Bir cəmiyyətin inkişafının
və rifah səviyyəsinin ən
əsas göstəricilərindən biri,
şübhəsiz ki, incəsənət, estetika
və keyfiyyətdə ən irəlidə olmasıdır. İslam
dinində də incəsənətə böyük əhəmiyyət
verilir. Bu günə qədər memarlıq,
ədəbiyyat kimi bir çox sahədə iz qoymuş
gözəl İslam incəsənəti nümunələri buna
bariz nümunədir.
İncəsənət
dedikdə
rəssamlıq, musiqi kimi sahələr
ağıla gəlsə də, möminlər bununla
kifayətlənməz və həyatlarının hər
sahəsində incəsənət və estetikanı ən
yüksək səviyyədə tətbiq edərlər. Quran
əxlaqının əsas xüsusiyyətlərindən biri
olan təmizlik də incəsənət və estetika
ilə birləşdikdə möminlərin həyatında
yüksək keyfiyyət özünü göstərir.
Möminlər hər an Allah rizasının
ən çoxunu hədəf seçirlər. Əxlaqlarını
Allah`ın rizasına uyğun, əməlisaleh
qulların yurdu olan cənnət əxlaqına
yüksəltmək üçün cidd-cəhdlə çalışdıqları
kimi, yaşayış yerlərini də cənnət
məkanlarına mümkün olduğu
qədər bənzətməyə çalışırlar.
Evlərinin təmiz, işıqlı
olması,
lazımsız
əşyalarla
dolu
o l m a m a s ı ,
əşyalarının
mümkün olduqca uyğun və xoş
seçilməsi, çiçək və ya mənzərə rəsmi kimi
bəzək əşyalarından istifadə olunması, ev
əşyalarını yeniləmək mümkün olmasa
belə, yerlərini bəzən dəyişdirərək fərq
yaratmaq kimi yollarla möminlər evlərini
gözəlləşdirərlər.
Evin baxımı ilə məşğul olmağın
lazımsız və ya vaxt itkisi olduğunu
düşünmək yanlışdır. Hz. Süleymanın
(ə.s) sarayının gözəlliyindən Quranda
hərtərəfli bəhs edilməsi bu mövzunun
əhəmiyyətini göstərir. “Nəml” surəsində
hz. Süleymanın (ə.s) sarayının gözəlliyi
və bunun Səba məlikəsinə təbliğ edərkən
nə qədər təsirli olduğu belə bildirilir:
Ona belə deyildi: “Saraya
daxil ol!” Sarayı gördükdə onu dərin
bir gölməçə hesab etdi və ətəyini
qaldırdı (baldırlarını açdı). O
(Süleyman): “Bu, büllurdan tikilmiş
bir saraydır!” – dedi. (Bəlqis) dedi:
“Ey Rəbbim! Mən özümə zülm
etmişdim. Mən artıq Süleymanla
aləmlərin Rəbbi olan Allah`a
təslim oldum!” (Nəml surəsi, 44)
Yaşayış yerlərində incəsənət və estetika
23
Düşünən İnsan,
Noyabr 2013
Düşünən İnsan, Noyabr 2013
Geyim və xarici görünüşdə
incəsənət və estetika
Möminlər hər an və hər cəhəti
ilə Allah`ın dinini təmsil etməyə cəhd
göstərirlər. Buna görə, xarici görünüşlərinə
həmişə çox diqqət edirlər.
Bəzi insanlar yanılaraq paltara
və xarici görünüşə diqqət etməklə dünya
həyatına meyillənir, insanların rəğbətini
qazanmağı hədəf seçirlər. Halbuki,
möminlər davranış və hərəkətləri ilə olduğu
kimi, xarici görünüşlərindəki keyfiyyət və
təmizlik ilə də insanları İslam əxlaqının
gözəlliyinə, əsalətinə dəvət edirlər.
Peyğəmbərimiz (s.ə.v) gözəl geyinməyin
təkəbbürdən
qaynaqlanmadığını
hədislərində belə bildirmişdir:
“Allah gözəldir, gözəlliyi sevir, gözəl
geyinmək təkəbbürdən deyil, təkəbbür (sahib
olduğun neməti özündən bilib) haqqı inkar
etmək, xalqı aşağı görməkdir”. (Kütüb-i Sitte,
Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim
Canan, 7. cilt, Akçağ Yayınları, Ankara, səh.
208)
Peyğəmbərimiz hz. Muhəmməd
(s.ə.v) həmişə mümkün olduqca ən görkəmli
və gözəl paltarlar geyinmiş, səhabələrə də
bunu tövsiyə etmişdir. Peyğəmbərimizin
(s.ə.v) nəvəsi hz. Həsən (r.ə) Rəsulullahın
(s.ə.v) geyim haqqında fikirlərini belə
bildirmişdir:
“Peyğəmbərimiz (s.ə.v) bizə əldə
etdiyimiz ən yaxşı paltarları geyinməyi və
ən xoş ətirlərdən istifadə etməyi əmr edərdi”.
(Buhari, et-Tarih’ul-Kebir, I, 382, No:1222)
Geyimə diqqət edilməsi Allah`ın
Quranda
açıq
əmridir.
“Müddəssir” surəsində belə
buyurulur:
Libasını
təmizlə!
Pis
şeylərdən
uzaqlaş!
(Müddəssir surəsi, 4-5)
Geyimdən əlavə, baxımlı və
təmiz olmaq da dinin tələblərindəndir.
Peyğəmbərimiz (s.ə.v) təmizliyə çox
əhəmiyyət verdiyinə görə, saç və saqqal
baxımına, yəni xarici görünüşünə də
diqqət etmişdir. Bəzi mənbələrdə daima
yanında daraq, güzgü, misvak, diş çöpü,
qayçı, sürmə qabı kimi əşyalar götürdüyü
bildirilir (Ali el-Kari, Cem’ul-Vesail fi
Şerh’iş- Şemail, İstanbul, səh. 96-97).
İncəsənətdən uzaq yaşayan
cəmiyyətdə bayağılıq
İncəsənət və estetikadan uzaq,
keyfiyyətsiz həyat yaşayan insanların çox
böyük çatışmazlığı olur. Belə cəmiyyətin
fərdlərinin dünyagörüşünün dar olduğu və
hər sahədə geri qaldıqları müşahidə olunur.
İncəsənətdən uzaq yaşamağın səbəb olduğu
bayağılığın bəzi nümunələri bunlardır:
İncə düşünmə qabiliyyətini itirirlər
İncəsənət və estetikadan uzaq
yaşamaq insan ruhunun bütün
incəliyini öldürür. Belə bir
insanı gündəlik həyatına və
özünə baxımsız davranması
24
Düşünən İnsan,
Noyabr 2013
www.gozelmovzular.com