Elmi-texnoloji xəbərlər Quranda günəşlə bağlı



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə18/18
tarix11.04.2018
ölçüsü0,51 Mb.
#36916
1   ...   10   11   12   13   14   15   16   17   18

 

Ginkqo yarpağı

 

 

Dövr: Kaynozoy erası, Paleosen dövrü



 

Yaşı: 65-54 milyon il

 

Bölgə: Sentinel Butte, Şimali Dakota, ABŞ



Bitkilər fosil qeydlərində dövrümüzdəki bitkilərə bənzər xüsusiyyətləri 

ilə ani surətdə üzə çıxırlar. Bu isə onların digər canlılar kimi yaradıldığını 

göstərir.

 

Şəkildəki ginkqo yarpağı fosilinin təqribən 65 milyon il yaşı var. 



Bu,  bütün  digər  bitkilər  kimi,  ginkqoların  da  təkamül  keçirmədiyini 

sübut edir. Yarpağın əsas cizgiləri və damar quruluşu fosilləşərək olduğu 

kimi qorunmuşdur. 12 sm boyu olan bitki ginkqoların milyon illərdir eyni 

olduğunu, dövrümüzdəkilərlə qədim dövrlərdə yaşayanlar arasında fərq 

olmadığını göstərir.

52

Düşünən İnsan, 

 Noyabr  2013

www.fosilmuzeyi.com




53

Düşünən İnsan, 

 Noyabr  2013



 

Minoqa (adi ilanbalığı)

 

 

Dövr: Paleozoy erası, Daş kömür dövrü



 

Yaşı: 300 milyon il

 

Bölgə: Meyzon Krik, Breydvud, İlinoys, ABŞ



 

Breydvud fosil müxtəlifliyi baxımından olduqca zəngin bölgədir. Əsasən, bölgədəki 

kömür yataqlarında fosillərə rast gəlinir. Şəkildəki minoqa çənəsiz balıq növüdür. Minoqalar, 

əsasən, dayaz sularda yaşasalar da, bəzi növləri okeanda uzun məsafələr qət edirlər.

 

Bu  fosil  təqribən  300  milyon  ildir  minoqaların  dəyişmədiyini,  yəni  təkamül 



keçirmədiyini göstərən dəlillərdən biridir. Aradan yüz milyon illər keçməsinə baxmayaraq, 

minoqalar dəyişilmədən qalıblar. Dövrümüzdə yaşayan minoqalarla yüz milyon illər əvvəl 

yaşamış minoqalar arasında heç bir fərq yoxdur.

54

Düşünən İnsan, 

 Noyabr  2013

www.fosilmuzeyi.com




55

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




 

Günəş balığı

 

 

Dövr: Kaynozoy erası, Eosen dövrü



 

Yaşı: 54-37 milyon il

 

Bölgə: Qrin River, Vayominq, ABŞ



 

Dövrümüzdə günəş balıqlarının bir 

çox  növü  yaşayır.  Şəkildə  görünən  günəş 

balığı  fosili  günəş  balıqlarının  təkamül 

prosesi  keçirmədiyini  göstərir.  Aradan 

keçən  milyon  illər  boyu  günəş  balığının 

fiziologiyasında  hər  hansı  dəyişiklik 

olmadığı  görünür.  Bundan  55  milyon  il 

əvvəlki  günəş  balıqlarının  görünüşü  və 

quruluşu  müasir  dövrdə  yaşayan  günəş 

balıqlarınınkı ilə eynidir.

56

Düşünən İnsan, 

 Noyabr  2013

www.fosilmuzeyi.com




57

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




 

Bunların heç birini eşitməyə bilərsiniz. 

Əksinə, bu insanların yarı-meymun yarı-insan, 

danışma  qabiliyyətindən  məhrum,  dik  dura 

bilməyən, yalnız qırıq-qırıq səslər çıxaran, vəhşi 

mağara  adamları  olduğunu  düşünə  bilərsiniz. 

Çünki  bu  böyük  yalan  təxminən  150  ildir 

dünyanın hər tərəfində insanlara təlqin edilir.

 

Bu  təlqinin  məqsədi  isə  materialist 



fəlsəfəni yaşatmaqdır.

 

Təkamülçü  tarix  anlayışına  görə, 



bəşəriyyət tarixi insanın “təkamülünə” paralel 

olaraq müxtəlif dövrlərə ayrılaraq araşdırılır.  

 

Daş dövrü, tunc dövrü və dəmir dövrü 



təkamülçü xronologiyanın əsasını təşkil edir. 

 

Halbuki,  arxeoloji  tapıntılar  və  elmi 



məlumatlar  araşdırıldıqda  ortaya  daha  fərqli 

mənzərə  çıxır.  Arxeoloji  qazıntılarda  tapılan 

alətlər,  tikiş  iynələri,  fleyta  qalıqları,  bəzək 

əşyaları, dekorasiya vəsaitləri keçmiş insanların 

mədəni inkişafının göstəricilərindəndir.

 

İndi  isə  bu  sivilizasiyalardan  qalmış 



bəzi tarixi abidələrə nəzər salaq.

58

Düşünən İnsan, 

 Noyabr  2013

www.islamexlaqi.com




 

Misir  piramidalarının  hər  biri  təxminən  2.5 

ton ağırlığında, 2.3 milyon daş blokdan ibarətdir.  

 

Piramidaların  inşasında  tətbiq  edilən  həndəsi 



rəqəmlər, daşların kəsimindəki həssaslıq, piramidaların 

nəhəng ölçüsü və bunların inşa edildiyi dövrdəki şərait 

və texnologiya öyrənildikdə, həqiqətən, möcüzə olduğu 

açıq-aydın  görünür.  Piramidaların  daxili  arxitekturası, 

dəhlizlər və daha bir çox sirli nöqtələr öyrənildikdə bu 

möcüzələrə olan heyranlıq daha da artır.

 

Stounhenc  çənbər  formasında  yerləşdirilmiş  böyük  daş 



bloklardan ibarət tikilidir. Təqribən 4.5 m hündürlüyündə, hər biri 25 

ton ağırlığında 30-a qədər  daş blokun birləşdirilməsindən əmələ gəlib. 

İngiltərədə yerləşən bu tikili bir çox tədqiqatçının diqqətini çəkir.

 

E.ə.  3200-cü  ildə  inşa  edildiyi  təxmin  edilən  Nyuqreync 



Dublin yaxınlığında bir mavzoleydir. Tikilinin üzərindəki qübbə bir 

mühəndislik möcüzəsidir. Alt tərəfləri ağır, üst tərəfləri yüngül olan 

monolit daşlar üst-üstə elə qoyulub ki, hər üstdəki daş altdakından 

bir  az  kənara  çıxır,  bu  yolla  tikilinin  üstündə  orta  hissədə  6  metr 

hündürlüyündə altı bucaqlı baca əmələ gəlir.    

 

 



Bacanın sonunda lazım gəldikdə açılıb-örtülən daş qapaq var.

Nyuqreyncin tikintisində istifadə edilən daş blokların necə daşındığı, 

inşaatın hansı texnika ilə həyata keçirildiyi dövrümüzdə hələ də tam 

aşkar edilməyib.

 

 

Bunlardan  əlavə,  İştar  darvazası, 



Tiuanako  şəhərindəki  tikililər,  İnk  memarlığı, 

obelisklər  və  daha  bir  çox  nümunələri  misal 

göstərə bilərik.

 

Bu tikililər dərin bilik və təcrübəyə malik 



insanlar  tərəfindən  qabaqcıl  inşaat  texnikası 

və  vasitələri  ilə  inşa  edilmişdir.  Əlbəttə,  tarix 

boyu bir tərəfdə mədəni həyat yaşayan insanlar 

olduğu halda, bir tərəfdə də daha sadə və ibtidai 

şərtlərdə yaşayan xalqlar olub. 

 

Ancaq 



bu, 

bəşəriyyət 

tarixinin 

“təkamülünə” dəlil deyil. Çünki müasir dövrdə 

də  dünyanın  bir  tərəfində  kosmosa  peyklər 

göndərilərkən,  bir  başqa  yerdə  insanlar  hələ 

elektrikin  varlığından  xəbərsizdirlər.  Bunlar 

mədəni təkamül baş verdiyini göstərmir, sadəcə 

mədəniyyət fərqinin göstəriciləridir.

59

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




60

60

Düşünən İnsan, 

 Noyabr  2013

www.adamliqdini.com




61

 

Ümumiyyətlə,  insanlar  problemlə 



üzləşdiklərində tək qalmağa üstünlük verirlər. 

Kənara çəkilib tək qalmaq üçün yer axtarırlar. 

İş  yerində,  yaxud  başqa  yerdə  olanda  evə 

tələsir,  dostlarının  yanında  olanda  onlardan 

ayrılır,  evdə  olanda  isə  qaçıb  öz  otaqlarına 

girirlər.  Adam  çox  olan  yerdə  evin,  ya  da  iş 

yerinin  vanna  otağına,  heç  kimin  görmədiyi 

yerə gedirlər. Qısası, tək qalmağa çalışırlar.

 

Tək qalmaq istəməyin səbəbini özləri 



də bilmirlər və bunun problemi həll etmədiyini 

dərk  etmirlər.  Belə  vəziyyətlərdə  ağıllı 

düşünməyi istəməmək əsas problem yaradır. 

Yanında başqaları olduqda hərəkətlərinə fikir 

verməli,  məntiqli  davranmalı  olacaqlar.  Tək 

qaldıqda isə bunların heç birini düşünmədən 

hərəkət edə biləcəklər. Beləcə, düşünməkdən 

qaçıb rahat olacaqlarına inanırlar.

Tək qalma istəyi şeytanı fəaliyyətə 

keçirir


 

Əgər  insan  müəyyən  mövzuda 

təfəkkür  edib  dərinləşmək,  daha  yaxşı  və 

gözəl düşünmək üçün Allah’a sığınıb Ondan 

kömək diləmək və dua etmək üçün tək qalmaq 

istəyirsə,  bu,  çox  normal  hərəkətdir.  Allah 

Quranın bir çox ayəsində insanlara bu əxlaqı 

tövsiyə etmişdir. Bu dərinliyi əldə etmək üçün 

mütləq  tək  qalmağa  ehtiyac  yoxdur.  Amma 

məqsəd  Allah’a  yönəlmək  olduğu  üçün  bu 

hərəkət normal sayıla bilər.

Onsuz  da  insanlar  sıxıntılı  vaxtlarında, 

nəfslərinə  tabe  olduqda,  Quran  ayələrini 

lazımi şəkildə düşünmədikdə və vicdanlarının 

səsini  dinləmədikdə  insanlardan  qaçıb  tək 

qalmaq istəyirlər.

 

Tək  qaldıqda  isə  onlara  ilk  şeytan 



yaxınlaşır  və  bundan  istifadə  edir.  Şeytan 

bu  insanları  vicdanlarından  uzaqlaşdırıb 

nəfslərinin  təsiri  altına  salır.  Quran  əxlaqına 

uyğun  şəkildə  düşünmələrinə  mane  olmağa 

çalışır.  Bunun  əvəzinə  o  insana  Quran 

əxlaqına uyğun olmayan hərəkətlər etdirmək 

istəyir.  Romantizm,  məntiqsizlik,  narahatlıq, 

ümidsizlik,  kədər  və  boş  xəyal  kimi  mənfi 

xüsusiyyətlərə  sürükləməyə  çalışır.  Allah 

diləmədikcə  bir  toz  dənəsinin  belə  hərəkət 

etməyəcəyini  unutdurur  və  hadisələri 

insanların  idarə  etdiyini  düşündürür.  Bunun 

sonunda  da  yaxınlarına  qarşı  nifrət  və  kin 

oyatmaqla  Quran  əxlaqına  uyğun  olmayan 

hərəkətlər etməsini istəyir.

 Tək qalmaq üçün bəhanələr 

 

Nəzər  salsaq,  görərik  ki,  izah 



etdiyimiz  bu  xüsusiyyətlər  film  və 

seriallarda,  həmçinin  romanlarda 

tez-tez  rast  gəlinir.  Bir  çoxları  qohum 

və ya ailəsində, yaxud da tanışlarının 

arasında belə insanlara rast gəlmişdir. 

İnsanlara  verilən  təlqin  nəticəsində 

ağıllı  düşünməyən,  Allah’ın  bildirdiyi 

din əxlaqından uzaq yaşayan insanlar 

müəyyən vəziyyətlərdə bu hərəkətlərə 

meyil edirlər.

 

Başqa  bir  cəhət  də  vardır  ki, 



belə insanlar tək olduqda başqalarını 

bunu pozmağa icazə vermirlər. Bəzən 

xəstə,  bəzən  yuxusuz  olduqlarını  və 

bəzən də iş gördüklərini bəhanə edib 

mümkün qədər tək qalmağa çalışırlar. 

 

Tək  qalmaqda  məqsədləri  isə 



heç  nə  etməməkdir.  Düşünməmək, 

ağıllı və məntiqli olmamaq, çıxış yolu 

axtarmamaq,  nəfsani  təlqinlərdən 

uzaqlaşmamaq,  sıxıntını  gizlətməklə 

gözəl  əxlaq  göstərməmək;  fədakar, 

insanpərvər  və  anlayışlı  olmamaq, 

gözəl 

söz 


söyləməmək, 

gözəl 


münasibət göstərməmək və vicdanın 

tələb etdiyi daha bir çox yaxşı əməldən 

uzaqlaşmaq...

61

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




62

Tək qalan insanı şeytan nəyə yönəldir?

 

Şeytanın  əsl  məqsədi  bu  insanları 



inkar,  üsyan  və  qəflətə  sürüməkdir.  Qısa 

sürsə  də,  Allah’ın  varlığını  və  qədəri, 

həmçinin  ölümün  və  axirətin  yaxınlığını 

unutdurmaq,  insanı  Quran  əxlaqına  uyğun 

olmayan  düşüncəyə  sürükləməkdir.  Şeytan 

hər sıxıntıda bu insanlara belə təsir edir və bir 

gün tam inkar edəcəklərinə ümid edir.

 

Ancaq şeytan insanlara bu məqsədini 



açıq-aşkar göstərmir. Bunun əvəzində, faydalı 

olacağına  inandırdığı  səbəblər  irəli  sürür. 

Lakin  şeytanın  planı  bu  xeyirli  düşüncələrə 

də  mane  olub  insanı  öz  yoluna  çəkməkdir. 

Bu zaman insanı “bir az tək qalıb düşünüm”, 

“indi yaxşı düşünə bilmirəm, bir az istirahət 

edim”, “özümü itirdiyimi başqaları görməsin, 

bir  az  özümə  gəlim  yanlarına  qayıdaram”, 

“tək  qalıb  başıma  gələn  hadisələri  bir  az 

nəzərdən  keçirim;  səhvlərimi  tapıb  doğru 

qərar verim” kimi səbəblərlə təkliyə yönəldir.

 

Möminlər  şeytanın  bu  təlqinlərinə 



qarşı  çox  diqqətli  olmalıdırlar.  Allah`ın 

insanın  əxlaqını  sınamaq  üçün  yaratdığı 

sıxıntı ilə qarşılaşan insan tək qalmağın doğru 

yol  olmadığını  anlamalıdır.  Tək  qalmaqdan 

çəkinib  hamının  yanında  Quran  əxlaqına 

uyğun  davranmalıdır.  Gözəl  söz  deyib 

səhvini  düzəldəcəksə,  bunu  çəkinmədən 

insanların  arasında  etməlidir.  Üzərində 

mənəvi  ağırlıq  varsa,  tez  Allah’a  sığınmalı, 

Allah’ın  verdiyi  gözəl  nemətləri  düşünüb 

şükür  etməlidir.  Sıxıntının  şeytandan 

olduğunu bilməli,  Allah rizası üçün şeytanın 

istədiyinin tam əksinə, Quran əxlaqının tələb 

etdiyi kimi, şən və aktiv olmalıdır. Bu gözəl 

əxlaq  şeytanın  tələsini  pozar,  qəlbinə  iman 

hüzuru verər. İnsanları sıxıntıdan xilas edən 

yeganə  yol  Allah`a  sığınıb  Quran  əxlaqına 

uyğun  davranmaqdır.  Quranda  bu  həqiqət 

insanlara belə bildirilmişdir: 

 

Namaz  qılınıb  qurtardıqdan  sonra 

yer  üzünə  dağılın  və  Allah`ın  lütfündən 

ruzi diləyib axtarın! Və Allah`ı çox zikr edin 

ki, nicat tapıb səadətə qovuşasınız!  (Cümə 

surəsi, 10)

 

O kəslər ki, Allah`a iman gətirmiş və 

qəlbləri Allah`ı zikr etməklə aram tapmışdır. 

Bilin ki, qəlblər yalnız Allah`ı zikr etməklə 

aram tapar! (Rəd surəsi, 28)

62

Düşünən İnsan, 

 Noyabr  2013

www.hezretiisa.com




63

63

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




64

Bədənimizdə  daxili 

saat  adlandırdığımız  möhtəşəm 

bir  sistem  mövcuddur.  Vücud  saatımızı 

dünyanın öz oxu ətrafında hərəkəti nəticəsində 

meydana  gələn  gecə-gündüz  yerdəyişməsinə 

görə  proqramlaşdıran  bu  bioloji  saat  sirkadian 

adlanır. 

 

 

Uca  Allah`ın  sonsuz  ağıl  və  yaratma 



sənətinə  saysız  nümunələrdən  biri  olan  bu 

saat  sistemi  bədənimizi  bütünlükdə  əhatə 

edir.  Beyinin  hipotalamus  hissəsində  yerləşən 

təxminən  10  min  ədəd  supraxiazmatik  nüvələr 

(suprachiasmatic nuclei – SCN)  adlandırılan 

sinir  hüceyrəsi  bu  saatın  mərkəzini 

təşkil  edir.  SCN  hüceyrələri 

bədənimizdəki 

bir 

çox 


fizioloji 

proseslərə 

n ə z a r ə t 

funksiyasını yerinə yetirir.  

 

 

Canlılardakı sirkadian saat dörd əsas gen 



tərəfindən idarə edilir və bu genlər SCN

sahəsindən başqa bədənin, demək olar ki, bütün 

toxumalarında mövcuddur. 

 

Bioloji  saat  24  saatlıq  ritmik  prosesdir 



və  Rəbbimiz  tərəfindən  xüsusi  şəkildə 

proqramlaşdırılmışdır.  Allah  Quranda  bioloji 

saata belə diqqət çəkir:

“Sizin  üçün  gecəni  örtük,  yuxunu  rahatlıq, 

gündüzü  də  canlanma  vaxtı  edən  Odur”. 

(Furqan surəsi, 47)

Bəs bədənimizdəki bioloji saat olmasaydı, bu, 

həyatımıza necə təsir bağışlayardı? 

 

Bu  zaman  qəflətən  titrəyər,  yuxulayar, 



qan  təzyiqimiz  yuxarı  qalxar  və  bunun  kimi 

bir  çox  narahatlıqlarla  üzləşə  bilərdik.  Ancaq 

Allah`ın  bədənimizdə  yaratdığı  bu  möcüzə 

sayəsində sağlam və rahat şəkildə yaşayırıq.  



64

Düşünən İnsan, 

 Noyabr  2013

www.darvinizm.com



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə