Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə285/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   281   282   283   284   285   286   287   288   ...   298

-

 

ətraf mühitin və həyat şəraitinin pisləşməsi ilə əlaqədar ziyan



-

 

çirklənmiş ərazinin təmizlənməsi ilə əlaqədar məsrəflər



-

 

insanların əmlak və həyatlarının xilası üçün lazım olan məsrəflər; 



-

 

məhkəmə prosesləri ilə əlaqədar məsrəflər. 



Siğorta  təminatının  ödənilməsi  siğorta  təşkilatının  gücündən  çox 

asılıdır.  Siğorta  şirkətinin  gücü  isə  ilkin  kapitaldan,  siğorta  olunanlann 

sayından,  lazımi  ödənişlərin  həcmindən  asılıdır.  Siğorta  heç  vaxt  bütün 

çirklənmə  növlərini  əhatə  etmir,  lakin  gözlənilməz  və  təsadüfi 

çirklənmədən  dəyən  zərərin  riskindən  sığortalanır.  Bəzi  siğortaçılar  ətraf 

mühitin pisləşməsindən də siğortalanma təklif edirlər. Onlar hesab edirlər 

ki,  çirklənmə  ilə  əlaqədar  vəziyyətin  təxminən  80%-dən  siğortalanmaq 

lazımdır. Siğorta müqaviləsi aşağıdakı əsas hissələri əhatə edir: 

-

 

müəssisənin ünvanı, adı, ekoloji riskin xarakteri; 



-

 

illik dövriyyənin həcmi, manatla; 



-

 

müəssisənin istehsal fəaliyyəti haqqında məlumatlar; 



-

 

istehsal  prosesinin  xarakteri  haqqında  məlumatlar,  xammal, 



materialların və istehsal olunan məhsulun növləri; 

-

 



ətraf  təbii  mühit  haqqında  məlumatlar  (əhalinin  sıxlığı,  istifadə 

olunan ərazinin, torpağın, suların səciyyəsi); 

-

 

havaya,  suya,  torpağa  atılan  tullantılar,  ətraf  mühitin  vəziyyətinə 



nəzarət metodları və nomıativlər haqqında məlumat; 

-

 



tullantıların  risk  dərəcəsi  (səviyyəsi),  onların  qarşısının  alınması 

tədbirləri və s. 

Müqavilə  bir  illiyinə  imzalanır,  lakin  siğorta  olunan  müəssisənin 

razılığı ilə uzadıla bilər. Müqavilələr fasiləsiz 2 il və daha çox imzalanarsa, 

güzəştli  (10-30%)  siğortalanma  nəzərdə  tutulur.  Ekoloji  məsuliyyətin 

sığortalanması prosesi siğorta şirkıtinin iştirakı olmadan da həyata keçirilə 

bilər. Sənaye müəssisələri öz risklərini qarşılıqlı şəkildə siğortalayır. Onlar 

birgə  fondlar  da  yarada  bilər.  Ümumiyyətlə,  ekoloji  sığorta  ekoloji 

təhlükəsizlik üçün cəlbedici bir vasitədir, çünki burada ekoloji və iqtisadi 

maraqlar  birləşirlər.  Ekoloji  siğortanm  geniş  tətbiqi  aşğıdakı  səbəblərdən 

ləngiyir: 

-

 



hərtərəfli nonnativ-hüquqi bazanın olmaması; 

-

 



müəssisələrin  çətin  iqtisadi  vəziyyəti  imkan  vennir  ki,  siğorta 

haqqını ödəsinlər; 

-

 

ekoloji  risklərə  görə  yüksək  tarif  dərəcələrinin  olmaması.  Bu 



onunla  bağlıdır  ki,  avadanlıqlar  çox  köhnədir  və  siğorta  halı  və 

hadisələrinin olması ehtimalı yüksəkdir. 

Ümumiyyətlə, ekoloji siğorta hələ də qanunvericilikdə öz əksini tam 

olaraq tapmamışdır. Bu mənada ayrı-ayrı ərazilər və ya müəssisələr üçün 

əvvəlcədən könüllü surətdə ekoloji siğorta vəsaitinin toplanması 

629 



daha  məqsədəuyğun  hesab  edilir.  Müəssisələr  tərəfindən  ətraf  mühitin 

çirklənməsi iqtisadi zərərin və qəzaların həcminə görə 3 qrupa bölünür

1)

 

xüsusi təhlükəli -qrup “A”-burada daha çox qəzalara məınız qala 



bilən müəssisələr məcburi sığortalanmalıdır; 

2)

 



təhlükəli  -qrup  “B”-  mütləq  siğortalanma  qərarı  regional  təbiəti 

mühafizə orqanları tərəfindən aparılır; 

3)

 

az  təhlükəli  -qrup  “C”  -  müəssisələr  ekoloji  qəza  təhlükəsini 



könüllülük əsasında siğortalayır. 

Beləliklə,  ekoloji  təhlükəsizliyin  təmin  olunması  gələcəkdə  təbiəti 

mühafizə  tədbirlərinin  elmi-metodiki  və  normativ-hüquqi  qanunlar 

əsasında ekoloji  siğorta  sisteminin  yaradılmasını tələb edir (Eminov F.B, 

2012).  Dünya  ölkələrində,  o  cümlədən  Azərbaycanda  5  siğorta  növü 

mövcuddur (şəkil 11.8). 

 

Şəkil 11.8. Ekoloji sığortanın növləri 

(V.Məmmədov, E. Yusifov, 2014) 

Ekoloji  hüquqi  münasibətlərin  ekoloji  siğorta  sahəsinə  nüfuzunun 

artması nəticəsində əvvəlcə sənaye qəzalannda, sonralar isə ekoloji təsirlər 

nəticəsində  ziyan  dəymiş  “üçüncü  şəxsə”  aid  olan  aspektlər  cəlb  edildi. 

Təbiətdən istifadə sferasmdakı siğorta işinin təşkili üzrə dünya təcrübəsində 

ətraf  mühitə  və  “üçüncü  şəxsə”  dəymiş  ziyan  dövlət  büdcəsindən  deyil, 

bazar iştirakçılarının vəsaiti hesabına ödənlir. Bu, 

630 



dövlətə  preventiv  tədbirlər  üçün  daha  böyük  vəsaitlər  ayınnağa,  bərpa 

işlərini daha effektiv həyata keçinnəyə imkan verir. Ekoloji  siğorta işinin 

inkişafının  əsas  motivlərindən  biri  odur  ki,  ekoloji  ziyanlann  təsiri 

yanğınların  və  təbii  fəlakətlərin  vurduğu  ziyandan  dəfələrlə  çoxdur. 

Məsuliyyətin  ekoloji  siğortası  işi  ilk  dəfə  ABŞ-da  keçən  əsrin  70-ci 

illərində yarandı. Bu hərakat ekoloji risklərin könüllü idarə edilməsi deyil, 

ətraf  mühitin  çirklənməsi  üzrə  məsuliyyətin  hüquqi  rejiminin 

sərtləşdirilməsi  kimi  meydana  gəldi.  Siğorta  məhsullarına  olan  təlabat 

ABŞ-da ətraf mühitin çirklənməsindən müdafiə zəminində yarandı. ABŞ- 

da  “Havanın  təmizliyi  haqqinda  akt”  (1970),  “Suyun  təmizliyi 



haqqında  akt”  (1972)  və  s.  hüquqi  sənədlərin,  “çirkləndirici  ödəyir” 

prinsipinin qəbulu məhz bu dövrə təsadüf edir. Ətraf mühitin çirklənməsi 

zamanı  ümumi  vətəndaş  məsuliyyətinin  sığortası  tədricən  sığortaçılar 

tərəfindən  bütün  müqavilələrdən  çıxarıldı.  “Ekoloji  ziyanın  və  onun 



təsirlərinin  qarşısının  alınmasına  yönəlmiş  ekoloji  məsuliyyət 

haqqında”  Avropa  Parlamentinin  və  Avropa  Şurasının  2004/35/CE 

nömrəli direktivi ekoloji məsuliyyəti yeni mərhələyə çatdırdı (21.04.2004). 

Burada (maddə 21) xüsusi qeyd edildi ki, “müəssisə rəhbərləri preventiv 

tədbirlər  üçün  xərclər  ödəməlidir”.  Direktivin  25-ci  maddəsində  qeyd 

edilir  ki,  ətraf  mühitin  mühafizəsi  üzrə  fəaliyyət  göstərən  qeyri-hökumət 

təşkilatları bu direktivin effektiv tətbiqi üçün zəruri imkanlar əldə etməlidir. 

Həmin  direktivdə  (Maddə  2)  “ekoloji  ziyan”  zəminində  aşağıdakılar 

nəzərdə tutulur: 

-

 



mühafizə  olunan  növlərə  və  təbii  həyat  mühitlərinə  əhəmiyyətli 

dərəcədə  mənfi  təsir  edən  istənilən  ziyan.  Bu  təsirlərin  səviyyəsi  ilkin 

şəraitlə  müqayisədə  xüsusi  Əlavələr  (növlərin  sayı,  sıxlığı,  çoxalma 

xüsusiyyətlərini  və  s.  əks  etdirən  xüsusi  göstəricilər)  əsasında 

qiymətləndirilir; 

-

 



su  hövzələrinin  ekoloji,  kimyəvi,  kVmiyyət  göstəricilərinə 

əhəmiyyətli dərəcədə mənfi təsir edən istənilən ziyan; 

-

 

torpaq  resuslarma  vurulmuş,  insan  sağlamlığına  risklər  yarada 



bilən ziyanlar. 

Avropa ölkələrində ekoloji risklərin siğorta sistemi özündə bir neçə 

siğorta müdafiəsini əks etdirir; 

 



ətraf mühitin qəza nəticəsində və tədrici çirklənməsinə görə 

məsuliyyətin, ümumi məsuliyyətin siğortası çərçivəsində siğortası; 

 

ətraf mühitin yalnız qəza nəticəsində çirklənməsinə görə 



məsuliyyətin, ümumi məsuliyyətin siğortası çərçivəsində siğortası; 

 



ətraf mühitin qəza nəticəsində və tədrici çirklənməsinə görə 

məsuliyyətin, ekoloji siğorta çərçivəsində siğortası. 



631 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə