Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə284/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   280   281   282   283   284   285   286   287   ...   298

Bu sistem meşələrin  idarə edilməsi  sistemlərində ekoloji  tələblərin 

yerinə yetirilməsinə sövq edən iqtisadi stimulların tətbiq edilməsini təbliğ 

edir. “Azersun Holding”-ə daxil olan “SUN-TEA Azərbaycan” 1999-cu ildə 

Azərbaycanda  ilk  dəfə  olaraq  İSO-9002  keyfiyyət  sistemi  sertifikatını, 

2003-cü ildə HACCP sertifikatını, 2005-ci ildə isə yenidən Azərbaycanda 

ilk dəfə ISO 14001 ekoloji menecment sertifikatını almışdır. Bu sertifikat 

istesal olunan qida məhsulunda heç bir fiziki, bioloji və kimyəvi təhlükənin 

olmadığını təsdiqləyən sertifikatıdır. 



11.8,  Ekoloji  sığorta. 

İqtisadi  kateqoriya  olan  siğorta 

maliyyənin  tərkib  hissisidir.Sığorta  iqtisadi  kateqoriya  kimi  müxtəlif 

fövqəladə  hallar  baş  verdikdə  dəyən  ziyanın  ödənilməsi  və  vətəndaşlann 

şəxsi  həyatları  ilə  bağlı  hadisələr  zamanı  onlara  maliyyə  yardımının 

göstərilməsi  ilə  əlaqədar  məqsədli  pul  vəsaiti  fondlannm  yaradılması  və 

istifadəsi  prosesidir.  Siğorta  zamanı,adətən,  iki  tərəf  iştiqak  edir:  sığorta 

olunan və sığortaçı.Sığortaçı  kimi  dövlət, səhmdar və  ya sığorta fondunu 

yaratmaq  və  istifadə  etmək  səlahiyyətinə  malik  olan  digər  sığorta 

təşkilatları, sığorta etdirən kimi isə dövlət, bələdiyyə, kooperativ, səhimdar, 

hüquqi və fiziki şəxslər çıxış edir.Hammurapi qanunlanndan qaynaqlanan 

sığorta işinin təşkilinin 4 min ilə qədər yaşı vardır. Bu qanunların birində 

ticarət mallarının daşınması zamanı quldur basqınları və ya yük dəvələrinin 

qəflətən  məhvi  zamanı  dəymiş  zərərin  birgə  ödənilməsi  haqqında 

çarvadarlarla  tacirlər  arasındakı  razilaşmadan  bəhs  edilir.  Ekoloji 

sığorta-sığortanın xüsusi kateqoriyası olub,sığorta təşkilatı tərəfindən ətraf 

mühitin  gözlənilməz  çiklənməsi  vaxtı  sığorta  obyektinə  dəyən  zərərin 

əvvəleədən  razılaşdırıldığı  kimi  tam  və  ya  bir  hissəsinin  ödənilməsinə 

zəmanət  verir  və  aşağıda  qeyd  olunan  bütün  tərəflərin  maraqlarını 

birləşdirir: 

-  sığorta  təşkilatları  vasitəsilə  bütün  əhalinin  mraqlannı  təınsl  edən 

dövlətin; 

-gözlənilməz qəza hallarında ətraf mühütin çirklənməsində müəyyən 

ziyan çəkə biləeək ücüncü şəxslərin (hüquqi və fiziki); 

-öz  günahları  üzündən  baş  venniş  qəza  nəticəsində  çirklənməni 

törədən müəssisə - təbiətdən istifadəçilərin (sığorta olunanların). 

Bu  prosesdə  əhalinin  marağını  belə  fəaliyyət  növü  üeün  lisenziya 

almış  sığorta  təşkilatı  təmsl  edir.  Ekoloji  sığorta  üeüncü  tərəfə  zərərin 

ödənilməsi  ücün  icbari  (məcburi)  və  sığorta  olunan  təşkilatın 

çirkləndirieinin  maraqları  nəzərə  alınaraq  könüllü  ola  bilər.  Ekoloji 

sığortanın  məqsədi  həm  qəza  və  təsadüfi  çirklənmədən  dəyən  ziyanın 

ödənilməsi ücün təminatdır, həm də təbiəti mühafizə tədbirlərinin maliy 



627 


yələşdirilməsi  ücün  əlavə  vəsaitlərin  səfərbər  olunmasıdır.  Ekoloji 

sığortanın  əsasını  aşağıdakı  əsas  prinsiplər  təşkil  edir:  üçüncü  tərəfə 

(şəxsə)  dəyən  zərərin  maksimum  ödənilməsi,  sığorta  olunan  tərəfin  də 

iqtisadi maraqlarının qorunması ( öz resurslarının saxlanmasına və sonrakı 

fəaliyyət  imkanlarına  təminat);  sığortaçının  sığorta  ödənişinin  həcminin 

minimumlaşdırılmasmda  maraqları  və  yaradılmış  maliyyə  vəsaitindən 

təbiəti  mühafizə  tədbirlərinin  həyata  keçirilməsində  maksimum  istifdəsi. 

Sığortanın  könüllü  növündə  sığorta  şirkəti  sığorta  olunan  tərəfin  üçüncü 

tərəfə vurduğu zərərin vətəndaşlıq (əmlak) məsuliyyətinin müdafiəsini öz 

üzərinə götürür. Sığorta obyekti sığorta təşkilatına təqdim olunmuş əmlak 

iddiasına  görə  məsuluyyət  riskinin  həcmidir.  Ekoloji  sığorta  sistemində 

əsas göstəricilər aşağıdakılar sayılır: sığorta riski; sığorta ödənişinin həcmi; 

sığorta haqqı; sığorta tarifləri. Ekoloji risk- sığorta hadisəsinin və itkisinin 

yaranma  ehtimalı  ilə  bağlıdır.  Bu  ehtimal  nəzəriyyəsinin  köməkliyi  ilə 

qəzalar  haqqında  məlumatların  əsasında  müəyyən  olunur.  Sığorta  halı 

-qəza  nəticəsində  atılan  zərərli  maddələrin  təbii  mühitə  vurduğu  iqtisadi 

-sosial  ziyanın  baş  verdiyi  prosesdir.  Sığorta  halının  və  çirklənmə 

maddələrinin  baş  venuə  səbəbi  bütün  konkret  hallarda  siğorta 

müqaviləsində  öz  əksini  tapır.  Sığorta  ödənişi  sığortaçı  şirkət  tərəfindən 

tarif cədvəlinə görə ödənilir. Tarif cədvəli müəssisənin illik dövriyyəsindən 

asılı  olaraq  onun  müəyyən  faizi  kimi  hesablanır.  Siğorta  hadisəsi 

aşağıdakıları özündə birləşdirir: 

-

 

əmlakın korlanması və məhv olması üzündən zərərin 



kompensasiyası (ödənilməsi); 

-

 



ətraf mühitdə həyat şəraitinin pisləşməsi ilə əlaqədar ziyan

-

 



çirklənmiş ərazinin təmizlənməsi və oranın abadlaşdırılması ilə 

əlaqədar məsrəflər

-

 

siğorta hadisəsi baş verən zaman insanların həyatlarının və 



əmlaklarının xilas edilməsi üçün lazım olan məsrəflər; 

-

 



ilkin tədqiqatlar və məhkəmə prosesləri ilə əlaqədar məsrəflər. 

Ekoloji sığorta kimi müəyyən olunan siğorta qiyməti- müəssisənin 

illik dövriyyəsinin həcmi qədər təşkil edir. Siğorta ödənişləri- müəssisənin 

illik  dövriyyəsinin  tarif  əmsalına  vurulması  yolu  ilə  hesablanır.  Tarif 



əmsalı istehsal sahələrindən asılı olaraq dəyişilir. Tarifin həcmi aşağıdakı 

hadisələrdən  ibarətdir:  siğorta  təminatının  ödənilməsi  üçün  ehtiyat  fonda 

köçüraıələr;  siğorta  hadisələrinin  xəbərdarlıq  və  qarşısının  alınmasının 

müəyyənləşdirilməsi fonduna köçürmələr; siğorta təşkilatının məsrəflərinin 

ödənilməsi;  siğortaçının  nomıativ  gəliri.  Siğorta  şirkəti  zərərçəkənlərə 

siğorta təminatını aşağıdakı kimi təmin edir: 

-əmlakın zədələnməsi və sıradan çıxmasına görə kompensasiya; 



628 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə