinən morfoloji forması?
A) Qeyri – differensasiyalı xərçəng

B) Adenokarsinoma

C) Vəzli – yastıhüceyrəli xərçəng

D) Sarkoma

E) Kiçik-hüceyrəli xərçəng
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001
464) Böyrək xərçəngi ən çox metastaz verir?
A) Boyun limfa düyünləri

B) Plevra və qara ciyər

C) Sümüklər və ağ ciyər

D) Qara ciyər və baş beyin

E) Peritonarxası limfa düyünlər və yumurtalıqlar
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə