Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə26/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

Ağazeynal A.Qurhanzadə 
Avropa,  Şimali  Amerika,  Yaponiya  və  s.  ölkələrin  milli  resurslarının  2/3 
hissəsi insan kapitalının formalaşmasına sərf e d i l i r . Ə n  mühüm cəhət ondan 
ibarətdir  ki,  inkişaf  etmiş  ölkələrdə  baş  verən  revolyusiyon  iqtisadi-sosial 
dəyişikliklər ilk növbədə insan potensialının "kəmiyyət-keyfiyyət" modelinin 
düzgün idarəedilməsi və aşkara çıxarılması ilə tənzimlənməsidir. 
Cəmiyyətin qloballaşma siyasətinə əsaslanaraq belə bir məntiqi nəticəyə 
gəlmək mümkündür ki, gələcək inkişaf konsepsiyasını insan potensial inkişaf 
konsepsiyasız təsəvvür etmək qeyri-mümkündür: 
*
 
İnsan-bəşəriyyətin  varlığını,  onun  təkamül  düşüncə  tərzini  özündə 
birləşdirir; 
*
 
İnsan-fəal  subyekt  kimi  cəmiyyətin  qlobal  inkişafında,  istehsal-tex- 
noloji, elmi tərəqqinin reallaşdırılmasında əsas rol oynayır; 
*
 
Dünyanın  dərk  edilməsi  ,etnodemoqrafık  inkişaf  prosesləri  insan 
çərçivəsi daxilində meydana gəlir, formalaşır və cəmiyyətləşir. 
Dünyada  baş  verən  demoqrafik  və  iqtisadi  proseslər  insan  və  əmək 
potensialının  dinamik  əsasını  özündə  birləşdirir.  "İnsan-  iqtisadi  inkişaf' 
modeli üzrə insan potensialının mövcud olması və optimal səviyyədə istifadə 
edilməsi zəruri amillərdən biri kimi fəaliyyət göstərir. "İnsan-iqti- sadi inkişaf' 
modeli 
bəşəriyyətin 
sivilizasiyasının 
ümumi 
cəhətlərini 
özündə 
birləşdirməklə yanaşı, onun tsikilli inkişafının davam etməsi üçün dayanıqlı 
mühit yaradır. 
"İnsan potensialının tsikilli inkişafı" müəyyən qanunauyğunluqlar üzrə 
fəaliyyət  dairəsinin  dəyişdiyinə  və  inkişaf  etdiyinə  dair  təklif  etdiyimiz 
ideyanın  əsas  mahiyyəti  ondan  ibarətdir  ki,  insan  potensialı  demoqrafik 
iqtisadi inkişafının daim dəyişən trayektorları müəyyən bir struktur yaradır ki, 
bu  da  öz  növbəsində  cəmiyyətdə  mövcud  olan  əsas  harmoniya  ilə  tsikilli 
dayanıqlığını təşkil edir. 
"İnsan  potensialının  tsikilli  inkişaff'na  əsasən  baş  verən  hər  hansı 
demoqrafik  dəyişikliyi  müəyyən  əhəmiyyətli  informasiyanın  nəticəsidir  və 
eyni  zamanda  özü  də  müəyyən  məntiqi  informasiya  doğurur.  Demoqrafik 
inkişafın strukturuna daxil olan insan potensialı daha öncəki  dəyişikliklərin 
təsiri  nəticəsində  yaranır  və  eyni  zamanda  sonrakı  dəyişikliklərin  baş 
verməsinə səbəb olur. Bu tip əks təsir insan potensialının təbii özəlliklərindən 
biridir və geniş miqyasda bu şəkildə əks təsirlər müəyyən inkişaf tsikillərni 
formalaşdırır.Bu tsikillərin müəyyən "məkan- 
85.
 
Доклад o pa jdumuu человека в 2002 году. Нью-Йорк, 2002. e. 55. 
   -- 
84
 
 
 


İnsanŞünaslıq 
zaman" üzrə təkrarlanması gələcəkdə yarana biləcək demoqrafik formaların 
proqnozlaşdırılmasına  imkan  yaradır.  İnsan  potensialının  öz  qanu- 
nauyğunluqlları  vardır.  Məlumdur  ki,  dünyada  baş  verən  demoqrafik 
dəyişiklər  düzxətli  asılılıq  üzrə  dəyişmir,  demoqrafik  dəyişikliklər  tsiklik 
ritmnə  uyğunlaşan  mexanizmdir.  Eyni  zamanda  dünyada  baş  verən 
demoqrafik dəyişikliklər insan potensialının inkişaf struktur tsiklinin ardıcıl 
dayanıqlığını  özündə  əks  etdirir.  Məntiqi  olaraq  tsikil-  insan  potensialı 
inkişafının istiqamətlənmiş hərəkət modelidir. 
Bu hərəkət modeli iki tsikillə müşahidə olunur: "hərəkətverici tsikil- lər", 
"korreksiya tsikilləri". İnsan potensialının dayanıqlı inkişafında "hərəkətverici 
tsikillər"  əsas  tsikillər  adlanır.  Korreksiya  tsikillər  isə  insan  potensialının 
ümumi dayanıqlı tendensiyaya əks istiqamətdə dəyişdiyini xarakterizə edir və 
müvəqqəti dönüş hərəkətini özündə əks etdyi- nə görə "korreksiya tsikilləri" 
adlanır.  Bu  yanaşma  tsikil  nəzəriyyəsinin  əsas  qanunauyğunluğunu  özündə 
əks etdirir. Belə ki, hərəkətverici tsi- killərin əsas xüsusiyyəti ondan ibarətdir 
ki,  insan  potensialın  inkişaf  səviyyəsi  ierarxik  struktura  müvafiq  olaraq 
optimalhq təşkil edir. 
İnsan  potensialının  inkişafının  xarakterik  xüsusiyyətlərinin  açıqlanması 
tsikil  nəzəriyyəsinin  başlıca  üstünlüklərindən  biridir.  Belə  ki,  xarakterik 
cəhətlərin  müəyyənləşdirilməsi  insanların  davranış  tiplərini  daha  individual 
şəkildə qruplaşdırmağa və ən başlıca texniki təhlilin effektivliyinin artırmağa 
imkan yaradır. 
İnsan  potensialının  inkişafı  tsikilində  hər  bir  tsikil  tipinin  özünəməxsus 
xüsusiyyətləri  bu  tsikillərin  təcəssüm  etdirdiyi  insan  psixologiyasının 
ayrılmaz  tərkib  hissəsidir.  İnsan  intellektindən  optimizmə  doğu  və  əksinə 
inkişafı insan potensialının tsikil strukturunda hər zaman oxşar tra- yektoriya 
üzrə  hərəkət  edən  və  bu  zaman  müəyyən  dərəcədə  oxşar  qrafik  detallar 
yaradır. 
Keçən əsrin 80-cı illərində Roma klubunun nəzəriyyəçiləri qlobal inkişaf 
sistemini təhlil edərkən, belə bir məntiqi nəticəyə gəlmişlər ki, bəşəriyyətin 
əldə  edilmiş  tərəqqi  və  tənəzülləri  ilk  növbədə  insan  potensialının  "hərəkət 
mexanizmi"  ilə  b a ğ l ı d ı r . B u   ideya  ondan  irəli  gəlir  ki,  XX  əsrin  son 
dövrləri cəmiyyətin qloballaşma sistemində insan potensialının dəyərləri ön 
plana çəkilmiş və bəşəri xarakter alması ilə əlaqələndirilməsidir. 
Məlumdur ki, hər bir ölkənin ümumi inkişaf səviyyəsi ilk növbədə in- 
86.
 
Лейв
1
ш В.M. "Модели мира" и образ 
человека. М.,1982. е.178. 
==^=====^==
 
85
 
 ...................  ........  


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə