1
Elmi-texnoloji xəbərlər
Quranda günəşlə bağlı
bildirilən möcüzələr
İslam dünyasında keçən ay
Bir ayə, bir açıqlama
Metamorfoz bir yaradılış dəlilidir
İslam dini incəsənət və estetika
ilə sıx bağlıdır
Hüceyrənin içindəki ən əsas detal: zülal
Uçan canlıların üstün dizaynı
və aeronavtika texnologiyası
Yalan danışmaq şeytanın xüsusiyyətidir
İslamı sevdirmək üçün qurana
uyğun təbliğ edilməlidir
Fosillər təkamülü təkzib edir
Bunları bilirdinizmi?
4
8
6
19
20
22
29
38
34
48
52
58
42
60
64
14
30
DÜŞÜNƏN İNSAN
Elmi-kütləvi, mənəvi-psixoloji jurnal
Noyabr 2013; № 27
Azərbaycan Respublikası Ədliyyə
Nazirliyində qeydiyyatdan keçmişdir.
Reyestr № 3418
Təsisçi və redaktor: Ziya Kazımov
Telefon: (077) 381 61 91
E-mail:info@dusuneninsan.az
www.dusuneninsan.az
Poçt ünvanı: AZ1000 abonent qutusu 35
Çapa imzalanma tarixi: 29.10.2013
Şərq-Qərb mətbəəsində çap edilib.
Tiraj: 600
Qiyməti: 2 manat
4
4
Düşünən İnsan,
Noyabr 2013
www.elmxeberleri.com
YAŞIL ENERJİDƏ YOSUN
DÖVRÜ BAŞLADI
Almaniyanın
Hamburq
şəhərində dəniz yosunu ilə enerji hasil
edən bina inşa edilib. Şüşə lövhələrdən
təşkil olunmuş ağıllı bina şüşələrin
içindəki mayenin qaynadılması ilə
15 mənzili isidəcək enerji ehtiva
edir. Lövhələrin içindəki yanacaq isə
tamamilə biolojidir – dəniz yosunu və
planktonlardan ibarətdir.
Layihənin rəhbəri Martin Kerner sistemi belə xülasələyib:
“Lövhələrdə isidilən yosun həlimindən çıxan qaz binanın içindəki borularda dolaşır
və istər evlərin isinmə ehtiyacını, istərsə də isti suyunu reaktor vasitəsilə təmin edir”.
Ekoloji binanın sakinlərindən Laura akvarium mənzərəli balkonunda jurnalistlərin
suallarını cavablayıb. Laura böyük ölçüdə enerjiyə qənaət etdiklərini vurğulayıb.
Binanın memarı Dietmar Valbert isə bu texnologiyanı “Bu, gələcəyin dünyasıdır. 30
il əvvəl verdiyimiz bütün sualların cavabıdır” sözləri ilə izah edib.
Minerallarla çox zəngin olan dəniz yosunu həlimi gələcəyin əsas enerji mənbələrindən
biri ola bilər.
5
AFRİKADA 40 MİLYONA KİFAYƏT
EDƏCƏK QƏDƏR SU TAPILIB
Elmi tədqiqatlar nəticəsində dünyanın
ən quraq bölgələrindən birində 40 milyon
insana çatacaq qədər yeraltı su mənbəyi tapılıb.
Keniyanın Turkana bölgəsində 250 trilyon litr
yeraltı su mənbəyi olduğu müəyyən edilib.
Bəşəriyyətin
faydalanması
üçün
dünyanın gizli təbii mənbələrini kəşf etməyi
qarşısına məqsəd qoyan “Radar Technologies
International” (RTI) təşkilatı Keniyada böyük
kəşfə imza atıb.
Keniya hökumətindən icazə alaraq
radar görüntüləmə metodu ilə tədqiqatlar
aparan RTI Keniyanın ən quraq bölgələrindən
olan Turkananın dərinliklərində böyük yeraltı
su mənbəyi kəşf edib.
36 min km
2
sahəni əhatə edən su
mənbəyinin müntəzəm çıxarıldığı təqdirdə, 40
milyon insana çatacağı bildirilib.
RTI kəşf edilən yeraltı suyun bir
qisminin səthə çox yaxın təbəqələrdə olduğunu
və su anbarlarında toplandığı təqdirdə, hər gün
3.45 trilyon su əldə ediləcəyini bildirib.
RTI-nin internet səhifəsindən verdiyi
açıqlamaya əsasən, kəşf edilən su quraqlıq
bölgədə çoxlu sayda insana yardım edə bilər.
Turkanada bu gün 120 min insanın yaşadığı
Kakuma qaçqın düşərgəsi yerləşir.
“Newscientist” saytına müsahibə verən
Britaniya Geoloji Tədqiqat Mərkəzindən Alan
Makdonald: “Kenya hökuməti istifadədən əvvəl
suyun keyfiyyətini təhlil etməlidir”, - deyib.
Bundan əlavə, Makdonald su anbarlarından
suyun çox sürətlə geri çəkilməməsi və su
ilə dolmaması üçün lazımi zamanın dəqiq
hesablanmasının zəruri olduğuna diqqət çəkib.
5
Düşünən İnsan,
Noyabr 2013
Düşünən İnsan, Noyabr 2013
6
Səudiyyə Ərəbistanının kralı
Abdullah İslam dünyasını məzhəb
ayrı-seçkiliklərindən əl çəkərək
birləşməyə çağırıb
Səudiyyə Ərəbistanının kralı
Abdullah İslam dünyasını məzhəb ayrı-
seçkiliklərindən əl çəkərək birləşməyə
çağırıb. “Bir-birimizi daha yaxşı anlamalı və
birləşməliyik. Fərqlərimizin İslam ümmətinə
mənfi təsir etməsinə icazə verməməliyik”, -
qeyd edib.
Türkiyə Cümhuriyyətinin prezidenti
Abdullah Gül Kral Abdullah ilə görüşüb.
Türkiyəyə və türk xalqına dərin sevgi
və məhəbbət bəslədiyini vurğulayan
Kral Türkiyə və Səudiyyə Ərəbistanının
əlaqələrinin getdikcə güclənəcəyini qeyd
edib.
6
www.imanisaytlar.com
Azərbaycanda dini məbədlərin
istilik sisteminə təbii qaz
təmənnasız veriləcək
Azərbaycan
Prezidenti
İlham
Əliyevin tapşırığına əsasən, ölkə ərazisində
fəaliyyət göstərən bütün məscidlərin
və digər konfessiyalara mənsub dini
məbədlərin istilik sisteminə təbii qazın
təmənnasız verilməsi qərara alınıb. Bu
barədə Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin (SOCAR) rəsmi saytında
məlumat verilmişdir.
Düşünən İnsan,
Noyabr 2013